TƏBİB rəsmisi: “Bu müayinələr ödənişsizdir”“Seroloji testlərlə COVID-19 pasportu və ya COVID-19 sertifikatı verilmir”.

Avrasiya.net xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü, infeksionist Nəzrin Mustafayeva bildirib.

N.Musatafayeva qeyd edib ki, məntəqələrdə peyvənd olunmamışdan əvvəl vətəndaşlar tibbi müayinədən keçirilir:

“Vətəndaşın temperaturunun olub-olmaması yoxlanılır, virusun aktiv fazasında olub-olmaması aydınlaşdırılır, təzyiqi ölçülür. Bu müayinələr ödənişsizdir”.

O, eyni zamanda, başqa xəstəliklərə qarşı istifadə edilən vaksinlərdə sonsuzluğa səbəb olan halların aşkarlanmadığını deyib və COVID-19 vaksinin yeni olduğunu diqqətə çatdırıb:
“Bu halların müəyyənləşməsi üçün zaman lazımdır. Amma indiydək praktikadan keçirilən digər xəstəliklərə qarşı istifadə edilən vaksinlərdə sonsuzluğa səbəb olan hallar müşahidə olunmayıb”.
Başçı Qarabağa gedən işçisini vəzifəsindən azad etdiKəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayev işğaldan azad olunmuş ərazilərə icazəli səfər edən işçisini vəzifəsindən azad edib.

Avrasiya.net Manşet.az-a istinadən xəbər verir ki, A.Qocayevin əmri ilə Çıraq kənd icra nümayəndəsinin müavini Xudaquliyev Elnur Əvəz oğlu vəzifəsindən azad olunub.

Onun işdən çıxarılmasına səbəb erməni işğalından azad edilən ərazilərə səfər etməsi olub.
Azərbaycandakı iranlılar üçün səsvermə məntəqəsi yaradıldıAzərbaycanda yaşayan İran vətəndaşlarının qonşu ölkədə keçirilən 13-cü prezident seçkilərinə qatılmaları üçün səsvermə məntəqəsi yaradılıb.

Bu barədə Avrasiya.net-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səsvermə məntəqələri İran səfirliyinin Bakıdakı Təhsil kompleksinin binasında və Naxçıvanda təşkil olunub.

Qeyd edək ki, Azərbaycanda İrandakı prezident seçkiləri üzrə səsvermə səhər saat 8:00-da başlayıb və 17:00-dək davam edəcək.
“Gəncə sakinlərinə hüquqi, sosial və psixoloji xidmətlər göstəririk”Elmira İsmayılova: ““Əlil qadınlar” cəmiyyətinin Gəncə şəhər şöbəsinin müxtəlif səpkidə, sayından, istiqamətindən asılı olmayaraq, həyata keçirəcək layihələr üçün peşəkar İnsan Resursları yetərincə vardır”

Dövlətimizin siyasətinin əsas hədəflərindən biri olaraq regionların sosial-qtisadi inkişafı istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda paytaxtla yanaşı, regionlarda da vətəndaş cəmiyyətinin qurulması uğrunda ciddi işlər görülüb. Əsas odur ki, regionlarda da insanların QHT-lərə inam və marağı var. Çünki QHT-lər də cəmiyyətlə sıx təmasda işləyir, onlara maddi və mənəvi dəstəyin göstərilməsi istiqamətində müxtəlif layihələr həyata keçirirlər. Bu baxımdan "Əlil qadınlar" cəmiyyətinin Gəncə şəhər şöbəsinin rəhbəri Elmira İsmayılova da fəallığı ilə seçilir. Gəncədə tanınmış ziyalı xanım olaraq Elmira İsmayılova uzun illərdir vətəndaş cəmiyyəti quruculuğuna öz töhfəsini verir. Elmira xanımın müsahibədə dediyi fikirlər və onun fəaliyyəti bir çox gənclərimiz üçün nümunədir.

-Elmira xanım, öncə özünüz haqda məlumat verməyinizi xahiş edirik.

