Sarkisyan Ermənistanın II Qarabağ Müharibəsindəki itkinlərinin sayını AÇIQLADIErmənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib ki, ölkə ictimaiyyəti hələ də 44 günlük II Qarabağ Müharibəsi nəticəsində neçə nəfərin öldüyü və itkin düşdüyü barədə dəqiq məlumata malik deyil.

Modern.az xəbər verir ki, eks-prezident bu məsələyə görə Paşinyan hökumətinə nifrtə püskürüb:
“Hərbi əməliyyatların bitməsindən səkkiz ay keçdi və bu rəqəmlərdən xəbərimiz yoxdur. Bundan daha biabırçı bir vəziyyət ola bilməzdi, bu yalnız ölənlər, itkin düşənlər, əsirlikdə olanlara deyil, ümumiyyətlə bütün forma geyən insanlara qarşı böyük bir cinayətdir. Ancaq bütün problem budur ki, son məlumatların olmaması xaricində hər şey saxtalaşdırılıb. Unutmayın, Səhiyyə Nazirliyi ölümlərlə əlaqədar bir rəqəm söylədi, Baş nazir başqa bir rəqəm və sonra bunu bir şəkildə düzəltməyə çalışdılar”.

Serj Sarkisyan telefonunda bu səlahiyyətlilərin saxtakarlığına dair bir sənəd olduğunu bildirib.

"Hərbçilərin Sığortası Fondu apreldə hökumətə itkin düşənlərin sayının 1064 olduğunu bildirdi. Amma bu insanabənzəyən məxluq, bu əclaf (Nikol Paşinyan-red.) parlamentdə danışarkən 321 itkin olduğunu bildirdi. Bundan sonra onları nə adlandırmalıyıq?" -Serj Sarkisyan deyib.
DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydıİyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

DSX-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.
Fransada maska ​​taxma məcburiyyətinə SON QOYULURFransada yeni növ koronavirusa (Covid-19) yoluxma hallarındakı azalmadan sonra, iyunun 17-dən etibarən bəzi hallar istisna olmaqla açıq yerlərdə maska ​​taxma məcburiyyətinə, iyunun 20-dən isə gecə komendant saatı tətbiqinə son qoyulacağı bildirilib.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Jan Kasteks Nazirlər Kabinetinin toplantısından sonra təşkil etdiyi mətbuat konfransında deyib.

O, son 7 gündə orta hesabla gündəlik yoluxma sayının 3 min 200-ə endiyini qeyd edib.

Fransanın heç bir bölgəsində epidemiya ilə bağlı narahatlığın olmadığını vurğulayan Kasteks bu günə qədər 30 milyondan çox insanın peyvənd olunduğunu xatırladıb.

Kütləvi tədbirlər, stadionlar və marketlər xaricində açıq ərazilərdəki maska ​​məcburiyyətinə iyunun 17-dən son qoyulacağını qeyd edən Kasteks qapalı yerlərdə maska ​​taxmağa davam edilməsinin vacibliyini vurğulayıb.

Kasteks 23.00-06.00 arasında tətbiq olunan komendant saatının 30 iyun yerinə 20 İyunda ləğv ediləcəyini bildirib.
Rus ekspert: Putin Baydenə rəqib deyil, təhlükədir!Sammit və ona qədərki dinamika göstərdi ki, Rusiya amerikan siyasətinin dəyişikliklərindən asılıdır, lakin özünün müqavimətini də qorumaqdadır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Dmitri Mixayliçenko Putin-Bayden görüşünü şərh edərkən deyib.

“Putin Rusiyası Co Bayden və Kamala Harris administrasiyası üçün uzunvədəli rəqibdən daha çox təhdiddir. Strateji rəqib isə Çindir. Bayden seçkiləri antirusiya ritorikası hesabına qazanıb. Bu dövr daxili siyasət, Donald Tramp üzərində qələbə üçün lazım idi. Lakin Rusiya ilə münasibətlərə ciddi zərbə vurdu. İndi isə bu münasibətlərin bərpasının zamanı çatdı.

Demokratlar və Vladimir Putini sevməyən eks-prezident Barak Obama Rusiyaya anidən hücum etməyi gözə ala bilməzlər. Çünki belə addım Rusiya-Çin ittifaqının güclənməsi üçün bir platforma yaradır və bu, ABŞ-da geosiyasi səhv olaraq qəbul edilə bilər”, - deyə ekspert bildirib.

Qeyd edək ki, ötən gün Bayden və Putin arasında görüş keçirilib.
Qərar İrəvanındır: intiharı da seçə bilər - Türk professorQədim şəhərimiz Şuşada Türkiyə və Azərbaycan arasında dünən imzalanan Şuşa Bəyannaməsi həm türk, həm də dünya tarixinə qızıl hərflərlə yazılacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Nurəddin Parıltı deyib. Alimin sözlərinə görə, bəyannamə ölkələrimizin inkişafında yeni tarixi dövrün başlanğıcı və hədəflərimizə çatmaq yolunda yol göstəricisi olacaq:

“Bəyannamənin imzalanması qarşımızda yeni və möhtəşəm bir səhifə açdı. Əlbəttə, anlaşmanın çox böyük siyasi əhəmiyyəti olduğu qədər, iqtisadi əhəmiyyəti də var. Statistik məlumatlara görə, keçən il ölkələrimiz arasında olan ticarət dövriyyəsi 4,2 milyard dollar civarında olub. Ancaq bu rəqəm ölkələrimizin potensialından çox azdır”.

