Prezident xə xanımı “Füzuli” yarımstansiyasının açılışındaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, yarımstansiya, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Dövlət başçısı “Füzuli” yarımstansiyasını işə salıb.

Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.

Sonra Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyasının da məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını etdi.

Bildirildi ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilən digər rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün yenidən qurularaq genişləndirilən “Şükürbəyli” yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkilib. Eyni zamanda, “Şükürbəyli” yarımstansiyasından Şuşaya 75 kilometrlik ikidövrəli 110 kilovoltluq xətt çəkilib və həmin xətt Füzuli şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilib. Paralel olaraq hazırda “Şükürbəyli” yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən 110/35/10 kilovoltluq yarımstansiyalara ikidövrəli 110 kilovoltluq yüksək gərginlikli elektrik veriliş xətti çəkilir.

Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
"Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq" - İlham ƏliyevBiz doğma torpaqlarımıza qayıtmışıq, Füzuliyə qayıtmışıq, Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olarkən deyib.

"Köndələnçay su anbarına mən bir müddət bundan əvvəl bir heyət göndərmişdim. Bu anbarın vəziyyəti araşdırıldı və həyat bu bölgəyə qayıdandan sonra əlbəttə ki, biz bu sudan istifadə edəcəyik. İşğal dövründə mənfur düşmən bizi sudan məhrum etmişdi. Sərsəng su anbarı, Suqovuşan su anbarı düşmənin əlində olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusu qazılmışdır. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi. Mənə bu yaxınlarda verilən məlumata görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır. Eyni zamanda, Ağdam rayonunda Xaçınçay su anbarı da bizim nəzarətimizdədir, işğaldan azad edilib və o su anbarı bu su anbarından həcm baxımından daha böyükdür. Bir daha demək istəyirəm ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bizə böyük üstünlük verəcəkdir", - deyə dövlət başçısı bildirib.

İlham Əliyev və xanımı Füzulidə - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gediblər.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib.

“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev: Cənab Prezident, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə yanvar ayında başlanmışdır. Bu plakatda 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı əks olunub. Təyyarələrin enişi iki tərəfdən də təmin olunur. Bu günə biz uçuş-enmə zolağının və perronun tikintisində torpaq işlərini bitirmişik. İndi biz yol geyiminin tikintisi ilə məşğuluq.

Prezident İlham Əliyev: Görürəm yola artıq asfalt vurursunuz.

Kamil Əliyev: Bizim proqramımıza əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək. Biz bu tikintini aparmaq üçün burada - Quruçayda iki asfalt zavodu quraşdırmışıq, üç daşqıran qurğu da var.

Prezident İlham Əliyev: Burada olan materiallardan istifadə edirsiniz?

Kamil Əliyev: Həm burada, həm də Zəfər yolunun tikintisində, 17 kilometr yolda istifadə edirik. Perronun ölçüləri 60 min kvadratmetrdir, təxminən 8 ədəd A-320 tipli təyyarə yerləşə bilər. Bir də avtomobil dayanacağı olacaq, 170 avtomobillik.

Prezident İlham Əliyev: Bu, Füzuliyə gedən yolla əlaqələndirilib.

Kamil Əliyev: Füzuliyə gedən yolla birləşməsi bu hissədədir. Həm Zəfər yolu ilə birləşəcək, həm də əsas o dördzolaqlı magistral yolla.

Binanın tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşıb.

Prezident İlham Əliyev: Buradadır?

Kamil Əliyev: Bəli, buradadır. Dam örtüyü İtaliyadan gətirilib və artıq Bakıdadır. Türkiyədən fasad materialları gətirilib.

Prezident İlham Əliyev: Bu aeorovağzal kompleksi təxminən nə vaxt hazır olacaq?

Kamil Əliyev: Aerovağzal kompleksi bu ilin sonuna kimi tam istifadəyə verilə bilər. İşlər bu sürətlə getsə.

Prezident İlham Əliyev: Qüllə də tikilir?

Kamil Əliyev: Bəli, qüllə tikilir, aeronaviqasiya, tikinti işləri aparılır. İşıq-siqnal sistemini türk şirkəti işləyir. Yarımstansiya tikilib, işlər hər istiqamətdə aparılır.

Sonra Prezident İlham Əliyev uçuş enmə zolağında görülmüş işlərlə tanış olub.

Prezident İlham Əliyev: Böyük hissəsi artıq hazırdır?

Kamil Əliyev: 800 metr. Zəngilanda da artıq torpaq işlərinə başlamışıq.

Prezident İlham Əliyev: Orada da başlamısınız?

Kamil Əliyev: Bəli. Bir də Laçın rayonunda aeroportun tikiləcəyi yerə də getdik, layihədə harada yerləşir, onu da müəyyən etdik. Torpaq işi böyük həcmdədir.

Prezident İlham Əliyev: Bilirəm, orada dağlar kəsilməlidir. Bu iş də nəzərdə tutulur. Nə vaxt başlayacaqsınız?

Kamil Əliyev: Biz artıq mobilizasiya olunuruq. Orada ofisimiz var, artıq texnika aparmışıq.

Prezident İlham Əliyev: Çox yaxşı. Avtomobil yolunda işlər necə gedir?

Kamil Əliyev: Cənab Prezident, Füzuli-Şuşa yolunun 17 kilometrlik hissəsidir, bir də bizdə Füzuli-Hadrut yolunun 10 kilometridir. Biz bu yaxınlarda Ağbənd yolunun tikintisi ilə bağlı müqavilə də imzaladıq.

Prezident İlham Əliyev: Bəli, onu demişəm. Horadiz-Ağbənd yolunun yarısını siz inşa edirsiniz.

Onu da deyək ki, hazırda Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşların beynəlxalq standartlara uyğun təmin edilməsi üçün yeni beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam etdirilir.
Yoluxma sayı azaldı, iki nəfər vəfat edibAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 699 nəfər müalicə olunaraq sağalıb, 4 955 nəfər vəfat edib, aktiv xəstə sayı 1 542 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5074, ötən müddət ərzində isə ümumilikdə 3 627 573 test aparılıb.
Müasir, müstəqil, güclü Azərbaycan ONUN adı ilə bağlıdırƏziz və qədirbilən xalqımız!#milliqurtuluşgünü
15 iyun -Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.
Sizin hər birinizi bu münasibət ilə səmimi qəlbdən təbrik edir və bu günü xalqımızın şərəf tarixinə yazılmasında və yaşamasında iştirakınıza görə bir vətəndaş olaraq təşəkkür edirəm!

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.

Heç şübhə doğurmur ki, hər bir insan öz xalqı, vətəni, milləti ilə tanınır. Lakin tarixdə elə nadir insanlar, şəxsiyyətlər də var ki, onlar mənsub olduğu xalqı, vətəni, millətı tanıdır, şöhrətləndirirlər. Belə şəxsiyyətlərdən biri də ulu Tanrı tərəfindən seçilmiş ümummilli liderimiz Heydər Əliyevdir desək yanılmarıq.
Onun 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında xüsusi bir iz buraxmışdır. Milli ruhda özünə qayıdış və özünüdərk proseslərinin başlaması, bu yöndə milli ruhun daşıyıcısı olan kadrların sovet imperiyasının pəncəsindən qoruması (B.Vahabzadə,Ə.Elcibəy və.s), dilimizin konsitutsiya ilə qorunması, paytaxtımızın milli tərkib baxımından yenilənməsi və.s kimi gördüyü islər, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində əldə etdiyi böyük uğurlar məhz bu dövrlərdə başlamış, bu gün müstəqil dövlət olmağımızın, Azərbaycanımızın müasir beynəlxalq münasibətlərdə aparıcı yerdə olmasının əsas faktoru kimi çıxış etmişdir.
İndi qayıdaq 1993-cü ilin iyun hadisələrinə.....

Azərbaycan hərbi-siyası böhran içində idi. Vətəndaş müharibəsi qapımızı döyürdü. Bir tərəfdə səriştəsiz hökumət, digər tərəfdə keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr. 35 nəfər öldürülür, hökumət nümayəndələri girov götürülür və.s. Xalq nə edəcəyini bilmirdı, yeganə çıxış yolunu ulu öndərimiz HEYDƏR ƏLİYEVin hadisəyə müdaxiləsində görürdü. Həmişə xalqının ağır günündə həyan olan dahi rəhbər bu dəfə də dövləti xilas etmək, yeni qazanılmış müstəqilliyi qorumaq üçün paytaxt -Bakıya çağrılır. Ümummilli Lider qısa müddətdə bu tarixi missiyanın öhdəsindən layiqincə gəlir və Azərbaycanın ən ağır günündə ölkənin müstəqilliyini və varlığını təhlükəyə atan şəxslərin hamısını siyasi-hərbi səhnədən uzaqlaşdırır.

Əslində bu məsələyə təkcə həmin gün Gəncədə baş verənlərdən yox, daha geniş çərçivədən baxmaq lazımdır. 70 il mövcud olmuş imperiyanın dağılmas ilə xalqımızda milli oyanış baş qaldırmışdı. Müstəqilliyin əldə olunmasilə siyası idarəetmə yeni yanaşma tələb etməyə başlamış, elə bu səbəbdən ölkədə hakimiyyət böhranı yaranmışdı. Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən “köhnələr” - Ayaz Mütəllibov və komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ almağa çalışan cəbhəçilər bu böhranın daha da dərinləşməsi üçün öz “töhfələrini” verməkdə idilər. Zaman keçdikcə qütbləşmə və qarşıdurma kəskinləşirdi.

Fikrimcə, Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz Bakıdakı bu qarşıdurmanın nəticəsi oldu. Nəhayət, 1992-ci il mayında cəbhəçi bəylər hakimiyyəti ələ keçirdilər. Bu naşı komandanın hakimiyyətdə olduğu qısa müddətdə nələr baş verdi, indi bu barədə geniş danışmağa ehtiyac yoxdur – hər şey aydındır. Vəziyyəti o həddə gətirib çıxardılar ki, 1993-cü ildə Azərbaycan dövlətinin taleyi sual altında düşdü. Gəncədə qiyam baş verdi, qardaş qırğını törədildi. Xalq bu vəziyyətdə bütün siyasi qüvvələrdən imtina edərək, bütün ümidini böyük şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevə bağladı.

Movcud vəziyyəti idarə edə bilməyən, geosiyasi məsələlərdən baş çıxarmayan “bəylər” də öz həyatlarının təhlükədə olduğunu anlayaraq, məcburiyyət qarşısında qalaraq, üzlərini Naxçıvana - ümummilli liderimizə tutdular.

O liderə ki, xalqının ağır vəziyyətində onunla bir yerdə olmaq üçün vətəninə dönəndə o vaxtkı hakimiyyətdə olan "bambılı" və "qədeş" rəhbərlərin "səyi" nəticəsində paytaxtda yaşamağa imkan verilməmiş, buna görə də həmin vaxtlar öz tarixinin ən ağır dövrlərini yaşayan Naxçıvana dönməyə məcbur olmuşdu. Dəyər bilən naxçıvanlılar onu bağrına basdı və idarə etmə sükanını dahi şəxsiyyətə tapşırdı.

Bundan sonra müstəqilliyimizin əbədi olma prosesi məhz Naxçıvandan başladı. Qisa bir müddətdə Naxçıvan Muxtar Respublikasının adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli Milli Bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.

Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider vəziyyəti ustalıqla təhlil edərək, böhrandan çıxış yollarını müəyyənləşdirdi.

Gəncədə olan hadisələr əslində böyük planın görünən tərəfi idi. Baş verənlər SSRİ-nin dağılmasından sonra Rusiyanın o vaxtkı rəhbərliyində hələ də imperialist təfəkkürlü insanların imperiyanı bərpa etmək, yenidən Azərbaycanı və o cümlədən digər müstəqillik əldə etmiş dövlətləri açıq-aşkar öz təsir dairələrinə almaq planlarının məntiqi nəticəsi idi. Hadisələrin sonrakı analizi onu deməyə əsas verir ki, bu qüvvələrin planı Dağlıq Qarabağda Azərbaycan ordusunu məğlubiyyətlərə düçar etmək, ölkənin şimalında və cənubunda etnik separatizmi qızışdırmaq, daxildən narazı qüvvələri ələ almaq və bununla siyasi böhran yaradaraq imperiyalist məqsədlərinə nail olmaq idi. Bunun üçünsə onlar tərəfdən əlverişli şərait var idi. Belə ki, heç bir siyasi səriştəsi olmayan, dövlət idarəetmə sistemini anlamayan inşanlar hakimiyyəti ələ keçirmişdilər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də onun ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir və regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu gün xalqımız xoşbəxt anlarını yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman oğullarımızın şücaəti nəticəsində SSRİ adlanan imperiyanın xalqımıza “bəxş etdiyi” son mirasda öz həllini tapdı.

Torpaqlarımız erməni işğalından azad oldu. Məhz indi xalqımız sözün həqiqi mənasında müstəqilliyin bütün komponentlərini özündə ehtiva edən şəraitdə və firavanlıq içində yaşayır. Bu gün o hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasa idi, bu gün nəinki torpaqlarımızın düşmən tapdağından azad edə bilərdik, hec Azərbaycanın müstəqilliyindən, varlığından söhbət açmaq mümkün olmayacaqdı.

Yaxşı ki, xalqımız Heydər Əliyev kimi şəxsiyyət yetişdirmişdi......

Ulu öndərimizin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi Azərbaycanımızın işıqlı gələcəyi naminə mühüm məsələlərdəndir. Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaradaraq, onu real həyatda gerçəkləşdirmiş müdrik şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi o, millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.

