“Beşbarmaq dağı” dövlət qoruğu kimi TƏSDİQLƏNDİ“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun vəzifələri və fəaliyyət istiqamətləri açıqlanıb.

Avrasiya.net-in məlumatına görə, Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir; Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir; Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırır və həyata keçirir; Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyatın hərəkətini müvafiq qaydada təşkil edir, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzi ilə birgə qanunvericiliyə uyğun qaydada tədbirlər görür; tarix və mədəniyyət abidələrində aparılan konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir. Layihələr Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edildikdən sonra Qoruqları İdarəetmə Mərkəzinin, Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir; Qoruq öz sərhədləri və mühafizə zonası daxilində abidələrin, tikililərin bərpası və təmirinin planlaşdırılması və təşkili üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir. Qoruqları İdarəetmə Mərkəzi həmin işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür; Qoruq Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir; Qoruğun elmi fondu müddətsiz saxlanılır; Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür; Qoruq ərazisində turizmin inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən olunması və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir; adılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir; Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə elmi tədqiqatlar və araşdırmalar təşkil edir, abidələrin aşkar edilməsi və öyrənilməsi üçün mütəxəssisləri cəlb edir; hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Dövlət Turizm Agentliyi üzrə nəzərdə tutulmuş vəsait dairəsində abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatların nəşri üçün müvafiq tədbirlər görür; Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Dövlət Turizm Agentliyində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruğun ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir; Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür; fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir. Elmi tədqiqatların aparılması metodlarının Qoruğun xüsusi rejiminin tələblərinə zidd olmaması şərtilə hazırlanmış təkliflər Qoruqda tətbiq edilə bilər.

Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb.
Sumqayıtda 37 yaşlı kişi dənizdə boğulduSumqayıtda 37 yaşlı kişi dənizdə batıb.

Hadisə Corat çimərliyində qeydə alınıb.

1984-cü il təvəllüdlü İslamov Zakir Adil oğlu dənizdə batıb. Onun meyiti dənizdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Aparılan araşdırma zamanı Z. Islamovun ötən gün batdığı məlum olub./APA
Qurban bayramı ilə əlaqədar iş günlərinin yeri dəyişdirildiBaş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb.

Avrasiya.net-in məlumatına görə, qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iyulun 20 və 21-i ölkədə Qurban bayramı qeyd olunacaq.

Həmin günlər də Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab edilir.
Kolumbiyalı diplomat komitə sədri ilə görüşüb Səfir Antonio Dimaté Kolumbiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətləri dərinləşdirmək üçün Azərbaycan Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin rəhbəri Anar Quliyev ilə görüş keçirdi.

Kolumbiyanın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, çox səmimi görüşdə tərəflər ikitərəfli əməkdaşlıq üçün perspektivli sahələri müzakirə etdilər.

Cənab Quliyev Azərbaycan ərazilərinin bərpası istiqamətində görülən işlər, dövlət komitəsinin fəaliyyəti və şəhərsalma islahatları barədə məlumat verdi.

Səfir Antonio Dimaté, öz növbəsində, iki ölkə arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyəsini yüksək qiymətləndirdi və 25 il ərzində inkişaf etdirilən ikitərəfli münasibətlərin yaxşı vəziyyətindən məmnun olduğunu bildirdi və Kolumbiyanın bu ölkələr arasında turizm, ticarət və investisiyaların inkişafına xüsusi maraq göstərdiyini bildirdi.

Tərəflər şəhərsalma, dizayn, müasir informasiya texnologiyalarının tikintidə istifadəsi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi apardılar və mümkün birgə layihələri müzakirə etdilər.
Çap mediasına dəstək layihəsinin qalibləri - SiyahıMedianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb.

Medianın İnkişafı Agentliyindən Avrasiya.net-ə verilən məlumata görə, çap mediasına dəstək layihəsinin qalibləri aşağıdakılardır:

“525-ci qəzet”

“Şərq” qəzeti

“Səs” qəzeti

“Bakı-xəbər” qəzeti

“Yeni Müsavat” qəzeti

“Yeni Azərbaycan” qəzeti

“Xalq cəbhəsi” qəzeti

“Azernews” qəzeti

“Novoye Vremya” qəzeti

“Həftə içi” qəzeti

"Hürriyyət" qəzeti

"Ədalət" qəzeti

"Türküstan" qəzeti

"Olaylar" qəzeti

"Nedelya" qəzeti

"Hərbi and" qəzeti

"Unikal" qəzeti

"Paralel" qəzeti
Ağadadaş Ağayevin Türkiyədəki evini satıb, pulunu yeyiblərXalq artisti Ağadadaş Ağayev Türkiyədən qayıtdıqdan sonra ilk dəfə “Günün sədası” proqramına qonaq olub.

Veriliş zamanı A.Ağayev səhhətilə bağlı yaşadığı problemlərdən danışıb: “Xalqımızı mən çox sevirdim.

Amma başıma gələnlərdən sonra onların mənə necə dəstək olduqlarını görüb daha çox sevməyə başladım.

Artıq musiqi fəaliyyətimdə aktiv olacam. Çünki bu yaşama şansını Allah mənə verdi. Xəstəliyimi bilən kimi özümü Allah tapşırdım. Çünki Allah mənə 65 il şans verib, çox yaxşı yaşamışam.

Millətimin, xalqımın qarşısında dürüst olmuşam. İnsan xəstəliyə qalib gəldikdən sonra sonra dünyaya fərqli yanaşır. 4 dəfə əməliyyata girdim.

Başa düşdüm ki, insan qədər Allahın sevdiyi ikinci varlıq yoxdur. Həyatımda ilk dəfə ölkəmdən uzaq düşdüm. Ayrı qaldım. İnsanlar mənə zəng edirdi, orqanlarını bağışlamaq istədiklərini bildirirdilər”.

A.Ağayev Türkiyəyə səfərləri zamanı orada öz evində qalırdı. Proqram zamanı sənətçi həmin evin başqa insan tərəfindən satıldığını bildirib: “Həmin evimi satıblar, pulunu isə yeyiblər. Halal xoşları olsun. İndi başqa yeni və kiçik evimiz var. Hava limanına yaxın ərazidə yerləşir”. (baku.vs)
MEDİA saytlara dəstək layihəsinin qaliblərini açıqladıAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb.

Medianın İnkişafı Agentliyindən verilən xəbərə görə, müsabiqənin qalibləri aşağıdakılardır:

Qazet.az

Bizim.media

Azxeber.com

Yenicag.az

Sportinfo.az

Sonxeber.az

Qaynarinfo.az

Sportal.az

Azvision.az

Tezadlar.az

Sia.az

Football-plus.az

Cebhe.info

Editor.az

Bizimyol.info

“Apasport”

Avropa.info

Bakupost.az

7news.az

Demokrat.az

Offisideplus.az

Minval.az

Qol.az

Moderator.az

Yenisabah.az

Publika.az

Visiontv.az

Qafqazinfo.az

Day.az

Sfera.az

Anews.az

Olke.az

Ednews.net

Modern.az

Missiya.az

Azpolitika.az

Matbuat.az

Bakivaxti.az
"Ermənistan əməllərinə görə beynəlxalq qurumlar qarşısında cavab verəcək"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Oxçuçayın çirkləndirilməsi ilə bağlı beynəlxalq şirkətləri Azərbaycana dəvət edib. Həmin şirkətlər gəlib nəzərdən keçirdikdən sonra gördülər ki, suyun tərkibində zərərli maddələr çoxdur. Oxçuçayın tərkibində olan dəmir və nikelin faizinin normadan çox olduğu bəlli olub.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib. O qeyd edib ki, Ermənistan dövləti bu cür əməllərinə görə beynəlxalq qurumlar qarşısında cavab verəcək: “Ermənistanda yerləşən mis zavodunun səhm sahiblərindən biri də Almaniya şirkətidir. Həmin bu zavod qeyri-qanuni şəkildə Oxçuçaya zərərli maddələr axıdıb. Demək olar ki, həmin ərazi ölü zonaya çevrilib. Bununla bağlı müxtəlif qurumlar xəbərdar edilib. Dövlət səviyyəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu mövzu ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi. Bu hadisənin qarşısının alınması üçün xəbərdarlıq məktubları göndərilib. Bu əməllərinə görə Ermənistan hakimiyyəti və həmin şirkətdə səhm sahibi olan şirkətlər beynəlxalq qurumlar qarşısında cavab verməlidir. Ermənistan yaxşı bilir ki, bu cür zərərli maddələri çaya axıtmaq olmaz. Biz çalışacağıq ki, bu əməli törədən Ermənistan dövləti və həmin şirkətin səhm sahibləri beynəlxalq hüquq qarşısında cavab versin. Oxçuçay Araz çayının bir qolu olub, Zəngəzur ərazisindən keçərək Kür çayına qovuşur. Bu çirkləndirilmiş su əkin sahələrinin suvarılmasında istifadə olunur. Yəni bu hadisə birbaşa Azərbaycanın ekologiyasına ziyan vurur”.
Erməni polkovnik: Savaşda 7 min əsgərimiz ölübII Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun itkiləri hökumətin səsləndirdiyindən iki dəfə çoxdur.

Bunu “Aramo” terror batalyonunun komandir polkovnik Aram Torqomyan deyib.

“Müharibəni dayandıranda Zəngəzurun fərqli hissələrində içi əsgər meyitləriylə dolu “Spayk” maşınları vardı. Bizdə Paşinyanın dediyi kimi 3-4 min yox, 7 min itki var”, – deyə o bildirib.

axar.az
Çavuşoğlu Şimali Kipr Türk Cümhuriyyətinə səfər edibTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) işgüzar səfər edib.

Avrasiya.net xəbər verir ki, Ercan Hava Limanında Mövlud Çavuşoğlunu ŞKTC-nin xarici işlər naziri Tahsin Ertuğruloğlu və Türkiyənin Nikosiyadakı səfiri Əli Murat qarşılayıblar.

Türkiyənin xarici işlər naziri Çavuşoğlu bu gün prezident Ersin Tatar ilə görüşəcək. Görüşdən sonra ortaq mətbuat konfransı keçiriləcək Mövlud Çavuşoğlu "Tvitter" hesabında ŞKTC-ə ziyarəti ilə əlaqədar bir açıqlama yayıb: “Biz ŞKTC-də bir iş ziyarətindəyik. Suveren bərabərlik və bərabər status Kipr Türk xalqının təməl haqqıdır. Birlikdə qorumağa davam edəcəyik", deyə qeyd edib.