-Elmira İsmayılova (Mamedova) Hümbət qızı, Daşkəsən rayonunda 06.07.1965-ci ildə ziyalı ailəsində anadan olmuşam. Atam Mamedov Hümbət Daşkəsən rayonu Peşə Məktəbində (FEZO) da Master və qaynaq üzrə Peşəkar müəllim kimi işləyib. Orta məktəbi bitirdikdən sonra Gürcüstan Universitetində qiyabi təhsil almaqla Hüquqşunas ixtisası üzrə bitirmişəm. 3 övladım, iki qızım, bir oğlum, iki nəvəm vardır. 2002-ci-ildən "Əlil qadınlar" cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədriyəm. Bitərəfəm. Bacaracağım qədər dövlətimizə və dövlətçiliyimizə hər zaman xidmət edirəm. Vətənimi çox sevirəm!

-Demokratik dövlətin qurulmasında vətəndaş cəmiyyətinin nə kimi rolu var?
- Demokratik dövlətin qurulmasında vətəndaş cəmiyyəti vasitəçi rolu kimi fəaliyyətinin olmasını deyə bilərəm. Milli dəyərlərimizi qorumaqla, beynəlxalq təcrübəni və daxili ənənələrə görə formalaşma mexanizmini, dövlətlə əlaqəli şəkildə həyata keçirir. Məlumatlandırma və maarifləndirmə işləri görür. Qanunvericilikdə benefisarlara dair müassir dövrə uyğunlaşma, qanunlarda dəyişiklik və ya əlavələr paketi hazırlayır Milli Məclisə təqdim edir.

-"Əlil qadınlar" cəmiyyətinin Gəncə şəhər şöbəsi nə vaxt yaradılıb və məqsəd, məramı nədən ibarətdir?

-"Əlil qadınlar" cəmiyyətinin Gəncə şəhər şöbəsi 26.02.2002-ci ildə Baş idarəsinin 2 saylı protokoluna əsasən yaradılmışdır. Baş İdarənin sədri Məhluqə xanım Rəhimova republikamızın bir cox şəhər və rayonlarında şöbəsini yaratmışdır.

Təşkilatın məqsədi taleyinə əlillk qismət olmuş insanlara yaşından, əlilliyindən asılı olmayaraq bərabər hüquqların qorunması, ələbaxımdan uzaqlaşdıraraq öz hüquqlarına özləri qərarlı olmaları, sosial həyat tərzinin yaxşılaşdırılması istiqamətində (Təhsil, səhiyyə, sosial sahibkarlıq və s.) yaxından iştirak etməklə, ehtiyyac duyulan müxtəlif sahələr üzrə, sahibkarlıq üzrə maarifləndirmə və məlumatlandırma işləri apararaq cəmiyyətə inteqrasiyasının təmin etməkdir. Bu məsələlərin həllində daxili və beynəlxalq əlaqələrdən istifadə edərək fəlaiyyət göstəririk. Belə ki, sorğu, araşdırma nəticəsində əldə olunan nəticələr istiqamətində iş aparılır. Eyni zamanda hüquqi yardım və maarifləndimə, sahibkarlıq bacarığının artılmasıa, inteqrasiyalı, inklüziv təhsil istiqamətində fəaliyyət göstəririk. Müxtəlif yerli və beynəlxalq təcrübə mübadilə proqramlarında, sərgilərdə iştirak edirik.

-Bu vaxta kimi görülmüş işləriniz haqqında nə deyə bilərsiz?

