Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 16-da başa çatıb.

Avrasiya.net xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.








Cəlilabadda 17 yaşlı gəlin itkin düşdü - FotoCəlilabad rayon sakini itkin düşüb.

Avrasiya.net Report-a istinadən məlumatına görə, rayonun Uzuntəpə kənd sakini, 2004-cü il təvəllüdlü Gülnayə Bəxtiyar qızı Şükürova iyunun 9-da evdən çıxaraq geri qayıtmayıb.

Onu görən şəxslərdən polisə və 051 386 06 59 telefon nömrəsinə məlumat vermələri xahiş edilir.

Qeyd edək ki, 17 yaşlı gənc qız iki aydır ailə həyatı qurub.
Ərdoğan Milli Məclisdə çıxış etdiAzərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə olub.

Avrasiya.net xəbər verir ki, ali qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.

Əvvəlcə təkbətək görüş keçirilib.

Təkbətək görüşdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış edib.

- Azərbaycan Milli Məclisinin hörmətli sədri.

Əziz millət vəkilləri, xanımlar və cənablar.

Sizləri – müzəffər ölkənin parlamentinin bütün üzvlərini Türkiyədəki 84 milyon qardaşınızın adından bir millət, iki dövlət anlayışı ilə sevgi və bəxtiyarlıqla salamlayıram. Xoşbəxtəm, çünki Can Azərbaycandayam. Xoşbəxtəm, çünki Qarabağı azad etmiş qardaş Azərbaycanın Milli Məclisində sizlərlə birlikdəyəm. Xoşbəxtəm, çünki müstəqilliyinin otuzuncu ilinə çatan Azərbaycandayam. Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir.

Bu Zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişafı, rifahın yüksəlməsi, sabitliyin möhkəmlənməsi üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq.

Geridə qoyduğumuz otuz ildə - Qarabağda yaşanan böhranlı dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin bu işdən qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər ancaq Qarabağda yaşayan insanlardır. Asan deyil, otuz il. Mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən təəssüf ki, otuz ildir köçkün düşüblər. O torpaqlar işğal altında idi. İşğal altındakı həmin torpaqlar otuz il sonra, çox şükür, yenidən sahiblərinə qovuşdu.

Qarabağda otuz ildir davam edən münaqişənin həll olunmamasına müşahidəçi qalanlar, daha doğrusu, münaqişənin davam etməsi üçün səy göstərənlər daim qazananın tərəfində olublar. Davamlı sülhə gedən yolun bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimada əsaslanaraq inkişaf etdirəcəkləri əməkdaşlıqdan keçdiyinə inanırıq.

Böyük bir liderlik göstərərək bu Zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Liderlərinin arxası ilə Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edirəm. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm.

Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.

Hörmətli qardaşlarım, Nuru Paşanın Qafqaza gəldiyi dövrdə ermənilər 12 mindən çox türkü, müsəlmanı qətlə yetirmişdilər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq bir qətliam yaşanmışdır. Türk millətinə hər cür iftira atanlar, əvvəlcə, buralara, Qafqaza, Azərbaycana baxmalıdırlar. Həm də təkcə yüz il əvvələ deyil, otuz il bundan əvvəl Qarabağda yaşananlara, Xocalıda yaşananlara baxmalıdırlar. Sonra vicdanları imkan verərsə, bizə yönəltdikləri ittihamları oturub onlarla ayrıca danışarıq. Amma onların gözləri var, görməz, qulaqları var, eşitməz. Ürəkləri onsuz da duyğularını itirib. Qarabağı, Azərbaycanın işğal altındakı torpaqlarını otuz il ərzində yaxıb-yıxanları, gedərkən də geridə qalan hər şeyi yandıranları görməyənlər azadlıq mübarizəsinə mane olmaq üçün səfərbər oldular. İndi gəlsinlər, Füzulini görsünlər. Bu yerlərin hər tərəfi dağıdılmış, yandırılmış, tar-mar edilmişdir. Gəlsinlər, Qarabağı görsünlər. Hər şey ortadadır. Dünən yol boyunca buraların halını gördük. Oraları nə hala salıblar. Buraları necə bombalayıb, yandırıb gediblər. Onlar gələrkən işğalçı, gedərkən isə tarmaredici idilər.

Təkcə bu davranış belə Qarabağın kimin Vətəni olduğunu göstərmək üçün kifayətdir. Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Amma Qarabağ onların Vətəni olmadığı üçün hər şeyi yandıraraq, dağıdaraq getdilər. Onların yandırdıqları kəndləri, dağıtdıqları şəhərləri Azərbaycan indi yenidən inşa edir və İnşallah, buraları birlikdə inşa edəcəyik və yeni bir Qarabağ meydana gətirəcəyik.

Qardaşlarım, mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın. Qarabağ coğrafi baxımdan dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, mədəniyyət baxımından da ən zəngin yerlərindən biri idi. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq, İnşallah, bu prosesdə də qardaş Azərbaycanın yanında yer almaqda davam edəcəyik.

Əziz qardaşlarım, dünən qardaşım İlham Əliyev və heyətlərimizlə birlikdə Şuşada idik, azad Qarabağ torpaqlarında Azərbaycan bayrağının qürurla dalğalandığını görməyin sevincini bilavasitə yaşadıq. Şuşa Qarabağ xanlığının banisi Pənahəli xan dövründən bəri adətən təbii bir İncəsənət Akademiyası kimi, musiqinin, ədəbiyyatın, incəsənətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olmuşdur. Pənahəli xanın, xüsusilə şeirləri bu gün də sevilərək oxunan vəziri Molla Pənah Vaqifdən başlayaraq, Şuşa ədəbiyyatın mərkəzi xarakterini qorumuşdur. Qartal yuvası kimi qayaların üstündə səmaya yaxın qurulması ilə əlaqədar Şuşada mədəniyyətin, incəsənətin, ədəbiyyatın ilhamı daim bol olub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Rəşid Behbudovun və daha neçə-neçə incəsənət xadimlərinin, şairlərin yurdudur. Əhməd bəy Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyə və türk dünyasında da fikirləri ilə söz sahibi olmuş mütəfəkkirlərin yurdu Şuşa bu gün bir daha mədəniyyətlə, - heç narahat olmayın, - dirçəlir.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və geridə qoyduğumuz günlərdə Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bu baxımdan dünyaya verilən açıq bir mesajdır. Vaqif poeziya festivalının da hazırlıqlarının davam etdiyini eşitməkdən məmnunam. Bu il Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı gələn il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyarıq. Türk dünyasının hər tərəfindən gələcək mədəniyyət və incəsənət əhlinin bu gözəl şəhərdə görüşməsi, Şuşanın qədim tarixinə verilən ən gözəl salam olacaqdır.

Əlbəttə, təkcə Şuşa və ya Qarabağ deyil, Azərbaycanın və türk dünyasının hər yeri böyük şairlər və incəsənət xadimləri yetişdirmişdir. Məsələn, bu il Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümüdür. Əsrlər boyu şairlər onunla yarışmağa və ona çatmağa çalışıblar. “Avni” təxəllüsü ilə şeirlər yazan Fateh Sultan Mehmet xanın bu əsərində də eyni hissiyyata rast gəlinir:

Bu kelam ile Nizami işidürse sözüni

İlteler sana hased Sa‘di vü Selman bu gice.

Bu il ayrıca Ahi Evranın anadan olmasının 850-ci, Əlişir Nəvainin anadan olmasının 580-ci, Hacı Bektaşi Vəlinin vəfatının 750-ci, Yunus Əmrənin vəfatının 700-cü ildönümüdür. Keçən il Fərabinin anadan olmasının 1300-cü ili idi. Dünyada bu qədər zəngin və yüksək mədəni dəyərləri olan millətlərin sayı çox azdır. Biz bu dəyərlərimizi həm yeni nəsillərimizə, həm də bütün dünyaya izah etməliyik. Hamısını da rəhmətlə yad edərək burada saydığım və saya bilmədiyim bütün şəxslər mədəniyyətimizin sütunları olduğu kimi, dünya mədəniyyətinin də dəyərləridir.

İnsanlıq onların əsərlərindəki hikmətlərin sirrinə vaqif olduqca dünyamızdakı məsələləri həll etmək asanlaşacaqdır. Keçmişdən gələcəyə quracağımız körpü ilə mədəniyyətimizi yenidən yüksəltmək, layiq olduğu yerə çatdırmaq bizim əlimizdədir. Birliyimizi, bərabərliyimizi, dostluğumuzu, qardaşlığımızı nə qədər gücləndirsək, bir-birimizə nə qədər möhkəm sarılsaq, bu hədəfə o qədər tez nail olarıq.

Qardaşlarım, Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydalarının dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərdən heç kim narahat olmasın. Çünki bu, fəlakətin deyil, inşanın, zülmün deyil, ədalətin, kobudluğun deyil, zərifliyin, müharibənin deyil, sülhün, qanın deyil, qəlbin Zəfəridir. Həqiqətən bu Qələbədən sonra görülən və görüləcək işlərə baxdıqda yaratdığımız mənzərənin necə canlanacağı görünəcək. Hər şeydən əvvəl Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub. Evlərindən, yurdlarından otuz ildir ayrı düşən azərbaycanlı qardaşlarımıza evlərinə qayıtmaq yolu açılmışdır. İnşallah, sonrakı gəlişimizdə bu torpaqların insanlarının evlərinə yerləşdiyini görməyin sevincini yaşayacağıq. Onlara indidən bu müraciəti Azərbaycan parlamentindən mən də edirəm. Bir an əvvəl, İnşallah, evləriniz inşa edilir, ediləcək və oralara yerləşməyinizi biz də həsrətlə gözləyirik.

İşğalın səbəb olduğu davamlı münaqişə vəziyyətindən qaynaqlanan yorucu gərginlik ortadan qalxıb. İndi yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları bir tərəfdən qurulur, bir tərəfdən açılır. Bunları gözlərimlə gördüm, ona görə söyləyirəm. Bir tərəfdən infrastruktur obyektləri tikilir. Biz də, inşallah, TOKİ-mizlə bölgədə məktəb, xəstəxana və buna bənzər bir çox əsərləri inşa etməyə çalışacağıq.

Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifi mümkün deyil. Bölgəmizdə və bütün dünyada zalımın zülmünün əbədi olmadığı, bir gün mütləq haqqın, ədalətin bərqərar olacağı hər kəsə məlumdur. Qarabağ, eyni zamanda, dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Məsələn, Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər və beləliklə özləri də özlərini saldıqları blokadadan xilas ola biləcəklər.

Qardaşımla birlikdə təklifimizi etdik. Nə idi təklifimiz? Gəlin, altı ölkə bir platforma formalaşdıraq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platforma ilə birlikdə artıq bölgədə bir sabitlik meydana gəlsin, bölgədə düşmənçiliklər ortadan qalxsın. Burada demək olar ki, təkcə Gürcüstanın bəzi özünəməxsus sualları var idi. Son Türkiyə səfərində cənab Baş nazirlə də bu məsələləri bir daha müzakirə etdim. Dedim, bu, Gürcüstanın da lehinə olacaq, bu addımı ataq. Bax, biz Ermənistan ilə aramızdakı narahatlıqları bilirik. Amma biz bütün bunlara baxmayaraq, azərbaycanlı qardaşlarımızın narahatlıqlarının da aradan qaldırılmasını istəyirik. Eyni qaydada sizin də Rusiya ilə problemlərinizin həllinə bu platforma töhfə verəcək. “Çalışaram” dedi. “Yaxşı olar” dedik.

Çünki bu bölgənin sülhə ehtiyacı var. Buna nail olmalıyıq. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz. Bu Zəfəri hər kəsin ortaq zəfərinə çevirmək bizim əlimizdədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri hamımız birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “Dünya beşdən böyükdür” deyərək qlobal səviyyədə də aparırıq.

Mən buraya NATO-nun Zirvə toplantısından gəldim. NATO-nun Zirvə toplantısında da məhz bu məsələləri müzakirə etdik, bunları dəyərləndirdik. Çox şükür, səmərəli görüşlərlə buraya gəldik. Amma dünyanın problemləri bitmir, dünyada həll ediləcək hələ çox problemlər var. Amma dik dursaq, möhkəm dursaq, bir olsaq, bərabər olsaq, Allahın izni ilə bunları həll edərik. İnşallah, mədəniyyət günəşimizi yenidən ən yüksək zirvəyə qaldıraraq, sülhü və ədaləti bölgəmizdə və dünyada hakim edəcəyimiz günlər yaxındır. Çıxışımı böyük şair Bəxtiyar Vahabzadənin bu misraları ilə bitirmək istəyirəm:

Bir ananın iki oğlu,

Bir ağacın iki qolu,

O da ulu, bu da ulu,

Azərbaycan, Türkiyə.

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan, Türkiyə.

Hamınızı sevgi ilə, məhəbbətlə salamlayıram. Salamat qalın.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin oyununu izləyirPrezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə - Uels matçını izləyir.

Avrasiya.net-in məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunda (BOS) keçirilir.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.
48 siyasi partiya Şuşa Bəyannaməsi ilə bağlı bəyanat yaydıAzərbaycanda fəaliyyət göstərən siyasi partiyalar “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar bəyanat yayıblar.

Avrasiya.net-in məlumatına görə, bəyanatda deyilir:

“2021-ci il iyunun 15-də - tarixi Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır. Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir.

Biz – Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini bildiririk.

Bəyannamədə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsini dəstəkləyirik.

Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsini yüksək dəyərləndiririk.

Milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, iqtisadi əlaqələrə böyük töhfə verəcək, Azərbaycan ilə Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri, həmçinin Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi təşəbbüslərini alqışlayırıq.

Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər ortaq dəyərlərə, sıx bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə daim bir-birinin yanında olub. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal altındakı torpaqların düşməndən azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımızın hər bir nümayəndəsi və siyasi partiya üzvləri tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri dünya dövlətləri üçün ən gözəl nümunədir.

Biz – Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduğumuzu bəyan edirik.

Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!

1. Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

2. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı

3. “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı

4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev

5. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa

6. Vəhdət Partiyasının sədri Tahir Kərimli

7. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev

8. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə

9. Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev

10. Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev

11. REAL Partiyasının sədri İlqar Məmmədov

12. Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağa-zadə

13. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev

14. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn

15. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu

16. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev

17. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev

18. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

19. Ağ Partiyasının sədri Tural Abbaslı

20. “Ədalət” Partiyasının sədri İlyas İsmayılov

21. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov

22. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev

23. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

24. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər

25. Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev

26. “Milli Vəhdət” Partiyasının sədri Yunus Oğuz

27. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli

28. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov

29. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə

30. Yeni Zaman Partiyasının sədri Musa Ağayev

31. Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova

32. Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev

33. Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov

34. “Birlik” Partiyasının sədri Xudadat Xudiyev

35. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov

36. Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov

37. Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov

38. Azadlıq Partiyasının sədri Əhməd Orucov

39. Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu

40. Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov

41. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan

42. “Qorqud” Partiyasının sədri Firudin Kərimov

43. Milli Demokrat İdrak Partiyasının sədri Osman Əfəndi

44. Milli Konqres Partiyasının sədri İxtiyar Şirinov

45. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu

46. Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimov

47. Azərbaycan Kommunist Partiyası - Hacı Hacıyev, Rauf Qurbanov

48. “Azərbaycan Mübarizləri” Partiyasının sədr müavini Səadət Müslümova”.
Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdi“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışını Azərbaycan Dövlət Televiziyasında yayınlanan “Əsas məsələ” proqramında iştirak edərkən izlədim. Türkiyə Cumhurbaşqanının çıxışından etdiyim qeydlər arasında mənim üçün ən çox yadda qala hissəsi 3+3 platformasıyla (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) bağlı idi. Bu ideya Rəcəb Tayyib Ərdoğana məxsusdur, müharibədən sonra bir neçə dəfə səsləndirib və Azərbaycan prezidenti İlham Əliyevin də dəstəyini alıb”.

Avrasiya.net-in məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın Milli Məclisdəki çıxışını şərh edərkən deyib.

“Birincisi, Ərdoğan Şuşada olduğu kimi Milli Məclisdəki çıxışında yenə Ermənistana çağırış edərək bu platformadan Ermənistanın da qazanclı çıxa biləcəyini dedi. Ərdoğan Ermənistanın Zəngəzur dəhlizindən istifadə edərək Rusiyaya çıxış imkanı qazanacağını xatırlatdı. Ərdoğan bundan başqa Türkiyənin Ermənistanla sərhədi aça biləcəyinə işarə etdi. Türkiyə Cumhurbaşqanı onu da xatırlatdı ki, sərhədin açılması birinci növbədə Ermənistanın xeyrinədir.

İkincisi, Ərdoğan 3+3 formatında zəif bəndin heç də Ermənistan olmadığını, Gürcüstan olduğunu bildirdi və bu yanaşmasında haqlıdır. Rusiya Gürcüstanla 2008-ci il müharibəsindən sonra Abxaziya və Cənubi Osetiyanı faktiki ilhaq edib. İki dövlət arasında diplimatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan bugünlərdə Ankarada olan Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə təklif edib ki, onun ölkəsi də “altılıq platforması”na qoşulsun. Qaribaşvili düşünəcəyini desə də, Ərdoğan israrla təklifini xatırladıb. Əslində Ərdoğan bununla Gürcüstanla Rusiya arasında vasitəçilik təklif edib. Gürcüstan üçün qərar vermək çətindir. Çünki Rusiya Abxaziya və Cənubi Osetiyadan vaz keçən deyil.

Beləliklə, “altılıq formatı”nın işə düşməsi üçün birincisi Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı və Zəngəzur dəhlizinin açılmasına razılaşmalı, ikincisi, Gürcüstan Rusiya ilə nəqliyyat layihəsi üzərindən əməkdaşlığı qəbul etməlidir”, - E.Şahinoğlu əlavə edib.
Yoluxma azaldı, sağalanların sayı çoxaldıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 291 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 038 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib, aktiv xəstə sayı 1294 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 023, ötən müddət ərzində isə ümumilikdə 3 644 912 test aparılıb.
Yeni Qarabağı meydana gətirəcəyik - ƏrdoğanDünən yol boyu işğaldan azad olunan ərazilərin halını gördük. Bunlar gəlincə işğalçı, gedərkən dağıdıcı olublar. Sadəcə bu Qarabağın kimə məxsus olduğunu bilməyə bəs edir. 30 il əvvəl azərbaycanlılar Qarabağdan çıxarkən nə evlərini yandırdılar, nə də dağıtdılar. İnsan öz evini dağıda bilməz

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxışı zamanı deyib.

O, Qarabağın yenidən qurulmasına və bu prosesə Türkiyənin də dəstək verəcəyinə işarə edib:

“Bərabər inşa edəcəyik və yeni Qarabağı meydana gətirəcəyik. Vəhşiliklə mədəniyyətin fərqini görmək istəyənlər gəlib Qarabağa baxsın”.

Prezident qeyd edib ki, Türkiyə olaraq bu mərhələdə də qardaş Azərbaycanın yanında olacaq:

“Dünən Şuşada idik. Azad Qarabağ torpaqlarında Azərbaycan bayrağının qürurla dalğalanmasının sevincini yaşadıq. Şuşa təbii sənət akademiyası kimi mədəniyyətin, incəsənətin, musiqinin yaradıldığı mərkəz olmuşdu. Molla Pənah Vaqifdən başlayaraq ədəbiyyatın mərkəzi olmuşdu. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşid Banu Nətavanın, Rəşid Behbudovun və neçə-neçə şair və mədəniyyət xadimlərinin yurdudur. Əhməd Ağaoğlu kimi fikir adamlarının vətəni Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və ötən günlərdə Cıdır düzündə keçirilən Xarı Bülbül musiqi festivalı dünyaya bir mesajdır”.
Ərdoğan Qarabağa ediləcək yardımdan DANIŞDI"İnsanların evlərinə köçdüyü günü görməyin xoşbəxtliyini yaşayacağıq".

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin xüsusi iclasında çıxış edən Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident köçkünlərə üz tutaraq qeyd edib ki, inşallah, azad edilmiş torpaqlarda evlər tikiləcək:

"Hər birinizin doğma yurdlarıniza dönməyinizi biz də gözləyirik. İndi orada işlər sürətlə aparılır. Elektrik təminatı qurulur. Biz də bölgədə məktəb, xəstəxana müəssisələri inşa edəcəyik".