Şəkidə yeni ailə quran oğlanı sel apardı - FOTOŞəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.

Hadisə dünən axşam saatlarında Qurucana çayında baş verib. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.

Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür (report).
Mən özümü güllələyərdim - SərkisyanNikol Paşinyanın yerində olsam, özümü güllələyərdim.

Axar.az xəbər verir ki, bunu Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan Cermukdakı seçicilərlə görüşündə deyib.

"Müharibə mənim üçün ən mənfur şeydir. Heç vaxt istəməzdim ki, müharibə, hərbi əməliyyatlar olsun. Amma hərbi əməliyyatlardan qorxanlar... bu, belə nəticələrə gətirib çıxarır", - Sərqsyan bildirib.

Onun sözlərinə görə, əgər Nikol Paşinyanın bir qədər ləyaqəti olsaydı, o, intihar etməli idi:

"And içirəm ki, əgər mən Ali Baş Komandan olsaydım və belə bir vəziyyət yaransaydı, sadəcə özümü güllələyərdim. Kimə lazımdır bu сür həyat?"
Bakıda kütləvi dava: 2 kişi, 1 qadın bıçaqlandıBakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Buzovna qəsəbəsi, M.Lermontov küçəsində bir neçə nəfər arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı 45 yaşlı Elnarə Mirağa qızı Seyidova, 29 yaşlı Elnur Rəşid oğlu Məmmədov və 24 yaşlı Fikrət Qüdrət oğlu Bağırov bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara yerləşdiriliblər. Müayinə zamanı onların hər üçünün bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar aşkarlanıb.

Fakt araşdırılır.