Həkim-eksperti vuran şəxs gerçək QAZİDİR - Ağdərədə DÖYÜŞÜBDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı zorakılığa görə haqqında xuliqanlıq faktı üzrə cinayət işi açılan Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev barəsində yeni məlumat açıqlanıb.

"Qarabağ qaziləri" İctimai Birliyi Şamayıl Mustafayev barəsində işlədilən “saxta əlil” ifadəsinə etiraz edib.

İctimai Birliyin mətbuat katibi Rey Kərimoğlu bildirib ki, Şamayıl Mustafayev haqqında araşdırma aparıblar və məlum olub ki, o, həqiqətən Qarabağ qazisidir:

“Nə olsun ki, qolu, ayağı, gözü yerindədir. Bəyəm əlilik elə bu 3 şeyə görə verilir? Xeyr!

Mustafayev Şamayıl vaxtilə 703 saylı hərbi hissənin tərkibində Ağdərə istiqamətində döyüşüb, rabitə xidməti rəisi olub. Olduğu ərazi, qərargah düşmənin bombardımanına məruz qalıb. Onun yanında Şəhid olanlar olub! Şamayıl da ağır yaralanıb, kontuziya alıb... Hələ illər əvvəl Nəcməddin Sadıkovla dalaşıb, buna görə ordudan tərxis ediblər. 2016-cı ilin aprel döyüşlərindən sonra Müdafiə naziri Zakir Həsənovla görüşüb, öz sahəsi üzrə mütəxəsis (təlimatçı) kimi orduya qaytarılıb! Görünür səhhətində problemlər yaranıb, ona görə də bir neçə il əvvəl müraciət edib və əlillik dərəcəsi alıb. Adam döyüşüb, yaralanıb! Ona şər atmayaq!

Sahil Babyev Əmək və əhlainin sosial müdafiəsi naziri təyin olunandan sonra həqiqətən nazirıikdə ciddi şəffalıq yaradıb, xeyli yaxşı işlər görüb! Amma o da, nazirlik də nöqsansız deyil! Problemi odur ki, inandığı adamlar dediklərimizi, narazılıqlarımızı nazirə doğru-düzgün çatdırmırlar. Ya da ümumiyyətlə çatdırmırlar. Bu da ciddi fəsadlar yaradacaq! Nazirin özü ilə isə görüşə bilmirik!”.

R.Kərimoğli onu da xatırladıb ki, Şamayıl Mustafayev "Qarabağ qaziləri" İctimai Birliyinin üzvü deyil.

Xatırladaq ki, Binəqədi RPİ-nin İstintaq şöbəsində Şamayıl Mustafayevə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Şamayıl Mustafayevin aqressiv davranmasına səbəb əlillik dərcəsinin ləğv edilməsi olmuşdu. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, o, bu yaxınlaradək təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alıb.
Lakin bir neçə gün öncə ikinci dərəcə əlillik təyinatı ləğv edilib. Agentlik mətbuata açıqladığı məlumatda onun barəsində saxta “müharibə əlili” ifadəsi işlədib.
"Türkiyə Azərbaycanda hərbi baza yarada bilər"“Çox zaman siyasətçilərimiz, deputatlarımız, ekspertlərimiz bu mövzuda danışarkən ölkədə xarici hərbi bazanın yerləşdirilməsinin mümkünsüzlüyünü Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü ilə əlaqələndirirlər. Halbuki, bu, məsələyə birtərəfli yanaşmağın təzahürləridir”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri “Sherg.az”a açıqlamasında jurnalist,siyasi şərhçi Aqşin Kərimov söyləyib.

O, bildirib ki, Azərbaycanın 2010-cu ildə təsdiqlədiyi Hərbi Doktrinaya əsasən, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır:

“Yəni qısa desək, Azərbaycanda xarici hərbi baza yaradıla bilər. Bu arada Azərbaycanda Türkiyənin (Naxçıvanda) və İsrailin (Sitalçayda) hərbi bazalarının olması haqqında iddialar zaman-zaman səslənib, amma rəsmi təsdiqini tapmayıb. Postmüharibə dövründə də Azərbaycan üçün risklər qalmaqdadır, hərbi-siyasi mənzərədə də əsaslı dəyişiklik olub. Ona görə, düşünürəm ki, hərbi doktrinaya bir sıra dəyişikliklər edilməli, xarici hərbi bazaların yerləşdirilməsi üçün konkret hallar qeyd edilməlidir. Təsadüfi deyil ki, Hərbi Doktrinaya dəyişikliklə bağlı hakimiyyətə yaxın simalar tərəfindən də fikirlər səsləndirilib. Bizim üçün ən etibarlı ölkə isə Türkiyədir. Zənnimcə, Türkiyənin Azərbaycanda hərbi bazasının olması artıq geosiyasi maraqların və milli təhlükəsizlik üçün tələblərin diktəsidir. Postmüharibə dövründə Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da dərinləşməsində hərbi məqsədlərin konturları da görünür”.

