Prezident bu zabitlərə ali xüsusi rütbələr verdi - SƏRƏNCAMPrezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:

polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə

polis polkovniki İslam Möhsüm oğlu Hümbətova

polis polkovniki Əkbər Məcid oğlu İsmayılova

polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.
Rus admiral: NATO gəmisi yenə sərhədi pozsa, atəş açın!Düşünürəm ki, NATO gəmiləri Rusiya sərhədini müntəzəm olaraq pozsa, o zaman effektiv bir neçə tədbir görməliyik.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı kont-admiral Vladimir Zaxarov deyib.

“Belə müdaxiləni digər gəmi ilə sıxışdırmaq lazımdır. “Moskva” raket kreyseri buna uyğundur. O, bunun qarşısını ala bilər. Bundan əlavə, bizim mülki gəmilərimiz də var. Əgər bu tədbirlər fayda verməzsə, o zaman artilleriya tətbiqi nəzərdən keçirilə bilər. Lakin gəminin elə yerlərinə atəş açılmalıdır ki, insan itkisi olmasın. Daha bir versiya isə döyüş silahlarının istifadəsi ilə bağlıdır. Silah tətbiqini müharibənin başladılması kimi başa düşmək lazım deyil”, - deyə Zaxarov bildirib.

O, baş verəcək hər hansı toqquşmanın ciddi münaqişəyə səbəb olmayacağına da əminliyini ifadə edib.

Qeyd edək ki, bundan öncə Britaniyanın "Defender" gəmisi Krım yaxınlığında Rusiyanın atəşinə məruz qalmışdı. Rusiya bunu gəminin onun dövlət sərhədini pozmasıyla əlaqələndirmişdi.
AVRO-2020: 1/4 final mərhələsinin oyunları başlayırBu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək.

Avrasiya.net-in məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveçrə və İspaniya yığmaları arasında olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. 1/8 finalda isveçrəlilər son dünya çempionu Fransanı, İspaniya isə həmin mundialın gümüş mükafatçısı Xorvatiyanı mübarizədən kənarlaşdırıb.

Günün digər oyununda isə turnirin favoritlərindən Belçika və İtaliya kollektivləri üz-üzə gələcəklər. Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. İtaliya millisi əvvəlki raundda Avstriyanı üstələyib. Belçika seçməsi isə son Avropa çempionu Portuqaliyadan güclü olub.

Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Avropa çempionatı
1/4 final
20:00. İsveçrə - İtaliya
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

23:00. Belçika - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, "Münhen Futbol Arenası"

Qeyd edək ki, 1/4 finalın digər oyunlarında Çexiya Danimarkanı, Ukrayna isə İngiltərəni sınağı çəkəcək. İlk oyun Bakı Olimpiya Stadionunda, ikinci qarşılaşma isə İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək.
Pandemiya ən azı 10 il davam edəcək - Vasif İsmayılDelta ştammı göründüyü qədərilə daha yoluxucudur və ağır nəticələr verir. Bir qorxu da var ki, indiyə qədər inkişaf etdirilən peyvəndlər buna təsir göstərməsin. Doğrudur, buna etiraz edənlər də çoxdur. Amma hələlik bu haqda dəqiq bir fikir bildirmək olmaz. Hesab edirəm ki, bir az daha ətraflı məlumata ehtiyac var. Buna görə də bir az diqqətli olmaq lazımdır.

Avrasiya.net xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Teleqraf.com-a müsahibəsində deyib.

O qeyd edib ki, bundan sonra COVİD-19 peyvəndi ildə 2 dəfə hər kəsə vurulmalıdır:

"Mövcud vəziyyətdə bunu dəqiq demək mümkün deyil. Amma pandemiya minimum 10 il davam edəcək. Virusdan qurtaracağımıza dair üfüqdə bir şey görünmür. Doğrudur, indikindən daha rahat olacağıq, amma hələ pandemiya davam edir. Və görünür ki, hələ uzun müddət də davam edəcək".
Avropa İttifaqında “peyvənd sertifikatı”Avropa İttifaqı (Aİ) tərəfindən COVID-19 pandemiyası zamanı səyahətin asanlaşdırılması üçün hazırlanan “peyvənd sertifikatı”nın tətbiqi iyunun 1-dən qüvvəyə minib.

“Anadolu” agentliyi xəbər verir ki, Aİ sərhədləri daxilində səyahətlərdə istifadə ediləcək peyvənd sertifikatı müraciəti rəsmi olaraq fəaliyyətə başlayıb.

Pulsuz “Aİ Rəqəmsal COVID Sertifikatı” kağız formasında və ya rəqəmsal formada hazırlanır.

Ayrı-seçkiliyin qarşısını almaq üçün peyvənd edilməyən insanlar da sertifikata sahib ola bilərlər.

Peyvənd sertifikatı şəxsin COVID-19 peyvəndi vurdurub-vurdurmamasını, varsa, harada və hansı peyvəndin vurulmasını, xəstəliyi keçirmiş şəxslərin sağaldığını göstərən sənədin və testin mənfi nəticəsini göstərən məlumatları əks etdirir.

COVID-19 testlərinin PCR növləri səyahətdən 72 saat əvvəl verilib sertifikatda müəyyənləşdirilir.

Sürətli antigen testləri 48 saata qədər əvvəl edilə bilsə də, hər bir ölkə bu testin tanınmasına özü qərar verir.

Aİ-də sertifikatla təsdiqlənmiş COVID-19 peyvəndlərindən “Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson and Johnson” qəbul edən və son dozadan 2 həftə keçən insanlara əlavə test və ya karantin kimi məhdudiyyət tətbiq edilmir.

Sertifikat Aİ vətəndaşlarına, milliyyətindən asılı olmayaraq ailələrinə, habelə Aİ vətəndaşı olmayan amma Aİ-də yaşayan şəxslərə və digər Aİ ölkələrinə səyahət etmək hüququ olan qonaqlara verilir.

Peyvənd sertifikatı, bütün Aİ ölkələri ilə birlikdə İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə də etibarlıdır.

Sertifikat üzv ölkələrin dilləri ilə birlikdə ingilis dilində hazırlanır.

Hələlik 12 ay müddətində qüvvədə olan sertifikat səyahətlər zamanı yoxlanılır.

Xarici ölkələrlə Aİ sertifikatının qarşılıqlı tanınması üçün danışıqlar aparılır.

Qeyd edək ki, Avropa İttifaqı iyunun 1-dən Azərbaycandan səyahətlərə icazə verib.
Rusiya hərbi gəmiləri Sudana gedirRusiya Sudanda hərbi donanması üçün mərkəz yaradır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb.

Qanuna əsasən, Sudan və Rusiyanın Hərbi Dəniz Qüvvələri üçün maddi-texniki mərkəz yaradılacaq. Qanunun təsdiqi üçün Dövlət Dumasının razılığı lazımdır.

Bildirilib ki, Sudan öz ərazisində logistika mərkəzinin yaradılmasına, eləcə də Rusiya hərbi gəmilərinin təmiri, rus hərbçilərinin istirahəti üçün infrastrukturun inkişafı və modernləşdirilməsinə razıdır.