Zaman ötdükcə, olkəmiz bütün sahələr üzrə inkişaf edib möhkəmləndikcə bu şərəfli tarixin önəmi daha aydın dərk olunur. Xalqımız bu tarixi, yəni ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının rəsmiləşdiyi tarixi sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki danılmaz həqiqət ortadadır. Hər kəs bilir ki, 15 İyun-Milli Qurtuluş Günü olmasaydı müstəqil dövlət kimi mövcudluğumuz 1918-1920 ci illərdə əldə etdiyimiz müstəqillikdən də qisa olacaqdı.

Bir daha hər kəsi 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə təbrik edir, hamını Azərbaycan tarixinin yeni-yeni şərəfli səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməyə dəvət edirəm.

Gəlin bizdə daha layiqli insan, layiqli vətəndaş olaq!!!
Dövlətimizi sevək və qoruyaq!!!

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Azərbaycanlı alim məhkəmə qarşısındaAzərbaycan Milli Elmlər Akademiyasının əməkdaşının barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Avrasiya.net xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fəlsəfə doktoru Ədalət Ətayi xüsusi ittiham qaydasında böhtan atmaqda təqsirləndirilir. Fəlsəfə doktoru barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə ittiham olunur.

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Etibar Hümbətovun icratına verilib. Yaxın vaxtlarda məhkəmənin hazırlıq iclası keçiriləcək.
Ərdoğan Şuşadan dünyaya mesaj verəcəkCənab Ərdoğanın Qurtuluş Günündə Azərbaycana səfəri qardaş ölkənin hər zaman yanımızda olduğu deməklə yanaşı dünyaya bir mesajdır. Bu mesaj Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz və əbədi olacağıdır.

Bunu "Xalq Cəbhəsi"nə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinə münasibətində politoloq Mirsamir Məmmədov bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçılarının zirvə toplantısından sonra iyunun 15-16-da Azərbaycanda rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.

Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.

Politoloqun fikrincə, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni bir siyasi nizam formalaşır:

“Rəsmi Ankaranın bölgədə siyasi və iqtisadi proseslərə təsiri güclənir. Ərdoğanın ölkəmizə səfəri və Şuşada görüşlər keçirməsi işğalçı Ermənistan və onu dəstəkləyən qüvvələrin narahatlığına səbəb olduğu da təbiidir. Bu səfər regionda siyasi prosesləri canlandıracaq. Həmçinin, Ermənistan-Azərbaycan münasibətlərində yeni siyasi mənzərənin formalaşmasına gətirib çıxaracaq".

Politoloq Ərdoğanın Şuşada dünyaya mesajlar verəcəyini də istisna etməyib. Onun fikrincə, 44 günlük müharibədə əldə olunan Qələbədən sonra işğalçı Ermənistanın məğlubiyyətini həzm edə bilməyən qüvvələr hələ də təşvişdədilər: "Minsk qrupunu proseslərə çəkmək istəyirlər. Bu prosesdə iştirakçılıq isə yalnız ermənilərin xeyrinədir. Azərbaycan-Türkiyə qardaşlığı isə həmin qüvvələrin istəklərinə qarşıdır. Ərdoğanın Şuşaya səfəri bu plana qarşı bir cavab olacaq. Ərdoğan Şuşaya səfər etməklə bölgədə olduğunu və Azərbaycanın yanından çəkilməyəcəyini bir daha sübut etmiş olacaq".
MEDİA jurnalistlərin təcrübəsini artırırİyunun 14-də Medianın İnkişafı Agentliyinin (MEDİA) və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara başlanılıb.

MEDİA-dan verilən məlumata görə, birgə seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Seminar silsiləsinin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Universitetin İcraçı prorektoru Fariz İsmayılzadə və prorektor müavini Aygün Hacıyeva seminarın əhəmiyyətindən danışıblar.

Sonra Əhməd İsmayılov tərəfindən media nünayəndələri ilə “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda müzakirə aparılıb. Qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, yeni qanun layihəsi Media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır.

Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlar 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək, həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar arasında Al Jazeera və Haber Global-ın mütəxəssisləri də var.
Saakyan: Xankəndiyə gedirəm, əsir düşməkdən qorxmuramAzərbaycana əsir düşməkdən qorxmuram.

Axar.az xəbər verir ki, bunu “Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində Qarabağdakı separatçıların keçmiş lideri Bako Saakyan deyib. Saakyan tez-tez Xankəndiyə getdiyini bildirib:

“Mən Xankəndidə iki gün əvvəl olmuşam. Lazarev Klubunun iclasında iştirak etmişdi. Rusiya sülhməramlı missiyası öz öhdəliklərini effektiv icra edir”.

Qeyd edək ki, Lazarev Klubu Rusiya və Ermənistan ictimai xadimlərindən təşkil edilib. Klubun iclasının Azərbaycanın rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonası sayılan Xankəndidə keçirilməsi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Prezident və Birinci xanım Füzuliyə getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfər ediblər.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib.