Sumqayıtda yeni doğulmuş körpəni zibil qutusuna atdılarSumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb.

Hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırma aparılır (apa).

Ermənilər Ağdamda təxribat törətdi - Hərbçimiz yaralandıİyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
"Heç kim bizi parçalamaq və ayırmaq gücündə olmayacaq" - Ersin TatarŞimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Elazığdakı Fırat Universitetində "Keçmişdən bu günə Kiprli Türklərin Mübarizəsi" mövzusundakı konfransda çıxış edib. Kipr tarixi barədə danışan Tatar Kiprli Türklərin heç kimə tabe olmadığını və heç kimin hakimiyyəti altına girmədiklərini vurğulayıb.

Avropa.info xəbər verir ki, Ersin Tatar Türkiyədə səfərdədir və bir sıra görüşlər keçirmək üçün Elazığa gəlib.

Prezident Ersin Tatar konfransda 1571-ci ildə Kiprin fəthindən başlayaraq bu günə qədər olan müddətdə baş verənlərdən bəhs edib. Ersin Tatar çıxışında danışıqlar proseslərinə də toxunub.

Kiprin yunan tərəfinin açıq danışıqlar yolu ilə Kipr Türk tərəfini və dünyanı aldatmağa və 53 il daha danışıqlar masasında əsir götürülməsinə dözə bilməyəcəklərini vurğulayan Tatar, adada federal əsaslı bir anlaşmanın mümkün olmayacağını, Türkiyənin də dəstəklədiyi iki suveren bərabər dövlətin mövcudluğuna əsaslanan bir həll təklifi ortaya qoyduqlarını bildirib:

"Kiprə və bölgəyə fayda gətirəcək bir həll təklifimizi ortaya qoyarkən, bunun regional sülhə böyük töhfə verəcəyini, silah və savaşa əl atmadan dialoq yolunun açıq saxlanılması lazım olduğunu da bildik. Ancaq yenə də həmişə olduğu kimi , Kipr yunan tərəfinin mənfi rəftarı və dəyişməz zehniyyəti ilə qarşılaşdıq.
Ancaq buna baxmayaraq, Kipr yunan tərəfi ilə dialoq yolunu açıq tutduq və onlara xoş niyyətli xəbərdarlıqlar etdik. Digər tərəfdən Kipr yunan tərəfi təxribatçı mövqeyini qoruyaraq ritorikadan və gərginlik yaradan hərəkətlərdən yayınmadı. Ədalətsiz və birtərəfli qaydada AB üzvü halına gətirilən Kipr yunan tərəfi, bu üzvlüyü istifadə edərək, təhdid və şantaj siyasətini tətbiq edərkən, AB-nin seyrçi olaraq qalması da diqqət çəkir".

Prezident olaraq əsas vəzifəsinin dövləti, suverenliyini, xalqın hüquqlarını və mənafelərini qorumaq, xalqı kiprliyunanların azlığı etməmək və Ana Vətən Türkiyə ilə sarsılmaz əlaqələri daha da gücləndirmək olduğunu vurğulayan Tatar, "Ana Vətən Türkiyə və Kipr Türk xalqı ət və dırnaq kimidir. Ersin Tatar çıxışını, "Heç kim onları parçalamaq və ayırmaq gücündə olmayacaq", sözləri ilə başa vurub.
Günümüzün ən vacib məsələlərindən biri qadın-kişi bərabərliyi probleminə yönəlmiş diskorsların təşkilidir. Bu diskorsların hazırda yerli, milli və hətta beynəlxalq səviyyələrdə çoxsaylı sosial məkanlarda daim inkişaf etdiyini görə bilərik və hər bir müasir düşüncəli fərd buna öz töhfəsini verməyə çalışmalıdır. Unutmamalıyıq ki, diskors öz fikrini qəbul etdirməyə yönəlmiş müzakirə forması deyil. O, ilk növbədə müzakirədə iştirak edən hər kəsin problemin həllinə töhfə vermək arzusudur.

Gender bərabərliyi sadəcə insan cəmiyyətinin xoşbəxtliyinə və rifahına can atan ayrı-ayrı insanların xeyirxah arzusu deyil, o, insan reallığının vacib cəhətidir.

Fiziki dünyada kişilər və qadınlar fərqlidirlər və bu onların fiziologiyası və bundan irəli gələrək dünyanı necə qavramaları ilə bağlıdır. Lakin İnsanın ruhani mahiyyəti onun ruhudur və ruhun cinsi, irqi, milləti və ya digər fiziki və sosial fərqləri yoxdur. Hər bir ruh İlahi keyfiyyətləri (sevmək, xeyirxahlıq və səxavətlilik) əks etdirmək qabiliyyətinə sahibdir və insanları birləşdirən də budur. Buradan belə çıxır ki, kişi və qadın bərabərliyi ruhani həqiqət şəklində mövcuddur, yəni Allahın təyin etdiyi budur və indi bu həqiqətin fiziki dünyada təzahür etməsinə ehtiyac var.

Dar kontekstdə bu problem, yəni qadın-kişi münasibətlərində bərabər hüquqların olmaması, məhs qadınların vəziyyətinə mənfi təsir edib. Nəticədə insan cəmiyyətində min illər ərzində davam etmiş qadınlara qarşı ayrı-seçkiliklər yaranmiş və onlar cəmiyyətdə kişilərlə müqayisədə ikinci dərəcəli mövqe əldə etmişlər. Bu məsələdə kişilərin oynadığı mənfi rolu görməmək mümkün deyil. Əbdül-Bəha yazır:

“Öz üstünlüklәrini sübut etmәyә çalışan kişilәr ona da istinad edirlәr ki, qadınlar kişilәr kimi böyük xarüqәlәr yaratmayiblər. Zәif vә әsassız dәlildir, belә ki, tarixi faktlara ziddir. Әgәr həmin kişilәrin tarixdәn mәlumatı bir az çox olsaydı, onda bilәrdilәr ki, keçmiş zamanlarda mühüm işlәr görmüş qadınlar olmuş və onların fәaliyyәti bir çox cәhәtdәn böyük hadisәlәri hazırlamışdır, indiki dövrdә dә özlәrini ciddi işlәrә hәsr edәn çoxlu qadınlar vardır”

Hər bir halda qadın-kişi bərabərsizliyi ailə mühitində ortaya çıxır. Keşmişdə də belə olub, indi də belədir. Məsələn, bəzi ailələlərdə uşaqlardan hansının təhsilini davam etdirmək barədə seçim ortaya çıxanda, seçim oğlan övladlarına verilir, çünki mövcud təsəvvürlərə görə, gələcəkdə ailəsinin təminatçısı odur. Çoxları düşünür ki, qız övladının gələcək ailə həyatında əsas vəzifəsi evə və uşaqlara baxmaq olduğuna görə təhsilə ehtiyacı yoxdur.

“Ədalətsiz və ədalətli, qəddar və ya xeyirxah, etibarsız və ya etibarlı olma meylləri evdə, ailədə inkişaf etməyə meyllidir. Sadalanan vərdişlər hər bir sosial mühitdə özünü göstərir. Məsələn, qardaşların bacılar üzrərində hakim olmasına icazə verildiyi təqdirdə, evin divarlarında əmələ gələn bu vərdiş sinif otağına, daha sonra iş yerinə və nəhayət beynəlxalq arenaya köçürüləcəkdir. Əksinə, qızlar ailələrdə qərar qəbuletmə proseslərinə qatıldıqda, oğullar ev işlərinə təşviq olunanda, hər iki cinsin xarakterləri ahəngdar inkişaf edir” (Ümumdünya Ədalət Evinin müraciətindən, 2017).
Beləliklə, qadın-kişi münasibətlərində əsrlər boyu mövcud olmuş bərabərsizlik vəziyyəti, təkcə kişilərin qadınlar üzərində üstünlüyünün nəticəsi deyil, sadəcə qadınlara potensiallarını həyata keçirmək üçün eyni fürsətlərin verilməmisi ilə bağlıdır. Qlobal səviyyədə müşahidə olunan bərabərsizlik, cinsiyyətindən asılı olmayaraq hamının əziyyət çəkdiyi problemdir.
“Qadınların kifayət qədər irəliləməməsi və aşağı peşəkarlığı bərabər təhsil və bərabər imkanların olmaması ilə əlaqədardır. Əgər belə bir bərabərlik olsaydı, şübhəsiz ki, qadınlar istedad və bacarıqlarına görə tamamilə kişilərə bərabər olardılar. İnsanlığın xoşbəxtliyi yalnız qadınlar və kişilər birlikdə hərəkət etməyə və bərabər şəkildə inkişaf etməyə başladıqda əldə ediləcəkdir, çünki hər biri digərinin tamamlayıcısı və köməkçisidir” (The Promulgation of Universal Peace, 1982 U. S. edition, p. 182.).
Ana, uşağın dünyagörüşünün əsasını qoyan ilk müəllimi, həyat yolunda ilk bələdçisidir. Əgər ananın dünyagörüşü və davranışı qüsurludursa, uşaqda da qaçılmaz olaraq çatışmazlıqlar formalaşacaq, bu səbəbdən qadınların qüsurluluğu bütün bəşəriyyətin qeyri-kamilliyinə gətirib çıxaracaq. Əbdül-Bəha buyurur: Əgər tərbiyəçi bacarıqsızdırsa, bu səbəbdən tərbiyə alan qüsurlu olacaq. Müəllim savadsız cahildirsə, şagird dərin biliyi ilə parlaya bilərmi? Analar - insanlığın ilk tərbiyəçiləridir; əgər onlar mükəmməllikdən uzaqdırlarsa, bizə yalnız insan nəslinin gələcəyinə təəssüflənmək qalır.

Qadınların hüquqlarının məhdudlaşdırılmasının başqa bir fəsadı onlarda bəzən anormal etiraz formalarının doğurmasıdır; bu zaman mövcud vəziyyətlə barişmayan qadın, ətrafdakı kişiləri sıxışdırmağa başlayır; ailəsi varsa qızına həddindən artıq diqqət və qayğı göstərir, oğlunun tərbiyəsinə diqqət yetirmir, ya da onu ailədə ikinci dərəcəli statusda saxlayır. Bu, küskünlük və təcavüzlə dolmuş femizmin ifrat formasıdır ki, onun ilk böyük zərbəsi insan cəmiyyətinin hüceyrəsi olan ailə institutuna dəyir. İkinci böyük zərbə oğlan uşaqlarının və kişilərin ailədə və cəmiyyətdə möqeyinə dəymiş olur. Əbdül-Bəha yazır: “Bәşәriyyәt iki qanadı olan quşa bәnzәyir: qanadlardan biri – kişi, digәri – qadındır. Hәr iki qanad güclü olmasa vә eyni bir qüvvә ilә hәrәkәtә gәtirilmәsә quş sәmaya uça bilmәyәcәkdir. Zamanın ruhuna uyğun olaraq qadınlar kamillәşmәli, hәyatın bütün sahәlәrindә özlәrini göstәrmәli, kişilәrlә bәrabәrlәşmәli, onların sәviyyәsinә yüksәlmәli vә onlarla eyni hüquqlardan istifadә etmәlidirlәr”.

Qadın-kişi bərabərliyinin bərqərar olması təkcə qadınların qurtuluşu üçün deyil, həm də dünyada Sülhün irəlilədilməsi və insan Sivilizasiyasının kamilləşdirilməsindən ötrüdür. Əbdül-Bəha yazır: “Keçmişdə dünya qüvvə vasitəsilə idarə olunurdu və kişi özünün güclü və təcavüzkar, həm fiziki, həm də əqli keyfiyyətləri hesabına qadın üzərində üstünlüyə malik idi. Lakin bu müvazinət artıq pozulmaqdadır: qüvvə öz üstünlüyünü itirdiyi halda, qadında üstün olan əqlin çevikliyi, intuisiya, məhəbbət və xidmət kimi ruhani keyfiyyətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Ona görə də yeni era az dərəcə kişi erası olub, qadın ideyaları ilə daha çox doydurulmuş olacaqdır; dəqiq desək, bu sivilizasiyanın kişi və qadın əsaslarının müvazinətdə olduğu dövr olacaqdır”.

Beynəlxalq səviyyədə qadın-kişi bərabərliyi ilə bağlı diskorsların həyata keçirildiyi ən nüfuzlu məkanlardan biri Dünya Qadınlarnın Beynəlxaq Konfrasıdır. Dördüncü Dünya Qadınlar Konfransının (Pekin, 1995) Bəyannaməsinin 13-cü bəndində deyilir: Qərar qəbuletmədə və hakimiyyətdə iştirakları da daxil olmaqla, qadınların imkanlarının genişləndirilməsi və cəmiyyətin bütün sahələrində bərabərlik əsasında tam iştirakı etmələri bərabərlik, inkişaf və sülh hədəflərinə çatmaq üçün əsasdır”.

Həmin Bəyənnamənin 18-ci bəndində həmçinin deyilir: “Yerli, regional və qlobal səviyyələrdə sülhün əldə edilməsi, idarəetmədə, münaqişələrin həllində və bütün səviyyələrdə davamlı sülhün təşviqində əhəmiyyətli qüvvə olan qadınların inkişafına ayrılmaz şəkildə bağlıdır”.

Hazırda Pekin Konfransından 25 il ötür və BMT-nin müvafiq qurumları yerli və milli səviyyələrdə həm hökumətlər, həm və vətəndaş cəmiyyətinin müxtəlif qurumları ilə qadın-kişi bərabərliyini irəlilətməkdən ötrü fəal işlər görür. Pekin Konfransının İştirakçısı, tədqiqatçı-analitik, Dr. Lee Loh Ludher, yazır: “Beləliklə, 1995-ci il Pekin Konfransı bir çox qadınlar və qadın hüquqları üzərində işləyən bir çox təşkilatlar üçün başlanğıc nöqtəsi oldu, qadın hüquqlarının Qərb feminist ideyası olmadığını, dünyanın hər mədəniyyətinə xas olduğunu başa düşməyə kömək etdi”.

Anladığımız kimi, qadın hüquqlarının irəlilədilməsi təkcə qadınların deyil, kişilərin bir vəzifəsidir. Kişilər qadınlara kömək etməlidir, çünki cəmiyyətimizin rifahı və inkişafı bundan asılıdır.

“Kiçik yaşdan etibarən oğlanlar gender bərabərliyi prinsipini mənimsəməli və qadın-kişi bərabərliyinin tərəfdarı olmalıdır. Lakin bu o demək deyil ki, uşağın belə bir tərbiyəsi yalnız ailədən asılıdır, oğlan, gender bərabərliyinin dəstəklənməyəcəyi bir cəmiyyətə girir. Buna görə bütün cəmiyyət hər bir uşağın yetişdirilməsinə töhfə verməlidir, və bu o deməkdir ki, bu uşağın qarşılaşdığı hər bir insan, daxil olduğu hər bir ictimai qurum bu idealı təbliğ etməlidir. Bu da öz növbəsində bütün nəsillər səviyyəsində dəyişikliyə təsir edəcəkdir” (Carl Murrell, Representative of the Bahais of the United States to the United Nations).

