Ramiz Əzizbəyli dünyasını dəyişdiAzərbaycanın xalq artisti, kinorejissor Ramiz Əzizbəyli vəfat edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, o, bu gün 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Əzizbəyli bir müddətdir koronavirusa yoluxmuşdu. O, daha sonra infarkt keçirmişdi. Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsində müalicə olunurdu.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

Allah rəhmət eləsin!
Səbinə Əliyeva İranın ombudsmanı ilə görüş keçiribAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İranın Baş Təftiş Təşkilatının rəhbəri (Ombudsman) Həsən Dərvişyan ilə onlayn formatda görüş keçirib.

Avrasiya.net xəbər verir ki, onlayn görüşdə iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.

Görüş zamanı Ombudsman Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində basdırılan minaların səbəb olduğu insan tələfatına diqqət çəkərək bildirib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtmasında çox ciddi maneələr yaranıb. Müharibənin başa çatmasından bu günə qədər 140-dan çox insanın minaya düşdüyünü, nəticədə 27 şəxsin həyatını itirdiyini qeyd edən Ombudsman bununla bağlı müxtəlif beynəlxalq qurumlara mütəmadi olaraq müraciətlər etməsinə baxmayaraq, Ermənistanın hələ də mina xəritələrini verməkdən imtina etdiyini bildirib.

Ermənistanın beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozduğunu vurğulayan Ombudsman işğalçı dövlətin siyasi və hərbi rəhbərliyinin insanlıq eləyhinə törədilən bu cinayətlərə görə birbaşa məsuliyyət daşıdığını bildirib. Qeyd olunub ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan ərazilərdə yaşayış yerləri tamamilə viran qoyulub. Bu vəziyyət regional inkişafa mənfi təsir göstərməklə yanaşı, eyni zamanda sülhü və sabitliyi təhlükə altında qoyub. Ombudsman belə halların təkrarlanmaması üçün beynəlxalq insan hüquqları təşkilatlarının həmrəylik göstərərək mövcud vəziyyətə düzgün hüquqi qiymət verməsinin və cavabdeh şəxslərin ədalət mühakiməsinə cəlb olunması üçün lazımi səylər göstərməsinin vacibliyini vurğulayıb.

Görüşdə İran Ombudsmanı Həsən Dərvişyan qurumlar arasında ikitərəfli memorandum imzalanmasını təklif edib və Azərbaycan Ombudsmanı bu təklifi müsbət qarşılayıb. Görüş qarşılıqlı əməkdaşlığın inkişafı, habelə İslam Əməkdaşlığı Təşkilatı Ombudsmanlar Assosiasiyasının üzvləri arasında əlaqələrin genişləndirilməsi barədə müzakirə ilə davam edib.
Abel Məhərrəmov məhkəməni uduzdu - 800 min ödəyəcəkBakı Dövlət Universitetinin sabiq rektoru, AMEA üzvü Abel Məhərrəmovdan pul iddiasına qarşı məhkəmə işi üzrə qərar elan olunub. Qərara görə, BDU-nun sabiq rektoru 800 min manatdan artıq vəsaiti ödəməli olacaq.

Avrasiya.net Gununsesi.info-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində İsimxan Mirzəyev və bir neçə nəfərin iddiası üzrə keçirilən məhkəmədə Abel Məhərrəmovun işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi üzə çıxmışdı.

Belə ki, Bakı şəhəri, Süleyman Dadaşov küçəsindəki 4-mərtəbəli villa inşa etdirən Abel Məhərrəmov müqaviləyə əsasən 71 ədəd pilləkənin hazırlanması və quraşdırılmasına görə 21300 (iyirmi min üç yüz) manat (bir ədədi 300 manatdan), mansardın quraşdırılmasına görə 15000 (on beş min) manat, qapıların hazırlanması və quraşdırılmasına görə dəyəri 20000 (iyirmi min) manat, şəbəkənin (reşyotkanın) hazırlanması və quraşdırılmasına görə dəyəri 15000 (on beş min) manat; istilik sisteminin qarşısındakı alkovun (besedkanın) hazırlanması və quraşdırılmasına görə 10000 (on min) manat, sahəsi 30 kv.m olan barın quraşdırılmasına görə 9000 (doqquz min) manat (metri 300 manatdan), ümumi dəyəri 90300 (doxsan min üç yüz) manat olan işlərə görə ödəməli olduğu vəsaiti ödəməyib.

Bundan başqa rektor özünəməxsus “Mona Liza” şadlıq sarayında bar, mebel və digər işlər gördürüb. Buna görə də hesablanmış 70000 (yetmiş min) manatdan cəmi 25 min ödəyib.

Abel Məhərrəov, həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kv. m olan kitab mebeli, mətbəx mebeli də indiyə kimi ödəniş etməyib.

Sabiq rektor daha sonra Bakı şəhəri, Şərifzadə küçəsindəki “Qlobus” bağçasında materialı ustalardan olmaqla ümumi dəyəri 80000 (səksən min) manat olan işlər gördürüb.

Burada qapıların, mebelin yığılması, çarpayıların və s. hazırlanmasına görə yalnız alınmış materialın pulu – 15000 manat ödənilib. Yerdə qalan 65000 (altmış beş min) manat ödənilməyib.

Abel Məhərrəmov ona etibar edən usta briqadasına Nabranda da “atıb”.

Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15000 (on beş min) manat olan (bir ədədi 50 manatdan) 300 ədəd qapının quraşdırılması, 4000 kv.m sahədə ümumi dəyəri 160000 (yüz altmış min) manat olan (kvadrat metri 40 manatdan) üzləmə işlərinin icrası, mebellərin yığılması üzrə ümumi dəyəri 20000 (iyirmi min) manat, barların yığılması üzrə ümumi dəyəri 15000 (on beş min) manat olan işlərin icrasına görə, ödəməli olduğu 210000 (iki yüz on min) manat əvəzinə 40 ayda cəmi 24000 manat (yemək pulu) verib.

Rektor bu günə kimi isə 186000 (bir yüz səksən altı min) manat ödəməyib.

Beləliklə, bir neçə epizod üzrə Abel Məhərrəmova qarşı 800 min manatdan artıq pul iddiası irəli sürülüb.

Dünən keçirilən məhkəmədə iddia təmin olunub.
Lavrov: Zəngəzur dəhlizi Türkiyəsiz mümkün deyil10 noyabr razılaşmasının bəndlərindən biri kommunikasiyaların açılmasıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması məsələsi həmişə ATƏT-in Minsk Qrupunun gündəmində olub.

O, həmçinin bu razılaşma çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün 2021-ci ilin yanvarında keçirildiyini, kommunikasiyaların açılması problemləri ilə birbaşa məşğul olacaq baş nazir müavinləri səviyyəsində İşçi Qrup yaradıldığını xatırladıb.

Lavrovun sözlərinə görə, Türkiyə və İranın da maraqları nəzərə alınmadan bu məsələnin həlli mümkün deyil:

“Şimal-Cənub və Şərq-Qərb strateji marşrutlarının keçdiyi kritik rayonlardır. Kimi buraya cəlb edib, kimi cəlb etməməyi düşünmək lazım deyil. Uzunmüddətli perspektivdə münasibətlərin necə qurulması gərəkdiyi düşünülməlidir”.
Nikol qalib gəlməsə, İrəvanda qan su yerinə axacaqƏgər Nikol Paşinyan yenidən baş nazir vəzifəsinə seçilməsə, Ermənistanda dəhşətli vətəndaş müharibəsi başlanacaq.

Axar.az xəbər verir ki, bu barədə Vətəndaş Partiyasının həmtəsisçisi, tanınmış erməni ekspert Artur Ambartsumyan bildirib.

“Paşinyan növbədənkənar seçkilərin başqa nəticəsi ilə razılaşmayacaq və qəbul etməyəcək. Onu yalnız özünün seçiləcəyi nəticə qane edəcək. O, bu barədə bir neçə dəfə deyib. 2020-ci ildə xalq qarşısında çıxış edərkən o bəyan etdi ki, Ermənistanda vətəndaş müharibəsi olmayacaq, yalnız ona görə ki, insanlar düzgün hökumət seçəcəklər. Bir neçə gün bundan əvvəl isə Armavirdə bildirib ki, seçkilərdə öz qələbəsindən başqa hər hansı digər nəticəsini qəbul etməyəcək.

Bir sözlə, Paşinyan Ermənistan üzərində tam hakimiyyəti İlham Əliyevə belə verməyə hazır olar ki, taxt-tac onun opponentlərinə çatmasın", - deyə ekspert qeyd edib.

Ambarsumyan əminliklə bildirib ki, Nikol Paşinyan yenidən seçilməsə, o ən dəhşətli addımlara əl atacaq: “Ermənilər ermənilənin qanını İrəvan küçələrinə tökəcək”.
Ali məktəb və kolleclərə sənəd qəbulu başa çatdıAli təhsil müəssisələrinin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu başa çatıb.

Avrasiya.net Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, sənəd qəbulu bu gün saat 14:00-da yekunlaşıb.

İlkin məlumata görə, I ixtisas qrupu üzrə 28478 (Azərbaycan bölməsi 26087, rus bölməsi 2391), II ixtisas qrupu üzrə 16660 (Azərbaycan bölməsi 15044, rus bölməsi 1616), III ixtisas qrupu üzrə 20974 (Azərbaycan bölməsi 19353, rus bölməsi 1621), IV ixtisas qrupu üzrə 4995 olmaqla (Azərbaycan bölməsi 4373, rus bölməsi 622) ümumilikdə 71107 abituriyent (Azərbaycan bölməsi 64856, rus bölməsi 6250) qeydiyyatdan keçib.

V ixtisas qrupu üzrə 55762 abituriyent qeydiyyatdan keçib (Azərbaycan bölməsi 51839, rus bölməsi 3923).

11 illik təhsil bazasından kolleclərə qeydiyyatdan keçən abituriyentlərin sayı 60013 (Azərbaycan bölməsi 57028, rus bölməsi 2985) olub.

Qeyd edək ki, ali təhsilin müəssisələrinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu mayın 26-dan başlayıb. Sənəd qəbulu iyunun 8-də başa çatmalı olsa da, iyunun 9-na qədər uzadılıb.
Bakıda kanalizasiya quyusunun qapaqları oğurlandı - FOTOBakı şəhəri Binəqədi şossesi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qarşısındakı küçədə “Azərsu” ASC-yə məxsus 4 ədəd kanalizasiya baxış quyusunun və siyirtmə kamerasının qapaqları ötən gecə naməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə Avrasiya.net-ə “Azərsu” ASC-yə verilən məlumatda deyilir.

Bildirilir ki, faktla bağlı Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.

Kanalizasiya baxış quyularının və siyirtmə kameralarının qapaqlarının oğurlanması ərazidə piyadaların və nəqliyyatın hərəkətinə təhlükə yaradır. Eyni zamanda quyuların kənardan bərk məişət tullantıları ilə dolmasına və istismarının çətinləşməsinə səbəb olur.
Hüquq müdafiəçiləri Niyaz Niftiyevlə bağlı Prezidentə müraciət ediblərAzərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvləri həbsdə olan tanınmış jurnalist, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri işləmiş Niyaz Niftiyevlə bağlı Prezident İlham Əliyevə və Baş Prokurorluğa müraciət ünvanlayıblar.

Avrasiya.net “Bakupost”a istinadən xəbər verir ki, müraciəti İşçi Qrupun üzvləri-hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Dilarə Əfəndiyeva və Əvəz Həsənov imzalayıblar.

Müraciətdə Niyaz Niftiyevin fəaliyyəti barədə məlumat verilib, onun dövlət qarşısında xidmətlərindən nümunələr göstərilib. Eyni zamanda, Niyaz Niftiyevin həbsinə səbəb olan, mübahisəli görünən məqamların ədalətli araşdırılacağına inam ehtiva olunub.

Hüquq müdafiəçiləri Niyaz Niftiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə, humanist qərarın qəbul edilməsinə dəstək göstərilməsini istəyiblər.

Redaksiya qeydi: Məlumat üçün bildiririk ki, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri işləmiş Niftiyev Niyaz Məmmədəli oğlu Binəqədi qəsəbə Bələdiyyəsinin digər təmsilçiləri - Nəsibova Mətanət Hüseyn qızı və Abışov Sahib Abdulla oğlu ilə birlikdə Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilirlər. Niyaz Niftiyevlə birlikdə ittham olunan şəxslərdən biri-Mətanət Nəsibova (06 aprel 2020-ci ilədək Bələdiyyə sədri işləyib) barəsində həbslə bağlı olmayan qətimkan tədbiri, Sahib Abışovla bağlı isə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, Niyaz Niftiyev barəsində ən ağır qətimkan tədbiri seçilib.

16 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə, CM-nin 139-1.1 və 320.1-ci maddələri ilə cinayət işi başlanıb. 17 aprel 2020-ci il tarixdə Niyaz Niftiyev CM-nin 139-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və müstəntiq tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Niyaz Niftiyev itthamla razılaşmayaraq ifadəsində bildirib ki, təkcə sədr seçildiyi 7 aprel 2020-ci ildən, 14 aprel 2020-ci il tarixədək, şəxsən borclanmaya gedərək, Binəqədi qəsəbə Bələdiyyəsi adından qəsəbə sakinlərinin tibbi ləvazimatlarla təminat, məişət tullantıları ilə bağlı problemlərin həlli məqsədilə 1783 manat vəsait xərcləyib. Bu faktı təstiq edən 7 ədəd “pulun Bələdiyyədən və şəxsən Niyaz Niftiyevdən alınması haqqında” qəbz, həmçinin vəsaitin hansı sahələrə xərclədiyibarədə fotolar və videolar istintaq orqanına təqdim edilib. Yəni Niyaz Niftiyev öz hesabına 1783 manat vəsait xərclədiyi halda 214 manata tamah salması barədə ittiham edilir.

İbtidai istintaq dövründə Niyaz Niftiyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsi və həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiriylə əvəz edilməsinə dair vəsatətlə 18 aprel 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, 11 iyul 2020-ci il tarixdə isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilib, qərarlardan apellyasiya şikayətləri verilib. Bütün hallarda vəsatətlər və şikayətlər təmin edilməyib.

Bundan başqa, 19 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Niyaz Niftiyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatət təmin edilməyib.

19 fevral 2021-ci il tarixdən bu günə kimi dəfələrlə məhkəmə iclasları təyin olunsa da, müxtəlif səbəblərdən məhkəmə iclaslarının keçirilməsi baş tutmayıb.

Xatırladaq ki, daha öncə bir qrup ziyalı, jurnalist tərəfindən Niyaz Niftiyevlə bağlı ölkə başçısına müraciət olunub.

Bundan başqa, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisin iclasında Niyaz Niftiyevin 1 ildən artıq müddətdə istintaq təcridxanasında saxlanılmasına etiraz edib. Bildirib ki, Niyaz Niftiyev tanınmış jurnalist, müsbət imicli şəxsdi, məhkəmə onun indiyə kimi olan fəaliyyətini, xidmətlərini nəzərə almalıdır.
Rusiyada ermənilər arasında atışma: 2 ölüRusiyanın Soçi şəhərində silahlı insident baş verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şəhərin Adler rayonunda 2 məhkəmə pristavı vətəndaşa evinin sökülməsi barədə sənədi təqdim edən zaman güllələnib.

Ev sahibi Vartan Koçiyan əməkdaşlara atəş açıb. Hadisə nəticəsində məhkəmə pristavları Andranik Matevosyan və Albert Aqozyan ölüb.

Hadisəni törədən şəxs polisə təslim olub.
Polis yas mərasimi keçirən vətəndaşı döyüb? - AçıqlamaŞəmkirdə keçirilən yas mərasiminin qarşısı alınarkən polis əməkdaşının rayon sakinini döyməsi ilə bağlı iddialar yayılıb.

Avrasiya.net xəbər verir ki, DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.az-a sosial şəbəkələrdə Şəmkir rayon Dəllər-Cəyir kənd sakini Məmməd Hüseynovun Şəmkir RPŞ-nin əməkdaşları barədə paylaşdığı iddiaların həqiqəti əks etdirmədiyini və böhtan xarakterli olduğunu bildirib.

“Məlumat üçün qeyd edim ki, iyun ayının 3-də Şəmkir RPŞ-yə rayonun Dəllər-Cəyir kəndi ərazisində karantin qaydalarına zidd olaraq yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə gələrək 30-40 nəfərdən ibarət şəxsin fərdi yaşayış evinin həyətində toplaşaraq yas mərasimi keçirməsini aşkar edib. Həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaq, ölkə ərazisində tətbiq olunan karantin rejimi qaydaları barədə məlumat verilib.

Lakin buna baxmayaraq mərasimi təşkil edən Dəllər-Cəyir kənd sakinləri - M.Hüseynov və S.Rüstəmova polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yas mərasiminin dayandırılmasına etiraz ediblər.

Nəticədə həmin şəxslər Polis Şöbəsinə dəvət olunublar. Şöbə rəhbərliyi tərəfindən onlarla bir daha profilaktiki söhbətlər aparılıb.

Daha sonra S. Rüstəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Məmməd Hüseynov barəsində isə toplanan material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində müvafiq tədbir görülüb.

Əfsuslar olsun ki, adıçəkilən şəxslər həqiqətə uyğun olmayan, polis əməkdaşlarından qisas almaq məqsədi ilə qərəzli iddialar səsləndirirlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, ölkədə elan olunan karantin rejiminə görə yas mərasiminin təşkil edilməsi qadağandır.