4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdiSalyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının kənd ərazisindən keçən Akkauşa çayında (Bala Kür) boğulduğu ehtimal olunur.

Buna səbəb A. Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olmasıdır.

Bundan narahat olan qadının yaxınları Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər.

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib. Hazırda Akkuşa çayında axtarışlar davam etdirilir.

Qeyd edək ki, A. Bəndəliyeva ailəlidir, 3 qızı, 1 oğlu var (report).
Samuxda gənc müəllim intihar etdiSamux rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Nəbiağalı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Arzu Məmmədova yaşadığı evin zirzəmisində özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılı vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Samux rayon prokrorluğunda araşdırma aparılır.

Qeyd edək ki, A.Məmmədova Kəlbəcər rayon 47 saylı orta məktəbin müəllimidir (qafqazinfo).
"Biz hər zaman İranla dostluq və əməkdaşlıq siyasətinə sadiq olmuşuq"Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

- Qüdrət bəy, dünən Sərdar Cəlaloğlu Elman Nəsirovla debat zamanı sizi nə zamansa Türkiyəni Rusiyadan üzr istəməyə çağırmaqda günahlandırıb. Onun bu iddiasını necə izah edərdiniz?

- Əksər insanlar yaşlaşdıqca müdrikləşir, o isə hər keçən gün ciddiliyini daha çox itirir. Ağ yalan danışmaqdan utanmayan bu böhtançı yəqin ki,1995-ci ilin noyabrında Türkiyə F-16-nın 17 saniyə ərzində Türkiyə sərhədlərini pozaraq təqribən 2 km Türkiyə ərazisinə daxil olmuş Rusiyanın Su-24 təyyarəsini vurmasına mənim o zaman sərgilədiyim münasibətə görə belə sərsəm açıqlama verib. Türkiyə Rusiyaya buna görə sonradan üzürxahlıq edib kompensasiya ödəsə də, mən belə bir çağırışla heç vaxt çıxış etməmişdim. Sadəcə söyləmişdim ki, Türkiyə və Rusiyanın həyati mənafeləri tələb edir ki, əməkdaşlıq etsinlər. Ona görə də münasibətlərə ciddi ziyan vuran hərbi təyyarənin vurulmasının yanlış qərar olduğunu söyləmişdim. Zaman mənim nə qədər haqlı olduğumu sübut etdi. Onu da söyləmişdim ki, Türkiyə qardaş ölkə kimi Rusiya ilə münasibətlərini qurarkən mütləq Qarabağın işğal altında olmasını və Azərbaycanı nəzərə almalıdır. Onu da zaman-zaman söyləyirdim ki, Türkiyə Qarabağın işğalını öz torpaqlarının işğalı kimi qəbul edib, Rusiya ilə bu istiqamətdə birbaşa danışıqlar aparmalıdır. Azərbaycan hökumətinə isə çağırış edirdim ki, Paşinyan hakimiyyətə gələndən sonra torpaqlarımızı işğaldan azad etməyimiz üçün unikal şans yaranıb. Rusiya ilə danışmalı,Qərbdən asılı olmayan, müstəqil və cəsarətli siyasəti ilə Türkiyənin regionda və dünyada maraqlarını qətiyyətlə qoruyan, milli maraqları hər şeydən üstün tutan Ərdoğanın hakimiyyətdə olmasından istifadə edib torpaqlarımızı işğaldan azad etməliyik. Hər kəs çox da uzaq olmayan həmin dövrün mətbuatına təkrar nəzər yetirməklə buna əmin ola bilər.

- İranda keçirilən prezident seçkisinin nəticəsinə - İbrahim Rəisinin prezident seçilməsinə münasibətiniz necədir?

- İranda ölkənin daxili və xarici siyasətini İranın Ali dini rəhbəri müəyyən etdiyindən prezident daha çox həmin siyasətin icrası ilə məşğul olur. İran çalışır ki, Azərbaycana münasibətdə daha çox Rusiya ilə sinxronlaşdırılmış xarici siyasət yürütsün. Hazırda Rusiya ilə münasibətlərimiz yüksək səviyyədə olduğundan, Türkiyə ilə müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanandan sonra narahatlıq üçün əsas yoxdur. Azərbaycan Respublikasının Prezidenti Türkiyə və Rusiya Prezidentləri ilə yanaşı, İbrahim Rəisini ilk təbrik edənlərdən biri oldu. Biz hər zaman İranla dostluq və əməkdaşlıq siyasətinə sadiq olmuşuq. Ümid edirəm ki, hər iki ölkənin rəhbərliyi və siyasi elitası İranda 30 milyon azərbaycanlı türkün yaşamasını, qonşu olmağımızı, eyni dini dəyərləri bölüşməyimizi, tarixi, mədəni, humanitar, iqtisadi əlaqələrimizi nəzərə alıb, daha sıx əməkdaşlıq edəcəkdir. İbrahim Rəisini prezident seçilməsi münasibətilə təbrik edir, işlərində uğurlar diləyirəm.

İlham Əliyev İranın yeni prezidentini təbrik etdiAzərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net təbrik məktubunun mətnini təqdim edir:

"İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının uğurlu fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafında mühüm rol oynayır.

Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilmişdir. Bu yeni vəziyyət ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir.

İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
38 yeni yoluxma, ölüm yoxdurAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, bu gün ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. 1 014 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

“Qara dəlik” əxlaqıİki gündür sosial şəbəkələrin Azərbaycan seqmentində əziz həmkarımız, bacımız Fülya Öztürk haqqında çəkilən filmlə bağlı müzakirələri izləyirəm. Və... keçirdiyim hissləri ifadə etməyə söz tapa bilmirəm. Nə baş verir? Kimdir kiçicik bir minnətdarlıq jestinin ətrafında fırtına qoparanlar, miskin eqolarını milli qürur adına ictimai rəyə sırıyanlar? Məqsədləri nədir? Bəlkə Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində gerçəkləşən xəyallarımız, Şuşada Azərbaycan-Türkiyə müttəfiqlik Bəyənnaməsinin imzalanması kimlərinsə yuxularına haram qatıb?! Və xalqın qəzəbindən qorxub bəyannamənin əleyhinə çıxış edə bilməyənlər, indi məhv olmuş ümidlərinin qisasını ən çətin günlərdə bizimlə birlikdə olan, özünü təhlükəyə atan, səsimizi dünyaya duyuran Fülya Öztürkdən almağa çalışırlar?

Fülya Öztürk haqqında film çəkilir? Çox yaxşı! Bunu yalnız alqışlamaq lazımdır. Zənnimcə 44 günlük Vətən müharibəsi dövründə informasiya savaşında bizimlə yanaşı addımlayan, hətta bizdən dəfələtlə öndə olan qardaş ölkənin jurnalistləri haqqında ayrı-ayrılıqda sənədli filmlər çəkilməli, proqramlar hazırlanmalıdır və bu davamlı bir şəkildə həyata keçirilməlidir ki, sosial şəbəkələrdə Azərbaycan-Türkiyə birliyindən çat verənlər paramparça olsun, dişləri dillərini, barmaqlarını gəmirsin!

Qanmayanlar üçün

Fülya Öztürk haqq savaşımızda bizlərdən biri kimi mücadilə aparan Türkiyə mediasını simvolizə edən bir xanımdır. Tale elə gətirib ki, Gəncənin mənfur düşmən tərəfindən atəşə tutulduğu o müdhiş gecənin yaşantılarını ifadə etmək ona qismət olub. Bu həm də şans məsələsidir...

Hörmətsiz kimlər və kimsələr, Gəncəni alova və qana bürüyən o müdhiş gecəni, Fülya Östürkün fəryadımızı dünyaya hayqıran səsini, göz yaşlarını xatırlayın! Fülya dünyanın gözü qarşısında baş verən insanlıq faciəsinə ağı deyirdi... Xatırladınızmı? İndi ölüb yerə girin! Bu qədər də olmaz! Sizə kiçicik bir yaxşılığın qarşılığında həyatını belə qurban verməyə hazır olan Azərbaycan xalqının əvəzindən mühakimə yürütmək, qanınızdakı və əxlaqınızdakı çirkabı Azərbaycan-Türkiyə birliyinin üzərinə tökmək haqqını kimsə verməyib!

44 günlük Vətən müharibəsi dövründə Türkiyə mediasının bizə verdiyi dəstək, sadəcə gördüyümüz, yaxud eşitdiklərimizdən ibarət deyil. Həm müharibə dövründə, həm də daha sonra ölkəmizə gələn əksər xarici media nümayəndələri, sözün bütün mənalarında Türkiyə üzərindən gəliblər. Biz informasiya müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Türkiyə mediasının dəstəyi sayəsində maneələri dəf etməyi bacarmışıq. Axı bütün bunlar 10 il, yaxud 20 il öncə baş verməyib, gözümüzün önündə cərəyan edib. O çətin və şərəfli günlərdə hara baxlrdınız, gözünüz kimlərin “kanal”ında idi ki, gözə sıçrayan bu reallıqları görə bilməmisiniz?
Siz kor olmağa davam edin, Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı görür və ona bir misqal yaxşılıq edənləri də göz-bəbəyi kimi qorumağı, sevməyi bacarır.

...Hələ qarşıda görəcəyiniz günlər var, e... Şuşa bəyannaməsindən sonra Azərbaycan-Türkiyə media platforması bütün gücü ilə işə düşəcək, ortaq layihələr həyata keçiriləcək, ortaq media qurumları yaranacaq. İndidən və belə sıradanbir hadisədən çatlasanız çiliklənərsiniz. Çalışın indi ortaya çıxan gerçək kimliyinizin bir parçasını da Azərbaycan-Türkiyə Media Platformasının tam gücü ilə fəaliyyətə başlayacağı günə saxlayın... O zaman Gəncəyə atılan erməni raketi kimi birdən partlayarsınız...

Anlayanlar üçün

Asi olmaq asandır, tapınmaq isə çətin - bu yanaşma son 30 ilin kataklizmlərindən, bir formasiyadan digərinə daşınan cəmiyyətin ziddiyyətlər dolanbacından keçən bir insanın heç vaxt dəyişməyəcək qənaətidir. Tapınmaq şükür etmək mərifəti, səbir, dözüm, dayanıqlılıq tələb edir, asilik isə miskin bir təkəbbürün bütün mümkün vasitələrlə ətrafa nümayiş etdirilməsinə xidmət edən, natamamlıqdan doğan inkarçılıqdır. Tanrıya tapınmaq, şükran olmaq, minnətdar olmağı bacarmaq insan əxlaqının, mənəviyyatının, dünyagörüşünün zirvəsidir.

Ən kiçicik bir xeyirxahlığa görə bu və ya digər şəxsə minnnətdar olmağı bacarmayan, yaxud minnətdarlığı “qürurun aşağılanması” kimi qəbul edərək təkəbbürünün dar çərçivəsindən çıxa bilməyənlər heç vaxt Tanrıya verdiyi nemətlərə görə şükran ola bilməzlər. Çünki minnətdarlıq bacarığı, şükranlıq bütöv bir anlayışdır və heç bir halda ayrı-ayrı şəxslərə münasibətdə fərqli formalarda təzahür edə bilməz. Əgər edirsə, deməli, ortalıqda yeni umacaq, məkr və hiylə var...

Elə insanlar var ki, qəlbləri və təfəkkürləri məchul “qara dəlik” kimidir. Belələri Tanrının vəsilə olduğu yaxşılıqları, xeyirxahlıqları, nəcib əməlləri udur, yenisini umur və sanki, belə olmalıymış kimi “yollarına” davam edirlər. Əvəzində isə nəinki cəmiyyətə, heç öz yaxınlarına belə heç nə vermirlər. Bir xoş sözü, xəfif təbəssümü belə başqalarına qıymır, işıq udur, qaranlıq paylayırlar.
Xeyirlə Şərin, işıqla qaranlığın mücadiləsinin yaşını kimsə bilmir. Lakin bu əbədi mücadilənin, savaşın içərisində belə bəşəriyyətin mövcudluğunu qoruyub saxlayan, Tanrının düzənlədiyi və bir kimsənin poza bilməyəcəyi ilahi harmoniya var. Hətta bətnindən zülmətlər doğuran milyonlar belə Azərbaycan və Türkiyənin də içində yer aldığı bu düzəni poza bilməzlər. Yalnız özlərinə zülm edə bilərlər.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist
"Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycanla İran böyük rol oynayır"“Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikilməsi ilə bağlı protokol imzalayıb. Yeni körpünün tikilməsi ilə bağlı razılaşmanın icrası davam etdirilir”.

Avrasiya.net xəbər verir ki, bunu “Report”a açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, Astaraçay üzərində körpü müştərək şəkildə tikiləcək və dəyəri 4,7 milyon avro olacaq.

“İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin Azərbaycana səfəri çərçivəsində protokol imzalanıb. Tərəflər arasındakı razılığa əsasən körpü bir il ərzində tikilməlidir. Bu körpü Şimal-Cənub nəqliyyat dəhlizində İranla Azərbaycanın yol inrafstruktununu birləşdirən ən mühüm nöqtədir. Hazırda Astaraçay üzərində dəmir körpü var. Həmin körpü ikinci dünya müharibəsi dövründə tikilib. Bu körpü iki ölkə arasında yük mübadiləsi və tranziti üçün yetərli deyil. İranla Azərbaycan arasında ticarət dövriyyəsi getdikcə artır. Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycanla İran böyük rol oynayır. Bu baxımdan yeni bir körpünün tikilməsinə ehtiyac var”, deyə səfir bildirib.

O deyib ki, əsas məqsəd iki ölkə arasında nəqliyyat infrastrukturunun bir neçə növündən, o cümlədən dəmir, avtomobil yolu və dəniz nəqliyyatından daha yüksək səviyyədə istifadə edilməsidir.

“İranda Prezident seçkilərindən əvvəl istədik ki, ölkə başçısının Həsən Ruhaninin dövründə olan iqtisadi fəaliyyəti yekunlaşdıraq və hansı nəticələrin əldə edilməsi ilə bağlı yekun nəticəyə gələk. Bununla bağlı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehrana səfərə getdi. Tehranda bir sıra rəsmi görüşlər keçirilib. Daha sonra isə İranın üç naziri Azərbaycana səfərə gəldi”, - səfir xatırladıb.

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində İranla Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 % artaraq 164 milyon 429 min ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 % azalaraq 8 milyon 404 min ABŞ dolları, İrandan Azərbaycana idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 % artaraq 155 milyon 891 min ABŞ dolları təşkil edib.
Füzulidə ağır yol qəzası: 2 ölü, 6 yaralıFüzulidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, rayonun Qayıdış-1 qəsəbəsi ərazisində Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi “QAZel”, Beyləqan rayon sakinləri C.Camalovun idarə etdiyi VAZ-21154 və V.Süleymanovun idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində A.Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və 4 sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Səməd Seyidov məşhur iş adamıyla quda oldu: "Toy etməmişik"Səməd Seyidov məşhur iş adamıyla quda oldu: "Toy etməmişik"
"Bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, bu, doğru deyil."

Avrasiya.net xəbər verir ki, bunu manşet.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov bildirib.

O, daha sonra yayılan məlumatla bağlı bunları deyib: "Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu, o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib nikah ediblər, ancaq toy məclisi keçirilməyib".

Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov "EFES Elçin” kimi tanınan iş adamı, "CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub.