Daha bir NATO ölkəsi “Bayraqdar” alır?Türkiyədə səfərdə olan Latviya baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks İstanbulda “Baykar” pilotsuz uçuş aparatlarının araşdırılması və istehsalı mərkəzini ziyarət edib.

Axar.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Şirkətin baş direktoru Haluk Bayraqdar Latviya nümayəndə heyətini pilotsuz uçuş aparatlarının yaradılması mərhələsi ilə tanış edib.

“Baykar” müəssisəsində Latviya müdafiə naziri və onu müşayiət edənləri qəbul etmək bizim üçün xoş oldu”, - Bayraqdar Tvitter səhifəsində bildirib.

Latviya müdafiə naziri də Tvitterdə “Baykar” müəssisəsinə səfəri ilə bağlı yazıb:

“Türkiyə hərbi sənaye kompleksinin məhsulları dünya standartlarına yüksək səviyyədə cavab verir. NATO müttəfiqi Türkiyə ilə əlaqələrə dəyər veririk. Sizə uğurlar arzulayıram”.

Daha sonra “Baykar” və Haluk Bayraqdarın tvitlərini paylaşan Pabriks, “Tez bir zamanda ümid edirəm”, deyə yazıb.

"Müharibə əlili" qadın həkimi döyüb - VİDEOSaxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.

Bu barədə Avrasiya.net-ə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.

Əlillik təyinatı sisteminin şəffaflaşdırılması tədbirləri davam etdirilir. Əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar saxta əlillik təyinatları aşkara çıxarılaraq ləğv edilir, saxta “müharibə əlili” statusu adı altında müharibə əlillərinin haqqına girənlərin qeyri-qanuni sosial ödənişlər almasının qarşısı alınır.

Bu məqsədlə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.

Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib.

Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib. (video linkdə)

Ötən dövrdə saxta, “müharibə əlili” statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub.
Daha bir şirkət direktoruna cinayət işi açılıb“Ceyhun 1994” və “Sanqalan-M” MMC-in direktoru barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

“Ceyhun 1994” və “Sanqalan-M” MMC-in direktoru Ceyhun Qurbanzadənin qanunsuz əməlləri ilə əlaqədar aparılan araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan ibtidai istintaqla Ceyhun Qurbanzadənin qeyd olunan vəzifədə işləyərkən direktoru olduğu müəssisələrin Ağsu Rayon İcra Hakimiyyəti, rayonun Kommunal Müəssisələr Kombinatı, Mənzil İstismar Sahəsi, “Yaşıllaşdırma və Abadlaşdırma” MMC və RİH başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2019-cu ildə keçirilən kotirovka sorğularında qalib elan edilməsi yolu ilə dövlət büdcəsindən ayrılan ümumilikdə 31 min manat məbləğində pul vəsaitinin müxtəlif qanunsuz üsullarla müvafiq bank hesablarına köçürülüb nağdlaşdırmasına, iş həcmini şişirtməklə xeyli miqdar təşkil edən həmin məbləği mənimsəməsinə, eləcə də qeyd edilən qanunsuz hərəkətləri törədə bilməsi üçün müvafiq informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Ceyhun Qurbanzadəyə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə vurulmuş ziyanın tam ödətdirilməsi təmin edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Latviyada azərbaycanlı deputat seçildiLatviyada vilayətlər üzrə keçirilən parlament seçkilərində azərbaycanlı da qalib gəlib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, 2021-ci il iyunun 5-də keçirilən seçkilərin bu gün açıqlanan nəticələrinə əsasən Latviyanın iri vilayətlərindən olan Valmeriya vilayət Dumasına (parlament) əslən Azərbaycanın Kürdəmir rayonundan olan Vüqar Ecmanis (İbrahimov) yenidən deputat seçilib.

O, Latviya Xristianlar İttifaqı partiyasının namizədi kimi qalib gəlib.

V. Ecmanis bildirib ki, Latviyada torpaq islahatlarından sonra 7 vilayət və 4 şəhər Valmeriya vilayətinə birləşdirilib, 5 iyun seçkiləri də bu birləşmiş Valmeriya üzrə keçirilib.