Leyla Məmmədova

M.V.Lomonosov adına Moskva Dövlət Unitersitetinin tələbəsi
İyulun 6-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İran İslam Respublikasının Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi ilə onlayn formatda görüşüb.

Avrasiya.net xəbər verir ki, komitə sədri iki ölkə arasındakı mehriban qonşuluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, gömrük orqanlarının da qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Səfər Mehdiyev sərhədkeçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının genişləndiriməsi istiqamətində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. DGK sədri, xüsusilə pandemiya dövründə, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.

İran İslam Respublikasının Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi iki ölkə arasındakı tarixi-mədəni əlaqələrdən, sosial-iqtisadi sahədəki işgüzar münasibətlərdən danışıb, qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində gömrük orqanlarının rolunu xüsusi vurğulayıb. Mehdi Mirəşrəfi bildirib ki, tranzit yüklərin daşınması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artmasına, regional inkişafa mühüm töhfə verə bilər və bu istiqamətdə gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlərlə bağlı müzakirələr aparılıb.
Prokurorluq Vüqar Səfərli ilə bağlı məlumat yaydıLəğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Sabirabadda məscidləri yandıran qardaşlar saxlanıldıSabirabad rayonunun Qaratoğay kəndində məscidləri yandıran şəxslər tutulub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional Qrupunun Baş İnspektoru, Polis Baş Leytenantı Nizam Həmidov məlumat verib.

N. Həmidov bildirib ki, iyulun 1-də saat 23:00 radələrində naməlum şəxslər tərəfindən Sabirabad rayonunun Qaratoğay kəndində iki məscid əşyalarla birlikdə yandırılıb.

Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə; yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən məscidi yandıran şəxs və şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib, polis tərəfindən cinayəti törədənlərin elə həmin kəndin sakinləri Fuad və Şahbaz Nəbiyev qardaşları olduğu müəyyən edilib və onlar saxlanılıb.

DİN rəsmisi bildirib ki, hadisə günü gecə saatlarından qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıb:

“Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məscidləri yandıran şəxslər müəyyən edilərək saxlanılıb və hər ikisi törətdiyi əməli etiraf edib”.
“Azərsu” deputatın iradlarına CAVAB VERDİMilli Məclisin deputatı Musa Quliyev parlamentin ötən həftə keçirilmiş iclasında çıxışı zamanı Gəncə şəhərində içməli su və kanalizasiya layihəsinin icrası, əhalinin içməli su təminatı və yaşıllıqların suvarılması məsələsinə toxunub.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən Avrasiya.net-ə verilən məlumatda bildirilib ki, qurum ağacların və yaşıllıqların suvarılması ilə deyil, əhalinin içməli su təminatı ilə məşğul olur:

“Abşeron yarımadasında bitkilərin içməli su ilə suvarılması başadüşüləndir, çünki burada alternativ şirin su mənbələri olmadığından yaşıllıqlar içməli su ilə suvarılır. Amma Gəncə şəhərində kifayət qədər yeraltı su ehtiyatları olduğundan yaxşı olardı ki, aidiyyatı qurumlar suvarma işlərinin həmin mənbələr hesabına aparılması üçün tədbirlər görsünlər. Bunlara baxmayaraq, şəhərdəki yaşıllıqların böyük bir hissəsi içməli su ilə suvarılır. Yeri gəlmişkən, Gəncə ŞİH Mənzil Kommunal Təsərrüfatı Birliyinin yaşıllıqların suvarılması üçün aldığı suya görə “Azərsu” ASC-yə 134 min manat borcu yaranıb”.

Komitə sədrinin Gəncənin bir çox yerlərinə gündə cəmi 2 saat su verilməsi fikirlərinə gəlincə, qurum bildirib ki, bunlar artıq keçmişdə qalıb:

“Belə ki, layihənin icrası başa çatmazdan əvvəl vaxtilə subartezian quyularından gün ərzində cəmi 2 saat su ilə təmin olunan abonentlərin böyük əksəriyyəti fasiləsiz su alır. Hazırda Gəncədə xidmət olunan abunəçilərin 56 faizi 24 saat fasiləsiz, 14 faizi 12 saatlıq, qalan 30 faizi isə 5-10 saatlıq qrafikli rejimlə su alır.

Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Açıq kommunal infrastruktur” layihəsi çərçivəsində icra olunub. Layihənin icrasına nəzarət Almaniya bankının seçdiyi məsləhətçi şirkətlə birlikdə həyata keçirilib. İndiyə qədər layihənin icrasına 326 mln manat vəsait xərclənib və ayrılmış vəsaitə uyğun olaraq Gəncə şəhərinin Qızılqaya və Göygöl mənbələri yenidən qurulub, mənbələrdən şəhərə magistral su xətləri çəkilib və anbarlar inşa olunub, içməli və tullantı su şəbəkələrinin tikintisinin 42 faizi yerinə yetirilib. Layihəyə uyğun olaraq Gəncə şəhərinə Göygöl, Qızılqaya mənbələrindən və Şəmkirçay sutəmizləyici qurğularından içməli su verilir. Bu mənbələrdən suyun gətirilməsi hesabına şəhərin müxtəlif yerlərində 72 subartezian quyusunun fəaliyyəti dayandırılıb və əlavə artezianların qazılması nəzərdə tutulmur.

Su və kanalizasiya layihəsinin icrası zamanı “Azərsu” ASC tərəfindən hər hansı kəhriz və ya arx da sıradan çıxarılmayıb. Su və kanalizasiya xətlərində qəzaların baş verməsinə gəlincə, istismarda olan xətlərdə və hidrotexniki qurğularda qəzaların olması mümkündür. Podratçı şirkətlər tərəfindən su və kanalizasiya xətlərinin tikintisi zamanı küçə və prospektərin qazılmış asfalt örtüyü bərpa edilmişdir.

Gəncə şəhərinin ətrafında yeni salınmış massivlərin su və kanalizasiya infrastrukturunun yaradılması, digər ərazilərdə mövcud sistemlərin yenidən qurulması layihənin növbəti mərhələsində həyata keçiriləcək”.
Azərbaycanda polis faciəvi şəkildə öldüŞabranda "Mersedes" markalı avtomobil polisi vuraraq öldürüb.

Avrasiya.net Report-aistinadən xəbər verir ki, hadisə gecə saat 01:30 radələrində Şabran rayonunun Sincan- Boyat kəndi ərazisində, Bakı-Quba yolunun 124-cü kilometrliyində qeydə alınıb.

Şabran rayon sakini Əbülfəz Kərimovun idarə etdiyi avtomobillə yolu keçən piyada, rayonun Uzunboyad kənd sakini, Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu vurub.

Təbriz Heybətov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin "Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsi"ndə cinayət işi açılıb.

Qəzanın başvermə səbəbi araşdırılır.
Sərhəddə insident: ölən varİyul ayının 5-də saat 23:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur. Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd çanta müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Avrasiya.net-ə verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqa­vimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri – hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Məzahir Sahil oğlu Qurbanov güllə yarası alıb, ona ilkin yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanaya təxliyə edilib, lakin sərhəd pozucusu yolda ölüb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar.

Əraziyə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla AR ərazisinə keçirdilkəri 1 ədəd çantada təxmini çəkisi 6895 qram narkotik vasitəyə bənzər maddələr (4065 qram – heroin, 1385 qram – tiryək, 325 qram – metamfetamin, 1000 ədəd metadon-40 həbi, 260 ədəd preqabalin) və dərman preparatları (10 ampula – ravit 8, 30 kapsula – wellman, 10 ampula – testosterone) aşkar olunaraq götürülüb.

Bu barədə İİR tərəfi dərhal məlumatlandırılıb, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əla­qədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.