İtkin düşmüş daha 2 hərbi qulluqçumuzun meyiti tapıldıAzərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş daha 2 hərbi qulluqçusunun meyiti tapılıb.

Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

"Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata kecirilmiş əmaliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılan müntəzəm iş nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyən olunaraq meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.

Bundan əvvəl verilən məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elməddin Sərdar oğlu Həsrətov və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elşən Fazil oğlu Yunislinin meyitləri tapılaraq, şəxsiyyətləri müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik", - Mətbuat xidmətindən bildirilib.

***

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli sabah Şəmkir rayonunda dəfn ediləcək.

Şəhidlə vida mərasimi onun ailəsinin yaşadığı Şəmkir rayonunun Təzəkənd kəndində keçiriləcək.

Vida mərasimindən sonra şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
"Özümə haqq qazandırmıram"Dünən 76 yaşı tamam olan keçmiş millət vəkili Hüseynbala Mirələmov "anews.az"a müsahibə verib.

Avrasiya.net həmin müsahibəsini təqdim edir:

- Məktəb yaşlarınızdan yazıb yaradırsınız. "Xalq yazıçısı" titulunu almaq istəyiniz olubmu?

- O titulları insanlara elə belə vermirlər. Cənab prezidentin verdiyi hər bir qərar və sərəncama hörmətlə yanaşıram və hesab edirəm ki, o titul adları alanlar buna layiqdir. Əgər nə zamansa layiq bilinsəm alacam. Bu mənim üçün problem deyil. Tək istədiyim budur ki, yazdığım əsərlər unudulmasın, kitablarımın daimi oxucusu olsun.

- Bir çox əsərləriniz tamaşaya qoyulub. Azərbaycanda yaradıcılıq mühitindən razısınızmı? Sizcə bu sahədən gəlir götürmək mümkündürmü ?

- Sovet hakimiyyəti dövründə ən varlı şəxslər yazıçılar idi. Çünki dövlət həm onların kitablarını çap etdirir, həm qonarar verir və əlavə olaraq onlar kitablarını sataraq qazanc əldə edirdi. İndi isə bu məsələ gündəmdə deyil. Yalnız kimin büdcəsi imkan versə öz kitabını çap etdirib sata bilir. Hesab edirəm ki, indi ona görə böyük ədəbiyyat yaranmır.Yazıçıların çoxunun kitab çap etdirməyə maddi imkanı yoxdur.Bu prosesdə dövlət dəstək göstərərsə çox gözəl ədəbiyyat mühiti yarana bilər.

Dövlət dəstəyi olmalıdır. Adamlar var böyük əsərlər yazır, amma çap etməyə maddi imkanları yoxdur.Dövlət tərəfindən müsabiqə yolu ilə qonarar verilsə həmin yazıçarın kitabları çap olunsa biz də bu sahədə böyük uğurlar əldə edərik.

- Siz həm də "Azəriqaz" sistemində çalışmısız. Azərbaycanda qazlaşmanın səviyyəsindən razısınızmı?

- Dünyada elə bir ölkə yoxdur ki,orada qaz verilməsi 99% olsun. Azərbaycanda 96 faiz qazlaşma böyük rəqəmdir. Şəhər və qəsəbələrin əksəriyyətində bu gün qaz problemi demək olar yoxdur. Hətta Lerikdə elə kəndlər var ki, vaxtilə ora maşın yolu belə yox idi, amma indi həmin ərazilərə qaz verilir. Uzun illər o sahədə rəhbər vəzifədə olmuşam. Bu sahədəki fəaliyyəti və dövlət dəstəyini yüksək qiymətləndirirəm.

- Dünən Elçibəyin doğum günü idi. Müsahibələrin birində oxumuşdum ki, 1992-ci ildə Sizi vəzifədən uzaqlaşdırıb və təxribatda günahlandırıb. Maraqlıdır sizi hansı təxribatda günahlandırıblar?

- Azərbaycan dövlət yanacaq komitəsində sədrin birinci müavini idim. Bir gün xəbərlərdən bildim ki, sədri və məni işdən çıxarıblar. Heç bir səbəb olmadan. Sakitcə işdən uzaqlaşdım. 3 gün sonra isə eşitdim ki, bizim üçün cinayət işi qaldırılıb. Baş prokrorun müavini televiziyada çıxışında deyib ki, guya biz Bakı şəhərində neftbazada beznin ola-ola biz benzinin satılmasının əleyhinə olmuşuq. Məqsəd isə əhalini Xalq Cəbhəsindən narazı salmaq olub. Məni prokrorluğa çağırdılar sual verdilər ki, niyə təxribat aparmısız, benzin verməməsiz? Müstənqiə sual verdim ki, sən oturduğun ağacın budağını kəsərsənmi? Dedi yox. İzah etdim ki, mən də həmin komitəyə, bezninin satışına cavabdeh olan şəxsəm. Necə belə bir iş görə bilərəm? Bir ay müddətində bizi süründürlər. Sübut tapılmadı. Sonra bu cinayət işinə xitam verildi. Dünən Elçibəyin doğum günü olub. Allah rəhmət eləsin. Mən ruhlara xəyanət və təhqir edən adam deyiləm.

- 1990-ci illərdə Azərbaycanda yaşanan siyasi böhranı necə qiymətləndirirsiz?

- Pis qiymətləndirirəm o dövrü. O vaxtlar içi mən olmaqla Heydər Əliyevə müraciət etdik. Uzun təhdidlərdən sonra Heydər Əliyev vəziyyəti gördü və xalqın inadlı təhkidi ilə hakimiyyətə gəldi. Bu gün də sabitlikdi, rahat yaşayırıq. Qaşığı qızıldan olmaq xoşbəxtlik deyil, xoşbəxtlik rahat və sakit yaşamaqdadır. O vaxtlar bulvara girəndə adamı soyurdular, toylara girib adamı basqın edirdilər. O günlər bir də Azərbaycanın həyatına qayıtmasın.

- Üç çağırış deputat olmusunuz. 2020-ci ildə nəticələriniz ləğv olundu. Sizcə bu qərar doğru qərar oldumu?

- Mərkəzi seçki komissiyası qərarı ləğv etdi. Mən şəxsən qərarın niyə ləğv olunduğunu bilmədim. Qələbə qazanmışdım. İnsanların böyük əksəriyyəti məni təbrik də etmişdi. MSK yəqin ki obyektiv bir səbəb tapıb ləğv edib. Seçkidə bu proseslər olur. Təəssüflənmədim. Görünür hardasa pozğunluq olub.

- Milli Məclisə yenidən seçkilər keçirilsə, namizədliyinizi verəcəksinizmi?

15 il deputat olmuşam. Kifayət qədər xidmətlərim olub. Artıq seçkilərdə iştirak etməyi düşünmürəm. Özümü tamamilə bədii yaradıcılığa həsr etmişəm.

- 15 il deputat olduğunuz dövrdə seçicilərinizə hansı vədi verib yerinə yetirə bilməmisiniz?

-33 saylı xətai seçki dairəsindən namizəd olmuşam. Hələ elə bir şey olmayıb ki, nəyisə vəd edim amma yerinə yetirməyim. Bəzi hallar olub ki, şəxsi maraqlar üçün müraciət ediblər və mən başa salmışam ki, bu mənim səlahiyyətimdə olan məsələ deyil. Gücümdə olan msələləri hamısını yerinə yetirmişəm. Bir dəfə yanıma gəlib dedilər ki, icra hakimiyyətinin sərancamı ilə burda böyük ev tikilir. Mən həmin sərəncama ləğv etdirdim və seçicilərim məni çağırıb ayağımın altında qurban kəsdilər.

- Pandemiya həyatınızda nəyi dəyişdi?

-Pandemiya ürəyimdə bəzi dostların itirilməsi kimi yadda qaldı. Hesab edirəm ki, bu bizə Allahın bir sınağı idi. Olmalı idi və oldu. Bəşəriyyətin sınağı idi. Ölkəmizdə pandemiya dəf olmaq üzrədir. Rəqəmlərə baxanda görərik ən az COVİD-19-dan ölüm sayı da bizim ölkədədir. Səbəb isə dövlətimizin ilk gündən bu işə məsuliyyətlə yanaşmasıdır.

- Müxalifətdən olan dostlarınız varmı?

- Sabir Rüstəmxanlı ilə dostuq. Müxalifətçi düşərgədədir.

- Milli Məclisdə elə deputatlar varmı hansı ki, onlardan zəng gözləyirsiz əksinə isə onlar sizi unudub?

- Böyük əksəriyyəti mənə zəng edir. Amma elələri də var başları işə-gücə qarışıb unudub. Heç kəs heç nədən sığortalanmayıb. Bunu deyə bilərəm ki, nə tökərsən aşına, o da çıxar qaşığına. Borcdur.

- Məlum video ilə gündəm oldunuz. Bizdə olan məlumata görə rektorla aranızda olan soyuq münasibətin nəticəsi olaraq həmin görüntülər 3 ay sonra yayıldı. Araşdırdınızmı həmin videogörüntüləri kim yayıb?

- Rektorla bizim universitetdən çıxan günə qədər çox isti münasibətlərimiz olub. Qarşılıqlı hörmət olub. Mənim üçün də təəccüblü oldu ki, video necə yayılıb. Araşdırmadım da bunu kim edib. Mənim üçün onun kim tərəfindən edilməsi əhəmiyyətli deyil. Bilirəm ki, Allah tərəfindən cəzasını alacaq. Onu deyə bilərəm ki, rektorla çox böyük incikliyim yarandı. Hadisəni eşidən kimi ərizəmi yazıb göndərdim. Bildirdim ki, ərizəmə qol çəksin. Düşündüm artıq orda işləyə bilmərəm.

- Niyə ərizə yazdınız ki?

- Qısa deyim ki, incidim. Səbəblərini demək istəmirəm. Biz bir-birimizə qardaş, dost deyirdik. Heç olmasa, ərizəmi alanda protokol xatirinə zəng edib təəssüf hissini bildirə bilərdi. Ən azı deyə bilərdi ki, kaş belə olmazdı. Reaksiyasız qaldı. Bu da məndə küskünlük yaratdı. İlk dəfədir danışıram bu haqda. Bilmirəm kim etdi bunu? Ən azı telefonla zəng edə bilərdi.

- Həmin video haqqında nə deyə bilərsiz? Keçmiş deputat yoldaşlarınız sizi qınadı. Buna münasibətiniz?

- Gəlin bu haqda heç danışmayaq. Kim tənqid edibsə özü bilər, öz işləridir. Bunu deyə bilərəm ki, mən qınanmalı idim, haqlı olaraq qınanmalı idim. Özümə haqq qazandırmıram. Amma məni kim qınamalı idi? Məni mənəvi haqqı olanlar qınamalı idi. Əksinə məni elə adamlar qınadı ki, onların heç mənəvi haqqı yox idi məni qınamağa.

- İndi nə ilə məşğulsuz?

- Yaradıcılıqla məşğulam. 4 min manata yaxın təqaüd alıram. Mənə artıqlaması ilə bəs edir. Dövlətimizdən, prezidentimizdən çox razıyam. Bu yaxınlarda "Erməni şərəfsizliyi" adlı kitabım çıxıb. 10 ildir bu kitabın yazılması üçün araşdırmalar aparırdım. Osmanlı imperiyası dövründən bu günə qədər terror təşkilatları barədə araşdırmalar etmişəm.

- Əsərlərinizdə yaşlı kişilərin gənc qızlara olan sevgisindən yazırsız. Niyə bu mövzu Sizə maraqlı gəlir?

- Məhəbbətin yaşı olmur. Bu nə vəzifəyə nə yaşa nə pula baxmır. Sevgi bir hissdir.Yazıçının fantaziyası lmasa yaza bilməz. Çox çətin bir peşədir. Yazıçılar yazmaqdan çox oxumalıdırlar. Gənc yazıçılara məsləhətim budur çox oxusunlar. İnsanları yalnız sevgi və məhəbbətlə dəyişmək olar.

- Əlinizdə ürək formasında döymə gördüm. Bunun tarixçəsi var?

- Əsgərliyə gedəndə nişanlım var di. Onun adına döymədir. Qayıtdıqdan sonra evləndik. Artıq balalarımız nəvələrimiz var. 50 ildir məni tanıyır. Məlum videoya da münasibəti neytral oldu. Əqidəmi, vicdanımı əxlaqımı yaxşı bilir. Rəhbər vəzifələrdə işləmişəm. Minlərlə qadın işçim olub. Qaz emalı zavodunun qadınları həmin video ilə bağlı saytların birinə böyük bir məktub ünvanladılar. Hər insanın həyatında kiçik qüsurlar olur. Mənim yoldaşım mənə dedi darıxma olan işdir. Sənin əxlaqına bələdəm. Lənət şeytana deyib mövzunu bağladıq. Ailəmdə hər şey qaydasındadır
Düşməni elə rəzil vəziyyətə qoyduq ki... - Prezident2016-cı ilin Aprel döyüşləri onlara vurulan ciddi zərbə idi. Düzdür, ondan sonra onlar bəyan etməyə çalışırdılar ki, guya Aprel döyüşlərində qalib gəldilər. Mən isə o vaxt sual verirdim ki, biz onların qazdıqları səngərlərdə oturmuşuq, biz onların tutduqları yüksəklikləri ələ keçirmişik. Necə ola bilər ki, onlar qalib gəldilər? Yəni, bu, növbəti yalanın təzahürü idi. Eyni zamanda, Aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri biabırcasına vəzifəsindən qovuldu. Bir çox generallar vəzifələrindən qovuldular. Əgər onlar qalib gəlmişdilərsə, nə üçün bu insanlar öz vəzifələrindən qovulmuşdular? Biz Aprel döyüşlərindən sonra “Böyük Qayıdış”ın ilk təzahürü olan Cocuq Mərcanlı kəndini bərpa etdik. Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edərkən və onu açarkən mən deyirdim ki, gün gələcək, biz Şuşada bax bu Gövhərağa məscidini bərpa edəcəyik.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə deyib.

"Aprel döyüşləri Ermənistana dərs olmadı. Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərazini götürmüşdük və gücümüzü, peşəkarlığımızı bir daha göstərmişdik. O da dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. Halbuki, müharibə dövründə mən dəfələrlə öz çıxışlarımda və müsahibələrimdə deyirdim ki, biz dayanmağa hazırıq. Mən Prezident kimi bəyan edirəm, Ermənistan rəhbəri şəxsən bizə tarix versin, nə vaxt bizim torpaqlarımızdan erməni hərbi birləşmələri çıxır, o tarixi bizə versin və biz müharibəni dayandırırıq. Ancaq Ermənistan tərəfi yenə də bu şansı itirdi. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Mən bu rəqəmləri səsləndirmişdim, siz yaxşı bilirsiniz. Siz Ermənistan ordusunu məhv etmisiniz, Ermənistan ordusu yoxdur, 336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S-300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər qurğuları məhv edilib, artilleriya qurğuları. Yəni, Ermənistan ordusu yoxdur. Müharibə dövründə, - artıq bu da sirr deyil, - vasitəçilər Ermənistana xəbər göndərmişdilər ki, dayanmaq lazımdır, tarix verin Azərbaycana. Ancaq onlar bundan da imtina etdilər. Biz Şuşanı işğalçılardan azad edəndən sonra məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar", - İlham Əliyev söyləyib.
“Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”"Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək".

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə deyib.

"Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir", - deyə dövlət başçısı bildirib.
İlham Əliyev: Bu gün heç kimdən asılı deyilikMən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları işləmir. Dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Biz gördük ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili ön plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini tapacaq.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə deyib.

"Bununla paralel olaraq biz iqtisadi güc toplamalı idik. Bizim hazırlıq işlərimizdə bu amil deyə bilərəm ki, aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək Prezident kimi mənim başlıca vəzifələrimdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. Təkcə onu demək kifayətdir ki, bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir. Onlar da öz növbəsində bizi dəstəkləyirlər, - dövlət başçısı vurğulayıb.
Bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa... - PrezidentBiz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində söyləyib.

Dövlətimizin başçısı deyib: “İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir”.

Prezident qürur hissi ilə qeyd edib ki, biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. “Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”, - deyə Müzəffər Ali Baş Komandan İlham Əliyev vurğulayıb.
“Azəriqaz”ın əməkdaşı iş başında döyüldüAzəriqaz İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa xidmət sahəsində təmir-bərpa üzrə qaynaqçı vəzifəsində işləyən Ələkbər İbarət oğlu Babayev abonentin fiziki təzyiqinə məruz qalıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, o, Aşağı Göyçəli kəndində 420 manat debitor borcu olan abonent Vilayət Vəliyevin qaz təchizatını dayandırarkən gözləmədiyi halda arxadan boyun və qol hissəsinə ağacla zərbələr endirilib. Təhqir olunub, qaynaq aparatı əlindən alınıb. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Azərbaycanlı qadında ÖLÜMCÜL VİRUS tapıldı, 10 mərtəbəli bina karantinə alındıTürkiyənin Ordu şəhərinin Gölevi məhəlləsində yaşayan Azərbaycan vətəndaşı qadında koronavirusun “delta” variantının aşkarlanması nəticəsində 10 mərtəbəli bina karantinə alınıb.

Həmin qadın tətildən geri qayıdandan sonra özünü pis hiss edib, koronavirus əlamətləri müşahidə olunub. Aparılan test nəticəsində qadının virusun “delta” variantına yoluxduğu müəyyən edilib. Səhiyyə işçilərinin briqadası qadının yaşadığı binada karantin tətbiq edib.

Binanın yerləşdiyi küçənin yönətim başqanı Mehmet Öztürk deyib: “Dünən axşam saatlarında küçəmizdə yaşayan Azərbaycan vətəndaşı qadının tətildən döndükdən sonra delta mutasiyalı virusa yoluxduğu səhiyyə işçiləri tərəfindən bizə bildirildi. Dünən axşam polis əməkdaşları və səhiyyə işçiləri qadının yaşadığı binada cəmi beş mərtəbədə yerləşən 20 mənzili karantin üçün bağladı. Virus cəmi bir nəfərdə aşkarlanıb, digər sakinlərdə hər hansı problem yoxdur. Lazım olan tədbirləri görmüşük. Əvvəlcə öz küçəmizdə dezinfeksiya apardıq, sonra Ordu Böyükşəhər Bələdiyyəsi işçiləri gəlib dezinfeksiya apardılar”.

Polislər isə küçəyə gələrək karantin altında olanların çölə çıxmaması barədə xəbərdarlıq edib.

Koronavirusun “delta” mutasiyası iki dəfə sürətlə yoluxdurur və daha ölümcül hesab ediliir. Bu mutasiya Hindistanda meydana çıxıb və sürətlə dünyanın 100-dən çox ölkəsinə yayılıb. Üstəlik bu günlərdə Hindistanda virusun ildırım sürəti ilə, “delta”dan daha sürətlə yoluxan “delta-plyus” mutasiyası da meydana çıxıb. Mütəxəssislər koronavirusa qarşı vaksinlərin bu mutasiyalara qarşı da effektiv olduğunu deyirlər. (virtualaz.org)


Prezident bu raketlərin start mövqeyinə baş çəkdiAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

Avrasiya.net xəbər verir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş növbətçiliyində olan S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə gəlib.

Qeyd edək ki, Azərbaycan Ordusunun müasir hərbi texnika, silah-sursatla təminatı daim Ali Baş komandanın diqqət mərkəzində olub. Vətən müharibəsi də sübut etdi ki, Azərbaycan dövlətinin ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, silahlanmaya yeni, müasir silah növlərinin, hərbi texnikanın daxil edilməsi istiqamətində atdığı addımlar müdrik və uzaqgörən siyasətin nəticəsidir. İndi Silahlı Qüvvələrimiz beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatlarında dünyanın ən güclü ordularından biri kimi qiymətləndirilir.

Prezident, Ali Baş Komandan İlham Əliyevə yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi barədə də məlumat verilib. Bildirilib ki, məntəqə müxtəlif növ zenit-raket komplekslərinin, radiolakasiya vasitələrinin, radio-texniki kəşfiyyatın, radio-elektron mübarizə vasitələrinin, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının, ordu, qırıcı və hücum aviasiyasının eyni vaxtda idarə olunmasını təmin edir. Vətən müharibəsində aparılan döyüşlərin təcrübəsi nəzərə alınmaqla qurulan Komanda Məntəqəsinin texniki imkanları XXI əsr müharibələrinin tələblərinə tam cavab verir.

Sonra Ali Baş Komandana Hərbi Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib.
Donbasda atəşkəs pozuldu: Ukrayna hərbçisi həlak olduDonbasda Rusiya ordusunun atəşi nəticəsində bir Ukrayna hərbçisi həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“Bu gün səhər saatlarında Rusiya ordusu atəşkəs rejimini 2 dəfə pozub. Nəticədə Donbasın Peski bölgəsində 1 Ukrayna hərbçisi həlak olub.

Hadisə ilə bağlı ATƏT təmsilçiləri məlumatlandırılıb”, - xəbərdə qeyd edilib.