Danimarka-Finlandiya matçında şok: Eriksenin ürəyi dayandı - VideoAvropa çempionatının B qrupunun Danimarka-Finlandiya matçında xoşagəlməz hadisə baş verib.

Avrasiya.net xəbər verir ki, birinci hissənin son dəqiqələrində Danimarkanın oyunçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb. Ürəyi dayanan futbolçunu həkimlər ürək masajı ediblər.

Görüş dayandırılıb. Bir müddət meydanda müalicəsi davam etdirilən futbolçu xəstəxanaya qaldırılıb.
Ermənistan Azərbaycana qarşı terror siyasətini davam etdirir"Çex Respublikasının Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının bir neçə ermənipərəst üzvü tərəfindən bu ilin 10 iyun tarixində qəbul edilən bəyanat Azərbaycana qarşı yönəlmiş növbəti qərəzli və birtərəfli, reallığı əks etdirməyən kağız parçasıdır.

Bəyanatda Azərbaycan tərəfinə müharibə zamanı əsir düşən bütün hərbi və mülki şəxslərin qeyri-şərtsiz Ermənistana qaytarılmasına dair çağırış edilib. Parlament komissiyasının sənədinin “Çexiya Parlamentinin sənədi” olaraq təqdim edilməsi rəsmi Yerevanın ictimaiyyəti aldatmaq cəhdidir. Azərbaycan rəsmi səviyyədə və bütün tribunlardan dəfələrlə bəyan edib ki, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın və beynəlxalq humanitar hüququn müvafiq müddəalarına uyğun olaraq, münaqişə zamanı əsir götürülmüş erməni hərbçilərin və digər məhbusların hüquqlarının təmin edilməsi ilə bağlı öhdəliklərini ardıcıl olaraq yerinə yetirib, onlar haqqında məlumatları Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Rusiya sülhməramlı kontingentinə mütəmadi olaraq təqdim edib. Hal-hazırda Azərbaycanda heç bir hərbi əsir yoxdur".

Avrasiya.net xəbər verir ki, bunu açıqlamasında millət vəkili Elnur Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, ermənilər ənənəvi siyasətlərindən əl çəkməyərək Avropa məkanında özlərini hüquqları pozulmuş xalq kimi biruzə verirlər:

"Reallıqda isə Ermənistan Azərbaycanın ərazilərinə təxribat qruplarını göndərərək terror siyasətini davam etdirir. Bu mənada mayın 27-də Ermənistan silahlı qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonundan ərazilərimizin dərinliyinə daxil olaraq, kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstərib. Həmin qruplar aşkar edilərkən onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanılıb. Ermənistan tərəfindən iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılmasına yönəlmiş siyasət həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçərək minalama və digər diversiya cəhdləri törətmək niyyəti beynəlxalq hüquqa əsasən terror-təxribat əməli kimi qiymətləndirilir. Buna baxmayaraq, Avropadakı bəzi qüvvələr özlərini görməməzliyə vurur və yanlış informasiyalarla dünya birliyini çaşdırmağa cəhd edirlər. Halbuki, Azərbaycanın Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın vətəndaşının aqibəti barədə Ermənistan tərəfinin heç bir məlumat təqdim etməməsinə Azərbaycana qarşı tələb və ittihamlarla çıxış edən “siyasətçilər” qöz yumurlar".

Dağlıq Qarabağ müharibəsinin başa çatdığını bildirən E.Allahverdiyevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərininin başlanmasında qarşımızda duran ən böyük maneələrdən biri Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini təqdim etməməsidir:

"Bunun özü də hərbi cinayətdir. Ermənistan qəsdən bu ərazilərə minalar yerləşdirib və bu səbəbdən hətta müharibə bitəndən sonra da çox sayda Azərbaycan hərbçisi və mülki əhali həyatını itirib. Ermənistan beynəlxalq öhdəlikləri açıq şəkildə pozaraq minalanmış ərazilərin yeri barədə məlumat verməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Azərbaycan işğaldan azad edilən ərazilərdə həm hərbi, həm də mülki əhalinin həyatı üçün böyük təhlükə yaradan ciddi mina təhdidi ilə qarşılaşır. Bu ərazilərə yerləşdirilən kütləvi minalar yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz şəkildə qayıtması prosesini ləngidir, beynəlxalq hüququn həyata keçirilməsinə xələl yetirir. Münaqişənin bitməsindən 7 aydan artıq müddətin ötməsinə baxmayaraq, bu dövr ərzində ermənilər tərəfindən minalanmış ərazilərdə 140-dan çox insan müxtəlif xəsarətlər alıb, 27 nəfər həyatını itirib.

Bir həftə bundan öncə işğaldan azad olunmuş Kəlbəcər rayonunun ərazisində Azərbaycanın dövlət media orqanlarının iki jurnalisti - AzTV telekanalının operatoru Sirac Abışov, “Azərtac” xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və Kəlbəcər Rayonu İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev vəzifə borclarını yerinə yetirərkən olduqları avtomobilin minaya düşərək partlaması nəticəsində həyatlarını itiriblər. Dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Media nümayəndələrinin həlak olması Ermənistanın terrorçu siyasətinə və bu ölkədə hökm sürən revanşizm əhval-ruhiyyəsinə dəlalət edir".

Millət vəkili bildirib ki, Çex Respublikasının Deputatlar Palatasının bəzi təmsilçiləri erməni diasporunun yalanlarının əsiri olmaqdansa, cinayətkar tərəfi məsuliyyətə çağırmalıdırlar:

"Çex Respublikasının Deputatlar Palatasının üzvlərinə öz adımdan və Milli Məclisdə rəhbərlik etdiyim Azərbaycan-Çexiya parlamentlərarsı işçi qrupu tərəfindən dəfələrlə müraciətlər olunub, 44 günlük Vətən müharibəsi və ondan sonraki dövrlərdə mütəmadi olaraq azad olunmuş torpaqlar haqqında rəsmi faktoloji məlumatlar təqdim edilib. Dəfələrlə çex həmkarlarımı minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə verilməməsi barədə Çexiya Parlamenti səviyyəsində çağırışlar etməyə dəvət etmişəm. Biz bu cür çağırışları nəinki Çex Respublikasının Deputatlar Palatasından, həmçinin Avropanın digər dövlətlərinin parlamentlərindən və ümumavropa institutlarından gözləyirik".

Qafqazinfo.az
Uels - İsveçrə matçı heç-heçə başa çatdıİyunun 12-də futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Uels - İsveçrə matçı heç-heçə başa çatıb.

Avrasiya.net xəbər verir ki, fransalı referi Klement Turpinin idarə etdiyi oyunda komandalar hərəyə bir dəfə fərqləniblər.

Qarşılıqlı hücumlar şəraitində keçən matçda komandalar bir neçə dəfə təhlükəli vəziyyət yaradıblar. Lakin komandaların cəhdlərinə baxmayaraq, oyunun birinci hissəsində qapılara top vurulmayıb.

Görüşdə nisbətən üstün oyun nümayiş etdirən İsveçrə millisi ikinci hissənin əvvəlində hesabı açıb. Bakı Olimpiya Stadionunda İsveçrə millisinin hücumçusu Breel Embolo adını tabloya yazdırıb. Matçın 49-cu dəqiqəsində künc zərbəsindən hava ötürməsini başla dəqiq zərbə ilə tamamlayan futbolçu Bakıda vurulan ilk qolun müəllifi olub.

Bu qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan Uels komandası 74-cü dəqiqədə istəyinə çatıb. Künc ötürməsindən sonra topa başla zərbə vuran Kieffer Mur hesabda tarazlığı bərpa edib.

Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol videonəzarət (VAR) sistemində baxıldıqdan sonra qeydə alınmayıb.

Qalan dəqiqələrdə də İsveçrə komandası hesabı dəyişmək üçün təzyiqi artırsa da, istəyinə çata bilməyib və matç 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, A qrupunun birinci oyununda İtaliya millisi Türkiyə seçməsinə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu komandalar indiyədək müxtəlif turnirlərdə yeddi dəfə üz-üzə gəliblər. Həmin görüşlərin beşində İsveçrə, ikisində isə Uels millisi qalib gəlib.

Uels yığması ikinci dəfədir Avropa çempionatının final mərhələsində iştirak edir. Komanda qitə çempionatlarında 2016-cı ildə debüt edib. Həmin çempionatda komanda yarımfinala qədər irəliləyib.

Daha əvvəl dörd dəfə Avropa çempionatlarının qrup mərhələsində çıxış edən İsveçrə seçməsi ən yaxşı nəticəni 2016-cı ildə göstərib. Həmin çempionatda qrupdan çıxmağı bacaran komanda səkkizdəbir finalda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması keçiriləcək.
ABŞ-la Rusiyanın müharibəsi nə ilə nəticələnə bilər?ABŞ-la NATO-nun Rusiya ilə müharibəsi dünya savaşına çevriləcək.

Axar.az xəbər verir ki, bunu ehtiyatda olan rusiyalı general-polkovnik Sergey Kizyun deyib. Onun sözlərinə görə, NATO-nun ənənəvi silahlarda əhəmiyyətli üstünlüyü ucbatından bu tip silahlardan istifadə qısa olacaq. Sonradan tərəflər nüvə zərbələrinin mübadiləsinə keçəcəklər:

“NATO və Rusiya arasında nüvə savaşı halında kütləvi qırğın silahlarının tətbiqinin fəlakətli nəticəsi təkcə döyüşən dövlətlər üçün yox, Avropa qitəsinin bütün digər ölkələri üçün olacaq”.
Abel Məhərrəmovun restoranında toy: DİN-dən açıqlamaBakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə Daxili İşlər Nazirliyi hərəkətə keçib.

