Putin: Rusiya İrana peyk sistemləri verməyəcəkRusiyanın İrana peyk sistemini verməsi informasiyası saxta xəbərdir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin NBC televiziyasına müsahibəsində deyib.

“Mən bunun haqqında heç nə bilmirəm. Bunun haqqında danışanlar böyük ehtimalla daha çox şey bilirlər. Bu cəfəngiyyatdır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Rusiyanın İrana “Kanopus-B” peyk sistemlərini verəcəyini və bunun sayəsində Tehranın Yaxın Şərqdə potensial hədəfləri izləyə biləcəyini yazmışdı.
İran borcunu ödədi, səsvermə haqqını geri aldıİran BMT-yə olan borcunu ödəyərək, səsvermə haqqını təkrar geri alıb.

Axar.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Ravançi məlumat verib.

Ravançi ABŞ-ın qanunsuz sanksiyaları üzündən ölkəsinin BMT-yə olan borcunu vaxtında ödəyə bilmədiyini deyib.

Qeyd olunub ki, 65 milyon dollardan çox borcu olan İran minimum ödənişini - 16 milyon dolları BMT-nin hesabına yatırıb.