Fransa polisi gənclərə qarşı gözyaşardıcı qaz tətbiq edibFransa polisi ötən gecə paytaxt Paris şəhərinin mərkəzində yerləşən Əlillər meydanında toplaşaraq əylənən mindən artıq gənci gözyaşardıcı qaz tətbiq edərək dağıdıb.

“Report” AFP-yə istinadən xəbər verir ki, meydanda 1500-ə qədər insan toplaşıb.

Onların əksəriyyəti maska taxmayıb, sosial məsafə saxlamayıblar və spirtli içkilər qəbul edərək əyləniblər.

Paytaxt polisi “Twitter” hesabından bildirib ki, həmin toplantı mövcud sanitariya qaydalarını pozmaqla, həmçinin saat 23-dən başlayan komendant saatı zamanı keçirilib. Ona görə də polis toplaşanları dağıdıb.
İlham Əliyev on ölkənin qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib.
“Azər­su” gücləndirilmiş iş rejiminə keçib“Azər­su” ASC futbol üzrə 16-cı Avropa Çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb.

Bu barədə Avrasiya.net-ə "Azərsu" ASC-ya istinadən xəbər verir.

"Cəmiyyətin ida­rə aparatın­da və ra­yon su­ka­nal ida­rə­lə­rin­də məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. Yaranacaq problemlərin və baş ve­rə bi­lə­cək qəza­la­rın ope­ra­tiv həlli məqsəd­ilə ix­ti­sas­laş­mış qə­za bri­qa­daları təşkil edilib və onlar onlar xü­su­si tex­ni­ka, ma­şın və me­xa­nizm, mal-ma­te­rial və ava­dan­lıq­lar­la tə­min olun­ub.

Yarışlara hazırlıq çərçivəsində Ba­kı şə­hə­ri­ni iç­mə­li su ilə tə­min edən mən­bə­lər, ma­gist­ral xət­lər, mərkə­zi və mə­həl­lə­da­xi­li an­bar­lar, su və kanaliza­si­ya na­sos stansiyala­rı­nın və­ziy­yə­ti təh­lil edil­ib, aş­kar olun­muş çatışmazlıqlar ara­dan qal­dı­rıl­ıb və bu istiqamətdə iş­lər da­vam et­di­ri­lir. Ey­ni za­man­da idmançıların və qonaqların yerləşdiyi obyektlərin, həmçinin idman qurğularının su təchiza­tı və ka­na­li­za­si­ya sis­tem­lə­ri­nə ba­xış ke­çi­ril­ib, bu ob­yekt­lə­rin da­ya­nıq­lı içməli su təc­hi­za­tı­nın apa­rıl­ma­sı üçün lazımi tədbirlər görülüb", - məlumatda deyilir.
Ağ Ev: Bayden Putinlə açıq danışacaqABŞ ümid edir ki, Putinlə Baydenin görüşündə ölkələr arasında münasibətlərin yaxşılaşdırılması yolları axtarılacaq.

Axar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib. Onun sözlərinə görə, ABŞ və Rusiya liderlərin danışıqları nəticəsində strateji stabillik, İranın nüvə razılaşmasına qayıtması məsələlərində irəlləyə bilərlər:

“ABŞ prezidenti Kremlin müzakirə etməkdə maraqlı olmadığı mövzulardan yayınmaq niyyətində deyil. O, prezident Putinlə açıq danışacaq”.
Biləsuvar sakini iş yoldaşını qətlə yetiribBiləsuvar rayonunda qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini, 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu və rayonun Ağayrı kənd sakini, 2004-ci il təvəllüdlü Abıyev Sadiq Namiq oğlu arasında münaqişə baş verib. Nəticədə sonuncu bıçaqla qətlə yetirilib.

Onların iş yoldaşları olduğu bildirilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb.
Jurnalistlərin ölümünə səbəb olan terrorçular məhv edildi2013-cü ildə Malidə 2 fransız jurnalisti qətlə yetirən terrorçular məhv edilib.

Publika.az xəbər verir ki,bu barədə Fransanın müdafiə naziri Florens Parli bildirib. O qeyd edib ki, əməiyyat iyunun 5-də keçirilib. Malidəki BMT bazasına hücuma hazırlaşan bir qrup terrorçu müəyyən edilib və onlara qarşı əməliyyat keçirilib.

Məlum olub ki, həmin terrorçular 2013-cü ildə Malinin Kidal əyalətində fransız jurnalislər Kloubd Varlon və Krislain Dupontu öldürməkdə şübhəli bilinən şəxslərdir.
Ziya Məmmədov təcili Bakıya ÇAĞRILDISabiq nəqliyyat naziri Ziya Məmmədovun adı Kanadanın "Bombardier Transportation" şirkətinin İsveçdəki törəmə şirkətinin keçmiş menecerinə qarşı başlanan cinayət işində keçəndən sonra onun Bakıya çağırıldığı haqda xəbərlər yayılıb.

Avrasiya.net xəbər verir ki, bu haqda musavat.com məlumat yayıb. Ziya Məmmədov vəzifədən çıxarılandan sonra Ucarda əkin-biçinlə məşğul olduğunu, mal-qara saxladığını, işçilərinin olduğunu açıqlamışdı. Belə aydın olmuşdu ki, sabiq nazirin günü Ucarda keçir. İsveçdə adı yenidən cinayət işində hallanmağa başlayandan sonra Ziya Məmmədovu Bakıya çağırıblar.

Xatırladaq ki, Z. Məmmədovun adı 100 milyonluq rüşvətdə hallanır. 2013-cü ildə Bakını Gürcüstan sərhədi ilə birləşdirən dəmiryolunun bir hissəsini siqnal avadanlığı ilə təchiz etmək üçün keçirilən tenderdə "Bombardier"in başçılıq etdiyi konsorsium qalib gəlib. Şirkət meneceri Tomas Bimerə 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə üzrə azərbaycanlı məmurlara "otkat" verdiyi barədə rəsmi ittiham irəli sürülüb. Tomas Bimer xüsusilə ağırlaşdırılmış hallarda rüşvətlə ələ almada ittiham olunur. Cinayət işi artıq yekunlaşıb və Tomas Bimer tezliklə məhkəmə qarşısında çıxarılacaq. Prokurorlar bildirirlər ki, Azərbaycanda dəmir yollarına siqnalizasiya sistemlərinin quraşdırılmasını nəzərdə tutan 350 milyon dollarlıq müqavilədə "dəmir yollarının ən azından bir orta səviyyəli rəhbərinə" 100 milyon dollar rüşvət ödənilib.

Sayt əməkdaşı Ziya Məmmədovun Bakıya çağırılmasının səbəbini öyrənmək, İsveçdəki 100 milyonluq "otkat" işinə rəyini almaq üçün onunla əlaqə saxlayıb. Sabiq nazirin telefonuna özünü adi işçi kimi təqdim edən şəxs cavab verib. O, Ziya Məmmədovun Bakıda olduğunu təsdiqləyib.

"Ziya Məmmədov hazırda istintaqdadırmı" sualına "bilmirəm" cavabı verilib. "Ziya Məmmədov Bakıdadırsa, onun Ucardakı mal-qarasına kim baxır, yonca, taxıl, arpa sahələrini kim idarə edir" sualına da eyni cavab verilib.
Laçın yolunu bağlayıb, Zəngəzura girə bilərikErmənistan mümkün qədər təxribat fəaliyyətlərini artırmaqla Minsk Qrupunun və beynəlxalq aləmin diqqətini bu bölgəyə çəkməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev son günlər Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi pozması haqda danışarkən deyib.

“Əgər Ermənistan 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməyə başlasa, onda sərhədlərin dəqiqləşdirilməsi prosesində onlar hazırki mövqelərindən bir az da geriyə çəkilməyə məcbur olacaqlar. Görünən odur ki, Paşinyan da müxalifətin əlinə yeni təsir vasitəsi verməmək üçün belə təxribatların törədilməsində maraqlıdır. Çünki proses nəticəsində erməni ordusunun Laçın və ya Kəlbəcər istiqamətində geri çəkilməsi Ermənistan cəmiyyətində kataklizmləri, etiraz dalğasını daha da alovlandıra bilər”, - deyə o qeyd edib.

Ekspert Azərbaycanın Ermənistana cavab vermək imkanları məsələsinə toxunub:

“İrəvanın bu təxribatlarına adekvat cavab üçün Azərbaycanın böyük imkanı və gücü mövcuddur. Erməni diversiya qruplarının üzvlərinin cinayət başında yaxalanaraq həbs edilməsi bunun örnəklərindəndir. Bu terrorçuların cinayət əməlləri haqqında artıq cinayət işi qaldırılıb və istintaq prosesi davam edir. Terrorçuların adları və soyadları da mətbuata açıqlanıb. Digər tərəfdən Azərbaycan humanistlik göstərərək istintaq fəaliyyətləri nəticəsində diversiya fəaliyyətlərinə qarışmadığı məlum olan erməniləri qarşı tərəfə təhvil verir”.

Ə.Verdiyevə görə, əgər belə davam etsə, Azərbaycan yeni əməliyyata başlaya bilər:

“Son hadisələr onların müharibədən dərs çıxarmadıqlarını göstərir. Əgər onlar yenə eyni şəkildə məğlubiyyətə düçar olmaq istəyirlərsə, Azərbaycan istənilən vaxt başlarına dəmir yumruğu endirə bilər. Biz qalib dövlətik, Laçın dəhlizi bizim ərazimizə daxildir. Azərbaycan humanistlik göstərib Laçın–Gorus yolunun 25 kilometrlik hissəsindən ermənilərin də istifadəsinə icazə verib. Ancaq biz 10 noyabrdan bəri Zəngəzur dəhlizinin açılmasını gözləyirik. Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasının qarşılığında Azərbaycan əlində olan təsir mexanizmlərindən istifadə edə bilər. İlk mərhələdə Laçın-Gorus və ya Laçın-Şuşa yolu bağlana bilər. Sonraki mərhələdə dövlətimiz Zəngəzur dəhlizi məsələsində Ermənistan tərəfinin qərarını gözləmədən birtərəfli şəkildə bu istiqamətdə addımlar ata bilər. Buna tam şəkildə hüququmuz var”.
Kəlbəcərə keçməyə cəhd göstərən şəxslər saxlanıldıKəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, Kəlbəcər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon ərazisinə daxil olmaq istəyən 5 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.