Xocavənddə daha 3 erməni meyiti tapıldıErməni axtarış qrupları bu gün Xocavənddə daha 3 erməni hərbçisinin meyitini tapıblar.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1579 olub.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.
İranda özünü Mehdi elan edən şəxs ortaya çıxdı - Videoİranda prezident seçkilərinə bir gün qalmış maraqlı hadisə baş verib.

Avrasiya.net Hit.az-a istinadən xəbər verir ki, İsfahan şəhərində vətəndaşlardan biri özünü Mehdi elan edib. O, yaşıl paltarda əlində qılınc ağ atın belində İsfahanın mərkəzi küçələrində dolaşaraq İranın ali dini lideri Əli Xamneyinin əleyhinə şüarlar səsləndirirmiş.

“Mehdi”ni atın belindən motosikletlə vuraraq salıblar. Daha sonra polis onu həbs edib.

Qeyd edək ki, Mehdi şiələrin 12-ci imamıdır. Şiə etiqadına görə, o qeybə çəkilib və qiyamət günündən əvvəl zühur edərək dünyada ədaləti bərqərar edəcək.

Dünya mediası olayın görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:
Azay Quliyev seçicilərlə görüş keçirib.Bu gün deputat Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti, 180/20 saylı binanın həyətində açıq havada seçiciləri ilə karantin rejiminin tələblərinə riayət etməklə görüş keçirib.

Görüşdə iştirak edən seçicilər sahibkarlıq fəaliyyətində yaranan problemlər, abadlıq-quruculuq işləri, kommunal və məşğulluq məsələləri ilə bağlı deputata müraciətlərini çatdırıblar.

Seçicilərin qaldırdıqları məsələləri görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri , o cümlədən rayon bələdiyyəsinin rəhbəri aidiyyatı üzrə qeydə alıb və onların həlli deputat tərəfindən nəzarətə götürülüb.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müfaviq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov,
Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin şöbə müdiri Emin Mustafayev iştirak edib.

Mərkəzi Bank fırıldaqçılıq əməliyyatlarını diqqətdə saxlayırMərkəzi Bank ölkədə kart sahiblərinin nağdsız ödəniş alətlərinə inamının və etibarının gücləndirilməsini, internet üzərindən aparılan əməliyyatların təhlükəsizliyinin artırılmasını və fırıldaqçılıq hallarının qarşısının alınmasını prioritet hədəflərindən hesab edir və daim diqqət mərkəzində saxlayır.

Avrasiya.net Azərbaycan Mərkəzi Bankının “Twitter” səhifəsinə istinadən xəbər verir ki, İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın “Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat” formasında (Forma ÖS-11) Azərbaycanda emissiya olunmuş ödəniş kartları ilə baş vermiş ölkədaxili və ölkəxarici, həmçinin qeyri-rezident təşkilatlara məxsus ödəniş kartları ilə ölkədaxili ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında məlumatlar 2013-cü ildən etibarən Mərkəzi Bank tərəfindən rüblük əsasda toplanılır və təhlil edilir:

“Həmçinin, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na uyğun olaraq emitent banklara və kart məlumatlarının emalı ilə məşğul olan təşkilatlara ödəniş kartları ilə aparılmış şübhəli əməliyyatların real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması, bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatının olması, kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinqin həyata keçirilməsi, kart istifadəçilərini eyniləşdirən məxfi məlumatların qanunsuz açıqlanmasının qarşısının alınması üzrə daxili prosedur qaydaların olması və bu qaydalarda nəzərdə tutulan minimum müddəalara dair tələblər müəyyən edilib.

Bundan əlavə, müxtəlif illərdə maliyyə bazarlarına nəzarət qurumları tərəfindən banklara ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə tövsiyələr, elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair Metodoloji Rəhbərlik də banklara göndərilib”.



Məlumatda həmçinin bildirilib ki, Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqamsal bankçılıq” Ekspert Qrupu çərçivəsində banklarla ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması sahəsində fəaliyyətin koordinasiyası, baş verən fırıldaqçılıq əməliyyatlarının və bu sahədə mümkün təhdidlərin müzakirəsi, bank sektorunda ümumi preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə mütəmadi əsasda görüşlər keçirir:

“Eyni zamanda, davamlı olaraq müxtəlif əhali qrupları arasında ödəniş kartlarından təhlükəsiz istifadənin təbliğ edilməsi, maliyyə savadlılığının artırılması, rəqəmsal ödənişlər haqqında zəruri biliklərin verilməsi və bununla da fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə seminar və təlimlər təşkil olunur”.
Bakıda sudan qanunsuz istifadə halları aşkarlandıAzərsu ASC-nin sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaratdığı xüsusi qrupların araşdırmaları nəticəsində Xəzər rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Bu barədə Avrasiya.net-ə qurumdan məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, sudan qanunsuz istifadə əsasən bağ evləri və həyatyanı sahələrdə rast gəlinib. Nəzarət tədbirləri zamanı bəzi həyətlərdə su sayğaclarını yararsız hala salındığı, bəzi həyətlərdə isə quraşdırılmış sayğacların yerində olmadığı aşkarlanıb.

2012-2014-cü illərdə Türkan qəsəbəsinin bir hissəsində dövlət investisya layihəsi çərçivəsində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılıb, layihənin əhatə etdiyi ərazidə yaşayış evlərinə, obyektlərə birləşmə verilib və sayğaclar quraşdırılıb. Bunlara baxmayaraq bəzi vətəndaşlar və sahibkarlar paylayıcı şəbəkəyə özbaşına qoşulmalarla və ya sayğacdankənar çəkilmiş xətlərlə sudan qeyri-qanuni istifadə ediblər. Qəsəbədəki istixananın su təchizatı sisteminə baxış keçirərkən məlum olub ki, sahibkar paylayıcı şəbəkəyə 32 mm diametrli boru ilə əlavə qoşulma edib.

Buzovna qəsəbəsində bəzi ünvanlarda oxşar vəziyyət müşahidə olunub. Qəsəbənin bir hissəsində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılıb, insanların içməli suya olan tələbatı ödənilib. Amma yenə də bəzi şəxslər yeni şəbəkəyə müdaxilə edərək qanunsuz su xətləri çəkiblər.

Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönəldilib.

Vətəndaşları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək, sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq və hər bir hal üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

2021-ci ilin yanvar-may aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 7 682, Xəzər rayonu üzrə isə 902 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 2 055 min kubmetr, Xəzər rayonu üzrə isə 217 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
Jurnalist Pərvanə İbrahimova Misir, Küveyt, Əlcəzair, İraq və Fələstin mətbuatında Şuşadan yazdıJurnalist Pərvanə İbrahimovanın Misirin “Asiaelyoum”, “Alqraralaraby”, “Embassies”, “Nilenews”, Küveytin “Q8-press”, Əlcəzairin “Əl-Hərir”, “Dzayerinfo”, İraqın “Agnaden”, “Sindibad” və Fələstinin “Al-bayader” xəbər agentlikləri və portallarında “Şuşa şəhəri Azərbaycanın və İslam dünyasının mədəniyyət paytaxtıdır” başlıqlı geniş məqaləsi dərc olunub.

Məqalədə bildirilir ki, strateji cəhətdən böyük önəmə malik olan Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalı Ermənistanı və Qarabağ bölgəsini birləşdirən Laçın dəhlizini ələ keçirməyi asanlaşdırdı və son nəticədə Azərbaycanın Dağlıq Qarabağ ərazisi erməni qüvvələri tərəfindən işğal edildi. Lakin təcavüzkar Ermənistan bununla kifayətlənmədi və Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını da işğal etdi.

Müəllif qeyd edir ki, Ermənistanın ərazi iddiaları ilə başlayan münaqişənin ilkin dövrlərində və sonrakı mərhələlərdə İslam Konfransı Təşkilatı (hazırda İƏT) Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamələr qəbul edib. Bununla yanaşı, Azərbaycan bütün yüksək səviyyəli tədbirlərdə, görüşlərdə ədalətin bərpasını və işğala son qoyulmasını tələb edib və İƏT ilə yanaşı, digər beynəlxalq təşkilatlar da Ermənistanın təcavüzkar siyasətini pisləyən və işğal altındakı Azərbaycan torpaqlarının azad olunması tələbini özündə əks etdirən qərar və qətnamələr qəbul edib. Lakin son 30 ildə BMT Təhlükəsizlik Şurasının işğal faktını təsdiqləyən 4 qətnaməsinin icra edilməsi yönündə heç bir addım atılmayıb, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılsa da, ərazilərimizin işğalına son qoymaq üçün heç bir əməli tədbir görülməyib.

Jurnalist Pərvanə İbrahimova vurğulayır ki, 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yeni ərazilərini işğal etmək üçün başlatdığı əməliyyatlara əks-hücumla cavab verən Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsini qələbə ilə başa çatdırıb və əzəli torpaqlarımızı işğaldan azad etməklə bu ərazilərdə mövcud olan tarixi, mədəni, dini abidələr, o cümlədən məscidlər, türbələr, qəbiristanlıqlar da girovluqdan xilas olunub.

Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların ərazilərindəki 67 məscidin işğalçılar tərəfindən vandalizmə məruz qaldığını, dağıdıldığını yazan jurnalist əlavə edir ki, işğalçı qüvvələr və həmin ərazilərdə qanunsuz olaraq məskunlaşan ermənilər müsəlman dini dəyərlərinə hörmətsizlik edərək həmin məscidləri murdarlayıb, ibadətgahlarda ev heyvanları, o cümlədən İslam dinində haram hesab edilən donuz saxlamaqla, təkcə azərbaycanlıların deyil, bütövlükdə müsəlman aləminin heysiyyətinə toxunublar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihənin icrasına başlanıldığını qeyd edən müəllif layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahların bərpası, konservasiyası və yenidən qurulmasının həyata keçirildiyinə də diqqət çəkib.

Məqalədə Şuşa şəhərinin tarixinə də nəzər salınıb və qeyd edilib ki, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa XVIII əsrdə Azərbaycanın və Qafqaz regionunun ən mühüm şəhərlərindən birinə çevrilib, onun ətrafında böyük sədd çəkilib, dini ibadətgahlar inşa edilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Xüsusi memarlıq uslubu ilə seçilən, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə görkəmli tarixi şəxsiyyətlər bəxş edən, “Azərbaycan musiqisinin beşiyi” sayılan Şuşa Qarabağ regionunun təbii və tarixi abidəsi hesab olunur.

Jurnalist Prezident İlham Əliyevin Sərəncamına əsasən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinə diqqət çəkərək yazır: “Şuşa 2021-ci il 12-13 may tarixlərində Prezident İlham Əliyev, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva, ailə üzvləri, ictimai-siyasi xadimlər və sənət adamlarının iştirak etdiyi “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etməklə, 29 ildən sonra, bu dəfə Azərbaycanın mədəniyyət paytaxtı kimi yenə doğmalarını və qonaqlarını qarşılayıb. Prezident İlham Əliyev çıxış edərək uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” festivalının şəhidlərin əziz xatirəsinə həsr olunduğunu bildirib: “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”.

Şuşada vaxtilə 17 məscidin olduğuna diqqət çəkən müəllif işğal dövründə onların hamısının dağıdıldığını, yarıdağıdılmış vəziyyətdə olan Yuxarı Gövhərağa, Aşağı Gövhərağa və Saatlı məscidlərinin isə bərpasına başlanıldığını yazır.

Prezident İlham Əliyevin Şuşada yeni bir məscidin təməlini qoyduğunu yazan jurnalist onun Şuşanın ən görkəmli abidələrindən olacağını vurğulayır və məqaləsini belə bitirir: “İslam dini və mədəniyyətinin ayrılmaz hissəsi olan Şuşa şəhəri təkcə Azərbaycanın deyil, həm də İslam dünyasının mədəniyyət paytaxtına çevriləcək”.

