Əliyev və Ərdoğan "Xan qızı" bulağına gəldi - VideoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada “Xan qızı” bulağında olublar.

Avrasiya.net xəbər verir ki, Türkiyə Prezidentinə “Xan qızı” bulağı haqqında məlumat verilib.

Bildirilib ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.

Diqqətə çatdırıldı ki, yaxın vaxtlarda bulağın ətrafı tamamilə abadlaşdırılacaq.

Sonda “Xan qızı” bulağının qarşısında xatirə şəkli çəkdirilib.
İlham Əliyev Cıdır düzündə rəqs etdi - VideoŞuşada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bir araya gələn Prezident İlham Əliyev Cıdır düzündə rəqs edib.

Avrasiya.net xəbər verir ki, görüş zamanı Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

Daha sonra rəqs qrupları Cıdır Düzündə birgə yallı gedib.
Ərdoğana Qarabağ atı hədiyyə edildiTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib.

Avrasiya.net xəbər verir ki, bu, iyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyanın təqdimatı zamanı baş tutub.

Qeyd edək ki, “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

Şuşada təşkil olunan tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hədiyyə olunub. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir.
"Şuşa bəyannaməsini tarixi Qars müqaviləsi qədər əhəmiyyətlidir"Bunu "Xalq Cəbhəsi"nə “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri
Süleyman İsmayılbəyli bildirib.

O, qeyd edib ki, Ərdoğanın Qarabağ, Şuşa səfəri bir neçə parametrlər üzrə əhəmiyyətlidir, mühümdür: "Birincisi, Rəcəb Tayyib Ərdoğan son 100 ildən artıq bir müddətdə ikinci türk lideri, sərkərdəsidir ki, Qarabağa səfər edir. Keçən əsrin 20-ci illərinə yaxın dövrdə Nuru Paşa bu missiya ilə, Qarabağı erməni daşnaklarından xilas etmək üçün bu bölgəyə səfər etmişdisə, yaşadığımız günlərdə Rəcəb Tayyib Ərdoğan bu tarixi təkrarladı. Hər ikisi bölgəyə, Qarabağa sülh və təhlükəsizlik, sabitlik gətirmək üçün təşrif buyurdu.
Ərdoğanın Şuşa səfəri həm də dünyaya, beynəlxalq aləmə, Qarabağda gərginlik yaratmaq istəyənlərə bir mesaj idi ki, artıq bölgə təhlükəsizdir, burada sabitlik hökm sürür və onun qarantı da məhz Türkiyədir. Həm də tək sözdə yox, imzada da bu qaranti var. Təbii ki, imzalanan Şuşa bəyannaməsi ilə.
Şuşa bəyannaməsini tarixi Qars müqaviləsi qədər əhəmiyyətli, mühüm hesab etmək olar. Bəyannamədə ən vacib detallardan biri odur ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflərin birgə məsləhətləşmələr aparması və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirməsi, bir-birinə BMT Nizamnaməsinə uyğun lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili mümkündür. Yəni, bu maddə o anlamı verir ki, Türkiyə də Qarabağda sabitliyin zəmanətçisidir. Sabah, bir müddət sonra istər Ermənistandakı revanşist qüvvələr, istərsə də Ermənistandan Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi düşünən bəzi xarici dairələr, beynəlxalq güclər Qarabağda gərginliyi artırmağa maraqlı görünsələr, o halda qarşılarında Türkiyəni görəcəklər. Daha dəqiq desək Şuşa bəyannaməsi Qarabağda təhlükəsizliyin təminatçısıdır".

QHT sədri onu da bildirib ki, Şuşa bəyannaməsi eyni zamanda 44 günlük tarixi zəfərin davamlılığının, Azərbaycanın qələbəsinin təsdiqi, onun geridönməzliyinin sübutudur. Bu həm də Ermənistan, eyni zamanda bu ölkədə revanşist qüvvələr üçün soyuq duş effektidir: "Şuşa bəyannaməsində əksini tapan digər mühüm amillərdən biri sənəddə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əks olunmasıdır. Belə ki, bəyannamədə, iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunmasi, hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsi əksini tapır.

