Polis yas mərasimi keçirən vətəndaşı döyüb? - AçıqlamaŞəmkirdə keçirilən yas mərasiminin qarşısı alınarkən polis əməkdaşının rayon sakinini döyməsi ilə bağlı iddialar yayılıb.

Avrasiya.net xəbər verir ki, DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.az-a sosial şəbəkələrdə Şəmkir rayon Dəllər-Cəyir kənd sakini Məmməd Hüseynovun Şəmkir RPŞ-nin əməkdaşları barədə paylaşdığı iddiaların həqiqəti əks etdirmədiyini və böhtan xarakterli olduğunu bildirib.

“Məlumat üçün qeyd edim ki, iyun ayının 3-də Şəmkir RPŞ-yə rayonun Dəllər-Cəyir kəndi ərazisində karantin qaydalarına zidd olaraq yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə gələrək 30-40 nəfərdən ibarət şəxsin fərdi yaşayış evinin həyətində toplaşaraq yas mərasimi keçirməsini aşkar edib. Həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaq, ölkə ərazisində tətbiq olunan karantin rejimi qaydaları barədə məlumat verilib.

Lakin buna baxmayaraq mərasimi təşkil edən Dəllər-Cəyir kənd sakinləri - M.Hüseynov və S.Rüstəmova polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yas mərasiminin dayandırılmasına etiraz ediblər.

Nəticədə həmin şəxslər Polis Şöbəsinə dəvət olunublar. Şöbə rəhbərliyi tərəfindən onlarla bir daha profilaktiki söhbətlər aparılıb.

Daha sonra S. Rüstəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Məmməd Hüseynov barəsində isə toplanan material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində müvafiq tədbir görülüb.

Əfsuslar olsun ki, adıçəkilən şəxslər həqiqətə uyğun olmayan, polis əməkdaşlarından qisas almaq məqsədi ilə qərəzli iddialar səsləndirirlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, ölkədə elan olunan karantin rejiminə görə yas mərasiminin təşkil edilməsi qadağandır.
Abid Şərifovun xanımını məhkəməyə verdilərBaş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifova məhkəməyə verilib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, S.Şərifovaya qarşı Bulaq-2 MTK-dakı bir neçə mənzillə bağlı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.

Belə ki, bu mənzillər Abid Şərifova vəzifədə olduğu dövrdə pay verilib. Həmin mənzillər ayrı-ayrı şəxslərə satılıb. Hazırda o evlərdə Sədaqət Abbas qızı Kazımova, Mahirə Mehman qızı Məmmədova, Elvin Əkrəm oğlu Hidayətli yaşayırlar.

S.Şərifova məhkəmədə iddia qaldırıb ki, həmin şəxslər evdən çıxarılsın. Onlar isə sənədlərinin düzgün olduğunu əsas göstərərək evdən çıxmayacaqlarını bildiriblər və onlar da S.Şərifovanı məhkəməyə veriblər.

İşə 21 iyun saat 14:30-da Binəqədi rayon məhkəməsində hakim Fuad Abdıyevin sədrliyi ilə baxılacaq.
Bir qrup jurnalistə “Beynəlxalq media vəsiqəsi” verildiAzərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) təqdim edilib. Təqdimat BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) tərəfindən təşkil edilib.

JuHİ-dən Avrasiya.net-ə bildirilib ki, 2021-cu ilin birinci yarısı üzrə “Beynəlxalq media vəsiqəsi” jurnalistlər Məğrur Əliyev (Əli Polad), Ümidə Həsənova, Cəsarət Hüseynzadə, Əminə Yusifqızı, Fuad Babayev, Emin Həsənov və Anar Yusifzadəyə verilib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, BJF təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. Həmçinin, beynəlxalq təşkilatlarda akkreditasiya oluna bilir.

“Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir, bu yöndə beynəlxalq kampaniyalar təşkil edir”, - deyə Müşfiq Ələsgərli bildirib.

JuHİ sədri qeyd edib ki, BJF-nin risqli durumlarla üzləşən vəsiqə sahiblərinə göstərdiyi yardıma risq yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir: “Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risqlərdən yayınmaq üçün istiqamət verir”.
Deputat Əmək və Əhalinin Soasial Müdafiəsi Nazirliyinin qurumlarından ŞİKAYƏTLƏNDİ"Saxta və düzgün təyin edilməyən əlilliklər günümüzün aktual problemlərindən biridir. Seçici müraciətlərinin böyük əksəriyyətində də bu problem qeyd edilir".

Milli Məclisin deputatı Jalə Əhmədova Modern.az-a açıqlamasında bildirib ki, əlillik, məşğulluq, pensiyaların təyinatı sahəsində bir sıra problemlərin olduğu hamımıza məlumdur:

"Saxta və düzgün təyin edilməyən əlilliklər günümüzün aktual problemlərindən biridir. Seçici müraciətlərinin böyük əksəriyyətində də bu problem qeyd edilir, Dövlət Sosial Müdafiə Fondundan dəfələrlə imtina cavabı aldıqlarını bildirir, bu qurumun fəaliyyətindən şikayətlənirlər. Birinci Qarabağ müharibəsində iştirak etmiş şəxslərin əlilliklə bağlı illərdir ki, dövlət tərəfindən ödənilən təqaüdləri dayandırılıb. Əlilliyin müəyyən edilməsi üçün yenidən müayinədən keçmələri tələb olunan bu kateqoriya insanların bəzilərinin ağır yataq xəstələri olduğunu və sağlamlıqlarının buna imkan vermədiyini qeyd etmək istəyirəm. Yaxşı olardı ki, həmin şəxslərin əlilliklə bağlı yenidən müayinə edilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasının üzvlərindən ibarət səyyar komissiya təşkil olunsun, müayinələr vətəndaşın evində aparılsın. Habelə DSMF-nin regionlardakı filiallarının fəaliyyətinə nəzarət gücləndirilsin.

Seçicilərimi narahat edən digər məsələ, iş problemidir. Regionlarda vətəndaşların illərlə rayon Məşğulluq Mərkəzlərinə ayaq döyməsi və müraciətlərinə “gedin, iş olanda deyəcəyik” kimi cavablar verilməsi insanların haqlı narazılığına səbəb olur. Yəni 6-8 ildir ki, iş üçün qeydiyyata alınmış vətəndaşların bu günə kimi işlə təmin edilməməsi, ümumiyyətlə nə fəhlə, nə də ali təhsilli insanlara iş olmaması nə dərəcədə düzgündür?! Çıxış yolu olaraq rayonlarda fəaliyyət göstərən, istər özəl, istərsə də dövlət sektorundakı bütün müəssisə və təşkilatların təklif etdikləri vakansiyaların Məşğulluq Mərkəzlərinə verilməsini və Məşğulluq Mərkəzləri üzərində ciddi nəzarət mexanizminin tətbiq olunmasını təklif edərdim.

İşsizlik problemi yaradan səbəblərdən biri də, pensiya yaşına çatmış və pensiya hüququ almış şəxslərin hələ də nəyinsə müqabilində işdə saxlanılmasıdır ki, bu da ali təhsilli gənclərin işsiz qalması deməkdir.

Vətəndaşları narahat edən digər məsələ, güzəştli şərtlərlə pensiya təyinatıdır. Vətəndaş şikayətində yazır ki, 30 illik iş stajının 12 il 6 ayını zərərli istehsalatda çalışıb və 60 yaşı tamam olanda pensiyaya çıxmaq üçün DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edib. Mərkəz isə, pensiya kapitalının 39.600 manat olduğunu və vətəndaşın pensiya kapitalının 31.327 manat təşkil etdiyini əsas gətirərək imtina cavabı verib. Xahiş edirəm DSMF bu məsələyə aydınlıq gətirsin - 31.327 manat sosial kapitalı olan 61 yaşlı vətəndaş 39.600 manat sosial kapitalı neçə ilə toplamalıdır? Onu da qeyd edim ki, 2020-ci il iyun ayının əvvəlində mətbuatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu kateqoriyadan olan vətəndaşlar üçün pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair yeni layihə hazırlaması və layihədə pensiya kapitalının məbləğinin 30 faizə qədər azaltması təklifi barədə məlumatlar yer almışdı.

Qeyd eymək istəyirəm ki, iyunun 8-də Milli Məclisin iclasında  müzakirəyə çıxarılmış yeni qanun layihələri, xüsusilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik barədə yeni qanun layihəsi həssas kateqoriyadan olan vətəndaşlarımıza dövlət qayğısının daha da artırılması istiqamətində atılan mühüm addımlardan biridir. Vətəndaşların mənafeyi naminə qanunlara edilmiş dəyişiklikləri və yeni qanun layihələrini müsbət dəyərləndirirəm.
“Kaspi” Əli Həsənovdan rəsmən alındı“Kaspi” qəzetinin təsisçisi dəyişib.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, artıq qəzetin təsisçisi “Qlobal” Media Qrupudur və bu, qəzetin rekvizitində də rəsmiləşib.

Qəzetin dizaynı və imkanları da genişlənib. Hələlik həftəlik çıxan qəzet yaxın günlərdə yüksək keyfiyyətlə gündəlik nəşr olunacaq. “Kaspi”nin dünyanın məşhur nəşrləri səviyyəsində təqdim olunacağı planlaşdırılıb. Qəzet hazırda tanınmış idman jurnalisti Natiq Muxtarlının baş redaktorluğu ilə işıq üzü görür.

Ancaq daxil olan məlumata görə, bu post başqa şəxsə həvalə olunacaq.

Qeyd edək ki, “Kaspi” qəzeti Prezidentin sabiq köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın təsisçiliyi ilə dərc olunurdu. Ə.Həsənov vəzifədən getdikdən sonra qəzet maddi çətinliklə üzləşmiş və fəaliyyətini dayandırmışdı.
ABŞ Çinlə texniki savaş üçün 250 milyard ayırırABŞ Senatı Çinə texniki sferada müqavimət göstərmək üçün büdcədən 250 milyard dolların ayrılması barədə qanun layihəsini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu məlumat Senatın saytında yer alıb. Qanun layihəsinin lehinə 68 senator, əleyhinə isə 32 senator səs verib.

Vəsaitin NASA və Ticarət Nazirliyinə, eyni zamanda energetik sferasında öncül texnologiyalar üçün ayrılacağı bildirilib.
Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı - VideoÖtən gün saat 18:40 radələrində 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov) küçəsi istiqamətində hərəkət edən 85 saylı marşrut xətti üzrə hərəkət edən 99 JS 787 dövlət qeydiyyat nişanlı "İsuzu Citiport" markalı avtobusda sərnişinlərdən biri tərəfindən insident törədilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, avtobusun Ziya Bünyadov prospekti 7A ünvanındakı dayanacaqda dayanmasından sonra orta və ya arxa qapıdan deyil, təkidlə ön qapıdan enən sərnişin daha sonra geri qayıdaraq nəqliyyat vasitəsinin ön şüşəsini yumruqla zərbə endirərək sındırıb.

Törədilmiş əməllə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Vüsal Hüseynovdan ölkəyə giriş-çıxış edəcək xaricilərlə bağlı AÇIQLAMASabahdan Türkiyə və Rusiya vətəndaşları hava yolu ilə ölkəyə giriş-çıxış edə biləcəklər.

Avrasiya.net xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bu haqda məlumat yayıb. V. Hüseynov səyahət edəcək şəxslərə lazım olan sənədlərin siyahısını açıqlayıb:

“Bu halda yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportu (tam peyvənd olunmasını və ya sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsi, yaşı 18-dən aşağı olan şəxslərdən isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi tələb olunur.

Quru yolu ilə ölkəyə giriş-çıxışa olan məhdudiyyətlər aradan qaldırılmadığı üçün müvəqqəti olma müddəti 60 gün uzadılmış (müvafiq dövlət rüsumu ödənilməklə) əcnəbilərin ölkəni tərk etməsi tələb olunmur”.
Serjdən Nikola: Sən kimsən ki, Putini qarşılamırsan?Rusiya bizim müttəfiqimizdir, əminəm ki, o, sabah da bizim müttəfiqimiz olacaq.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib. O, Rusiyanın üzərinə götürdüyü öhdəlikləri icra etdiyini bildirib.

“Biz düşünməməliyik ki, Rusiyadan əsgərlərini bura gətirməsini və qazı pulsuz tədarük etməsini tələb edə bilərik. Sanki o, buna borcludur. Belə münasibətlər ola bilməz. Əgər sən Rusiya Prezidentinə hörmətsizlik nümayiş etdirərsənsə, o, sənə cavab olaraq hörmət nümayiş etdirməyəcəksən. Sən kimsən ki, Rusiya Prezidentini hava limanında qarşılamırsan? Sən kimsən ki, hörmətsizlik nümayiş etdirirsən?” – Sərkisyan Paşinyanı nəzərdə tutaraq deyib.
Rostov azərbaycanlıları işsiz qaldı: Diaspora gözlənilməz zərbə - FOTORostov azərbaycanlıları işini itirib.

Problemlərini ictimaiyyətə çatdırmaq üçün Rusiyanın Rostov vilayətindən olan azərbaycanlıların təşəbbüs qrupu Oxu.Az-ın redaksiyasına müraciət edib.

Onların sözlərinə görə, Rostovdakı bir neçə bazar ətrafında xoşagəlməz hadisələr artıq 2 aydır davam edir.

“Hazırda bütün soydaşlarımız reyder qəsbi nəticəsində işsiz qalıb. Bazarlar bağlanır, ailəsi və bazar sahibinin özü böyük təzyiq altındadır. Bu, yalnız bazarlarda işləyən azərbaycanlılara və ruslara (bir neçə min) deyil, həm də Rostov vilayətinin Azərbaycan diasporuna böyük zərbədir. Biz, Rostov vilayətinin azərbaycanlıları, Azərbaycan cəmiyyətinin diqqətini bu problemə yönəltmək və dəstək almaq istəyirik. Axı Azərbaycanda bir çox təsərrüfat həmçinin Rostov vilayətinin bazarları üçün də işləyirdi”, - deyə redaksiyaya ünvanlanan müraciətdə deyilir.

Aprel ayının sonu və may ayının əvvəllərində “Atlant”, “Almaz”, “Klassik” və “Aksay Tərəvəz Bazarı” hüquq-mühafizə orqanlarının reydi nəticəsində bağlanıb. Həmin vaxt təxminən 3,5 min polis, OMON (Xüsusi Təyinatlı Polis Dəstəsi), “Rosqvardiya”, prokurorluq, “Rospotrebnadzor” və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bazarlarda reydlər keçirdi, miqrasiya qanunvericiliyi pozucularını (əsasən azərbaycanlılar) saxladı və bazarları qeyri-müəyyən müddətə bağladı. Bazarlara edilən basqın fırıldaqçılıqda və çirkli pulların yuyulmasında ittiham olunan Aksay rayonunun başçısı Vitali Borzenkonun, həmçinin üç sahibkar - Vadim və Eduard Babayevin, İvan Snitkonun həbsi ilə nəticələndi. Vadim və Eduard Babayevlər, eləcə də ataları Kərim əslən azərbaycanlıdırlar. Uzun illər Aksay bazarlarına nəzarət onların əlində olub, amma istintaq bunu qanunsuz hesab edir.

İş adamlarının sənədləri qaydasındadır, lakin ticarətlərinə davam etmələri qadağan olunub. Bundan başqa biznesmenlər basqınların təşkilində yerli erməni diasporun əlinin olduğunu düşünür. Üstəlik təklif olunan alternativ ticarət yerlərindən biri də Artaşes Arutyunyantsa məxsus “Don Ticarət Şirkəti”nin meydanıdır.

Aksay bazarlarının keçmiş işçiləri Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıblar və video müraciət ediblər. Məktubu bazarda işləməklə ailələrini dolandırmaq imkanı qazanan 11 mindən çox insan - azərbaycanlılar, ruslar, taciklər, özbəklər imzalayıb.