Yazılara bu linkdən daxil olmaq mümkündür:

https://www.al-bayader.org/2021/06/474190/

https://www.agnaden.net/?p=3772

https://www.nile1.com/%d8%af-%d8%a8%d8%a7%d8%b1%d9%81%d8%a7%d9%86%d8%a7-%d8%a5%d8%a8%d8%b1%d8%a7%d9%87%d9%8a%d9%85%d9%88%d9%81%d8%a7-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d9%85%d8%af%d9%8a%d9%86%d8%a9-%d8%b4%d9%88%d8%b4%d8%a7/

https://www.q8-press.com/%D9%85%D8%AF%D9%8A%D9%86%D8%A9-%D8%B4%D9%88%D8%B4%D8%A7-%D8%B9%D8%A7%D8%B5%D9%85%D8%A9-%D8%AB%D9%82%D8%A7%D9%81%D9%8A%D8%A9-%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D9%84/

https://alharir.info/%D9%85%D8%AF%D9%8A%D9%86%D8%A9-%D8%B4%D9%88%D8%B4%D8%A7-%D8%B9%D8%A7%D8%B5%D9%85%D8%A9-%D8%AB%D9%82%D8%A7%D9%81%D9%8A%D8%A9-%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%88%D9%84/

https://www.asiaelyoum.com/94306/2021/06/14/%d9%85%d8%af%d9%8a%d9%86%d8%a9-%d8%b4%d9%88%d8%b4%d8%a7-%d8%b9%d8%a7%d8%b5%d9%85%d8%a9-%d8%ab%d9%82%d8%a7%d9%81%d9%8a%d8%a9-%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%88%d9%84/
Türkiyə ABŞ-dan sonra Əfqanıstanda məsuliyyəti üzərinə götürdüTürkiyə Əfqanıstanda sabitlik və sülh üçün ən çox cəhd göstərən ölkələrin başında gəlir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əfqanıstanda davam edəcək bir sabitlik ortamının yaradılması üçün hər cür dəstəyi verməyə davam edəcəyik. ABŞ-ın Əfqanıstandan çəkilmə qərarından sonra Türkiyə burada bir çox məsuliyyəti üzərinə götürə bilər. Əfqanıstandakı bütün tərəflərin və bölgə ölkələrinin dəstəyi ilə sülh prosesini daimi hala gətirəcəyimizə inanıram. Bundan sonrakı prosesdə sülh cəhdlərimizi və əfqan qardaşlarımıza dəstəyimizi güclü şəkildə davam etdirəcəyik. İnşallah, biz Əfqanıstandakı qardaşlarımızın sıxıntıya düçar olmasına fürsət verməyəcəyik”, – deyə o bildirib.

DUBAI EXPO: DAVAMLI İNKİŞAF SAHƏSİNDƏ BƏƏ-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞININ YENİ PERSPEKTİVLƏRİDünya Expo-ları, insanları daha yaxşı bir gələcək üçün ümid və əməkdaşlıq ruhunda bir araya gətirir. Expo 2020 Dubai inanır ki, bizi birləşdirən şeyi xatırlamaq və bütün dünyadan birgə əməkdaşlıq və innovasiyanın görkəmli nümunələrindən ruhlanmaq üçün əvvəllər olduğundan daha çox indi bəşəriyyətin bir araya gəlməyə ehtiyacı var.

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili olaraq qeyd etmək istərdim ki, bu il keçiriləcək əlamətdar tədbirimizdə Azərbaycanı salamlamağı səbirsizliklə gözləyirik.

Dubai EXPO nə vəd edir?

• Expo 2020 Dubai, həyatda bir dəfə olan təcrübə olacaq - yaradıcılıq, yenilik, insanlıq və dünya mədəniyyətlərinin altı aylıq təntənəsi.
• Expo 2020 Dubai, BƏƏ üçün əhəmiyyətli bir mərhələ olaraq 2021-ci ildə BƏƏ-nin 50 illiyinə təsadüf edir. BƏƏ dünyaya möhtəşəm inkişaf yolu ilə mümkün olanı öz tarixi boyu göstərmişdir. Expo 2020 Dubai-da insanları bu səyahətə cəlb etmək, gələcək nəslin ruhlandırılmasında rol oynamaq və birlikdə bəşəriyyətin inkişafının növbəti 50 ilini dəstəkləyən yeniliklərə qığılcım vermək istəyirik.

Əsas tarixlər
• Açılış günü: 1 oktyabr 2021
• Bağlanış günü: 31 mart 2022

Beynəlxalq İştirakçılar

• Ölkələr, çoxtərəfli təşkilatlar, təhsil müəssisələri və şirkətlər daxil olmaqla 200-dən çox iştirakçı və milyonlarla ziyarətçi Expo 2020 Dubai-ı qeyd etmək üçün bir araya gələcək.
• Expo 2020 Dubai, bütün iştirakçı ölkələrə mədəniyyətlərini, yeniliklərini və inkişafının ən yaxşısını təqdim etmək üçün bir platform təmin edəcəkdir. Dünya Expo tarixində ilk dəfə olaraq hər ölkənin öz pavilyonu olacaqdır. Expo 2020, eyni zamanda ənənəvi coğrafi qruplardan uzaqlaşacaq və Fürsət, Mobillik və Davamlılıq olmaqla üç alt mövzuda oxşar çətinliklərlə üzləşən ölkələri birləşdirəcəkdir.

Azərbaycan Pavilyonu
Azərbaycan Pavilyonu “Gələcək üçün toxumlar” mövzusundadır. Dizayn təbiətdən ruhlanmışdır. Pavilyonun memarlığı iki təbii elementdən ruhlanmışdır: ağac və yarpaq. O, Expo ziyarətçilərinin davamlı inkişafla bağlı ətraf mühit və sosial ekosistemlərlə əlaqəli əsas məsələlər üzərində dayana biləcəyi bir məkan təklif etmək üçün dizayn edilmişdir.

Bu baxımdan, iki dost ölkə olan BƏƏ və Azərbaycan Dubay EXPO çərçivəsində Azərbaycan Pavilyonunun mövzusunda ikitərəfli münasibətləri dərinləşdirmək üçün yeni fürsətlər yarada bilər:

təmiz enerji texnologiyası;
enerji, su, mikroelektronika, qabaqcıl materiallar və nəqliyyat sistemləri ilə bağlı fundamental araşdırmalara qarşılıqlı investisiya qoyuluşu;
texnoloji əsaslı yerli qida istehsalı

Qeyd edək ki, BƏƏ BAXIŞ 2021-in əsaslarından biri havanın keyfiyyətinin yaxşılaşdırılmasına, su ehtiyatlarının qorunmasına, təmiz enerjidən istifadənin artırılmasına, gender bərabərliyinin təkmilləşdirilməsinə və gənclərin hüquqlarının genişləndirilməsinə yönəlmişdir. BƏƏ-nin davamlılıq öhdəliyi iqtisadi şaxələndirmə, su və biomüxtəlifliyin qorunması, qida təhlükəsizliyi strategiyaları və bərpa olunan enerji həlləri yolu ilə iqlim dəyişikliyinin təsirlərini azaltmaq məqsədi daşıyır.

Abdalla AlShamsi
müvəqqəti işlər vəkili
"İceland" dondurmalarının istehsalçısı cərimələnib"Camal LTD" şirkəti cərimələnib.

Protokol Xaçmaz Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim İlkin Xəlilovun icraatındadır.

Şirkətə prokotol İnzibati Xətalar Məcəlləsinin 428.7.1- ci (müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) maddəsi ilə tərtib olunub.

Bu xətaya görə hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Camal LTD" şirkəti 1998-ci ildən "İceland" ticarət markası altında dondurma məhsullarını istehsal edir.

