İran səfiri: "Azərbaycanın ölkəmizə verəcəyi kreditə aid müzakirələr gedir""Hazırda İranın Rəşt şəhərindən Astara şəhərinə dəmir yolu xətti çəkilir. Burada isə Azərbaycan və İranın dəmir yolu xətləri birləşir. Tikinti işləri başa çatdıqdan Azərbaycan və İran Şimal-Cənub Nəqliyyat Dəhlizində ən mühüm tranzit ölkələrdən olacaq".

Bunu “Report”a a açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

"Fars körfəzindən Astaraya qədər dəmir yolu xətti yoxdur, amma nəzərdə tutmuşuq ki, ora qədər gələcəyik. Nəticədə körfəzdən dəmir yolu ilə İran və Azərbaycan vasitəsilə Rusiyaya və digər ölkələrə yük daşınacaq. Bunun hesabına Azərbaycanla İran arasında dəmir yolu ilə daşınan yüklərin illik həcmini 2 milyon tona çatdırmaqla bağlı qarşımıza məqsəd qoymuşuq”, - deyə o, qeyd edib.

İran səfiri Rəşt-Astara dəmir yolunun inşası üçün Azərbaycanın ölkəsinə 500 milyon ABŞ dolları kredit ayırmaq barədə qərarından da danışıb və bu məsələyə aid müzakirələr getdiyini bildirib: "Kredit məsələsi Prezident İlham Əliyevlə son görüşümüzdə müzakirə edilib. Hazırda bu istiqamətdə bir sıra texniki problemlər var və onların aradan qaldırılmasında çalışırıq".

Xatırladaq ki, Azərbaycan və İran həm də iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikintisini planlaşdırır.
Türkiyə yenidən Avroviziyada iştirak edəcəkTürkiyə 34 ildir iştirak etdiyi Avroviziya mahnı müsabiqəsinə yenidən qatılmaq istəyir.

Kult.az xəbər verir ki, bu barədə TRT-nin baş direktoru İbrahim Ərən məlumat yayıb.

O bildirib ki, yarışmaya qatılmaq barədə danışıqlara başlanılıb:

“Danışıqlar müsbət nəticə verdiyi halda Türkiyə gələn il müsabiqədə yer alacaq".

Bakıda toz dumanı nə vaxta kimi davam edəcək?Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb.
Azərbaycanda yeni fond yaradılırAzərbaycanda Enerji effektivliyi fondu yaradılır.

Avrasiya.net-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanunda qeyd olunur ki, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradır.

Fond enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirəcək.
Paşinyan Xocalı qatilini müdafiə naziri edirErmənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ehtiyatda olan general Samvel Babayanı müdafiə naziri təyin etmək niyyətindədir.

Bu məlumatı “İravunk” qəzeti yayıb. Qəzet bir müddət əvvəl də bu iddiaların səsləndiyini, Babayanı bu vəzifəyə Paşinyanın həyata yoldaşı Anna Akopyanın gətirmək istədiyini yazıb.

Qeyd edək ki, Babayan əslən Qarabağdandır. O, azərbaycanlılara qarşı qətliamlara imza atan şəxslərdən biridir.
DSMF-nin baş ofisində məmur qəfildən öldüƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) baş ofisində ölüm hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, orada çalışan 48 yaşlı Məmməd Həsənov qəfildən vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

M.Həsənovun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
Əlli nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.

Qərara əsasən, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur.

50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.
Azərbaycanda karantin rejimi yumşaldıldı“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportu tələb olunacaq.

Bundan başqa, iyulun 1-dən bir sıra riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;

2.5-3.2. 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur;

2.5-3.3. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;

2.5-3.4. şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) bu Qərarın 2.4-cü bəndinin tələblərinə cavab verməlidir;

2.5-3.5. şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;

2.5-3.6. şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir;

2.5-3.7. şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir;

2.5-3.8. bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır;

2.5-3.9. ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən

150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində

koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir;

2.5-3.10. “icaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.”.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsinlər. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12, maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 mart tarixli 48 nömrəli, 19 mart tarixli 71, 72 nömrəli,

19 aprel tarixli 100 nömrəli və 26 may tarixli 151 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1.1.10-cu yarımbənddən “və ictimai iaşə məkanlarının” sözləri çıxaılsın;

3.2. 1.1.2-ci, 1.1.2-1-ci, 1.1.6-cı, 1.1.13-cü, 1.2.1-ci, 1.2.4-cü, 1.2.6-cı

yarımbəndlər və 1.3-cü bənd ləğv edilsin.
8 xəstəxana barədə məlumatlar Baş Prokurorluğa göndərildiFəaliyyətində ciddi nöqsanlar aşkarlanmış 8 tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Avrasiya.net-ə verilən məlumata görə, AQTA tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində yoxlamalar başa çatıb.

Cari ilin aprel-iyun aylarında paytaxt Bakı şəhəri istisna olmaqla ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.

Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış 8 tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib, aşağıda adları qeyd olunan 5 tibb müəssisəsində isə qida təhlükəsizliyi sahəsində ən az nöqsan aşkarlanıb və nəticələri qənaətbəxş qiymətləndirilib. Həmin tibb müəssisələrində aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Yoxlamaların nəticələrinə əsasən fəaliyyəti qənaətbəxş qiymətləndirilən tibb müəssisələri:

1. Beyləqan Rayon Mərkəzi Xəstəxanası;

2. Tovuz Rayon Mərkəzi Xəstəxanası;

3. Ağdam Rayon Mərkəzi Xəstəxanası;

4. Şəki Rayon Mərkəzi Xəstəxanası;

5. Zaqatala Rayon Mərkəzi Xəstəxanası.

Tibb müəssisələrində aparılan yoxlamalar TƏBİB-in nümayəndələri və tibb müəssisələrinin baş həkimlərinin müşayiəti ilə həyata keçirilib, müfəttişlər tərəfindən yaxa kameraları vasitəsilə videoçəkilişlər aparılıb, aşkar olunan nöqsanlar yerində protokollaşdırılıb, zəruri müayinələrin aparılması üçün ərzaq xammallarından, qida məhsullarından nümunələr götürülüb və sınaqların aparılması məqsədilə müvafiq laboratoriyaya təqdim edilib.

Qeyd edək ki, Agentlik tərəfindən Bakı şəhəri üzrə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində isə iyunun 21-dən etibarən yoxlamalara başlanılıb.

Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.