Avro-2020-də bu gün daha iki oyun keçiriləcəkAVRO-2020-də qrup mərhələsinin III turu davam edir.

Avrasiya.net xəbər verir ki, bu gün daha 2 oyun keçiriləcək.

D qrupunda Çexiya və İngiltərə qarşılaşacaq. Hər iki komandaya mübarizəni davam etdirmək üçün 1 xal da kifayətdir.

Xorvatiya - Şotlandiya oyununda rəqiblər mütləq qalib gəlməlidir.

AVRO-2020

III tur, 22 iyun

D qrupu

23:00. Xorvatiya - Şotlandiya
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Qlazqo. “Hempden Park” stadionu


23:00. Çexiya – İngiltərə
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)

London. “Uembli” stadionu

Azərbaycanda toylara İCAZƏ VERİLDİ2021-ci il 1 iyul tarixindən aşağıdakı tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir: 2.5-3.1. şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidi
Ermənistanda vətəndaş müharibəsi ola bilər?Ermənistanda növbədənkənar parlament seçkiləri baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın başçılıq etdiyi “Vətəndaş müqaviləsi” partiyasının qələbəsi ilə başa çatdı. 53,92% səslə inamlı qələbə qazanan “Vətəndaş müqaviləsi” partiyası yenidən hakimiyyətə gələcək.

Ermənişünas alim Qafar Çaxmaqlının Modern.az-a bildirdiyinə görə, seçki kampaniyası ərzində Ermənistanda çox rəngli siyasi fiqurlar ortaya çıxıb:

“Əvvəl keçmiş prezidentlər seçkilərdə iştirak etmirdilər, amma bu seçkilərə qatıldılar. Hərəsinin isə bir məqsədi var idi. Əslində Ermənistanın keçmiş prezidentləri seçkilərə qalib gəlib, ölkəni yenidən dirçəltmək məqsədi ilə qatılmamışdılar. Məsələ budur ki, onların əsas məqsədi üzərlərində olan cinayət işlərinin aradan qaldırılması üçün parlamentdə bir mandatın əldə edilməsi idi.

Ermənistanda seçkilərdə səs çoxluğu Paşinyan tərəfində oldu, demək olar ki, qalib sayılır. Amma bundan sonra Ermənistanda hansı yolun izlənilməsi hələ yaranacaq hökümətdən asılıdır. Paşinyanın hansı siyasi partiyanı, fraksiyanı yanına almasından çox şey asılıdır. Şübhəsiz ki, hələ seçkilərin dövründə də həbslər oldu. Seçki zamanı bir çox qanunsuzluğun şahidi olduq”.

Q.Çaxmaqlı deyir ki, siyasi liderlərin həbsləri gözləniləndir:

“Ermənistanda Robert Koçaryan və Serj Sarkisyanın qardaşı oğlunun işləri gündəmdədir. Koçaryan 3 dəfə həbs olunmuş bir adamdır. Bu adamın üzərində çox böyük cinayətlər var. 1999-cu ildə parlamentə basqın məsələsində əli olduğu düşünülür. 2008-ci ildə prezident seçkilərindən bir gün sonra 10 nəfərin öldürülməsi ilə nəticələnən bir insident də Koçaryanın ayağına yazılıb. Bundan başqa, Paşinyan hakimiyyətini gücləndirmək üçün bəzi işələr görməlidir. Bu da ayrı-ayrı zamanlarda cinayət törətmiş şəxslərin məhkəmə qaşısında yarğılanmasıdır. Bunun nəticəsində Paşinyan tərəfindən müəyyən addımlar atılacaq. Seçkidən sonra qanunsuz hərəkətlərə yol verilərsə, həbslər ola bilər. Çünki bəzi siyasi partiyalar seçkilərin nəticələrini qəbul etmir, ona görə də bu partiyaların üzvlərinin həbsi gözlənilə bilər. Ermənistanda hazırda vətəndaşlar meydanlardadı, seçki nəticələri təsdiqləndikdən sonra Koçaryan və Paşinyan tərəfdəşları arasında vətəndaş müharibəsi də ola bilər”.
İranın yeni prezidentinin Qarabağ siyasəti... - Balçıİbrahim Rəisi ötən gün keçirdiyi mətbuat konfransında ölkənin əsas problemlərdən biri kimi iqtisadi sıxıntılardan danışdı və bu sıxıntıların aradan qaldırılmasının yeni qurulacaq hökumətin qarşısında duran ən vacib məsələlərdən biri olduğunu qeyd etdi.

Bunu Axar.az-a açıqlamasında siyasi ekspert Çağatay Balçı bildirib. Onun sözlərinə görə, ölkədə mövcud iqtisadi böhranın Amerikanın sanksiyaları ilə birbaşa əlaqəsi var və yeni seçilmiş prezidentin problemləri qısa müddətdə həll etməsi mümkün deyil:

“Əslində Rəisinin də ABŞ-la münasibətlərə mənfi baxdığını demək mümkündür. Bu, İbrahim Rəisinin sözügedən mətbuat konfransı zamanı mövzu ilə bağlı suallara cavablarında da özünü göstərdi. Fikrimcə, İran və ABŞ münasibətlərində yaxın müddətdə yaxşılaşma görünmür. Ancaq yeni hökumət formalaşdıqdan sonra hadisələrin inkişaf istiqamətinə uyğun olaraq 1-2 il sonra müəyyən dəyişikliklərin olacağını söyləmək mümkündür”.

Ekspert Qarabağ məsələsində İranın rəsmi mövqeyinin dəyişməyəcəyini bildirib:

“İranın 44 günlük Qarabağ müharibəsində tutduğu mövqeyi qoruyacağını düşünürəm. Türkiyə və Azərbaycan prezidentlərinin təklif etdiyi “altılıq platforması”nda İran özünü bir aktor kimi göstərmək istəyir. Bu da təbiidir, çünki İranın da bölgədə geosiyasi maraqları mövcuddur. İran bu platformaya 2017-ci ildə başlayan Astana görüşlərindəki mövqeyinə bənzər münasibət göstərir və platformanın formalaşmasına qüvvələr balansını saxlamaq, münasibətlərin daha effektiv şəkildə müzakirəsi üçün yeni bir imkan kimi baxır”.

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başladıHərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstəsi, döyüş təminatı və təminedici gəmilər dəstəsi və dəniz piyadalarının iştirakı ilə taktiki təlimlər başlayıb.

Avrasiya.net xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd Azərbaycan Respublikasının hərbi-siyasi və iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə Hərbi Dəniz Qüvvələrinin birləşmələri tətəfindən birgə döyüş əməliyyatlarının aparılması, neft-qaz kəmərlərinin monitorinqlərinin keçirilməsi və müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların yerinə yetirilməsi zamanı xüsusi təyinatlı qruplar üzrə birgə fəaliyyətlərinin işlənilməsidir.

Təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda gəmilərin tək-tək və takriki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması nəzərdə tutulur.

Təlimlər zamanı həmçinin Xəzər dənizinin Azərbaycana məxsus sektoruna daxil olmuş şərti düşmənin məhv edilməsi, əlverişli əməliyyat rejiminin bərpa edilməsi və universal müdafiənin təşkili üzrə tapşırıqlar da icra ediləcəkdir.

Təlimlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ zamanı plana əsasən, təlimlərə cəlb edilmiş qüvvə və vasitələr aşağıdakı tapşırıqları icra edəcəklər:

- Siqnalla gəmi və katerlərin döyüşə və səfər hazırlanması.

- Gəmi Komanda Məmtəqəsinin gözətçi gəmisində açılması və tapşırığın dəqiqləşdirilməsi.

- Birləşmələrin, hissələrin, bölmələrin açılması və birgə üzmə fəaliyyətlərinin yerinə yetirilməsi.

- Gəmi və katerlər tərəfindən düşmənin suüstü hücum vasitələrinin və üzən minanın məhv edilməsi.

- Gəmi və katerlərin təyin olunmuş lövbərə durması və universal müdafiənin təşkili.

- Qumbaraatma çalışmasının yerinə yetirilməsi.

- Hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması

- Gəmi qrupu tərəfindən düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombalarının tətbiqi

- Gəmi və katerlərin təyin olunmuş rayonda lövbərə durması və universal müdafiənin təşkili.

Təlimlərin ikinci mərhələsində Xəzər dənizini Axərbaycan Respiblikasına məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşıtıqlarının yerinə yetirilməsi, qəzada uğramış gəmiyə yardımın göstərilməsi, enerji infrastrukturunun mühafizəsi və müdafiə üzrə tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulub.

Təlimin ssenarisinə uyğun olaraq bu tapşırıqların yerinə yetirilməsi cəlb efiləvək qüvvələr və texnika aşağıda göstərilən tapşırıqları yerinə yetiriləcəkdir.

- Adada aşkar olunmuş terrorçuların müvvəqqəti bazalarının zərərləşdirilməsi.

- Böyük Zirə adasında təchiz olunmamış sahilə desantın çıxarılması.

- Gəmi əməliyyatının keçirilməsi Qəzaya uğramış gəmiyə köməyin göstərilməsi.

- Tapşırıqlar icra edildikdən sonra gəmi və katerlərin baza məntəqələrinə qayıtması.

Bütün tapşırıqlar yerinə yetirdidən sonra Hərbi Dəniz Qüvvələri Komandanı tərəfindən təlimlərə yekun vurulacaq, görülən fəaliyyətlər təhlil ediləcək, təlimlərdə iştirak edən qüvvə və vasitələrin qarşıya qoyulan tapşırıqların icra səviyyəsi qiymətləndiriləcək.

Təlimlər iyunun 23-də başa çatacaq.
Taliban daha 7 rayonu ələ keçirdiKeçən həftə ərzində Taliban döyüşçüləri Əfqanıstanın 5 vilayətindəki 7 rayonu ələ keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı “Bild” qəzeti yayıb.

Bununla Taliban 2001-ci ildən bu yana ilk dəfə Əfqanıstan hökumətindən daha çox əraziyə nəzarəti ələ keçirib. Məlumata görə, hazırda Taliban 107, rəsmi hökumət isə 92 rayona tam nəzarət edir. Digər 199 rayonun isə tərəflər arasında mübahisə zonası olduğu vurğulanıb.
Koronavirusa yoluxanları Quantanamoya yerləşdirmək - Tramp"Vaşinqton Post"un müxbirləri - Yasmin Abutaleb və Damian Paletta tərəfindən qələmə alınan "Kabus Ssenarisi: Trump Administrasiyasının tarixi dəyişdirən epidemiya ilə mücadilənin içindən" adlı kitabda keçmiş ABŞ prezidenti Donald Tramp haqqında ilginc iddialar ortaya atılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Detallı şəkildə verilən məlumata görə, Tramp ölkə xaricindəki COVID-19-a yoluxmuş amerikalılarla necə davranacaqlarını Ağ Ev səlahiyyətliləri ilə müzakirə edib. Bu zaman o, virusa yoluxan şəxslərin Quantanamoda karantinə alınmasını təklif edib.

Kitabda qeyd edilib ki, Tramp bu təklifi bir neçə dəfə Ağ Evdə gündəmə gətirib. Amma köməkçiləri bu fikri heyrətlə qarşılayıblar və şiddətə qarşı çıxıblar. Bundan sonra sözügedən təklif bir daha müzakirəyə çıxarılmayıb.

Tramp toplantıların birində deyib: "Biz ABŞ-a mal idxal edirik. Virusu idxal etməyəcəyik".

Bildirilir ki, Tramp aparılan COVID-19 testlərindən şikayətçi olub. Məsələ ilə bağlı ötən ilin 18 mart tarixində dönəmin Səhiyyə naziri Alex Azarla telefonla danışıb:

"Testlərin üzündən seçkidə uduzacam. Hansı axmaq testlərin Federal hökumətin edəcəyini söyləyib!"

Rəisi Baydenlə görüşdən imtina etdiİranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ABŞ-dan sanksiyaları aradan qaldırmağı tələb edib.

Avrasiya.net-in məlumatına görə, Rəisi ABŞ Prezidenti Co Baydenlə görüşdən imtina etdiyini də açıqlayıb.

O, bütün sanksiyalar götürülsə belə, Baydenlə görüşmək istəmədiyini deyib.