Alimin sözlərinə görə, prosesin əsası keçən əsrin 90-cı illərindən etibarən beynəlxalq enerji layihələri ilə qoyulub, Zəngəzur dəhlizinin açılması ilə isə bölgənin və dünyanın iqtisadi mənzərəsi müsbət yöndə dəyişəcək:

“Əslində proses Türkiyə və Azərbaycanın transmilli enerji layihələrini həyata keçirməsi ilə başlayıb. Gürcüstanın da prosesə daxil edilməsi ilə Cənubi Qafqazın rifah bölgəsinə çevrilməsinin zəmini formalaşdırılıb. Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılması bu prosesin zirvə nöqtəsi olacaq. Azərbaycanın Naxçıvanla quru və dəmir yolu ilə birləşməsi qədim İpək Yolunun yenidən canlanmasına gətirib çıxaracaq. Uzaq Şərqdən başlayan yol Orta Asiyanın türk dövlətlərinin, Xəzər dənizinin, Azərbaycanın və Türkiyənin üzərindən Avropaya, Orta Şərqə, Aralıq dənizinin üzərindən Afrikaya, İranın üzərindən isə Fars körfəzinə və Pakistana qədər uzanacaq. Eyni zamanda əks istiqamətdə Əfqanıstan üzərindən də ticarət yolları açılacaq. Regionun Çin və Rusiya üzərindən Sakit okeana da çıxışı olacaq. Gələcəkdə Azərbaycanın və Orta Asiyanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması prosesinə Türkiyənin Qara dənizdə yeni kəşf etdiyi təbii qaz ehtiyatlarının satışı da əlavə olunacaq. Yəni burdan bütün tərəflər qazanacaq. Özünün təbii gözəllikləri və ehtiyatları ilə isə Qarabağ böyük və önəmli bir iqtisadi cazibə mərkəzinə çevriləcək”.

Professor Ermənistanın indiki mərhələdə iki tarixi seçim qarşısında qaldığını bildirdi:

“Əlbəttə, burda Ermənistan ağıllı hərəkət etməlidir. Onun qarşısında iki yol var. Bunlardan birincisi odur ki, Ermənistan özünün işğalçı iddialarından və sərsəmləmələrindən birdəfəlik imtina edib qarşılıqlı hörmət prinsipi çərçivəsində qonşuluq siyasətinə keçməli, inkişaf yolunu seçməlidir. İkincisi isə sərsəmləmələrə davam etməklə hər şeydən təcrid olunmaqdır. Bu, intihara bərabər bir seçimdir”.

N.Parıltı yaxın gələcəkdə Türkiyə və Azərbaycanın dünyanın iqtisadi və siyasi mərkəzlərindən birinə çevriləcəyini vurğulayıb:

“Ümumiyyətlə isə burda ən önəmli məqam bütün sadalanan çoxşaxəli proseslərdə Türkiyə və Azərbaycanın mərkəz rolunu oynamasıdır. Şuşa Bəyannaməsi gücümüzə güc qatacaq, beynəlxalq aləmdə mövqeyimizi möhkəmləndirəcək”.
AVRO-2020-də bu gün keçiriləcək OYUNLARBu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.

Avrasiya.net-in məlumatına görə, matçlardan biri B, ikisi isə C qrupunda baş tutacaq.

Günün ilk oyunu Rumıniyada olacaq. C qrupunun ilk turunda Niderlanda 2:3 hesabı ilə uduzan Ukrayna millisi Buxarestdəki "Milli Arena"da Şimali Makedoniya ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.

Günün ikinci qarşılaşması Danimarka və Belçika milli komandaları arasında gerçəkləşəcək. Kopenhagendəki "Parken" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşün baş hakimi niderlandlı Byörn Kuypers olacaq. Danimarkalılar ilk görüşdə Finlandiyaya 0:1 hesabı ilə uduzub. Belçika isə Rusiyanın qapısından 3 cavabsız qol keçirib. Roberto Martinesin baş məşqçi olduğu kollektiv rəqibinə qalib gələcəyi təqdirdə 1/8 finala vəsiqəni təmin edəcək.

C qrupunun digər görüşündə turnirin favoritlərindən Niderland yığması Avstriya ilə münasibətlərinə aydınlıq gətirəcək. Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək matçı İsrail Futbol Assosiasiyasından Orel Qrinfeld idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avropa çempionatı

B qrupu, II tur

20:00. Danimarka - Belçika

Baş hakim: Byörn Kuypers (Niderland)

Kopenhagen, "Parken" stadionu

Xal durumu: Belçika - 3 (1), Rusiya - 3, Finlandiya - 3, Danimarka - 0 (1)

C qrupu

17:00.Ukrayna - Şimali Makedoniya

Baş hakim: Fernando Rapallini (Argentina)

Buxarest, "Milli Arena"

23:00. Niderland - Avstriya

Baş hakim: Orel Qrinfeld (İsrail)

Xal durumu: Avstriya - 3, Niderland - 3, Ukrayna - 0, Şimali Makedoniya - 0
60 yaşlı kişi Araz çayında batdıFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində 1961-ci il təvəllüdlü Cahangirov Teymur Namaz oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.
Bakıda çimərlikdə kütləvi dava - bıçaqlananlar varBakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Mahmudov Şəmsi Asif oğlu və 1984-cü il təvəllüdlü Mahmudov Xəyal Saleh oğlu kütləvi dava zamanı bıçaqlanıb. Ş.Mahmudova ümumilikdə üç bıçaq zərbəsi vurulub. X.Mahmudovun isə döş qəfəsinə daxilə nüfuza edən xəsarət yetirilib. Onun vəziyyəti ağırdır (apa).