İctimai Şura sədri polisləri təbrik edibDaxili İşlər Nazirliyi yanında İctimai Şura adından 2 iyul “Polis işçilərinin peşə bayramı” günü münasibətilə nazir, general polkovnik Vilayət Eyvazov başda olmaqla daxili işlər orqanlarının əməkdaşlarını səmimi qəlbdən təbrik edir, bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli işlərində müvəffəqiyyət arzu edirik.

Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. Bu il yaradılmasının 103 illiyini qeyd etdiyimiz Azərbaycan polisi, daxili işlər orqanları asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlıqla mübarizə kimi məsuliyyətli vəzifələri yerinə yetirir.

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsində də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, polis əməkdaşları böyük töhfə verdilər. Hazırda işğaldan azad olunmuş ərazilərdə polis əməkdaşları həm asayişin keşiyində durur, həm də ərazi bütövlüyümüzün qorunmasında öz xidməti borclarını şərəflə yerinə yetirirlər.

Daxili İşlər Nazirliyi vətəndaş cəmiyyəti ilə əlaqələrə, əməkdaşlığa hər zaman xüsusi diqqəti ilə fərqlənib. Nazirliyin fəaliyyət istiqamətləri ilə əlaqədar hər zaman müzakirələrə, təkliflərə açıq olub. Nazirlik yanında İctimai Şuranın yaranması və fəaliyyətə başlaması bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq.

Hörmətlə,

Əliməmməd Nuriyev
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri
"Ələt Azad İqtisadi Zonası ölkəmizin növbəti iqtisadi yüksəlişinin təməlidir"Ələt Azad İqtisadi Zonasının yaradılması qeyri neft sektorunun inqilabi dəyişikliyi deməkdir.
Cənab Prezident İlham Əliyevin dediyi kimi, pandemiya planlarımızı təxirə salsa da, indi həm ölkəmizdə, həm də bir çox ölkələrdə pandemiya səngiyir. Təməl qoyma
mərasiminin keçirilməsi Azərbaycanın bu prosesə tam hazir olduğunu göstərməkdədir.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

S.Adgözəlli vurğulayıb ki, Prezident İlham Əliyevin xarici investorların prosesə cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqlar Ələt Azad İqtisadi Zonanın ölkəmiz, region və dünya iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyətə malik oldugu göstərir: "Xarici sərmayənin bu prosesə cəlb edilməsi üçün ölkəmizdə saglam iqtisadi mühüt formalaşıb.
İllərdir həyata keçirilən beynəlxalq layihələrdə iştrakımız Azərbaycanın bu yöndə etibarlı tərəfdaş, stabil ölkə olduğunu nümayiş etdirib.

Ələt Azad İqtisadi Zonası ölkəmizin növbəti iqtisadi yüksəlişinin təməlidir. Neft asılılığından xilas olub qeyri neft sənayesinin inkişafına qədər mühüm bir dəyişkliyin şahidi olacağiq. Qarabağda Ordumuzun böyük qələbəsi, Azərbaycanda təhlükəsizliyin təmin edilməsi, sabitlik mühiti qoyulacaq sərmayənin şərtləndirən əsas amillərdəndir. Azərbaycan miqiyasca bu böyuk iqtisadi mərhələyə tam hazırdır. Prezident İlham Əliyevin və dövlətimizin dünyada yüksələn nüfuz və etibarlığı xarici sərmayadarları Ələt İqtisadi Zonasina cəlb edəcəkdir".
Kürdəmirdə usta binadan yıxılaraq öldüKürdəmir rayonunda bədbəxt hadisə baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şahbəyli kəndində qeydə alınıb.

Belə ki, tikintidə usta işləyən rayon sakini, 31 yaşlı Əliqahim Hikmət oğlu Əliyev binadan yıxılaraq ölüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Özünü “Azərsu” əməkdaşı kimi təqdim edən şəxs tutulduBakının Nəsimi rayonu ərazisində özünü Azərsu ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Məlumata görə, hələlik kimliyi müəyyənləşdirilməyən bu şəxs özü üçün saxta vəsiqə düzəldərək vətəndaşlardan sayğac quraşdırılması, debitor borca görə suyun kəsilməməsi müqabilində pul tələb edirib.