Report
"Ordumuz gücünü bütün dünyaya göstərdi"1918-ci ildə müstəqilliyini qazanan Azərbaycanın, azad Azərbaycanın başından bəlalar əksik olmurdu. Buna sübut olaraq 90-cı illəri göstərmək olar. 90-cı illər bütün dövlətlər və millətlər üçün gözəl bir dövr hesab olunsa da, Azərbaycan və azərbaycanlılar üçün belə deyildi. Bu illər artıq dərəcədə əziyyət çəkən xalqımızın ağlında pis xatirə kimi qaldı. Çünki bu illər ərzində torpaqlarımız erməni təcavüzünə məruz qaldı. Erməni əsgərləri 90-cı illərdə Azərbaycanın 20%-ni təşkil edən Qarabağa hücum edərək, 1milyona yaxın əhalini torpaqlarından didərgin salmaqla qalmamış, onlara işgəncələr də vermişdir. Onların işgəncələrinin şahidi olanların danışdıqları qarşısında insanın dili tutulur. Kimini məftillə ağaca bağlayıb yandıraraq, kimini sadəcə atəş açaraq qətlə yetirmişdirlər. Saydıqlarımdan əlavə də işgəncələr vermişdirlər.

1994-cü ildə imzalanan atəşkəsi ermənilər dəfələrlə pozsalarda, Azərbaycan əsgərləri heç vaxt atəşkəsi pozmamışdır. Buna nümunə olaraq Tovuz döyüşlərini göstərmək olar. 2020-ci ilin iyul ayında ermənilər tərəfindən pozulan atəşkəs nəticəsində yaranan münaqişələrdə neçə-neçə əsgərimiz Şəhidlik zirvəsinə ucalmışdır. Əsgərlərimizlə yanaşı general-mayor Polad Həşimovda Şəhid olmuşdur. Mərd oğullarını itirən Azərbyacan yasa batdı. Qarabağ isə namərd tapdağından azad olmaq istəyirdi. Və o gün gəlib çatdı.

Sentyabrın 26-sı yenidən atəşkəsin pozulması nəticəsində, sentyabrın 27-si şücaətli ordumuz, Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı gerçəkləşdirdi. Çox keçmədən ordumuzdan xoş xəbərlər gəldi. Bir neçə yüksəkliyi azad edən ordumuz, 44 gün davam edən müharibədə öz gücünü nəinki Ermənistana, bütün dünyaya göstərdi. Bu müharibədə xalq bir oldu. Ön cəbhə ilə arxa cəbhə birləşdi. Xalqımızın ordumuzun zəfər qazanması üçün əlindən gələni etdi. Yardımları cavabsız qalmayan ordumuz, ərazilərimizin azad edilməsi xəbərini xalqına çatdırdı. İtkilərə dözə bilməyən ermənilər geri çəkildi.

10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli bəyanat əsasında geriyə qalan 3 rayonumuzun, Ağdam (20 noyabr, Kəlbəcər (25noyabr), Laçının (1dekabr) Azərbaycana qaytarılması tələb olunurdu. Lakin bu bəyanatı imzalamamışdan öncə ordumuz çox əziyyət çəkdi. Heç bir ordunun gücü çatmazdı ki, Şuşanın sıldırımlı qayalarını aşsın. Ancaq bizim ordumuz bunu bacardı. Hətta erməni əsgəri belə təəccüblənmişdi ki, necə ola bilər ki, bir əsgər yaralısı belində, Şəhidi çiynində, bir əlində isə avtomat düşmənin üzərinə qaçsın. Bəli, bizim mərd əsgərlərimiz ermənilərdən fərqli olaraq, öz yaralılarını Şəhidlərini döyüş meydanında qoyub qaçmırdı. Həmin erməni ordusu idi ki, dinc əhalini hədəf alırdı. Erməni ordusu Gəncəyə, Bərdəyə dəfələrlə atəş açmışdır. Onlar nə qədər körpənin başlamamış həyatına son qoydular, nə qədər körpəni anasız,atasız qoydular. Onlar həmin ermənilərdir ki, özlərinə haqq qazandırmağa çalışırlar. Ancaq hər kəs Azərbaycanın günahsız olduğunu bilir.

Biz üzərindən aylar keçməsinə baxmayaraq, hələ də qələbə sevincini yaşayırıq. Ümid edirəm ki, gələcək nəsillər bu qalibiyyəti əbədi yaşadacaq.

Fidan Hüseynzadə
Müvəkkil Hüquq Mərkəzi ini Qadın və uşaq hüquqları Departamentinin əməkdaşi