“Vüqar Səfərli işi”: komendant da saxlanıldıJurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.

Avrasiya.net xəbər verir ki, B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat təsdiqlənib.

Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Türkiyə donanması yunanları təşvişə saldıTürkiyə donanmasının sürətlə inkişaf etməsi Yunanıstanda narahatlıq yaradıb.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın “SL Press” saytı məlumat yayıb.

Saty yazır ki, yunanlar türk gəmilərinin imkan, qabiliyyət və texnoloji yeniliklərindən narahatdır.

“Yunanıstandan fərqli olaraq, Türkiyə gəmi sektorunda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edib. Rəsmi Ankara müasir və güclü donanma ilə Şərqi Aralıqdakı silahlı qüvvələrinə güc qatacaq”, – deyə məqalədə bildirilir.
Şəmkirdə işçisini döyən vəzifəli şəxs tutulduBaş Prokurluq Şəmkirdə məmurun həbsi xəbərinə aydınlıq gətirib.

Baş Prokurorluqdan Avrasiya.net-ə bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V.Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon Prokurorluğunda araşdırma aparılıb:

"Aşdırmalarla V.Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A.Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. V. Vəliyev şübhəli şəxs qismində tutulub".
Aleksandr Ata Birinci Fəxri xiyabanda torpağa tapşırılacaqAleksandr Gennadyeviç İşeinin (Aleksandr Ata)
Tanınmış din xadimi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr Gennadyeviç İşeinin (Aleksandr Ata) dəfn olunacağı yer müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Belə ki, mərhum Aleksandr İşeinlə iyunun 13-də vida mərasimi keçiriləcək və vida mərasimindən sonra o, dəfn ediləcək.

Qeyd edək ki, Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, Aleksandr İşein 1952-ci il iyunun 13-də Rusiyanın Yaroslavl şəhərində anadan olub. Moskva Ruhani Seminariyasını bitirdikdən sonra o, uzun müddət Şimali Qafqazda din xadimi kimi fəaliyyət göstərib.

1992-ci ildən Azərbaycanda dini fəaliyyətini davam etdirən Aleksandr İşein 1995-ci ildə ölkəmizdəki pravoslav prixodlarının rəhbəri vəzifəsinə təyin olunub, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə 1998-ci ildə Bakı və Xəzəryanı Yeparxiyanın, 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu seçilib, daha sonra arxiyepiskop dini rütbəsinə layiq görülüb.

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Saxta əlilliyin ləğvi prosesində haqlar tapdalanır – Millət vəkiliƏlillik haqqında qanuna dəyişikliklər ilk baxışda forma dəyişikliyi kimi görünsə də, bu, model dəyişiliyidir. Burada göstərilən 31-60 faiz heç də üçüncü, 61-80 faiz ikinci, 81-100 faiz üçüncü dərəcə əlilliyə müvafiq deyil. Biz daha çox tibbi xarakter daşıyan modeldən sosial xarakter daşıyan modelə yönəlməliyik.

Avrasiya.net xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Əli Mənsimli parlamentin bugünkü iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, əlilliyi olan şəxslərin müdafiəsi üçün qanundakı işləməyən maddələri hərəkətə gətirmək istiqamətində addımlar atılmalıdır:

“Əlillərin işlə təmin edilməsi, xüsusilə şəhid ailələri və qazilərin məsələsi istiqamətində addım atılmalıdır. Saxta əlilliklə bağlı rəqəmlərin müxtəlif olması göstərir ki, nazirliyin özündə bu haqda konkret təsəvvür yoxdur. Saxta əlilliyi alanla saxta əlilliyi verən arasında uyğunsuzluq olması həmin maddənin də işləmədiyi anlamına gəlir. Saxta əlilliklər ləğv olunan zaman əlilliyə haqqı olan xeyli insanın haqqı tapdanıb. Bəzi ailələrdə əlillik müavinətindən başqa heç bir gəlir yoxdur. Bunun cavabını kim verəcək? Bu məsələni həll etmək üçün qanunda bir maddə var ki, ona istinad edə bilərik. Qanunun monitorinqlərə aid maddəsi işləsə, ictimaiyyətin iştirakı hansı tərəfin haqlı, hansının haqsız olması istiqamətində ciddi işlər görülə bilər. İndi fəaliyyətdə olan əlillik sisteminin maliyyə tutumu nə qədərdir, qəbul olunandan sonra nə qədər olacaq - rəqəmlər obyektiv verilsə, suallara aydınlıq gətiriləcək. Haqları pozulmuş insanlara kompensasiya verilərsə, məsələ həllini tapar”.
Paşinyan seçkidən sonra onu prezident seçdirəcəkNikol Paşinyan Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyana prezident vəzifəsini verəcəyini vəd edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

Paşinyanın Dəmirçiyanın qarşısına yalnız onun opponentlərinə qoşulmamaq şərtini qoyduğu bildirilib.

Paşinyanın Dəmirçiyanı Mülki Müqavilə Partiyasının seçki siyahısına daxil etmək üçün razı sala bilmədiyi də iddia edilib:

“O, Dəmirçiyandan radikal müxalifəti, xüsusilə Robert Köçəryanı tənqid etməsini xahiş edib. Şayiələr gəzir ki, Dəmirçiyan, əvvəlki seçkilərdə olduğu kimi, Ermənistan Milli Konqresi Partiyasının siyahısında yer almayacaq. Görünən odur ki, Dəmirçiyan Ter-Petrosyanın yerinə Paşinyanın vədinə ciddi yanaşıb və prezident olmaq təklifini qəbul edib”.
Dünyada məşhur 31 yaşlı “İNTER-SEVER”Bir qərinəyə yaxın ömür sürmüş, dünyanın bir çox ölkələrində öfislərini açmış, müxtəlif dövlətlərə maliyyə sərmayələri qoyumuş və iqtisadi yatırımlar etmiş “İNTER-SEVER” Şirkətlər Qrupu 1990-cı il 13 iyun tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaradılmışdır.

Şirkətin yarandığı illərin çətin iqtisadi və siyasi dövr, təlatümlü illər olduğu məlumdur. Buna baxmayaraq uğurlu yol keçmiş “İNTER-SEVER” Şirkətlər Qrupu bu gün artıq beynəlxalq aləmdə tanınır və dünyanın aparıcı şirkətlər qruplarından biridir.

Biznes mühitində özünə nüfuz qazanmış “İNTER-SEVER” Şirkətlər Qrupu bu gün iqtisadiyyatın müxtəlif sahələrində biznes layihələrinin həyata keçirilməsində və idarə edilməsində əhəmiyyətli rol oynayır və əsaslı paya malikdir.

İ”NTER-SEVER” Şirkətlər Qrupu bu günə qədər həmçinin dünyanın bir çox ölkələrində müxtəlif sahələrə dair sosial iqtisadi layihələrin təşəbbüskarı və təşkilatçısı olmuşdur. İ”NTER-SEVER” Şirkətlər Qrupunun nəzdində yaradılmış mədəniyyət fondları vasitəsi ilə diaspora, mədəniyyət, ekologiya, idman, təhsil, səhiyyə və digər sahələrdə xeyriyyəçilik fəaliyyəti göstərilmiş, maddi və mənəvi dəstək aksiyaları həyata keçirilmişdir. “İNTER-SEVER” Şirkətlər Qrupunun sadalan sahələrdə göstərdiyi fəaliyyətlər bir çox hökumət və qeyri-hökumət təşkilatları tərəfindən fəxri diplom və təşəkkürnamələrə layiq görülmüşdür.

“İNTER-SEVER” Şirkətlər Qrupunun prezidenti məşhur iş adamı, ictimai-siyasi xadim, xeyriyyəçi Fizuli Məmmədov dünyanın harasında yaşamasından asılı olmayaraq ürəyi həmişə vətəni Azərbaycanla döyünür. Özünün vətənpərvərlik hissləri ilə vətəninin və xalqının xoşbəxtliyi, firəvanlığı naminə işlər görməyə çalışır, bu istiqamətdə uğurlu və təqdirəlayiq fəaliyyətini davam etdirir.

“İNTER-SEVER” Şirkətlər Qrupunun prezidenti Fizuli Məmmədovun xeyriyyəçilik fəaliyyəti onun həyatının aparıcı və ayrılmaz hissəsidir. Xeyriyyəçilik sahəsində Fizuli Məmmədovun həyata keçirdiyi çoxsaylı və çoxşaxəli əməlləri sadalamaqla bitməz.

Bu gün “İNTER-SEVER” Şirkətlər Qrupunun törəmə müəssisələri yalnız Rusiyada deyil, eyni zamanda Avropanın bir sıra ölkələrində, o sıradan İtaliyada, Türkiyədə, Qazaxıstanda və digər ölkələrdə fəaliyyətdədir. Bu yaxınlarda “İNTER-SEVER” Şirkətlər Qrupu Azərbaycan ofisini də yaratmağı planlaşdırır. Əminik ki, gələcəkdə Sizin şirkətlər qrupunuz tarixi vətəninizdə iş dünyasının genişlənməsinə, parallel olaraq iqtisadiyyatın güclənməsinə böyük töhfələr verəcək.

Avrasiya.net “İNTER-SEVER” Şirkətlər Qrupuna çoxşaxəli səmərəli fəaliyyətində uğurlar diləyir. Arzu edirik ki, “İNTER-SEVER” Şirkətlər Qrupu özünün bir qərinəlik ömür payını əsrlərlə əvəzləsin, yeni-yeni iqtisadi uğurlara, dünya iqtisadi sistemində və biznes mühitində layiqli zirvələrə ucalsın.
Biz bu layihəyə niyə səs verək?“Deputatların hamısı əlillik haqqında qanun layihəsini tənqid edir, sonda isə deyirlər ki, çox mütərəqi layihədir”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Aqil Abbas deyib. O layihəyə səs verməyəcəyini söyləyib:

“Birinci Qarabağ savaşının veteranları 28 ildir veteran kağızı ala bilmir. Vətən müharibəsi 7 aydır bitib, iştirakçılar elə bir deputat yoxdur ki, əlində sənədlə onun qapısını döyməsinlər. Buna niyə baxılmır?

Əlilliyin təyin olunması ilə bağlı mütəxəssislər var, dəvət edilsinlər. Layihəyə bir də baxsınlar”.

Deputat pensiya yaşının yüksək olması ilə əlaqədar narazılığa da toxunub:
“Pensiya məsələsi ilk dəfə İngiltərədə tətbiq edilib və 65 yaş müəyyən edilib. Bunu lağa qoyurdular ki, “ölü pensiyası”dır. İndi lağ elədiyimiz özümüzə qayıdır.

Mən səs verməyəcəm. Biz bu layihəyə niyə səs verək? Bu qədər tənqid edilirsə, otursunlar yenidən işləsinlər”.
Həbsdə olan partiya sədri apellyasiya şikayəti veribTəhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluqda ittiham olunan Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un xəbərinə görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə araşdırılır.

Məhkəmənin ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti iclas iyunun 22-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Müslümov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə İran vətəndaşı Xorəzmi Əlirza Qurban və Babayev İsaxan Teymur oğlu zərərçəkmiş qismində tanınır.

İ.Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.

İttihama görə, o, 2013-cü ildə A.Müslümova 100 min manat pul verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyi vədi verib. Lakin A.Müslümov pulu alsa da, vədinə əməl etməyib. Daha sonra İ.Babayev işdən çıxarılıb.