A.Kərimov qeyd edib ki, 2021-ci il başlayandan Azərbaycanla Türkiyə hərbçiləri bir neçə ortaq təlimdə iştirak edib, yüksək vəzifəli və yüksək rütbəli zabitlərin səfərləri intensiv xarakter alıb:

“Güman etmək olar ki, Türkiyə Azərbaycanda hərbi bazanın yaradılması imkanlarını nəzərdən keçirir. İyunun 4-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasından da bu məsələlərin müzakirəsi mümkündür”.
Azərbaycanlı alimin məqaləsi Pakistanın elmi jurnalında dərc olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Azərbaycan-Pakistan münasibətləri İslam həmrəyliyi və mədəniyyətlərarası dialoq kontekstində” (Azerbaijan-Pakistan Relations in the Context of Islamic Solidarity and Intercultural Dialogue) sərlövhəli elmi məqaləsi “Pakistan Journal of Social Sciences” jurnalında dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan və Pakistan xalqları arasında əlaqələrin tarixi qədim zamanlardan müasir dövrümüzə kimi izlənib, müxtəlif imperatorluqların bir parçası olmuş bu ümumi identik mədəniyyətin milli-mənəvi dəyərləri İslam həmrəyliyi, multikulturalizm və mədəniyyətlərarası dialoq fəlsəfəsi, zəngin mədəniyyət, əxlaq ənənələri kontekstində qiymətləndirilib.

3 uşaq suda boğularaq öldü - CəlilabaddaFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Gülməmmədli kəndində 3 nəfərin ehtiyatsızlıqdan İncəçay su anbarına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, məlumat daxil olan kimi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində saat təqribən 21:40 radələrində axtarışda olanlardan biri - Yaqubov Həsən Rizvan oğlunun (16 yaş) meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Yaqubov Hüseyn Rizvan oğlunun (17 yaş) və Yaqubov Həmzə Nizami oğlunun (6 yaş) axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.
Deputatın atası ağacları qırdırıb, bağ salır - sənədlər prokurorluğa göndərildi“Mayın 25-də Xaçmazın Fərzəlioba kəndi ərazisində xüsusi mülkiyyətdə olan ərazidə kütləvi şəkildə meşə ağaclarının kəsilməsi qeydə alınıb. İlkin olaraq ziyan hesablanıb. Bunu həyata keçirən “Qərb Ekol” şirkətinə qarşı 7 min manat cərimə tətbiq olunub”.

Avrasiya.net xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saat”da nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə millət vəkili Eldəniz Səlimovun atası Adil Səlimovun Xaçmazın Fərzəlioba kəndində ağacları qırdırması iddiası ilə bağlı suallara cavab verərkən deyib.

O qeyd edib ki, bununla bağlı sənədlər Xaçmaz Rayon Prokurorluğuna göndərilib:

“Mayın 31-də bu hal davam etdiyi üçün yenidən qeydiyyat aparılıb. 25 min manat ziyan hesablanıb. Sənədlər yenidən prokurorluğa göndərilib.

İyunun 2-də o şirkət qoyulan məhdudiyyətlərə heç bir məhəl qoymadan öz əməllərinə davam etdiyi üçün 33 min 40 manat məbləğində ziyan hesablanıb və yenidən prokurorluğa təqdim edilib.

Biz hüquq-mühafizə orqanlarının araşdırmasını gözləməliyik”.

Qeyd edək ki, məsələ ilə bağlı bir neçə gün əvvəl nazirlikdən bildirilib ki, ərazidə iş aparan “Qərb Ekol” şirkəti ilə mülkiyyət sahibi Adil Səlimov adlı şəxs arasında razılaşma əldə edilib və aqrobağın salınması üçün işlərə başlanılıb. Lakin iş aparan “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılmadığı məlum olub.
Jurnalistlər binasından azyaşlı yıxılaraq öldüBakıda azyaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Avrasiya.net-in Report-a istinadən xəbərinə görə, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) baş verib.

Belə ki, 4 yaşlı uşaq evin pəncərəsindən yıxılaraq ölüb.

Məlumata görə, uşaq pəncərədəki tora söykənib. Bu zaman tor cırılıb və azyaşlı yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
Jurnalistə hörmətsizlik edən həkimlər cəzalandırıldıTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mingəçevirdə jurnalistə qarşı hörmətsizlik edən xəstəxana rəhbərliyini cəzalandırıb.

TƏBİB-dən Avrasiya.net-ə verilən məlumatda bildirilir ki, səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir:

"Jurnalist Aynur Elgünəşin Mingəçevir ŞMX-da qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, səlahiyyətli şəxslər cəzalandırılıb. Belə ki, Xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov və cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib. Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq.

Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək".
Ölkədə koronaya yoluxanların sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 387 nəfər müalicə olunaraq sağalıb, 4 947 nəfər vəfat edib, aktiv xəstə sayı 2 515 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 655, ötən müddət ərzində isə ümumilikdə 3 581 073 test aparılıb.
Azərbaycanda həkim barəsində cinayət işi açıldıBərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul etməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd edilən məlumatla əlaqədar Bərdə Rayon Prokurorluğunda yoxlama aparılmaqla toplanmış material üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq davam etdirilir.
Emmanuel Makron sillələndi - VİDEOFransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib.

Avrasiya.net bildirir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb.

Bu zaman bir kişi E.Makronun üzünə sillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər.

Mühafizəçilər E.Makronu hadisə yerindən uzaqlaşdırıblar. O, yenidən olay yerinə qaytımaq istəyib. Amma dövlət başçısının təhlükəsizlik xidməti buna icazə verməyib.

Hadisəyə görə iki nəfər saxlanılıb.