Bütün bunların üzərinə bəyannamədə əksini tapan siyasi, iqtisadi, ticari, həmçinin mədəni-humanitar əlaqələrə dair bəndləri də əlavə etsək, deyə bilərik ki, Şuşa bəyannaməsi Ankara ilə Bakı arasında müxtəlif vektorlu əməkdaşlığı özündə əks etdirən tarixi sənəddir və bu iki qardaş ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcıdır".
İzləyicisini döyən "Zevs" həbs edildiBakıda izləyicisini döyərək lentə alan Ruslan Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axar.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılıb.

O deyib ki, R.Quliyev barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

Şöbə rəisinin sözlərinə görə, Binəqədi Rayon Məhkəməsində onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib:

"Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs edilib".

Qeyd edək ki, yutuber Ruslan Quliyev yarım milyondan çox izləyicisi olan kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşən zaman onu döyüb. O, daha sonra videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.

Xatırladaq ki, ötən ilin yayında Ruslan və qardaşı Coşqun Quliyev onlara dövlət tərəfindən verilən 190 manatlıq birdəfəlik ödənişə qarpız alıb və hamısını əzərək, lentə almışdı. Daha sonra onların həmin pulu aidiyyəti üzrə sərf etmədikləri üçün üzr istəmələri ilə bağlı video da yayılmışdı.
İlham Əliyev: Şuşa bəyannaməsində Zəngəzur dəhlizi...Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra imzalanan müttəfiqlik haqqında birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı deyib:

“Bəyannamədə bir çox önəmli məsələlər əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Demək olar ki, bütün sahələr əhatə olunub. Enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir”.

Prezident İlham Əliyev qeyd edib ki, Bəyannamədəki hər bir məsələnin çox mühüm əhəmiyyət daşıyır. “Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, bu Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Önəmli məsələlər arasında ikincisi nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
QHT sədri gənclərlə görüşübİyunun 14-də Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Emin Əliyev bir qrup gənclə görüş keçirib.

Avrasiya.net xəbər verir ki, Emin Əliyev bu görüş çərçivəsində “Layihə idarəçiliyi” mövzusunda mühazirə də oxuyub. Görüş gənclərin müxtəlif mövzularda verdiyi sualların cavablandırılması ilə başa çatıb.

Görüşün sonunda E.Əliyev bu görüşün təşkilatçılığını edən GUYS təşkilatının rəhbəri Guliyev Mubariz ilə gələcək əməkdaşlıqlar barədə fikir mübadiləsi apardı və birgə layihələr haqqında ilkin razılığa gəlinib.

P.S. Bu görüş NK OQ-nin xüsusi karantin rejimi qaydalarının tələblərinə uyğun keçirilib.

Prezident: "Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir"“Bu gün əlamətdar gündür. Tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq”.

Avrasiya.net-in xəbərinə görə, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var”, - Prezident vurğulayıb.

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı bildirib ki, Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir.
Ərdoğanla Əliyevin imzaladığı Şuşa Bəyannaməsinin DETALLARI açıqlandıİyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan Şuşada tarixi bəyannaməyə imza atılıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bununla öz zirvəsinə yüksəlib və yeni bir mərhələyə qədəm qoyub.

Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.

Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.

Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.

Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Şuşa Bəyannaməsində silahlı qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

Ticarət-iqtisadi münasibətlərə gəlincə, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.

Tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir.

Vurğulanır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.


Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndirilməli, Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə TDƏŞ və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməlidir.

Qeyd edək ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub.

Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Kreml də Paşinyanı seçdi: Köçəryandan imtina edir15 əsirin ABŞ və Gürcüstanın köməyi ilə qaytarılmasından belə güman etmək olar ki, Rusiya dövlətinin səyləri nəticə vermir, amerikalılar isə güclü və təsirlidirlər.

Axar.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

“Bizim güc strukturlarındakı mənbələrimiz təsdiqləyir ki, kənardan görünməsə də, Rusiya tərəfi də Əliyev administrasiyası ilə iş aparıb. Bizi əmin etdilər ki, əgər ruslar qısqanclıq nümayiş etdirsəydilər, razılaşma yəqin ki, baş tutmayacaqdı. Belə çıxır ki, əgər erməni əsirlərin qayıtması Paşinyanın reytinqinin artırılması üçün edilibsə, bunu həm Rusiya, həm də Qərbin istədiyini demək məntiqli olardı”, – deyə qəzet bildirib.

Qeyd edək ki, rusmeyilli qüvvələrin Köçəryanın ətrafında birləşdiyi və Kremlin də “Ermənistan” blokuna dəstək verdiyi haqda rəy yaranmışdı.