İyunun 29-da “Azərsu”yun çilingəri Ağaş Nəsirov ərazidə olarkən təsadüfən həmin şəxsin abonentlərin birindən sayğac quraşdırmaq adı ilə pul tələb etdiyinin şahidi olub və ondan vəsiqə tələb edib. Saxta əməlinin üstünün açıldığını görən həmin şəxs əməkdaşımıza fiziki güc tətbiq edərək ərazidən uzaqlaşmağa cəhd göstərib və bu zaman əlindəki qovluğu yerə ataraq qaçıb.

Vətəndaşlara özünü Səbuhi kimi təqdim edən şəxsə məxsus qovluqda ad və soyad qeyd olunmayan saxta vəsiqə, “Azərsu”, Azərişıq ASC və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin bidirişləri, 2 ədəd qeyd kitabı, abonentlərdən sayğac quraşdırılmasından imtinaya dair ərizələr və müxtəlif siyahılar aşkarlanıb. “Azərsu”yun Hüquq Departamenti aşkar olunmuş hal üzrə faktları və sənədləri araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediib.

“Azərsu” istehlakçıların diqqətinə çatdırır ki, əməkdaşlardan vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər. Abunəçilərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər", - deyə qurum bəyan edib.
“Qiymətlər qalxanda bunun real səbəbi deyilmir” - DeputatDeputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında pensiyalar haqqında danışıb.

Avrasiya.net-in xəbərinə görə, deputat gün biz pensiyaçıları düşünməyin vacibliyini vurğulayıb:

"Qiymətlər qalxır, qazın qiyməti də qalxıb”.

Deputat bildirib ki, qiymətlər qalxanda bunun real səbəbi deyilmir:

“Çalışırıq ki, bunu əsaslandıraq ki, sanki camaatın xeyrinədir. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir. Buna görə də Milli Məclisin Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir. Mən də razıyam ki, bu tipli məsələlərə dair qiymətlər monopolist dövlət qurumları deyil, parlament tərəfindən müəyyənləşdirilməlidir”.
Şəkidə 5 uşaq atası İNTİHAR ETDİŞəkidə intihar hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə rayonun Bideyiz kəndində qeydə alınıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Cumay Həsən oğlu İbadullayevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. 5 övlad atası olan C. İbadullayevin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Medianın İnkişafı Agentliyi məlumat YAYDIAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərini təbrik edir.

Agentlikdən Avrasiya.net-ə verilən məlumata görə, media subyektlərinin, jurnalistlərin, bu sahədə fəaliyyət göstərən ekspertlərin müsabiqənin keçirilməsi ilə bağlı təklifləri nəzərə alınmış, müsabiqə yalnız çap mediası deyil, eyni zamanda onlayn media subyektlərini də əhatə etmiş, ilk dəfə olaraq idman məzmunlu xəbərlər istehsal edən veb-saytlara da layihədə iştirak hüququ tanınıb.

Agentlik müsabiqənin qiymətləndirməsində obyektivlik prinsiplərini və müasir standartları əsas götürüb.

Əmək şəraiti və redaksiya heyətinin minimum tələblərə cavab verməsi, onlayn media subyektlərinin gün ərzində ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməsi əsas götürülmüş, çap mediası subyektlərinin tiraj və yayıma dair normalar müəyyənləşdirilib.

Qiymətləndirmə zamanı media subyektlərinin oxunaqlılıq dərəcəsini müəyyən edən ümumi səhifə baxışı sıralaması, materialların orijinallığı, informativliyi, analitik xarakteri, mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, mətnlərin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması, saxta və aldadıcı başlıqlı xəbərlərin, plagiat materialların həcmi, dizaynın müasir standartlara uyğunluğu, sosial şəbəkə hesablarının aktivliyi kimi meyarlar nəzərə alınıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə bütün media subyektlərinə bərabər şərait yaratmış, layihə jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasını, peşə etikası qaydalarına riayət olunması kimi təməl prinsiplərə əməl edilməsini hədəfləyib.

Onlayn media subyektləri üçün təşkil edilmiş müsabiqəyə ümumilikdə 96 veb-sayt müraciət etmiş, mövcud maddi imkanlar nəzərə alınmaqla müsabiqə qaydalarına cavab verən 39 veb-sayt qalib elan olunub.