-Təxminin 20 il ərzində Gəncədə və ətraf rayonlarda saysız layihə və tədbirlər keçirmişik. Bunlardan bir qismini diqqətinizə çatırmaq istərdim.
Öncəliklə, mütamadi olaraq Prezident Administrasiyası və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə əlillərin əl işlərindən ibarət sərgisi və satışın təşkili, o cümlədən Azərbaycandakı bütün milli bayramlarımızı, ümumiyyətlə, əlamətdar günləri əlilliyi olan şəxslər və ziyalıların iştirakı ilə biz də Gəncədə qeyd edirik. Bundan başqa yardım kampaniyaları təşkil edirik. Belə ki, ADRA humanitar təşkilatı Gəncə ofisi tərəfindən “Gələcəyə körpü” İB ilə birgə Gəncə şəhərində, evlərdə yaşayan 204 tənha qocalara paltar yardımı paylanmışdır. ADRA humanitar təşkilatı Gəncə ofisi tərəfindən 5147 nəfər əlilliyi olan insanlara (kişi, qadın və uşaqlara) paltar yardımı verilmiş, ailə planlaşdırılması təlimləri keçirilmişdir. Təşkilatımızı tanıyan 5147 nəfərdən 3228 nəfər əlilliyi olan qadınlar üzv olmuşdurlar.

XXI Əsrin Gəncləri təşkilatın hüquqşunası və digər könüllü hüquqşunaslar tərəfindən əlilliyi olan və aztəminatlı insanlara ödənişsiz hüquqi yardım göstərilmişdir. Bu vaxata kimi 5147 nəfər əlilliyi olan şəxslərdən sorğu aparılmışdır. Kurslar təşkil olunmuşdur (kompüter, dillər, dekorativ əl işlərinin hazırlanması, rəssmlıq, toxuculuq və s.). Bu kurslarda əlilliyi olan və əlilliyi olmayan gənclərin qarşılıqlı inteqrasiyası təşkil olunuşdur. Bu günə qədər davam edir.

Gəncə Gil-Torpaq səhmdar cəmityyətinin nəzdində olan Poliklinikasından 836 nəfərin pulsuz həkim müayinəsi, müalicənin resptin yazılması (lazım gəldikdə iynənin vurulması və s.) kimi təşkilatımızın müraciəti əsasında xidmətlər göstərilmişdir. Təşkilatı ilə birlikdə ANAMA-nın maliyyə dəstəyi ilə minadan zərərçəkimiş əlillərə və təşkilatımızın üzvləri olan əlil qadınlara əlil arabaların təmənnasız çatdırılıb. “Save the Chldren” Bərdə ofisi tərəfindən aztəminatlı və əlilliyi olan qadınlara tikiş sexi təşkili olunmuşdur.

Avropa Komissiyasının PADOR sistemnə və Salto proqramına qoşulmuşuq. Şərq-Şərq proqramı çərçivəsində Çexiyada təcrübə mübadilə proqramında iştirak edilmişdir. USAİD–ın maliyyə dəstəyi və Sülh korpusu Azərbaycan nümayəndəliyi ilə birgə (nümayəndə Eleyn Bicman) Gəncədə İlk teatr trupun yaradılıb və tamaşanın Gəncə Dram teatrında nümayişi olub. Əlilliyi olan insanların cəmiyyətə inteqrasiaysına yönəlmişdir. Teatr trupunda əlilliyi olan və əlilliyi olmayan gənclər birgə iştirak ediblər. İREX –in Subqrant proqramının iştirakçısı olaraq “Media Əlillərə Dəstək” layihəsini icra etmişik. Resurs mərkəzi yaradılmışdır. Ombudsman Gəncə nümayəndəliyi ilə birgə əməkdaşlıq çərçivəsində davamlı əlilliyi olan şəxslərə ödənişsiz hüquqi yardım göstərilib. AMAK – ın təşkilatçılığı ilə 2017- ci ildə 200 nəfər (əlilliyi olan və valideyinlər) arasında tərəfimizdən sorğu keçirilmişir.

Yerli və beynəlxalq təlimlərdə davamlı iştirak edirik. Yetişdirdiyimz, kursdan faydalanmış gənclərin Sosial Sahibkarlığın qurulmasında yaxından dəstəyimiz və iştirakımız təmin olunur. Əlilliyi olan insanların və aztəminatlı ailələrə Hüquqi yardım göstərilməsinin davamlılığını Legal Standart /E Pluribus Unum tərəfindən həyata keçirilir.

Baş idarə tərəfindən və öz tərəfimizdən keçirilmiş “Əlilliyi olan insanların Seçki hüququ haqqında”, “Məişət zorakılığı” haqqında Gəncədə ictimai maarifləndirmə, dəyirmi masa təşkil etmişik. Gənclərin asudə vaxtının səmərəli, faydalı keçirilməsi üçün “Fərəh klubu” yaradılmışdır.

Baş İdarənin Gəncə şəhərində və başqa rayonlarda keçirdiyi layihələrdə fəal iştirak edirik. "Əlil qadınlar" cəmiyyətinin Gəncə şəhər şöbəsinin müxtəlif səpkidə, sayından, istiqamətindən asılı olmayaraq, həyata keçirəcək layihələr üçün peşəkar İnsan Resursları yetərincə vardır.

-Gəncədə əlillərə pisxoloji və mənəvi dəstəyin göstərilməsində QHT-lər hansı aktivlik göstərir?

-Şöbəmizin yarandığı tarixdən bu günə kimi, qarşılıqlı inteqrasiya, mənəvi-psixoloji dəstək və sosial həyat tərzinin yaxşılaşdırması istiqamətində, təhsil-peşə, sosial sahibkarlıq, beynəlxalq təcrübə proqramlarında iştirak və s. kimi fəaliyyət göstəririk. Təşkilat olaraq hər zaman, hal-hazırda da fərqli sayda könüllüləri (təcrübəli mütəxəssislər hüquqşunas, psixoloqlar, sosial işçilər, həkimlər, Təhsil-Peşə mütəxəsissləri və s. olmaqla) tərəfindən aidiyyəti üzrə hər zaman əlilliyi olan insanlara xidmətlər göstərilib və göstərilir. Bu kimi və digər problemlərin həlli üçün, ehtiyyac duyulduğu halda, aidiyyəti qurum və təşkilatlarla yönləndərək proplemlərinin həllinə dəstək oluruq.

-COVİD-19 pandemiyası başladığı dövürdən, 2021-ci ilin yanvarına ilə qədər 300-ə yaxın əlilliyi olan və aztəminatlı ailəyə pandemiya, karantin qaydalarına riayət olunması və sağlamlığımızın qorunması haqqında maarifləndirilmə, zərurət yaranmadığı halda evdən çıxmamaq (uşaqları mağaza və s. olan yerlərə, ümumiyyətlə, aparmamaq) maska taxmaq, sosial məsəfəni qorumaq, gigenik qaydalara riayət etmək, fiziki məşqələlər keçirmək (ev şəraitində və s.) kimi məlumatlar çatdırılıb. İşsiz ailələrin birdəfəlik 190 manat məbləğində pul yardımının alınması üçün müraciət edən 179 ailənin e.sosial.gov.az saytından tərəfimizdən, könüllülərlə birlikdə, qeydiyyatdan keçirilmişdir.

İnsanların psixoloji durumunu nəzərə alaraq istər yaşlı, istər gənclər, istər də uşaqlara panika vəziyyətdə olmaları ətrafımıza könüllü psixoloqların, sosial işçilərin çoxalması vacib hal oldu. Fərqli kateqoriya nümayəndələrinə əllilyi olan və ya əlilliyi olmayan insanlara ödənişsiz xidmətlər göstərlirib və göstərilir. O dövrdə iş yerlərinin bağlanması, e-icazə ilə bayıra çıxmaları, məktəblərin və baxçaların bağlanılması əlaqədar daha çox sayda olan insanlara dəstəyə ehtiyyac duyulurdu. Hərəkətli həyatın dayandırılması durumundan asılı olmayaraq çaşqın vəziyyətə düşmüşdürlər.
Həmin zaman Zəfəroğlu İnşaat MMC-nin dəstəyi ilə tərəfimizdən 30 ailəyə ərzaq yardımı verilmişdir .
Türkiyənin Gəncə baş konsulluğunun və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən 55 ailəyə ərzaq yardımı verilmişdir.

