DTX Suriyada döyüşmüş azərbaycanlını tutdu - VideoDövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DTX-dən Avrasiya.net-ə verilən məlumata görə, DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb və ölkəmizə gətirilib.

Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan Respublikası vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.

Həmçinin müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadə zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Səfirimiz Kişinyovun meri ilə görüşüb17 iyun tarixində ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov Moldova Respublikasının paytaxtı Kişinyov şəhərinin meri İon Çeban ilə səfirlikdə görüşüb.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, səfirliyin təmir-tikinti işləri yekunlaşmış yeni kompleksi ilə tanış olan İ.Çeban kompleksin bir hissəsi olan kiçik bağçada Ulu öndər Heydər Əliyevin büstünün ucaldılması, Azərbaycan guşəsinin yaradılması və ölkəmizin dahi şəxsiyyətlərinə həsr edilmiş barelyeflərin quraşdırılmasının Kişinyov şəhərinin gözəlliyinə töhfə verdiyi, kompleksin Kişinyov şəhərinin memarlıq incisinə çevrildiyi və paytaxt sakinlərinin heyranlıqla izlədiyini bildirib. Daha sonra o, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında müstəsna xidmətlərindən bəhs edərək Səfirliyin qarşısında ucaldılmış ümummilli liderin büstü önünə gül dəstəsi qoyub.

Görüşdə İ.Çeban Azərbaycan-Moldova münasibətlərinin genişləndirilməsi çərçivəsində hər iki ölkənin paytaxtları arasında əməkdaşlıq müqaviləsinin imzalanması təşəbbüsünü bildirib. Paytaxt Bakıda bir neçə dəfə olduğunu qeyd edən Kişinyov meri müasir binalarla, eləcə də tarixi tikililərlə zəngin paytaxtımızın gözəlliyindən təsirləndiyini, Bakının siyasi, iqtisadi, mədəniyyət və idman tədbirlərinin mərkəzinə çevrildiyini dilə gətirib. İki şəhər arasında təmasların dərinləşməsi məqsədilə İ.Çeban Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

Eyni zamanda, görüşdə İ.Çeban tərəfindən azərbaycanlı həmkarının cari ilin 13-17 oktyabr tarixində Kişinyov şəhərində keçiriləcək iqtisadi forum, Kişinyov şəhəri günü və şərab festivalına dəvəti müzakirə edilib. O, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyətinin tədbirlərə dəvət edilməsində maraqlı olduğunu dilə gətirib, rəsmi dəvət məktublarının yaxın gələcəkdə səfirliyimiz vasitəsilə ünvan sahiblərinə göndərilməsini xahiş edib.

Bundan əlavə, görüşdə iyul ayında Moldovadakı səfirliyimizin qarşısındakı bağçada dahi Azərbaycan şairi Nizami Gəncəvinin barelyefinin təntənəli açılışının keçirilməsi ilə bağlı razılığa gəlinib, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlanılıbFövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Bu barədə Avrasiya.net-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildiirlib ki, "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Ermənistan müharibə itkilərini açıqladı - ŞOK RƏQƏMErmənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin ikinci Qarabağ müharibəsindəki itkilərlə bağlı son məlumatı açıqlayıb.

Bu barədə Ermənistan mediası xəbər verir.

Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin sayı 3 700 nəfəri ötüb. “Bugünkü günə olan məlumata əsasən müharibədə 3 705 nəfər həlak olub, daha 268 nəfər itkin düşüb”, - deyə baş nazir vəsifəsinin icraçısı seçkiqabağı kampaniya zamanı keçirilən debatda deyib.

Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın müharibədəki itkilərinin sayının təxminən 4 000 nəfərə çatacağını deyib.

Ötən gün Xocavənddə aparılan axtarış işləri zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilən, lakin itkin düşmüş sayılan daha 3 hərbçisinin meyitinin qalıqları tapılıb. Bununla da Ermənistanın ikinci Qarabağ müharibəsində məhv edilmiş, lakin bu günə qədər itkin düşmüş sayılan hərbçilərinin sayı 1 579 nəfərə çatıb. (report)
Minsk razılaşmaları üzərində işləməliyik, başqası yoxdurMinsk razılaşmaları ilə bağlı işləmək lazımdır, başqa sazişlər yoxdur.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Danilov vurğulayıb ki, Kiyev Minsk razılaşmalarını hazırki formada yerinə yetirə bilməz.

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk Minskin danışıqlar üçün meydança ola bilməyəcəyini və başqa yer axtarmaq lazım olduğunu bildirmişdi.
Kim Çen In Co Baydenlə qarşıdurmaya hazırlıq haqqında bildiribKoreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çeni In bildirib ki, ölkə ABŞ-ın yeni administrasiyası ilə dialoqa hazır olduğu kimi, həm də qarşıdurmaya hazır olmalıdır.

“Report”un məlumatına görə, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (STAK) xəbər verib.

Qeyd edilir ki, Kim Çen In Koreya Xalq Demokratik Respublikasının Əmək Partiyasının Mərkəzi Komitəsinin plenumunda çıxış edib. İclasda Amerikanın yeni administrasiyasının Pxenyanla bağlı siyasəti təhlil edilib.

"Baş katib (Kim Çen In-red.) bizim dövlətimizin hərtərəfli üstünlüyünü qorumaq üçün (ABŞ-la-red) dialoqa olduğu kimi, həm də qarşıdurmaya hazırlıq ehtiyacını vurğuladı", - STAK Şimali Koreya liderindən sitat gətirib.

Mayda ABŞ prezidenti Co Bayden bildirib ki, əgər Kim Çen In nüvəsizləşməyə razılaşsa, Şimali Koreya lideri ilə görüşməyə hazırdır. Ağ Evin mətbuat katibi Cen Psaki isə deyib ki, ABŞ Koreya Xalq Demokratik Respublikası barəsində siyasətinə yenidən baxmasını qurtarıb. Onun sözlərinə görə, yeni siyasət ABŞ-ın əvvəlki iki prezidentinin kursundan fərqlənir.
Paşinyan seçkiöncəsi kampaniyasına xeyli polis, snayper cəlb edibErmənistanın paytaxtı Yerevanın Respublika meydanında "Vətəndaş müqaviləsi" Partiyasının başçılıq etdiyi Nikol Paşinyanın seçkiqabağı mitinqi keçirilib .

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, mitinqdə bir çox məqamlar diqqəti cəlb edib.

Qeyd edilir ki, Yerevana aparan bütün magistralların həddindən artıq yüklü olmasına baxmayaraq, hakimiyyət oqanları müəssisələrinin əksəriyyətinin işçilərini mitinqə gəlməyə məcbur ediblər. Bununla da dövlət orqanları inzibati resurslardan maksimum istifadə ediblər. Lakin bütün bunlara baxmayaraq, iştirakçıların sayı yenə çox az olub.

Ermənistan mediasının paylaşdığı videogörüntülərdə mitinqdə iştirakçıların sayının azlığı əksini tapıb. Eyni zamanda aksiyaya xeyli sayda mülki geyimli polis əməkdaşları cəlb edilib. Media Paşinyanın öz təhlükəsizliyi üçün hətta snayperlərdən də istifadə etdiyini vurğulayıb.
Koronavirus Afrikada sürətlə yayılırÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni variantları sayəsində Afrikada pandemiyanın üçüncü dalğasının güclənməsindən narahatdır.

Publika.az xəbər verir ki, Afrikada koronavirusa yoluxma halları hər həftə orta hesabla 22 faiz artır. Bu məlumatı ÜST-ün Afrika üzrə regional direktoru Matşidiso Moeti təsdiqləyib. O bildirib ki, pandemiyanın üçüncü dalğasını səngitmək üçün Afrika ölkələrinin koronavirus əleyhinə peyvənd partiyalarına təcili ehtiyacı var.

Qeyd edilib ki, Afrikada indiyədək cəmi 12 milyon insan koronavirusa qarşı tam peyvənd olunub. Bu isə qitə əhalisinin bir faizindən də aşağı göstəricidir. ÜST vaksinasiya kampaniyasının tədricən vüsət aldığını da açıqlayıb. Ötən beş gün ərzində qitədə beş milyondan artıq peyvənd dozası tətbiq olunub. Öncəki üç həftə ərzində isə həftəlik göstərici cəmi 3,5 milyon doza olub.

Beynəlxalq qurumun məlumatına görə, Konqo Respublikası, Namibiya və Uqandada pandemiya başlayandan bəri ən yüksək yoluxma halları qeydə alınır. Cənubi Afrikada havaların soyuması və koronavirusun daha yoluxucu variantlarının geniş yayılması yoluxmaların artmasına əsas səbəb kimi göstərilir. Afrikada indiyədək koronavirusun Delta variantının 14 ölkədə, Alfa və Beta variantlarının isə 25 ölkədə yayıldığı təsdiqlənib.
İranda prezident seçkisidirİranda 13-cü prezident seçkilərində səsvermə başlayıb.

Dövlət başçısı vəzifəsi uğrunda dörd siyasətçi mübarizə aparır.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30-da) açılıb və saat 00:00-a (Bakı vaxtı ilə saat 23:30) qədər işləyəcək. Bu halda onların işi ehtiyac olduğu halda saat 02:00-a (01:30) qədər uzadıla bilər. Ölkədə 66,8 min seçki məntəqəsi fəaliyyətə başlayıb. İranın daxili işlər naziri Əbdülrza Rahmani Fəzlinin bəyanatına görə, seçkilərin ilkin nəticələri səsvermənin tamamlanmasından iki gündən gec olmayaraq elan ediləcək.

Xaricdəki İran vətəndaşları dünyanın 133 ölkəsində səs verə bilərlər. Ölkədən xaricdə 234 seçki məntəqəsi açılacaq. İranın səsvermə hüququ olan vətəndaşlarının ümumi sayı 52,31 milyon nəfərdir.

Prezident seçkilərinin favoriti İbrahim Raisi hesab edilir. Altmış yaşlı siyasətçi 2019-cu ildən İran məhkəmə orqanlarının başçısı postunu tutur, o, əvvəllər baş prokuror olub. Raisi seçkiqabağı kampaniyasının gedişatında yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. 2017-ci ildə Raisi prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub.

Ondan başqa, prezident postu uğrunda Möhsen Rezai də mübarizə aparır. O, 1980-90-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq edib. İranın prezident vəzifəsinə həmçinin Mərkəzi Bankın sədri Abdulnaser Hemmati və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi də namizəddir.

İslam Respublikasının hazırkı prezidenti Həsən Ruhani seçkilərdə namizəd kimi iştirak hüququna malik deyil. Çünki o bu vəzifəni ardıcıl iki dəfədir icra edir. / "Report"
Putin Dumaya seçkilər təyin etdiRusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçiriləcək seçkilərinin vaxtının təyin edilməsi haqqında fərman imzalayıb.

Avrasiya.net RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması deputatlarının seçilməsi haqqında 22 fevral 2014-cü il tarixli, 20-FZ saylı Federal Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq qərar alıram:

Rusiya Federasiyası Federal Məclisinin yeni çağırış Dövlət Dumasına deputatların seçilməsi 19 sentyabr 2021-ci il tarixinə təyin edilsin” - Fərmanda deyilir.