Qeyd edək ki, 1970-ci ildə Kürdəmirdə doğulan Vüqar Ecmanis 30 ildən çoxdur Latviyada yaşayır. O, bundan əvvəl də Valmeria dumasında kənd təsərrüfatı, nəqliyyat və biznes mühiti komitəsinin rəhbəri olub.
Koronaya yoluxanların sayı kəskin azaldıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 114 nəfər müalicə olunaraq sağalıb, 4 945 nəfər vəfat edib. 2 688 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4673, bu günə qədər isə ümumilikdə 3 572 418 test icra olunub.
Tanınmış jurnalist ərəb mətbuatında şəhid jurnalistlərimizdən yazdı
Jurnalist Pərvanə İbrahimovanın İordaniyanın gündəlik “Əl-Ənbat” qəzeti və saytında “Jurnalistlərin öldürülməsi səssiz qalınması mümkün olmayan cinayətdir” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə bildirilir ki, 4 iyun 2021-ci il tarixində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müəllif qeyd edir ki, Ermənistan 30 illik işğal dövründə və müharibə zamanı Qarabağı total şəkildə minalasa da, bu günə qədər minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır.
Azərbaycan tərəfinin beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışlar etdiyini xatırladan jurnalist bunun heç bir nəticə vermədiyini vurğulayaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın instaqram hesabında paylaşımına diqqət çəkib: “Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir”.

Jurnalist qeyd edir ki, minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim olunmaması beynəlxalq konvensiyaları heçə saymaqdır. Ermənistan revanşizmdən, terrorizmdən əl çəkməli, Azərbaycanla konstruktiv əməkdaşlığa çalışmalı, beynəlxalq hüquq qarşısında götürdüyü öhdəliklərə əməl etməlidir.
Məqalədə vurgulanır ki, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına rəsmi müraciət ünvanlayıb və Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritə və sxemlərini bugünədək təqdim etməməsini Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı törətmiş olduğu təxribat xarakterli aktların davamı kimi qiymətləndirərək, onlardan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edib.
Baş vermis hadisə ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərini minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirməsinə, bunun beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmasına diqqət yetirilib və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin tvitter hesabındakı paylaşımında yazdığı “AzTV və AZƏRTACın jurnalistləri Ermənistanın qoşunlarını Kəlbəcərdən çıxararkən qəsdən qoyduğu minanın qurbanına çevrildi. Beynəlxalq qurumları həmrəyliyə və bu hadisəni pisləməyə çağırırıq”, fikirlərinə yer ayrılıb.

Jurnalist məqaləni belə bitirir: “İnanırıq ki, azərbaycanlı jurnalistlərin qəsdən, mənfurcasına qətlə yetirilməsindən sonra beynəlxalq media qurumları, ərəb ölkələrinin, islam aləminin və bütünlüklə dünya kütləvi informasiya vasitələri nümayəndələri ermənilərin törətdikləri cinayətlərə, peşə fəaliyyəti ilə məşğul olan azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olmasına səssiz qalmayacaqlar”.

Qeyd edək ki, ilk olaraq İordaniyanın gündəlik “Əl-Ənbat” qəzeti və saytında işıq üzü görən məqalə İraqın “Agnaden” və “Sindibad” xəbər agentliklərində, Əlcəzairin "Əl-Hərir" portalında da yayımlanıb.

Adıçəkilən xəbər resurslarının əsas başlığında yer alan məqalə böyük marağa səbəb olub və ərəbdilli jurnalistlər, o cümlədən məşhur iordaniyalı jurnalist, akademik Mərvan Sudah məqaləni sosial şəbəkə hesablarında paylaşıblar.

Yazılara bu linkdən daxil olmaq mümkündür:
https://alanbatnews.net/article/331364
https://www.agnaden.net/?p=3470

https://alharir.info/%d9%82%d8%aa%d9%84-%d8%a7%d9%84%d8%b5%d8%ad%d9%81%d9%8a%d9%8a%d9%86-%d8%ac%d8%b1%d9%8a%d9%85%d8%a9-%d9%84%d8%a7-%d9%8a%d9%85%d9%83%d9%86-%d8%a7%d9%84%d8%b3%d9%83%d9%88%d8%aa-%d8%b9%d9%84%d9%8a%d9%87/

https://sindibadnews.com/2021/06/07/%d9%82%d8%aa%d9%84-%d8%a7%d9%84%d8%b5%d8%ad%d9%81%d9%8a%d9%8a%d9%86-%d8%ac%d8%b1%d9%8a%d9%85%d8%a9-%d9%84%d8%a7-%d9%8a%d9%85%d9%83%d9%86-%d8%a7%d9%84%d8%b3%d9%83%d9%88%d8%aa-%d8%b9%d9%84%d9%8a%d9%87/
"Ermənistan mina terrorunu dayandırmalıdır"Mina terroru ermənilərin hər zaman Azərbaycana qarşı xəbis və naqis düşüncədən‚ terror və qanlı cinayətlərdən əl çəkməyəcəyini göstərir..

Bunu mətbuata açıqlamasında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistlərimizin minaya düşərək həlak olmasından danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov bildirib. M. Məmmədov qeyd edib ki‚ Kəlbəcər rayonu ərazisində jurnalistlərimizin və mülki şəxslərin minaya düşərək həlak olması‚ bir daha onu göstərir ki‚ işğaldan azad edilən ərazilərdə hərəkət etmək son dərəcə təhlükəlidir. Bu hal‚ hər tərəfin minalı olduğunu göstərir. Bu ərazilərin minalanması və minalanmış yerlərin xəritəsinin bütün təkidli istəmələrə bxmayaraq Azərbaycana verilməməsi hər biri özlüyündə ermənistanın bir terror dövləti olmasını və Azərbaycana qarşı terror siyasətinin davam etdirildiyini göstərir. Bu hal ağır cinayət aktıdır. Ermənistan bütün beynəlxalq hüquq normalarını pozmaqda və beynəlxalq hüquq qanunlarını ayaqlamaqdadır.

Ermənistanın bu cinayəti birmənalı olaraq terrot aktıdır. Bu terror əməlində bütün fundamental insan haqqları qanunları pozulur. Ermənilərin mina terroru onu göstərir ki‚ ermənistan dövləti Azərbaycana qarşı terror siyasətini yeritməklə eyni zamanda bilavasitə Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş addımlar atmağa çalışır.

Əvvəla mina partlayışı mütamadi işlənilən yolda baş verib ki‚ bu da minanın yeni basdırıldığını göstərir. Belə çıxır ki‚ erməni kəşfiyyat-diversiya dəstələri gecə gələrək bu işlək əraziləri minalayıblar. Bu ağır cinayət halıdır və terror aktıdır. ermənilər qəsdən və məqsədli şəkildə bölgədə sülhü pozmağa çalışırlar. Beynəlxalq təşkilatlar və Qarabağ məsələsində vasitəçi ölkələr və təsisatlar ermənistana təzyiq göstərərək mina terrorundan əl çəkməyə çağırmalıdırlar. Eyni zamanda minalanmış ərazilərin xəritəsi Azərbaycana verilməlidir. Beynəlxalq insan haqqlarının müdafiəsi ilə məşğul olan təsisat və institutlar ermənistana təzyiq edərək Azərbaycan ərazilərinə qarşı terror əməlindən çəkindirməlidirlər.
Jurnalistlərin şəhid olduğu mina partlayışının detalları açıqlandıBaş Prokurorluq məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Avrasiya.net-ə daxil olan məlumatda deyilir:

"Xəbər verildiyi kimi, 04 iyun 2021-ci il tarixdə media və dövlət qurumlarının əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək 3 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması ilə faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Təəssüf hissi ilə bildiririk ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hadisənin baş verməsi ilə əlaqədar əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılmaqdadır.

Odur ki, Baş Prokurorluq hadisənin baş vermə səbəbləri və mexanizmi barədə aşağıdakıları qeyd edir:

Aparılan ilkin istintaqla müəyyən edilib ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir. Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240 x 230 sm ölçülərində 97 sm dərinliyində çuxur və 1 ədəd tam yararsız hala düşmüş “KamAZ” markalı sərnişin avtomobili aşkar olunub.

Hadisənin baş vermə səbəblərinə gəldikdə isə, partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə 1 ədəd mina olub. Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olmuş, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub.

Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal olunur.

Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə etmişlər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalamışlar.

Cinayət işi üzrə istintaq davam edir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir".
Sabah yağış yağacaq, şimşək çaxacaqİyunun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Ramiz Əzizbəylinin son durumuAzərbaycanın xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son durumu açıqlanıb.

Kult.az xəbər verir ki, sənətçinin qızı Xədicə Əzizbəyli Report-a açıqlamasında atasının vəziyyətinin stabil-ağır olaraq qaldığını deyib.

“Atamın vəziyyəti olduğu kimi qalır. Reanimasiya şöbəsində müalicəsini davam etdirir. Həkimlər əllərindən gələni edirlər. Atamın yanaşı xəstəlikləri olduğu üçün 100 faiz dəqiq heç nə deyə bilmirlər. Ümumilikdə vəziyyəti ağır sayılır”, - o deyib.

Qeyd edək ki, 72 yaşlı xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.