Əraziyə görə deputat Pərvin Kərimzadə tərəfindən 20 ailəyə ərzaq yardımı verilmişdir. Ərzaq yardımları köçkün, aztəminatlı, əlilliyi olan və əlil uşaqlar olan ailələrə şamil olunmuşdur.
Müraciət edən köçkün, əlil və aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsini Legal Standart /E Pluribus Unum Gəncə ofisi hüquqşunası tərəfindən təmin edilir.

- Vətən müharibəsində Gəncə şəhəri də ermənilərin artilleriya atəşinə məruz qaldı. Həmin zamanlarda "Əlil qadınlar" cəmiyyətinin Gəncə şəhər şöbəsi olaraq əhaliyə necə dəstək ola bildiniz?

-Bəli, Vətən müharibəsində Gəncə şəhəri, ermənilərin artilleriya atəşinə məruz qalmışdır. Onsuz da pandemiya artıq insanlara şok vəziyyəti yaşadırdı. Koronavirus stress ilə yanaşı, bomba partlayışı da qorxu yaşatdı və təbii ki, istər uşaq evinin uşaqlarına, istər ali məktəb tələbələrinə, istər orta məktəb tələbələrinə, ahıllara, uşaqlara, ümumiyyətlə, əlillik kateqoriyası olan və ya əlilliyi olmayan depressiyaya düşmüş şəhid ailələrinə, şəhidlərimizin övladlarına, qazilərə və onların ailələrinə xidmətlər yüksək səviyyədə icra olunurdu. Bu gün də davam edir... Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Təşkilatımızın nəzdində yaranmış kurslardan Tibbi Biliklər kursunun tələbələri Ağcabədi xəstəxanasında Vətən müharibəsində yaralanmış qazilərimizə könüllü tibbi xidmətlər göstərmişdirlər. Müalicə dövründə tibbi xidmət göstərən tələbələrimizdən bir xanım qazi ilə ailə (bir neçə ay əvvəl) qurmuşdurlar. Bu, xöşbəxt, sevindirici hallardan biridir.
Lakin bunlara baxmayaraq, insanlarda bombaların səsi, psixoloji stress, həyacan, panik tamamilə hamıdan getmədiyi üçün, bu gün də Gəncə sakinlərinə hüquqi, sosial və psixoloji xidmətlər göstərilir.
Vətən müharibəsində, erməni terroru nəticəsində, atılan bombadan dağılan evlərdən 13 ailəyə və 1 əlil arabasında olan xanıma, Moskvada yaşayan Gəncə sakini stilist Aytən xanım və rəfiqələri birlikdə toplam olaraq, hər ailəyə ayrı ayrılıqda 950 manatdan 14 ailəyə ofisimizdə Aytən xanımın da “Whatsapp” görüntülü iştirakı ilə nəğd pul verilmişdir.

-Perspektivdə hansı layihələri həyata keçirməyi düşünürsüz?

-Biz Qalib Xalqıq! Bunun üçün Tanrıya şükürlər olsun ki, bizə Zəfər Tarixi yazan Müzəffər Ali Baş Komandanımızı və onun rəhbərliyi ilə güclü ordumuzu bizə bəxş etmişdir. Prezidentimizin Dəmir Yumruğu düşmənə unudulmaz tarix yaşatdı. Torpaq uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik, ruhları önündə baş əyirik. Borcluyuq onlara son nəfəsimizə qədər. Əziz Prezidentimizin hər zaman yanında olan gözəl ailəsi, Türkiyə dövlətinə, daxildə və xaricdən yanında olanlara, bütün vətənpərvər insanlara minnətdarıq. Deyirik: “Yaxşı ki, Varsız. VAR OLUN!”. Allahın Sevimli Xalqıyıq !

Pandemiya və 44 günlük müharibədə daha faydalı fəaliyyət göstərmək, vaxt baxımından daha səmərəli olmağı vadar edir. Olduğumuz yerdən asılı olmayaraq xidmətlərimizi daha da artırmalıyıyıq. Göstərdiyimiz xidmətlərin (Psixoloji, sosial iş, hüquqi, terapevtik, özünəməşqulluq və s.) davamlılığını təmin etmək üçün xidmətləri layihələr çərçivəsində və təsərrufat hesablı istiqamətlərdə planlaşdırırıq.

"İran və Azərbaycan arasında bütün sahələrdə çoxlu ortaq bağlar mövcuddur"İran Azərbaycanla dəmiryol və Xəzər dənizi vasitəsi ilə tranzit yollarını inkişaf etdirmək niyyətindədir.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, Azərbaycan-İran münasibətləri yüksələn xətlə inkişaf edəcək. İranın prinsipial siyasəti bütün qonşularla, xüsusilə Azərbaycanla səmimi münasibətləri davam etdirməkdir, çünki İran və Azərbaycan arasında bütün sahələrdə çoxlu ortaq bağlar mövcuddur: “İki ölkə arasında əsas məqsəd ticarət dövriyyəsinin artırılması, iqtisadi münasibətlərin inkişaf etdirilməsidir”.

İran səfiri deyib ki, hazırkı prezident Həsən Ruhaninin hökuməti son vaxtlar Azərbaycanla münasibətlərin inkişafı istiqamətində ciddi addımlar atıb. Ötən 3-4 həftə ərzində İranın üç naziri – xarici işlər naziri Məhəmməd Cavad Zərif, yol və şəhərsalma naziri Məhəmməd Eslami və energetika naziri Rza Ərdəkanian Azərbaycana səfər edib. Qarşılıqlı olaraq Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev də İrana səfərlər edib:

"Azərbaycan və İran münasibətlərində üstün cəhətlərdən biri iki ölkənin tranzit yollardır. Bu tranzit yolların inkişaf etdirilməsi ilə əlaqədar bir sıra addımlar atılmaqdadır. Tranzit yolların inkişaf etdirilməsi ilə iki ölkənin ticarət dövriyyəsinin 2-3 dəfə artacağı proqnozlaşdırılır. İki ölkə arasında ticarət və iqtisadiyyat üçün böyük perspektiv müşahidə olunur.

Şimal-Cənub dəhlizi çərçivəsində İran Azərbaycanla tranzit yollarının təkcə quru yolu ilə həyata keçirilməsi ilə kifayətlənmək istəmir. İran Azərbaycanla dəmiryol və Xəzər dənizi vasitəsi ilə tranzit yollarını inkişaf etdirmək niyyətindədir. İki ölkənin ticarət münasibətlərində çeşidlilik formalaşmaqdadır. Bütün bunlarla iki ölkə arasında həm ticarət dövriyyəsi, həm də tranzit imkanları artacaq
Erməni ekspert: "Diplomatiyamız və xarici siyasətimiz iflasa uğrayıb"“Ermənistanın xarici siyasəti və diplomatiyası tamamilə iflasa uğrayıb”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə eməni ekspert Suren Sarkisyan feysbuk səhifəsində yazıb.

O, son üç ildə Emənistan hökumətinin yürütdüyü diplomatik münasibətlər və xarici siyasət kursunu tənqid edərək bildirib: “Ermənistan-Rusiya əlaqələri strateji müttəfiqlərin münasibətlərinə qətiyyən uyğun gəlmir. Ermənistan-Amerika münasibətləri daha aşağı səviyyədədir. Birləşmiş Ştatlarla münasibətlərin gündəliyində olan yeganə məsələ ABŞ-ın yardımlarıdır. İkitərəfli münasibətlər üçün standart sayılan Ermənistan-Çin münasibətləri son üç ildə qeyri-adekvat hala gəlib. Avropa İttifaqı ilə əməkdaşlıq və əlaqələr istiqamətində ciddi addımlar atılmır. Uyğun gündəlik formalaşdırılmır. Bu qurumla münasibətlərin gündəliyi yalnız İttifaqın maliyyə dəstəyi və yardımından ibarətdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, BMT, NATO və başqa beynəlxalq təşkilatlarla ciddi əməkdaşlıq yoxdur”.

