Siyavuş Novruzov müharibə veteranlarının müavinətini 130 manata qaldırmağa ÇAĞIRDI“Çernobılda 8000 nəfər iştirak edib, onlardan 5000-ə yaxın əlil olan var. Birinci Qarabağ müharibəsində 80 min nəfər iştirak edib, 15 min əlil var”.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, ümumilikdə götürəndə bu kateqoriya əlillərin sayı 21 minə qədərdir:

“İkinci Qarabağ müharibəsi ilə bağlı statistika hələ hazır deyil. Əlillər arasında fərq qoyulmasına qarşıyam. Amma bu cür həssas təbəqəni incitmək, onların yenidən yoxlamadan keçirilməsi bu insanlara təsir edir”.
S.Novruzov əlillərin sayına görə ölkələr arasında müqayisə aparılmasına qarşı olduğunu da qeyd edib:

“Bəzi ölkələrdə heç müharibə olmayıb, müharibədə iştirak edənləri yoxdur. Azərbaycanda isə əlillərin bir qismi müharibə əlilləridir”.
Siyavuş Novruzov müharibə veteranlarının kommunal xərcləri üçün ayrılan vəsaitin artırılmasını təklif edib:

“Hazırda müharibə veteranlarına kommunal xərclərin ödənilməsi ilə bağlı 80 manat müavinət verilir. Hər bir veteran bundan fəxarət hissi keçirir. Ancaq ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb. Ona görə təklif edirəm ki, müharibə veteranları üçün ayrılan kommunal xərclər 130 manata çatdırılsın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının qarşılanmasına nail ola bilərik”.
Azərbaycanda pensiya yaşının aşağı salınması təklif edilir“Azərbaycanda orta ömür çox aşağıdır. Ona görə də pensiya yaşını aşağı salmaq lazımdır”.

Avrasiya.net-in xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Mən keçən iclas zamanı bir neçə məsələyə toxundum. Amma təəssüflər olsun ki, suallarıma cavab ala bilmədim. İndi vətəndaş II, III qrup pensiya almaq üçün orqanizminin neçə faizini itirməlidir? Buna cavab verilsin. Deputatlar bu qanuna səs verəcəklər. Sonra gedəcəklər öz seçicilərinin yanına. Seçiciləri də deyəcək ki, siz nəyə səs vermisiniz? Ona görə də müvafiq nazirlik bu faizlərə aydınlıq gətirməlidir. Mən bu məsələlərə aydınlıq gətirilmədən bu qanunun lehinə səs verə bilmərəm”, - deputat vurğulayıb.
II Qareginin bu addımı pislənməlidir - Deputat“Erməni katolikosu II Qaregin erməni hərbçilərini Azərbaycan xalqına qarşı döyüşməyə çağırıb”.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat deyib ki, katolikosun belə çıxışı erməni kilsəsinin sülh istəmədiyini, xalqı müharibə və təxribatlara istiqamətləndirməyə çalışdığını göstərir: “Azərbaycan multikulturalizm mərkəzidir. Ermənistanda isə vəziyyət tamam fərqlidir. Erməni kilsəsinin bu fəaliyyəti dünyadakı dini mərkəzlər tərəfindən də pislənməlidir. Din xadiminin bir xalqa qarşı düşmənçiliyi təbliğ etməsi, Azərbaycan xalqının qətlə yetirilməsinə sevindiyini göstərməsi yolverilməzdir. Beynəlxalq təşkilatlardan gözlədiyimiz kimi, beynəlxalq dini təşkilatlardan da erməni din xadiminin bu səfərini pisləməyi tələb edirik. Çünki bu addımlar pislənmədikdə ermənilər yeni iddialarla çıxış edirlər”.
96 nəfərə saxta tibbi arayış verildi: cinayət işi açıldıCOVİD-19 testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi başlanıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumat verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılıb.

Prokurorluqda aparılan araşdırma zamanı müəyyən edilib ki, “ƏSR” və Arkan Tour MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 96 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə “Oxygen” və “Leyla Medical Center” klinikalarının məlumatı olmadan həmin tibb müəssisələrinin adından tərtib edilən neqativ test nəticələri ilə bağlı saxta sənədlərin əldə edilməsinə və həmin saxta sənədlərin sərnişinlərə müəyyən məbləğdə pul vəsaiti müqabilində təqdim edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilənlərlə bağlı fakta görə “ƏSR” və Arkan Tour MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.
Eyvazov DYP rəisini işdən çıxardıQaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov tutduğu vəzifədən azad olunub.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Rafiq Məmmədov Qaradağ rayon DYP-nin rəisi təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Suraxanı DYP-nin rəisi vəzifəsində çalışıb.
MM sədri: Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir“Bir neçə gündən sonra xalqımız Qurtuluş gününü qeyd edəcək. 1993-cü ilin iyunun 15-də Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması ölkəmizi uçurumun bir addımlığından geri qaytardı”.

Avrasiya.net-in xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin siyasi fəaliyyəti xalqa hər cür xidmət etmək nümunəsidir:

“Müasir Azərbayacan Respublikası Heydər Əliyev dühasının məhsuludur. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əzəli və tarixi torpaqlarımız olan Qarabağın qaytarılması Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir”.
Mehriban Əliyeva İşeinin vəfatı ilə bağlı paylaşım etdiBirinci vitse-prezident Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfat etməsilə bağlı paylaşım edib.

Avrasiya.net xəbər verir ki, M.Əliyeva bu barədə rəsmi İnstaqram səhifəsində yazıb.

“Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!”, - Birinci vitse-prezident bildirib.
DOSTLAR UNUDULMURGəncədə bir şair-alim tanıyırdım – Rübail. İlk tanış olduğum Sədnik müəllimdi. O, sonralar məni Rübaillə tanış etmişdi. Adətiydi, həmişə Sədnik müəllimlə görüşəndə mənə deyirdi:
– Sən bu İmam Hüseyn şəhərinə niyə az-az gəlirsən? Bu təmiz hava, su səni buralara çəkmirmi? Mer-meyvəsi əla, göyərtiləri dadlı, xörəklərinin dadı-tamı bir ayrı...
– Əlbəttə, mən də Gəncəni çox sevirəm, amma buraya işim düşəndə gəlirəm.
Bir dəfə yenə Gəncəyə gedəndə Sədnik müəllimlə rastlaşdım, şair dostum Rübail də yanımdaydı. Görüşdük, amma Sədnik müəllim haraya tələsirdi deyə bizimlə sağollaşdı:
– Bağışlayın, tələsirəm. Amma yaxşı oldu, siz söhbətinizi eləyin.
Şair dostum mənə yaxınlıqdakı parkı göstərdi:
– Gəl burda əyləşək. Görüşdüyümüz yaxşı oldu.
Ötəndən-keçəndən söz saldıq, söhbət gəlib Gəncə çinarının üstə çatanda dostumun gözləri parladı:
– Demək, sən də Gəncəni, onun çinarlarını sevirsən?
– Bəli, mən Gəncəni çox sevirəm. Bu qədim şəhər Nizamini, Məhsətini yetirib.
– Məhsəti haqqında nə deyə bilərsən?
– Böyük şairdi. Onun rübailərinin vurğunuyam. Səhv etmirəmsə Nigar Rəfibəyli tərcümə edib. Bu balaca kitabçanı çox vaxt çantada gəzdirmişəm. Nigar Rəfibəyli də çox sevdiyim şairlərdəndi.
Gördüm şair dostum güıümsünür. Mən söhbətimi davam etdirdim:
– Məhsətinin xeyli rübailərini əzbərdən bilirəm. Hə, onun bu rübaisini daha çox sevirəm:

İstədim Əcəmdən məktub göndərəm,
Qəlbim qan ağladı, boğdu məni qəm.
Qəlbimin qanıyla yazdım məktubu,
Həm məktub ağladı, həm mən, həm qələm.

Sənin də rübailərin gözəldi.
– Yadında qalanı varmı?
– Var.

Uçan quşa bənzər Azərbaycanım,
Ürəyi Gəncədir, nə üçün danım.
Bir qanad Məhsəti, biri Nizami –
Biri ürəyimdi, o biri canım.


Rübai şairin öz alın təri,
Kəpəzdən qoparıb mirvariləri.
Göygölə batırıb, çinarla yazıb,
Deyirlər Məhsəti mirvariləri.

Bir ocaq qaladıq, sacı özündən,
Bir yumaq doladıq, tacı özündən.
Günlər gəlib keçdi ağlı-qaralı,
Şirini özündən, acı özündən.

Dostum rübailərini eşidincə maraqlandı:
– Sənə mən “Rübailər” kitabından vermişəmmi?
– Yox, verməmisən.
– Sədnik düz deyir, sən buraya az-az gəlirsən. Bəs onda bu rübailəri hardan öyrənmisən?
– Dostların birindən kitabını bir-iki gün alıb vərəqlədim.
– Belə de. Sən də gələndə həmiə atüstü görüşürük. Bir dəfə də evə getsəydik, uşaqları da tanısyadın...
– İnşallah, bir gün bunu da eləyərik. Yalan nə deyim, elə Sədnik müəllimlə də belə görüşürəm.
...Şair dostumla az-az görüşsəm də onun mülayim xasiyyəti, şirin söhbəti, böyük Gəncə məhəbbəti həmişə məni cəlb edirdi. Həmişə Gəncəyə gedəndə Rübaili görməyə can atar, onunla görüşəndə çox sevinərdim. Şairin könül dünyası zəngindi, söhbəti şirindi. Əlbəttə, şair dostumla bağlı xatirələrim çoxdu. Xatırladım ki, şair dostumun, yəni Abdullayev Rübail Nəcəf oğlunun mayın iyirmi biri ad günüdür. Bəli, dostum yaşasaydı 81 yaşı tamam olacaqdı. Burda nənəm Xəstə Zərnişanın bir bayatısı yadıma düşür:

Bacının bacı dərdi,
Yoxdu əlacı, dərdi.
Keçdi şirin söhbətimiz,
Qaldı bir acı dərdi.

Bəli, dostlar unudulmur, xatırlanır.

Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

Bu dondurma saxtadır: ekspert xəbərdarlıq etdiDondurmalarla bağlı problemlər əmtəə bazarında hələ də qalmaqdadır.

Bu sözləri Axar.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əmtəə bazarında satılan keyfiyyətsiz dondurmalar barədə danışarkən deyib.

O bildirib ki, dondurmalarla bağlı vətəndaşların müraciəti artıb:

“Əhali bilməlidir ki, dondurmalar süd məhsuludur. Yağlılığı qaldırmaq üçün onun tərkibinə yalnız kərə yağı qatılmalıdır. Təəssüf ki, dondurmanı yeyərkən dil üzərində acılıq meydana gəlir. Bu, o deməkdir ki, dondurmanın tərkibinə bitki yağları qarışdırılıb. Azad İstehlakçılar Birliyinin ABŞ-ın İnkişaf Agentliyinin 2011-ci ildə həyata keçirtdiyi layihəyə qoşulması ilə ölkəmizdə qida təhlüksizliyi nişanı təsis olunub. Bu təhlükəsizlik nişanı Azərbaycanda yalnız “Cavad LTD” şirkətinin istehsal etdiyi “İceland” dondurmalarına şamil olunub. Ölkəmizdə saxta dondurmalar da istehsal olunur. “Areqo” dondurması xarici ölkənin mal nişanını mənimsəməklə istehsal olunur”.

E.Hüseynov qeyd edib ki, istehlakçılar narazı qaldıqları hüquqi və fiziki şəxslər barədə “1003” qaynar xəttinə zəng edib Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər.