Azərbaycan vətəndaşlarının Gürcüstana daxil olma qaydaları sadələşdirilir“Gürcüstanın quru sərhədlərini açması artıq bəzi nəticələr verib. Qonşu ölkələrdən ölkəyə turist axını artıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının Gürcüstana quru yolla daxil olma qaydalarının sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır: “Biz çox ümid edirik ki, qərar özünü çox gözlətməyəcək və azərbaycanlı dostlarımızı ənənəvi olaraq qəbul edə biləcəyik”.

N.Turnava qeyd edib ki, Ermənistan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması bərpa olunacaq: “İyunun 15-də Yerevan-Tbilisi-Batumi istiqaməti üzrə ilk qatar yola düşəcək”.


11 təşkilat Niyaz Niftiyevə görə Baş Prokurora müraciət etdiTanınmış jurnalist Niyaz Niftiyevin azadlığa buraxılması üçün Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları Baş Prokuror Kamran Əliyevə və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət ünvanlayıblar.

Avrasiya.net "Bakupost"a istinadən xəbər verir ki, müraciətdə N.Niftiyevin xidmətlərini, cəmiyyətdəki reputasiyasını, artıq 14 aydır, istintaq təcridxanasında saxlanılmasını, bundan əlavə himayəsində ağır xəstə olan anasının olduğunu, övladlarından birinin hərbidə xidmət etməsini nəzərə alaraq, onun haqqında çıxarılan həbs qətimkan tədbirinin dəyişdirilməsi xahiş olunur.

Müraciəti Elçin Şıxlı (Azərbaycan Jurnalistlər Birliyi), Umud Mirzəyev (Beynəlxalq Avrasiya Mətbuat Fondu), Arif Əliyev (“Yeni Nəsil” Jurnalistlər Birliyi), Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqı), Yadigar Məmmədli (Demokratik Jurnalistlər Liqası), Seymur Verdizadə (Jurnalist Araşdırmaları Mərkəzi), Xanoğlan Əhmədov (Media və Mülki Cəmiyyət İctimai Birliyi), Ceyhun Musaoğlu (Jurnalist Ekspert Mərkəzi), Qabil Abbasoğlu (Media İnkişaf Mərkəzi İctimai Birliyi), Ayaz Mirzəyev (Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi), Əvəz Rüstəmov ("Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyi) imzalayıb.

Qeyd edək ki, daha öncə bir qrup ziyalı, jurnalist tərəfindən Niyaz Niftiyevlə bağlı ölkə başçısına müraciət ünvanlanıb.

Bundan başqa, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisin iclasında Niyaz Niftiyevin 1 ildən artıq müddətdə istintaq təcridxanasında saxlanılmasına etiraz edib. Bildirib ki, Niyaz Niftiyev tanınmış jurnalist, müsbət imicli şəxsdi, məhkəmə onun indiyə kimi olan fəaliyyətini, xidmətlərini nəzərə almalıdır.

Xatırladaq ki, N. Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü - mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N. Niftiyev imzası var.

Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.

N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.
Yalnız ədalətli yanaşma, cinayətkarın cəzalanması nəticəsində regionda möhkəm sülh bərqərar olarƏkrəm Bəydəmirli

Mövcud reallıq Ermənistanı daha acınacaqlı duruma sürükləyir. Adı çəkilən ölkə sülhyaratma prosesinə nəinki hazır deyil, hətta gərginliyi daha da artırmaqda davam edir. Bu ölkənin Müdafiə Nazirliyi mütəmadi olaraq Azərbaycan tərəfdən atəşkəsin pozulması ilə bağlı saxta xəbərlər yayır. Gərginliyi artırmağa xidmət edən Ernənistanın Müdafiə Nazirliyinin bu addımları böyük ehtimalla dünya ictimaiyyətində həm regionla, həm də Azərbaycanla bağlı mənfi rəy formalaşdırmağa xidmət edir.

Sülh şəraitində yaşamaq düşüncəsindən çox uzaq olan qatı terrorçular Ermənistanın keçmiş prezidentləri R. Koçaryan və S. Sarkisyanın adı çəkilən ölkənin Müdaifiə Nazirliyində özlərinə yaxın yüksək çinli hərbiçilərlə sərhəd ərazilərdə təxribatlar törətməsi və dərhal Azərbaycanın əleyhinə bəyanatlar səsləndirməsi adi hala çevrilib. Regionda gedən proseslərdən və həmçinin Ermənistan cəmiyyətinin ciddi psixoloji durumundan istifadə edən həmin təxribatçı qüvvələrin məqsədi sülhə əngəl olmaqdır. İlk yayılan dezinformasiyalar bir çox hallarda erməni tərəfinin işinə yarayır. Bəzi ölkələrin rəsmiləri ermənilərin saxta təbliğatına və təxribatına uyaraq məntiqsiz bəyanatlar səsləndirirlər.


Hər zaman qeyd etdiyimiz kimi, biz informasiya cəbhəsində öz siyasətimizi daha çevik qurmalıyıq. Bütün bunlarla bərbər hüquqi müstəvidə aparılan işlərin, yəni terrorçuluqda suçu olan şəxslərin cinayət məsuliyyəti məsələsi hər zaman gündəmdə olmalıdır. Xocalı soyqırımında və azərbaycanlılara qarşı törədilən digər qətllərdə R. Koçaryan və S. Sarkisyan cütlüyünün əli olması faktlarla sübut olunub. Bəs, bu vaxta qədər bu qatillər niyə beynəlxalq məhkəmə qarşısına çıxarılmayıb?

Belə qatı cinayətkarlar Ermənistanın Azərbaycanla sülh şəraitində, dinc qonşuluq prinsipləri ilə yaşamaq imkanlarına heç zaman imkan verməzlər. Ona görə də, Azərbaycan xalqına qarşı terrorçuluqda ittiham edilən həm Koçaryan- Sarkisyan cütlüyü, həm digər yanların beynəlxalq hərbi məhkəmə qarşısına çıxarılması prosesi sürətlənməlidir.

Müşahidələr göstərir ki, işğaldan azad olunmuş ərazilərdə son dövrlər dinc azərbaycanlılara, həmçinin iki media əməkdaşına qarşı həyata keçirilmiş mina terrorunun arxasında Ermənistanın başıpozuq müdafiə nazirliyi sistemi və digər təxribatçı qüvvələrin olması şübhəsizdir. Bütün bu proseslərdə indiki baş nazir səlahiyyətlərini icra edən N. Paşinyanın nə dərəcədə əlinin olub olmamasını demək çətindədir. Çünki Ermənistanda at izi it izinə, it izi at izinə çoxdan qarışıb.


Rusiyanın xüsusi xidmət orqanları ilə sıx təmasda olduğu ehtimal edilən Koçaryan- Sarkisyan cütlüyü və onların tör-töküntüləri təxribatçı əməlləri ilə Rusiyanın sülhyaratma missiyasına zərbə vurmuş olurlar. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatını Rusiya tərəfi də imzaladığına görə, öz imzasına hörmətlə yanaşıb məsuliyyətini dərk etməlidir. Rusiya tərəfi anlamalıdır ki, çoxtərəfli siyasi gedişlərlə, oyunlarla və ermənilərə havadarlıq etməklə Cənubi Qafqazda nüfuzunu qoruyub saxlamaq, sabitliyə nail olmaq mümkün deyil. Yalnız ədalətli yanaşma, cinayətkarın cəzalanması nəticəsində regionda möhkəm sülh bərqərar olar.

Sonda mina məsələsinə yenidən toxunmaq istərdim. Ermənilərin mina terroru cavabsız qalmamalıdır. Bu vəhşi qəbilənin əməlləri, terrorçuluğa hər zaman meylli olmaları göz qabağındadır. Erməni vəhşiliyini dayandırmaq üçün Dəmir Yumruqla bərabər beynəlxalq müstəvidə sistemli, davamlı iş sürətlənməlidir. Bir daha bütün şəhidlərimizə, mina partlayışı zamanı dünyasını dəyişənlərə rəhmət diləyək. Erməni vəhşiliyini lənətləyək.

Niyə görə Ermənistan mina xəritələırini Azərbaycan tərəfinə vermir? Bu vəhşi qəbilənin məqsədi odur ki, didərgin düşmüş Azərbaycan vətəndaşları işğaldan azad olunmuş öz torpaqlarına qayıda bilməsin, çoxlu sayda dinc insan mina qurbanı olsun. Nəhayət Azərbaycan bu ərazilərdə quruculuq-bərpa işlərini apara bilməsin. Bu proseslər ləngisin. Belə məkrli planlar quran toplumla necə bigə yaşayış mümkün olar? Bu erməni xəstəliyinin ağır formasıdır. Gürcüstan, erməniyə sevgi bəsləyən İran, hətta Rusiyada bunun fərqində olmalıdır. Çünki adı çəkilən və çəkilməyən dövlətlər də belə ağır virusla üzləşə bilərlər.
Ermənistanı daha 80 min erməni tərk etdiErmənistanı hava yolu ilə bu ilin 5 ayı ərzində ərzində tərk edənlərin sayı ölkəyə gələnlərdən 78004 nəfər çox olub.

Axar.az xəbər verir ki, Ermənistanın iki hava limanından sərnişin axını təkcə may ayında 166.353 nəfər təşkil edib.

Ölkəni tərk edənlərin sayı fevral, mart və aprel aylarında daha çox olub.
Erməni komandirdən şok: 17 yük maşını mina basdırdıq - VideoErməni işğalçıları tərəfindən qoyulmuş minanın partlaması nəticəsində Kəlbəcərdə azərbaycanlı jurnalistlərin şəhid olmasından sonra, sosial şəbəkələrin erməni seqmentində erməni komandirlərindən birinin sensasiyalı açıqlaması yayılıb.

Avrasiya.net Bizim.Media-ya istinadən xəbər verir ki, Tvitterdə yerləşdirilən videoda cəsarətlə və vicdan əzabı çəkmədən hərbi cinayətlər törətdiyini etiraf edən bir “qəhrəmanı” və terrorçunu görə bilərsiniz.

Polkovnik Koryun Qumaşyan qürurla deyir:

"Mən kontingentimlə birgə Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırdıq. Minalar olduğuna görə bu ərazidə heç nə edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi bizə qaytarın və mən mina xəritəsi təqdim edəcəm”.

Bu açıqlama erməni hərbi maşınının faşist mahiyyətini bir daha sübut edir. İşğal olunmuş torpaqları qanları ilə azad edən Azərbaycan silahlı qüvvələrinin haqlı qəzəbinə müqavimət göstərmək fürsəti olmayan erməni hərbçiləri davam edən terror siyasətini gizlətmirlər.

Bunlar müharibə cinayətləri deyil, sadəcə terrorizmdir.

Dünya birliyi nəhayət vəziyyəti anlamalı və Azərbaycan torpağında terrorizmə qarşı ciddi sözünü deməlidir.
Daha bir hərbçimizin nəşi tapıldıAzərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən Avrasiya.net-ə bildiirlib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata kecirilmiş əmaliyyat-istintaq tədbirlərinin nəticəsində, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılmışdır.

Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əkbər Yunis oğlu Məsimovun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunmuşdur.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.
Səlim Müslümovun həbs müddəti artırıldıSabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb.

Avrasiya.net xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanını vəsatəti təmin olunub.

Səlim Müslümovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 aya qədər artırılıb.

Qeyd edək ki, bu ilin fevralında Səbail rayon Məhkəməsinin qərarı ilə Səlim Müslümovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

İstintaq davam edir.
Akademik Ramiz Məmmədov vəfat etdiGörkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib.

Avrasiya.net xəbər verir ki, o, bu gün səhər saatlarında 71 yaşında ürək tutmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin!
Pakistanda DƏHŞƏTLİ QƏZA: 33 ölü, 50 yaralıPakistanın cənubunda iki sərnişin qatarının toqquşub.

Bu barədə "TV9 Hindi" telekanalı yerli polis və xilasetmə briqadalarına istinadla məlumat yayıb.

Qeyd edilir ki, qəza nəticəsində ən azı 33 nəfər ölüb, daha 50 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə Sind vilayətinin Qotki şəhərinin ərazisində baş verib. Qatarlardan biri relsdən çıxdı, bundan sonra ikinci sərnişin qatarının üstünə çırpılıb.

Hazırda hadisənin səbəbləri barədə məlumat verilməyir.
Bu gündən Azərbaycanda daha bir vaksinin tətbiqinə başlanılırBu gündən etibarən Azərbaycan vətəndaşları koronavirusa qarşı peyvəndlənmə məqsədi ilə "Pfizer” vaksinindən də istifadə edə biləcəklər.

Avrasiya.net xəbər verir ki, vətəndaşların seçim imkanlarını daha da artıran vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanacaq.

Qeyd edək ki, 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Qeyd edək ki, "Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.