Son zamanlar media subyektlərinin öz fəaliyyətini qanunvericiliyə uyğun təkmilləşdirməsi, operativlik, şəffaflıq və digər mühüm meyarlara uyğunlaşdırması istiqamətində ciddi səylər göstərməsi təqdirəlayiq hal kimi qiymətləndirilir və gələcəkdə də mediamızda bu meyllərin davamlılığının təşviqi üçün zəriri addımlar atılacaq.

Müsabiqələr gələcəkdə də davam etdiriləcək, növbəti aylar ərzində fəaliyyətini müəyyən edilmiş qaydalara uyğunlaşdıran veb-saytlar yenidən həmin müsabiqələrdə iştirak edə biləcək, qiymətləndirmə meyarlarına cavab verdikdə və daha yüksək göstəricilər nümayiş etdirdikdə isə qalib olmaq imkanı qazanacaqlar.

Medianın İnkişafı Agentliyi sağlam media mühitinin formalaşmasına verdikləri töhfə üçün dəyərli media subyektlərinə minnətdarlığını bildirir.
Ələkbərovun sərvəti 5 milyard artdıCari ilin ilk altı ayı ərzində rusiyalı milyarderlər 35,32 milyard dollar sərvət əldə ediblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb.

Rusiyalı milyarderlərin sərvəti 369,36 milyard dollar təşkil edib. Onlar arasında ən zəngini 32,8 milyard dollarla Vladimir Potanindir.

Siyahıda Vahid Ələkbərov da yer alıb. Onun sərvəti 5,03 milyard dollar artaraq, 22,3 milyard dollara yüksəlib.

Prezident bu hərbçilərin maaşını artırdı - SərəncamPrezident İlham Əliyev İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

1. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara (bundan sonra – hərbi qulluqçular):

2.1. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 (beş) il müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir;

2.2. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin əlavəsinin ödənilməsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.3.5.2-ci “Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlər” yarımbəndində nəzərdə tutulmuş vəsaitin, növbəti illərdə isə dövlət büdcəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin saxlanılması xərclərində nəzərə alınması hesabına təmin edilir;

2.3. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara onların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış sayına və tərkibinə uyğun olaraq ödənilir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

4. Bu Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.
Prezident DİN-in əməkdaşlarını təltif etdi - SİYAHIPrezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Kərimov Oqtay Əsgər oğlu – polis general-mayoru

“Vətən uğrunda” medalı ilə

Abdullayev Zaur Natiq oğlu – polis general-mayoru

Kərimov Orduxan Alqayıt oğlu – istefada olan polis polkovniki

Mahmudov Toğrul Ramiz oğlu – polis polkovniki

Mehdiyev Fərhad Süleyman oğlu – polis polkovniki

Məmmədov Xəqani Seyfulla oğlu – polis polkovniki

Məmmədov Mahir Əli oğlu – polis polkovniki

Məmmədov Müzəffər Qəzənfər oğlu – polis polkovniki

Mirhuseynov Xəyyam Cahangir oğlu – polis polkovniki

Nəbiyev Zaur Əli oğlu – polis polkovniki

Abdullayev Şahid Mürsəl oğlu – polis polkovnik-leytenantı

Heydərov Arzu Afət oğlu – polis polkovnik-leytenantı

Quliyev Yelmar Məhər oğlu – polis polkovnik-leytenantı

Qurbanov Rəhman Niyazi oğlu – polis polkovnik-leytenantı

Məmmədov Məmmədəli Həsən oğlu – polis polkovnik-leytenantı

Məmmədov Rüfət Nizami oğlu – polis mayoru

Behbudov Murad Arif oğlu – polis kapitanı

Əliyev Mübariz Vəzir oğlu – polis baş serjantı

İgidliyə görə” medalı ilə

Məhərrəmov Səməd Akif oğlu – polis polkovniki

Hacıyev Namiq Fərrux oğlu – polis polkovnik-leytenantı

Salahov Faiq Fərman oğlu – polis polkovnik-leytenantı

Əliyev Mahir Boran oğlu – polis mayoru

Əliyev Səməndər Əziz oğlu – polis mayoru

Məmiyev Razi Aftandil oğlu – polis leytenantı

Məmmədov Mahir Tahir oğlu – polis baş serjantı

Xudiyev Vüqar Yusif oğlu – istefada olan polis baş serjantı.