Avrasiya.net xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a iyunun 11-də Nərimanov rayonunda yerləşən "Mona Liza" restoranında toy keçirilməsi ilə bağlı məlumatın təsdiqini tapdığını bildirib.

"Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb. Müəyyən edilib ki, iyunun 11-də saat 19:00-dan 22:30-dək müddətdə azsayda qonağın iştirakı ilə toy mərasimi keçirilib. Onlar hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib. Restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib, administrator Musa Balazadə barəsində də protokol tərtib edilib.

Toy iştirakçısı olan təxminən 20 nəfərə xəbərdarlıq edilib və xüsusi karantin rejimi dövründə belə mərasimlərin keçirilməsinin yolverilməz olduğu bildirilib", - E.Zahidov vurğulayıb.

Qeyd edək ki, Abel Məhərrəmov ötən il AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi üçün də cərimə edilmişdi.
İran Azərbaycandan elektrik enerjisi idxalına başlaydıİran elektrik təchizatı məhdudiyyətlərini azaltmaq üçün Azərbaycandan elektrik enerjisi idxalına başlayıb.

Xarici mətbuat xəbər verir ki, bunu İran Energetika Nazirliyinin Elektrik enerjisi məsələləri üzrə Mətbuat katibi Mostafa Rəcəbi Məşhədi deyib.

O bildirib ki, Muğan elektrik ötürücü xətlərinin Azərbaycanın elektrik şəbəkəsinə sinxronlaşdırılması ilə bu ölkədən elektrik enerjisi idxalına başlanılıb: “Hazırda bu ötürücü xəttdən daxili şəbəkəyə 73 meqavat elektrik enerjisi verilir. Bu xəttdən idxal olunan elektrik enerjisinin həcmi, ən yüksək istehlak saatlarında 130 meqavata qədər artırıla bilər”.

Qeyd edək ki, bu ayın əvvəlində İranın daxili enerji ehtiyacını ödəmək üçün Türkmənistandan 140 meqavat elektrik enerjisi idxal edəcəyi açıqlanmışdı.

Nazirliyin ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün göstərdiyi səyləri vurğulayan Rəcəbi Məşhədi: “Xorasan bölgəsinin (İranın şimal-şərqinin) bir hissəsinin enerji ehtiyacını təmin edəcək olan 140 meqavat elektrik enerjisinin ilk mərhələdə Türkmənistandan idxal ediləcək”.

"Tehran Electricity Distribution" şirkətinin idarəedici direktorunun sözlərinə görə, hər il ölkənin elektrik enerjisi istehsalının həcmi 3 min meqavat artırılsa da, yağışların və su anbarlarında suyun səviyyəsinin azalması, əlavə edilən istehsal gücünü əvəzləşdirərək elektrik enerjisi istehsalını azaldıb.

Son 10 ildə İranda davamlı istiliyin artması və yağışların əhəmiyyətli dərəcədə azalması ölkəni pik istehlak dövrlərində elektrik enerjisi təchizatı məsələsində çətin vəziyyətə salıb.

Bu baxımdan, Energetika Nazirliyi son illərdə istehlakı idarə etmək və elektrik şəbəkəsindəki itkiləri azaltmaq üçün yeni strategiyaları izləyir.

Ötən ilin sonlarında energetika naziri Rza Ardakanian, nazirliyin aşağı istehlaklı ev təsərrüfatları və elektrik enerjisinin sənaye sektorunun istehlakçıları üçün yeni təşviq paketləri nəzərdən keçirildiytini açıqlamışdı.
Hadrutda 8 erməni hərbçinin cəsədi tapıldıBu gün Qarabağda aparılan axtarışlar nəticəsində daha 8 erməni hərbçinin cəsədi tapılıb.

Erməni KİV-lərinə istinadən xəbər verir kiŞ cəsədlərin qalıqları Hadrutda aşkar edilib. Onların kimliyinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1576 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.
Rəfail Becanov: "Seçki prosesi finala yaxınlaşdıqca, münasibətlər də gərginləşir..."“Ermənistanda seçki prosesi finala yaxınlaşdıqca, münasibətlər gərginləşir, nəticələri proqnozlaşdırmaq çətinləşir. Paşinyanla QATİL Köçəryan arasındakı fərq artıq 2 fazidən də azdır. Bu, Ermənistanda və erməni cəmiyyətində şovinizmin hələ də dominant olduğunun göstəricisidir. Nə qədər “ermənilər müharibə istəmir”, “Ermənistan artıq uduzması ilə barışıb” və s. kimi fikirlərimiz olsa da, necə deyərlər, ehtiyatı əldən vermək olmaz”.

Avrasiya.net xəbər verir ki, bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rafail Becanov deyib.

Baş redaktor bildirib ki, Ermənistanın kapitulyasiya aktını tam yerinə yetirməsi baxımından bizə Paşinyanın qalib gəlməsi sərf edir:

“Əslində Paşinyanın qələbəsi Ermənistanın özü üçün də strateji baxımdan əhəmiyyətlidir. Çünki Paşinyan Azərbaycanla razılaşdırılan aktları yerinə yetirməklə, Rusiyadan şəxsən özünə olan təzyiqi azaldacaq, Türkiyə ilə isə dövlətinin münasibətlərini yaxşılaşdırmağa cəhd edəcək. Bu da Ermənistanın sosial-iqtisadi inkişafı üçün əsas stimuldur.

Digər seçki bloklarının, xüsusilə ayrı-ayrılıqda 3-4 fazilik reytinqlə Paşinyana dəstək verməsi gözlənilən “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” blokları sona qədər duruş gətirə bilsələr Paşinyan üçün seçki yaxşı bitəcək. Lakin onların Rusiyanın təkidi ilə son anda Köçəryanla da yaxınlaşması mümkündür. Bu gediş və ordunun dəstəyi Köçəryanı daha güclü və şanslı edə bilər. Belə olanda isə Ermənistanda yenidən şovinizm güclənəcək. Çünki Ermənistan nə qədər məğlub olsa da, şovinizm, dövlət və cəmiyyət olaraq işğalçılıq siyasətindən tam imtina etməyib.

Təbii ki, gücdən düşmüş, məğlub olmuş Ermənistan istər Köçəryan, istərsə də bir başqası hakimiyyətə gəlsin, heç bir halda müharibə taktikasını əl ata bilməz. Çünki ağır məğlubiyyət onlara yaxşı dərs verib. Yəni müharibə ehtimalı yoxdur. Lakin başqa formalarda mövqelərini gücləndirə bilər. Birinci üçtərəfli bəyanatın bəndlərini yerinə yetirməyə, xüsusən Zəngəzur dəhlizinin açılmasını uzada, eyni zamanda ATƏT-in lazımsız olan Minsk Qrupunun fəallaşmasına təkan verə bilər. İkincisi isə atəşkəsin pozulması, Azərbaycanın əsəblərinin tarıma çəkilməsi üçün müxtəlif addımlar gözləniləndir. Kəlbəcər istiqamətindən atəş səslərinin gəlməsi də bunu göstərir. Bütün bu təxribartlarla ATƏT-in Minsk Qrupunu diriltmək, ardınca Lavrovun da artıq dövriyyəyə buraxdığı status məsələsini gündəmə gətirmək istəyəcəklər. Azərbaycan tərəfi buna hazır olmalıdır.

Bizim üçün Qarabağ münaqişəsi bitib. Lakin Rusiya və Ermənistandakı şovinist qüvvələr üçün inteqrasiya və birgəyaşayışdan çox problemin davam etməsi maraqlıdır. Biz isə birgəyaşayış və inteqrasiya məsələsi ilə nəzarətin hüquqi cəhətdən tam əlimizə keçməsinə çalışmalıyıq”.

Qadına zəng gəlib - Ərini girov götürmüşükHökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əri Qədir adlı şəxsin evdən getməsini, saat 20 radələrində ona zəng edərkən telefona cavab verən naməlum şəxsin ərinin 3700 manat pul borcunun olmasını və pulu qaytarmayana kimi onu buraxmayacaqlarını deyib.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, araşdırmalarla Xırdalan şəhər sakini M.Məmmədovun, Gəncə şəhər sakini E.Şirinzadənin və digər bir nəfərin Qədiri zorla avtomobilə mindirib Xətai rayonu ərazisindəki mənzillərdən birinə apararaq orada döymələri, habelə həyat yoldaşına zəng edərək 5000 manat pul tələb etmələri müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Şirinzadə və M.Məmmədov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Nəcməddin Sadıqov evində gizli qəbullar keçirir? - Özü danışdıBir neçə gündür sosial şəbəkələrdə və bir sıra xəbər portallarında Azərbaycan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun evində gizli qəbullar keçirməsi ilə bağlı xəbərlər yayılır. Bu iddia cəmiyyətdə ciddi rezonans doğurub.

Avrasiya.net xəbər verir ki, genaral-polkovnik Manşet.az-a açıqlamsında yayılan xəbərlərin yalan olduğunu bildirib:

“Bu iddilar yalandır, cəfəngiyatdır. Belə xəbərlər hardandır? Sadəcə gülməlidir. Təbii ki, belə şey ola bilməz".