Azərbaycan-NATO yaxınlaşması: “Bu Moskvanın qıcıqlanmasına səbəb ola bilər”Azərbaycanın xarici siyasəti özündə dünyada gedən prosesləri, qarşılıqlı münasibətlərin qurulmasını və inkişafını ehtiva edir. Bunlardan biri də xarici siyasətində beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlıqdır. Bu istiqamətdə NATO ilə əlaqələr xüsusilə vurğulanmalıdır.

Azərbaycan-NATO əlaqələri ölkəmizin Avroatlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir. Hazırda isə Azərbaycanla NATO arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır.

Şuşa Bəyannaməsindən sonra Azərbaycan Ordu quruculuğunda üstünlüyü Türkiyə, dolayısı ilə NATO modelinə verəcək.

Bəs bundan sonra Azərbaycanın NATO-ya üzv olma ehtimalı varmı?

Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a danışarkən qeyd edib ki, Azərbaycan bəzi istiqamətlərdə prioritetlərini dəyişə bilər:

“Türkiyə ilə təlimlərimizi müharibədən əvvəl də həyata keçirirdik. Bu da silahlı qüvvələrimizi bir-birinə inteqrasiya etmək, qarşılıqlı əlaqələri gücləndirmək məqsədi ilə həyata keçirilirdi. Lakin müharibədən sonra Azərbaycan prezidentinin də qeyd elədiyi kimi biz türk modelini baza olaraq götürürük. Türkiyənin bütün sahələrdə NATO ilə inteqrasiyası mövcuddur. Biz də bununla ya Türkiyə, ya da NATO modelinə doğru gedirik.

Amma bu o demək deyil ki, hazırda biz NATO-ya qoşulmaq üçün hansısa aktiv fəaliyyətlər həyata keçiririk. Biz sadəcə NATO ilə əməkdaşlıq edirik. Məsələn, KTMT-yə üzv olan ölkələrlə də əməkdaşlıq edirik. Belarusdan silah alırıq və yaxud da Qazaxıstanla yaxın müttəfiqlik əlaqələrimiz var. Rusiya ilə də müharibəyə qədər çox ciddi silah tədarükü keçirmişik. İndisə bu istiqamətlərdə prioritetlərimiz dəyişə bilər. Daha çox Azərbaycan öz müttəfiqləri- Pakistan, Türkiyə, İtaliya ilə əməkdaşlığa daha çox üstünlük verəcək”.

Sular durulmayınca, hansısa konkret istiqamətə getmək Azərbaycanın indiki yürütdüyü siyasətə zidd ola bilər:

“Amma bu bizim birtərəfliyimizi pozub, qoşulmamaq hərakatında NATO-ya gedəcəyimiz deyil. Azərbaycan NATO ilə 1997-ci ildən əməkdaşlıq edir. NATO da bizi Cənubi Qafqazda əməkdaşı kimi hesab edir. ABŞ səfiri də ik gün öncə dedi ki, Azərbaycan bizim üçün dəyərli bir müttəfiqdir. Bizim hansısa bloklara qoşulmaq üçün coğrafi ərazimizdə regionda baş verən proseslərin durulması lazımdır. Bu Gürcüstana, Azərbaycana, İrana da aiddir. Biz dəfələrlə balanslı siyasətdən danışmışıq.

Türkiyə ilə bir millət və bir ordu konsepsiyasına keçirik. Belə olan halda bizim NATO-ya yaxınlaşmağımız Rusiyanın qıcıqlanmasına səbəb ola bilər. Yaxud da ABŞ-la çox yaxınlaşmağımız İranın qəzəbinə səbəb ola bilər. Əslində qonşularla xoş münasibətdə olmaq istəyirik. Ona görə də, biz burda optimal olaraq, Pakistan və Türkiyə ilə birgə ordularımızın inteqrasiya etməsinə daha çox üstünlük verməliyik. Amma digər halda başqa ölkələrlə də əməkdaşlıqdan imtina etmirik”.
“Putinin aşpazı” ABŞ-a rəsmi müraciət etdiRusiyanın “Konkord” şirkətinin sahibi Yevgeni Priqojin ABŞ Maliyyə Nazirliyinə müraciət edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Konkord”un mətbuat xidməti yayıb. Priqojin nazirlikdən ona tətbiq edilən sanksiyaların ləğv edilməsini istəyib.

