ATV-də axtarılan yeniyetmənin meyiti dənizdən tapıldıSumqayıtda itkin kimi axtarışda olan şəxsin dənizdə boğulduğu müəyyən edilib.

Bu gün axşam saatlarında Xəzər dənizinin Sumqayıt sahilində “Katamaran” istirahət mərkəzinin ərazisində dənizdən kişi meyiti tapılıb.

Aparılan araşdırma zamanı boğulan şəxsin 2005-ci il təvəllüdlü Zalov Qubad Xəqani oğlu olduğu müəyyənləşib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 16 yaşlı yeniyetmənin iyunun 20-dən evdən çıxması və bir daha geri qayıtmaması ilə bağlı valideynləri ATV-də yayımlanan “Bizimləsən” verilişinə müraciət etmişdi. Məlumata görə, Q.Zalov atasının ona şillə vurmasına görə yaşadığı evi tərk edibmiş (apa).
BDU-nun müəllimi 57 yaşında vəfat etdiBakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Nabir Vəli oğlu Məmmədov vəfat edib.

Avrasiya.net xəbər verir ki, Nabir Məmmədov 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1981-ci ildə BDU-nun Kimya fakültəsinə daxil olub. 1988-ci ildən BDU-da kimya fakültəsində Qeyri-üzvi kimya kafedrasında baş laborant işləyib. 1992-1995-ci illərdə həmin kafedranın aspirantı olub. 1995-ci illdən Kimyanın tədrisi metodikası kafedrasında laboratoriya müdiri işləyib. 2003-cü ildən həmin kafedrada müəllim vəzifəsində çalışıb
DİN toy məclislərinə nəzarət qaydalarını AÇIQLADIDaxili İşlər Nazirliyi (DİN) toylara icazə verilməsi ilə əlaqədar vətəndaşlarımızı mövcud qaydalara riayət etməyə çağırır.

Məsələ ilə bağlı DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, toyların keçirilməsi ilə bağlı lazımi normalar müəyyənləşdirilib: "Vətəndaşlarımız tərəfindən təşkil olunan toy, nişan, ad günü məclisləri və bütün bu kateqoriyadan olan mərasimlərin keçirilməsi üçün məhdudiyyət normaları var. 50 nəfərə qədər olan tədbirlərdə maskalardan istifadə edilməsi mütləqdir. Ziyafət iştirakçıları yalnız qida qəbul edərkən maskasız ola bilər. Həmin tədbirlərdə vətəndaşdan COVİD-19 pasportu tələb olunmur. 50-dən 150 nəfərə qədər insan olan məclislərin keçirilməsində isə ciddi məhdudiyyətlər var. Toya dəvət olunan vətəndaşın mütləq şəkildə COVİD pasportu olmalıdır. Bununla yanaşı, COVİD-19-a qarşı birinci doza peyvəndi qəbul edən şəxslər də müəyyən müddətdə məclisə buraxılacaq. Yəni, birinci dozanı qəbul edən vətəndaş avqust ayının 1-nə qədər böyük məclislərə buraxılacaq. Avqustun 1-dən etibarən isə COVİD-19 pasportu olmayan şəxsin məclislərdə iştirakı qadağandır".

E.Hacıyev qeyd edib ki, həmin tədbirlərin təşkil olunduğu obyektlərin rəhbərləri, məclis sahibləri və iştirakçılar bu məsələdə diqqətli və məsuliyyətli olmalıdırlar: "Masalar arasında sıxlıq normasına əməl olunmalı, restoranın personalı tibbi maska, əlcəklərdən və digər qoruyucu vasitələrdən istifadə etməlidir. Tədbir iştirakçıları və musiqiçilər isə maskadan istifadə etməyə bilərlər. Hər birimizdən tələb olunan məsələ qaydalara əməl etməkdir".

Şöbə rəisi əlavə edib ki, bu məsələdə restoran sahibinin də üzərinə məsuliyyət düşür: "Təşkil olunacaq toy və nişan mərasimi barədə restoran sahibi mərasimin vaxtından ən azı 5 gün öncə qonaqların sayı və məclisin müddəti barədə portala məlumat daxil etməlidir. Bununla yanaşı, restoran sahibi və toy təşkilatçıları iltizam imzalayır. Həmin iltizamla onlar məclisdə qaydalara əməl olunmaqla bağlı öhdəlik götürürlər. Həmin öhdəliyə görə də toy sahibləri və restoran yiyəsi məsuliyyət daşıyır. Bu qaydalar pozulacağı təqdirdə öhdəlik götürən şəxslər qanunvericiliyə uyğun cəzalandırılacaq. Toy edən şəxs 150 nəfərdən artıq qonaq çağırmamalıdır".

Polis mayoru vurğulayıb ki, bununla bağlı Daxili İşlər Nazirliyi əməkdaşları və digər nəzarətçi qurumlar mütəmadi monitorinqlər aparacaq. Aşkarlanan hər hansısa qanun pozuntusu barədə ciddi tədbirlər görüləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 1-dən Azərbaycanda toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verilir. (Trend)
Əli Nağıyev pakistanlı ordu generalı ilə görüşdüDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva arasında görüş keçirilib.

Bu barədə DTX-dən məlumat verilib.

Görüşdə general-polkovnik Əli Nağıyev ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində görülən işlər barədə qonağa məlumat verib, dünya düzəninə əsas təhdidlərdən olan beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və digər bu kimi mənfi təzahürlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti dövlət strukturlarının göstərdiyi qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edib.

Qeyd olunub ki, ali rəhbərlərin birgə səyləri nəticəsində ölkələr arasında etibarlı tərəfdaşlıq və səmimi dostluq münasibətləri qurulub, təhlükəsizliyə və sabitliyə mümkün risklərə qarşı mübarizə istiqamətində sıx əməkdaşlığın yaradılması üçün əhəmiyyətli addımlar atılmış və son zamanlar tərəflər arasında təmaslar daha intensiv xarakter alıb.

44 günlük Vətən müharibəsində qardaş Pakistan dövlətinin və xalqının Azərbaycanın haqlı və ədalətli mövqeyinə göstərdiyi birmənalı dəstəyi xüsusi vurğulayan Xidmət rəisi ölkələrin müvafiq təhlükəsizlik orqanları arasında olan münasibətlərin səviyyəsindən razılığını bildirərək, bu əlaqələrin genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün belə müntəzəm səfərlərin vacibliyini qeyd edib.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə minnətdarlığını çatdıran ordu generalı Qamar Caved Bacva bu görüşlərin tərəfdaşlıq münasibətlərinin güclənməsinə və dərinləşməsinə xidmət etdiyini, hər iki dövlətin maraq və mənafelərinin etibarlı qorunması, sülh və sabitliyin təmin olunması istiqamətində görülən işlərin, aparılan müzakirələrin mövcud əlaqələrin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
47 yoluxma, ölüm qeydə alınmadıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 710 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 859 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 247, ötən müddət ərzində isə ümumilikdə 3 690 224 test aparılıb.
Xankəndidə İran maşınları: saxta nömrələrlə - FotoÖtən ilin sentyabrın 27-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin mövqelərimizi genişmiqyaslı raket-artilleriya atəşinə tutması ilə başlayıb, elə Ermənistan ordusunun darmadağın edilməsi və kapitulyasiyası ilə başa çatan İkinci Qarabağ Müharibəsi həm də yaxın qonşularımızın Azərbaycana münasibətlərinin real təzahürü, sınağı, aşkarlandığı dövr oldu. Həmin dövrdə əfsuslar olsun ki, İrandan Azərbaycanın Xankəndi şəhərinə aramsız olaraq ağırtonnajlı yük avtomobilləri hərəkət edirdi. Bu avtomobillər İrandan Ermənistana keçir, oradan da Xankəndinə yönəlirdi.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, Həmin avtomobillərin yüklərinin nədən ibarət olması barədə nə Ermənistan, nə də İran İslam Respublikası indiyədək rəsmi açıqlama verməyiblər.

Yüklərin bütünlüklə humanitar yardım, ərzaq və ya dərman preparatlarından ibarət olduğunu iddia etmək isə ən azı, sadəlövhlük olardı.

Həmin avtomobillərin hərəkətinin əks olunduğu çoxsaylı foto və videokadrlara rəğmən, rəsmi Tehran hər dəfə olayı qətiyyətlə təkzib edib, baş verənləri "İran-Azərbaycan dostluğuna və qardaşlığına qarşı yönəlmiş məqsədli dezinformasiya, əsassız şayiələr və böhtanlar" qismində dəyərləndirib.

Ötən ilin noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla, Ermənistanın kapitulyasiyası ilə Vətən Müharibəsi başa çatandan sonra da İran İslam Respublikasından Ermənistana, oradan da Azərbaycanın hələlik rusiyalı sülhməramlıların operativ-fəaliyyət nəzarətində olan Xankəndi şəhərinə ağırtonnajlı yük maşınlarının hərəkəti dayanmadı.

Sonuncu belə olay may ayının əvvəlində qeydə alındı. İranın dövlət nömrə nişanlı yük avtomobillərin Ermənistandan keçərək Laçın dəhlizi vasitəsilə Xankəndinə yollanmışdılar.

İranlı sürücülərin idarə etdikləri bu yük maşınlarının Azərbaycan ərazisində hərəkətlərinin qeyd olunduğu foto və video görüntülər də var.

Görüntülər yayılandan sonra İranın Azərbaycandakı səfirliyi bəyanat yayaraq bildirmişdi ki, videolar, fotolar və məlumatlar araşdırılacaq.

Bir qədər keçdi, səfirlik nəticəni açıqladı: sən demə, görüntülər və məlumatlar "dezinformasiya" imiş.

Amma...

Yeni görüntüləri, yeni faktları təqdim edirik:

İyunun 19-u, günorta. İrandan Ermənistana keçmiş ağırtonnajlı yük avtomobilləri yenə Xankəndinə doğru hərəkət edir.

Üzərində İran bayrağı olan 124872 (fars rəqəmləri ilə) ban nömrəli yük maşını dövlət qeydiyyat nömrəsini dəyişərək Ermənistana məxsus 16US195 dövlət nömrə qeydiyyatı ilə Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olan postdan asanlıqla keçərək Xankəndi istiqamətinə hərəkət edir. Üzərində "HAMNAFAS" yazılmış yük maşını axşam saatlarında geri qayıdıb, Ermənistana keçib.

Elə həmin gün, saat 17 radələri.

022DL99 dövlət nömrə nişanlı, üzərində "ARK TABRİZ" yazılmış yanacaqdaşıyan yük maşını Xankəndiyə yollanıb və geri dönməyib.

İranlı sürücülər artıq yeni "fənd"dən istifadə edirlər: onlar Ermənistan ərazisinə daxil olanda İranın dövlət nömrə nişanlarını çıxarır, avtomobilə Ermənistan nömrələri vuraraq Xankəndinə hərəkət edirlər.

Çox yəqin ki, İranın Azərbaycandakı səfiri bu faktla bağlı da araşdırma aparacaq, nəticəni açıqlayacaq.

Fəqət, İran vətəndaşı olan sürücülərin idarə etdikləri yük avtomobilləri Xankəndinə nə daşıyır, hansı yükləri aparırlar? Hərgah bu yük adi yüklərdirsə, onda nə üçün avtomobillər Ermənistan ərazisinə daxil olandan sonra nömrə nişanları dəyişdirilərək "erməniləşdirilir"? Və yüklər adidir, nə səbəbdən daşımalar Azərbaycana əvvəlcədən müvafiq məlumat verilmədən, gizli şəkildə həyata keçirilir?

Nömrə dəyişmə əməliyyatında məqsəd nədir, bunu edənlərin məramı nədir?

Və ən nəhayət, rəsmi Tehranın müvafiq rəsmi qurumları bu yükləri daşıyanları, xüsusilə də daşıtdıranları məsuliyyətə cəlb edəcəkmi?

Sualların cavabları bizi çox maraqlandırır.

İranda prezident seçkiləri keçirilib və İbrahim Rəisi İran vətəndaşlarının seçimi ilə seçkilərdə qalib gəlib.

Düşünürük ki, cənab Rəisi ölkələrmiz arasında indiyədək mövcud olan xoş münasibətlərin daha da möhkəmlənməsi və inkişafı üçün zəruri addımları atacaq.

Fəqət rəsmi Tehran bununla yanaşı, Azərbaycan-İran münasibətlərinin məzmumuna, miqyasına və ruhuna tam zidd olan neqativ olayların qarşısını almalı, belə hallara yol verilməməsi üçün zəruri, təxirəsalınmaz tədbirlər görməlidir.

Rusiyanın sülhməramlı kontingentinə gəldikdə isə, onların Laçındakı nəzarət-buraxılış postunda fəaliyyətlərini daha sayıq və məsuliyyətli icra etmələrini arzulardıq.
Rus hərbçiləri Azərbaycanla sərhədə gətirilir – DavtyanErmənistanın Geqarkunik vilayətində Rusiya hərbçiləri yerləşdiriləcək, hazırda bununla bağlı proses gedir.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş Qərargah rəisi Artak Davtyan deyib.

“Yekun qərar təkcə bizim arzumuz deyil, danışıqlar aparılır, burada başqa tərəf də iştirak edir”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Geqarkunik əyalətinin qubernatoru Qnel Sanosyan da üçtərəfli danışıqlar getdiyini, Rusiya hərbçilərinin Geqarkunikdən Zəngəzura, Gorusa qədər, bütün sərhəd boyunca yerləşdiriləcəyini iddia etmişdi.
Komitə sədri enerji resurslarından səmərəli istifadə ilə bağlı qanun layihəsinin mahiyyətindən danışıbMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsi ilə bağlı parlamentdə çıxış edib.

Çıxışı təqdim edirik:

Dəyərli Sahibə xanım!

Hörmətli millət vəkilləri!

Milli Məclisin müzakirəsinə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilmişdir.

Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 18 iyun tarixində keçirilmiş iclasında (müvafiq dövlət subyektlərin iştirakı ilə) baxılaraq 1-ci oxunuşda Parlamentin plenar iclasının müzakirəsinə tövsiyyə olunmuşdur.

Hötmərli millət vəkilləri!

Enerji effektivliyi resurslarından səmərəli və qənaətli istifadə məsələləri Dövlət başçısının, Azərbaycan Hökümətinin əsas prioritetlərindəndir. Sahə ilə bağlı müvafiq Fərman və Sərəncamlar qəbul edilmişdir.
Müzakirəyə çıxarılan Qanun layihəsinin hazılanmasına yerli mütəxəssislərlə yanaşı beynəlxalq ekspertlər, enerji sektorununda böyük təcrübəsi olan konsaltinq şirkətləri cəlb olunmuş, xarici ölkələrin təcrübəsi öyrənilmiş və sənədin hazırlığı zamanı istifadə olunmuşdur.

Qeyd edim ki, qüvvədə olan “Enerj resurslarından istifadə haqqında” Qanunun qəbulundan 25 il (1996-cı il) ötmüşdür. Sənəd müasir tələblərə, Azərbaycanın enerji sahəsində qoşulduğu beynəlxalq konvensiyalara qismən cavab verir. Bu baxımdan yeni qanunun qəbuluna ehtiyac var. Əslində bunu ictimai sifariş kimi də qəbul etmək olar.

Belə ki, hal-hazırda bütün dünyada enerjinin səmərəli istifadəsi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi üçün təməl prinsiplərdən hesab olunur. Enerjidən səmərəsiz istifadə yeni istehsal güclərinin yaradılmasına tələbatı artırmaqla yanaşı, ətraf mühitə atılan tullantıların artmasına, enerji dayanıqlılığının pozulmasına, iqtisadiyyatda rəqabət qabiliyyətinin azalmasına, məhsulların, xidmətlərin qiymətinin yüksəlməsinə, istehlakçıların enerjiyə sərf etdiyi xərclərin artmasına səbəb olur.

Enerji səmərəliliyi müxtəlif alətlərin tətbiqi vasitəsilə sənayedə, kommersiya xidmətləri və kənd təsərrüfatında enerji resurslarına qənaət edilməsinə və nəticədə məhsulun (işin, xidmətin) hər vahidinə istehlak edilən enerjinin miqdarının azaldılmasına və nəticədə iqtisadi inkişafa, rəqabət qabiliyyətinin artmasına səbəb olur. Ev təsərrüflarında və binalarda enerji səmərəliliyi üçün enerji səmərəli məişət cihazlarının istifadəsi, binaların izolyasiyası və digər tədbirlər həyata keçirilməklə enerjiyə sərf edilən xərclərin azaldılmasına şərait yaradılır. Eyni zamanda, binalarda və enerji istehlakına təsir edən cihazlarda yeniləşmələr istehlakçılar üçün rahatlıq və sağlamlıq əsas alınmaqla aparılır ki, bu da öz-özlüyündə səmərəliliyin daha bir faydasını təmin edir.

1996-cı ildə “Enerji resurslarından istifadə haqqında” Qanun qəbul edilsə də, müvafiq alt qanunvericilik aktlarının işlənməməsi, habelə mütərəqqi tələblərə cavab vermədiyi üçün enerji səmərəliliyi sahəsində lazımi nəticələr əldə etmək mümkün olmamışdır. Yeni qanun layihəsi mütərəqqi alətləri ehtiva etdiyi üçün bu sahədə boşluq aradan qalxmasına yardımçı olacaqdır.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu Avropa İttifaqının “EU4energy” proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə Energetika Nazirliyi tərəfindən hazırlanmışdır.
Bu Qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.

Bu Qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətlərə və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunur.

Qanun layihəsi 8 fəsil, 23 maddədən ibarətdir, özündə ümumi müddəaları, müvafiq sahədə dövlət siyasətini, enerji auditi, enerji menecment sistemləri və enerji idarəçisi (meneceri) kimi mütərəqqi enerji səmərəliliyi alətlərini, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqini, istehlak olunan enerjinin hesablanması və istehlakçıların məlumatlandırılmasını, enerji effektivliyi üzrə tədbirləri, maarifləndirmə, elmi-texniki təminat və beynəlxalq əməkdaşlıq kimi yekun müddəaları da özündə ehtiva edir.

Qanun layihəsində ölkəmizdə ilk dəfə tətbiq olunacaq enerji səmərəliliyi layihələrinə xüsusi yer verilmişdir və eyni zamanda qanun layihəsində enerji effektivliyi üzrə fondun yaradılması və fond vasitəsilə enerji effektivliyi tədbirlərinin dəstəklənməsi məsələsi yer almışdır.

Qanun layihəsində nəzərdə tutulan Enerji səmərəliliyinin faydaları haqqında əlavə məlumat vermək istərdim. Belə ki, bu qanunun qəbul edilməsi
- təhlükəsizlik baxımdan: enerji və ekoloji təhlükəsizliyin qorunması, yeni istehsal güclərinin yaradılmasına tələbatın azalmasına;
- makroiqtisadi baxımdan: ÜDM-in artması və iqtisadiyyatın enerji tutumunun azalmasına;
- məhsuldarlıq baxımdan: aktivlərin dəyərinin, sənaye məhsuldarlığının və məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artmasına;
- sosial baxımdan: yoxsulluğun azaldılması, işsizliyin azalması və ev təsərrüfatlarının mövcud gəlirlərinin artmasına;
- sağlamlıq baxımdan : havanın çirklənməsinin azaldılması, daxili rahatlığın artırılması,vətəndaşların sağlamlığının və rifahının yaxşılaşdırılmasına;
- enerji mənbələri baxımından : milli ehtiyatların gələcək nəsillər üçün səmərəli istifadəsi və qorunmasına şərait yaratmağa, konkret hədəflər müəyyən edilməsinə və ciddi nəticələr əldə olunmasına imkan verəcəkdir.

İstərdim ki, Aİ-nın və digər ölkələrin bu sahə ilə əlaqədar əldə etdiyi və hədəflədiyi bir neçə məlumatı da sizinlə bölüşüm:
Avropa İttifaqı 2012-ci ildə qəbul etdiyi direktivlə 2020-ci ilədək ilkin enerji
istehlakını baza ili (2005-ci il) ilə müqayisədə 20% azaltmağı hədəfləmişdir.
2018-ci ildə isə hədəflər 2030-cu il üçün daha da sərtləşdirilmişdir. Belə ki, 2030-
cu il üçün hədəf baza ili ilə müqayisədə ən az 32,5% azalmanı nəzərdə tutur.

Məsələn,
- İtaliyanın Avropa İttifaqı ölkələrində enerji səmərəliliyi üzrə ən yaxşı göstəricilərə nail olmuş ölkələrdən biri olaraq 2017-ci ildə Milli Fəaliyyət Planı üzrə götürdüyü hədəfə 52% nail olduğu bildirilir.
-Almaniya 2050-ci ilə qədər enerji istehlakını 2008-ci illə müqayisədə 50% azaltmağı hədəfləyir.
-Kanada 2030-cu ilə qədər enerji istehlakının hər ildə 3% azalmasına öhdəlik götürmüşdür
-Böyük Britaniya dövləti 2018-ci ildə son enerji istehlakı 2000-ci ildəki səviyyədən 15% aşağı düşməsinə nail olmuşdur.

Burada xüsusi ilə qeyd edilməlidir ki, Enerji səmərəliliyi üzrə qənaətin 45%-i ev təsərrüfatlarının, 32 %-i sənayenin, 13% -i nəqliyyatın və 10% -i xidmətlər sektorunun payına düşmüşdür.

Bu məsələlərlə əlaqədar respublikamızda görülən işlərlə bağlı da məlumat vermək istəyirəm.

Bildiyiniz kimi, 3 iyul 2018-ci il tarixdə “Azərbaycan İES” –də baş vermiş qəza nəticəsində Respublikanın enerjisistemi çökdü. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi” nin prioritetlərini və elektrik sisteminin yenidən qurulması tələblərini və Azərbaycanın böyüməkdə olan iqtisadiyyatının ehtiyacını həll etmək üçün Respublikanın elektroenergetika sahəsində dünyanın təcrübəli Yaponiyanın “TEPSCO”, Almaniyanın “Fichtner”, “Enerco”, “VPC” kimi dünyada tanınmış şirkətlərinin iştirakı ilə 3 mərhələli “Master Plan”hazırlandı.
“2019-2024-cü illər üzrə reablitasiya, yenidənqurma və dayanıqlı inkişafa dair tədbirlər planına (“Master Plan”) əsasən “Azərenerji” ASC-yə 230 mln. manat vəsait ayrılıb.

“Azərenerji” ASC tərəfindən “Reablitasiya proqramı” çərçivəsində enerjisistem üzrə ilkin olaraq, mövcud generasiya güclərinin etibarlılığının və dayanıqlığının saxlanması istiqamətində işlərin görülməsi və 800 MVt-dan çox itirilmiş generasiya gücləri bərpa olunub, 369 mln. kVts xüsusi sərfiyyata qənaət olunub və 233 mln kVts texniki itkilər azalıb və cəmi elektrik enerisinin qənaəti 602 mln. kVts təşkil edib.

Bunun nəticəsində 2018-ci ilə müqayisədə 2019-2020 və 2021-ci ilin 5 ayı ərzində 21.2 qram şərti yanacağa qənaət olunub ki, bu da 564,4 mln. kub metr təbi qaz ekvivalentinə bərabərdir.

Görülmüş bu tədbirlər nəticəsində 85,2 mln. manat vəsaitə qənaət olunub ki, bu işlər nəticəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasının istismar müddəti 20 il artırılıb. Bu da Mingəçevir şəhərinin sosial və iqtisadi inkişafına, işsizliyin aradan qaldırılmasına müsbət təsir göstərib.

Eyni zamanda qoyulmuş investisayarın 2 il yarım müddətində qaytarılması təmin olunacaqdır.

Hörmətli millət vəkilləri!

Hesab edirəm ki, 1-ci oxunuşun tələblərinə uyğun olaraq Qanun layihəsi barədə lazımi məlumatları sizlərin diqqətinə çatdıra bildim.

Qanunun müasir Azərbaycan üçün, onun enerji sektoru üçün vacibliyini nəzərə alaraq sənədə 1-ci oxunuşda səs verməyinizi xahiş edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

Xanım müştərisi ilə münasibət yaratmaq istəyən bank əməkdaşının qanını tökdülərBakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon Hacıqurbanoba kənd sakini, 1999-cu il təvəllüdlü Rauf Məmmədov (şərti) barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, məhkəmədə məlum olub ki, gənc oğlanın ötən ilin 10 iyun tarixində bıçaqladığı Nizami Səfiyev (şərti) rayondakı banklardan birinin əməkdaşı olub.

Belə ki, Raufun bacısının həyat yoldaşı xeyli vaxtdır Rusiyada işlədiyindən və ölkəyə tez-tez gələ bilmədiyinə görə o, bacısı Aysel və onun övladı ilə birlikdə yaşayıb. Keçən ilin 9 iyun tarixində Ayselin telefonuna tanımadığı nömrədən zəng gəlib. Telefonu açan Rauf “alo” desə də, qarşı tərəf səs çıxarmadan zəngi bitirib. Bundan sonra Rauf Məmmədov bacısının telefonundan həmin nömrəni götürüb və 1 gün sonra ona zəng edərək görüşmək istədiyini deyib. Qarşı tərəfdən cavab verən Nizami bankda işlədiyini və iş yerindən çox uzaqlaşa bilmədiyini bildirirək Raufu Xaçmaz şəhəri Nəriman Nərimanov prospektindəki “Xəzər” marketin qarşısına çığırıb. Burada görüş zamanı Rauf özü ilə gətirdiyi mətbəx bıçağı ilə Nizamiyə zərbələr endirib və daha sonra polisə təslim olub.

İstintaqda ifadə verən təqsirləndirilən şəxsin bacısı bank kartını dəyişdirmək üçün banka getdiyini və orada Nizami adlı şəxsin onu qəbul etdiyini bildirib. Lakin bank əməkdaşı dəfələrlə banka getməsinə baxmayaraq onun kartını dəyişdirməyib. Həmçinin məsələnin həll olunması barədə məlumat vermək üçün o, qadının nömrəsini götürüb. Bu müddətdə Nizami 20 dəfəyə yaxın ona günün müxtəlif saatlarında yazıb. Aysel bıçaqlanan şəxsin onunla münasibət yaratmaq üçün məsələni uzatdığını və problemi qəsdən həll etmədiyini düşündüyünü deyib.

Zərərçəkən şəxs Raufun onunla görüşə gələrək bacısına niyə zəng etdiyini, onu niyə narahat etdiyini dediyini və qəfil bıçağı çıxararaq ona zərbələr endirdiyini deyib. O, müalicə olunduğu vaxt çəkdiyi xərc olan 5 min manatı qarşı tərəfdən tələb edib.

Məhkəmə Rauf Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.

Qeyd edək ki, bıçaqlanan bank əməkdaşı işdən çıxarılıb.