Qeyd edək ki, Priqojin 2016-cı ildən sanksiyalar siyahısındadır. O, “Putinin aşpazı” ləqəbiylə məşhurdur.

Leyla Abdullayeva beynəlxalq təşkilatlara çağırış etdiXarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva insan hüquqlarının qorunması və təşviq edilməsi sahəsində Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı barəsində danışıb.

Avrasiya.net-in məlumatına görə, L.Abdullayeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq, hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur.

“Öncə vurğulamaq istərdik ki, Azərbaycan bütün insan hüquqları və əsas azadlıqlarının universallıq, qarşılıqlı bağlılıq və bölünməzlik prinsiplərinə sadiqdir. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquqları və əsas azadlıqların təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

Bildiyiniz kimi, ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. İnsan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, Azərbaycan onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müqavilə-əsaslı qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırır.İnsan hüquqlarının və əsas azadlıqların qorunması və təşviq edilməsi Azərbaycan Hökumətinin gündəmindədir. Hazırda ölkəmiz ərazilərinin 30 ilə yaxın davam edən işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli qayıdış hüququnun, bu şəxslərin sosial, iqtisadi, mədəni hüquqlarının, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən media nümayəndələrinin peşə fəaliyyətlərini maneəsiz yerinə yetirə bilmələri ilə bağlı söz azadlıqlarının təmin olunması kimi çağırışlarla üzləşir. Bu xüsusda, tərəfimizdən bir daha beynəlxalq insan hüquqları təşkilatlarını bölgədə yaxşı qonşuluq münasibətlərinin bərpasına yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın həyata keçirilməsini dəstəkləməyə, insan hüquqları və əsas azadlıqlarına seçkili münasibət sərgiləməkdən yayınmağa çağırırıq”.
Eyvandan pul səpən məşhur cüdoçumuzla bağlı - AçıqlamaFikir bildirməyə çətinlik çəkirəm. Amma əminliyimi ifadə etmək istəyirəm ki, o, əsl pul deyil. Videonu görməmişəm, sizdən eşitdim. Amma söhbətin nədən getdiyini başa düşürəm.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı milli komandanın üzvü Elmar Qasımovun binanın eyvanından dollar əsginazları səpələməsini əks etdirən video barədə danışarkən deyib.

Onun sözlərinə görə, hansısa adekvat insan ilin-günün bu vaxtı belə hərəkət etməz:

"Elmar milyonçu da deyil ki, eyvandan küçəyə dollar səpsin. Bilmirəm reytinq toplayır, özünü reklam edir, yaxud nəyinsə xətrinə bu addımı atıb. Yəqin ki, həmin pullar, əsginazlar əsl deyil, saxtadır, oyuncaqdır".

Babanlı məsələyə federasiyada baxılacağını sözlərinə əlavə edib:

"Biz araşdıracağıq. Onun özünü də dəvət edəcəyik və izahat tələb edəcəyik".

Federasiya rəsmisi Qasımovun psixologiyasında hansısa problemin olmadığını vurğulayıb:

"Özünü çox yaxşı hiss edir, adekvat adamdır. Başa düşür ki, 100 kq-da onun rəqibi var. Getdikləri bütün yarışlarda rəqibi onu üstələyib. Zelim Kotsoyev yer tutanda Qasımov bunu bacarmayıb. Kotsoyev 3 görüşdən qalib ayrılanda Qasımov ilk qarşılaşmasındaca uduzub. Özü də başa düşür ki, bu şansı qaçırıb".

Babanlı məlum videonun yayılma səbəbi ilə bağlı ehtimalını da irəli sürüb:

"Ola bilər ki, Elmarın məqsədi videonun kütləvi yayılması deyildi. Bəlkə də özü üçün çəkib. Kimsə bundan sui-istifadə edir və ya yayır. Belə də ola bilər. Elmar Qasımov tanınmış cüdoçularımızdandır".

Qeyd edək ki, Elmar Qasımov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.