Xaçmaz sakini intihara cəhd etdi - FOTOXaçmaz rayon sakini özünü ağacdan ataraq intihara cəhd edib.

Hadisə Qusarçay kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Ramin Qeybulla oğlu Əlməmmədov Xaçmaz-Xudat avtomobil yolunun kənarındakı çinar ağacına qalxaraq özünü hündürlükdən atmaqla intihara cəhd edib.

Yaxınlıqda olan həmkəndliləri onun cəhdinin qarşısını almaq istəyiblər. Ağacdan yıxılan R.Əlməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

R.Əlməmmədova hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra o, Xudat Şəhər Xəstəxanasına aparılıb.

Qeyd edək ki, R.Əlməmmədovun spirtli içki qəbul etdiyi və hadisənin ailə münasibətləri zəminində törətdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır (report).
Dövlət orqanlarının vətəndaşlara və biznes qurumlarına təqdim etdiyi xidmətlərin monitorinqi aparılıbXəbər verildiyi kimi, “Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli ilə “Family Health International” (FHI 360) (USAİD) təşkilatının 18.12.2020-ci ildə tarixdə bağlanmış müqaviləyə uyğun olaraq “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılması” layihəsi keçirilir. Layihə çərçivəsində “Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli və təşkilatın araşdırma qrupu tərəfindən Ədliyyə Nazirliyinin vətəndaşlara, biznes qurumlarına xidmətlərin təqdim edilməsi səviyyəsinin müəyyənləşdirilməsi üzrə Monitorinq işi aparılıb. Bu təşəbbüs çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlara, biznes qurumlarına təqdim etdiyi xidmətlərin monitorinqi və müstəqil qiymətləndirilməsi aparılıb.

Bakı, Gəncə, Şəki, Salyan şəhərlərini əhatə edən monitorinqin təşkili və aparılması dörd mərhələlərdən ibarətdir. Layihə çərçivəsində 2 istiqamət- 1. Dövlət orqanlarının fəaliyyətində vətəndaşların müraciət etmək hüquqlarının reallaşdırılması, onlara baxılma qaydaları səviyyəsininöyrənilməsi; 2. Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırma səviyyəsininqiymətləndirilməsi üzrə monitorinq aparılıb.

Monitorinq zamanı rəsmi dövlət hakimiyyəti orqanları, müxtəlif maraq qrupları, ictimai fəallar və əhali arasında sosioloji sorğular aparlıb. Eyni zamanda rəsmi dövlət hakimiyyəti orqanlarının və müxtəlif maraq qruplarının təmsilçilərindən müsahibələr götürülüb. Bununla yanşı yerli media, o cümlədən internet resursları analiz edilib.

Aparılan tədqiqat işi nəticəsində aydın olub ki, ölkə əhalisinin yarıdan çox hissəsini (52,65%) ölkədə vətəndaşların müraciətlərinə baxılması ilə bağlı dövlət orqanlarının fəaliyyət səviyyəsi bu və ya digər formada, qane edir. Sorğuda iştirak edənlərin 63,44%-ini bu və ya digər formada Ədliyyə Nazirliyinin fəaliyyəti, bu nazirliyin ayrı-ayrı strukturlarının xidmət səviyyəsi qane edir.

Monitorinq zamanı bilinib ki, Ədliyyə nazirliyinə Penitensiar Xidmətlə bağlı 2020-ci il ərzində 383, 2021-ci ilin 3 ayı ərzində isə 171 müraciət daxil olub. Nazirliyin internet resursları vasitəsilə e-xidmət istifadəçilərinin sayı 2020-ci il üzrə 1.404497, 2021-ci ilin 3 ayı üzrə isə 199146 təşkil edir.

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyindən verilən məlumta görə, bu layihəni həyata keçirməklə dövlət qurumlarında şəffaflığın və hesabatlılığın artırılmasına kömək edəcəkdir: “Layihəyə bu vəziyyətin öyrənilməsi, bu sahədə zəif cəhətlərin öyrənilməsi, aydınlaşdırılması, müvafiq dövlət orqanlarında bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması daxildir. Tədqiqat işi, həmçinin QHT olaraq təşkilatlarımızın imkanlarını və davamlılığını artıracaqdır. Həm də dövlət qurumları ilə əməkdaşlığımızı daha da dərinləşdirəcək”.
Koronaya yoluxanların sayı azaldıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 350 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 619 nəfər müalicə olunaraq sağalıb, 4 936 nəfər vəfat edib. 3 092 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 331, bu günə qədər isə ümumilikdə 3 559 951 test icra olunub.
Minaya düşərək həlak olan jurnalistlərimizlə bağlı xəbər Moldova mediasındaİyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar xəbər Moldova Kütləvi informasiya vasitələrində geniş yayımlanıb.

Moldovanın nüfuzlu informasiya saytları Azərbaycan xarici işlər nazirliyinə istinadən yazır ki, erməni tərəfi həm hərbçilərin, həm də mülki əhalinin həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaratmağa davam edir.

Həmçinin ölkənin aparıcı xəbər portallarında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun hadisə ilə bağlı şərhi yayımlanıb. “Azərbaycan jurnalistlərinin öz vəzifə borclarını yerinə yetirərkən həlak olmasına görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Beynəlxalq ictimaiyyət Ermənistanı minalanmış ərazilərin xaritələrini Azərbaycan tərəfinə verməsinə məcbur etməlidir”,- deyə səfir qeyd edib.
Moldovanın ictimai xadimləri də bu hadisəyə laqeyd qalmayıblar.

Moldova parlamentinin deputatı, parlamentin milli təhlükəsizlik komissiyasının sədri Sergey Sırbu və deputat, demokrat partiyasının parlamentdə fraksiya sədri Dmitru Dyakov sosial şəbəkədə öz səhifələrində hadisələrin isşıqlandıralması istiqamətində demokratik cəmiyyətin formalaşmasında KİV nümayəndələrinin rolunu qeyd edərək, hadisəni qətiyətlə pisləyiblər, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlatları bu bölgədə yaşayan bütün xalqların təhlükəsizliyi naminə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və beynəlxalq hüquqa riayət etmək üçün tədbirlər görməyə çağırıblar.

Xəbərlər ilə daha ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://deschide.md/ru/russian_news/externe_ru/86299/Азербайджанские-журналисты-погибли-подорвавшись-на-мине.htm

https://noi.md/ru/v-mire/azerbajdzhan-obvinil-armeniyu-v-gibeli-dvuh-zhurnalistov-v-karabahe

https://ava.md/2021/06/05/4-iyunya-azerbaydzhanskie-zhurnalisty/

https://noi.md/ru/v-mire/azerbajdzhanskie-zhurnalisty-podorvalisi-na-mine-v-nagornom-karabahe

https://dosug.md/ru/news/1455962/

https://dosug.md/ru/news/1456084/

https://m.facebook.com/492720590853401/posts/3844090315716395/

https://m.facebook.com/story.php?story_fbid=4441737122525715&id=100000684132183
Suraxanı Rayon Ağsaqqallar Şurasının konfransı keçirilibİyunun 4-də Suraxanıda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçisi Kamal Əliyev, rayon icra hakimiyyətinin nümayəndələri, bələdiyyə sədrləri və rayon ağsaqqalları iştirak ediblər.

Toplantıda əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ölkəmizin inkişafında, mədəni-ictimai həyatımızın bir çox sahələrində, gənc nəslin milli adət-ənənələrə uyğun tərbiyə edilməsində və formalaşmasında ağsaqqallarımızın böyük əməyi vardır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuz tərəfindən Vətən müharibəsində şanlı Zəfərin qazanılmasından bəhs edən natiq bu qələbənin əldə edilməsində ağsaqqalların da danılmaz xidmətlərinin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O vurğulayıb ki, hər zaman ağsaqqallara, ağsaqqal sözünə yüksək qiymət verən, onları Azərbaycanın milli-mənəvi dəyərləri hesab edən ümummilli lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi böyük diqqət və qayğı hal-hazırda dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir.

Eldar İbrahimov hamını Vətən müharibəsi günlərində olduğu kimi, bu gün də ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək daha qüdrətli Azərbaycan naminə respublikada həyata keçirilən böyük quruculuq işlərində bütün bacarıqlarını, həyat təcrübələrini, bilik və enerjilərini səfərbər edərək fəal iştirak etməyə çağırıb. Natiq, həmçinin, öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı altında təşkilatda həyata keçirilən mütərəqqi işlərdən, nəzərəçarpacaq canlanmadan bəhs edib, Şuranın Nizamnaməsindən və rayon təşkilatları üçün nəzərdə tutulmuş Əsasnamədən irəli gələn vəzifələr barədə ətraflı məlumat verib və öz tövsiyələrini çatdırıb, yeni seçiləcək heyətə uğurlar arzulayıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov öz çıxışında Vətən müharibəsində şəhid olmuş övladlarımıza bir daha Allahdan rəhmət diləyərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda bu gün böyük vüsətlə bərpa-quruculuq və abadlıq işlərinin aparıldığını, doğma torpaqlarımızın yenidən dirçəldiyini bildirib.

Həmçinin, bütün ölkədə olduğu kimi, Suraxanı rayonunun ictimai-siyasi həyatında da ağsaqqalların əvəzsiz rolundan və nüfuzundan bəhs edərək qeyd edib ki, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqalların tövsiyəsi və məsləhəti xüsusi əhəmiyyət kəsb edir. Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların böyük xidmətlərindən də söhbət açıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra konfransda tədbirin gündəliyindəki məsələlər müzakirə olunub, səsvermə nəticəsində Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilib, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçilib. Babayev Arif Eyvaz oğlu yenidən Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Daha sonra Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər natiqlər çıxış edərək İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgərlərimizin qazandığı böyük Zəfərdən, Əsrin Qələbəsindən və bu gün doğma torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işlərindən qürurla bəhs ediblər.

Həyatımızın hər bir sahəsində ağsaqqallarımızın mənəvi dəstəyinin, öyüd-nəsihətlərinin əvəzsiz rolundan danışan natiqlər Suraxanı Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar
Jurnalisti hədələyən polkovnik-leytenant işdən çıxarılıbFövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev 3 iyun 2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 38 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub və onları hədələyib, bununla da fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 4 iyun 2021-ci il tarixində imzaladığı müvafiq əmrə əsasən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib.
İran dronları ilə İraqdakı ABŞ bazaları vurulduİranın nəzarətində olan qüvvələr son bir neçə ay ərzində dronların köməyi ilə İraqdakı ABŞ bazalarına zərbə endiriblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti öz mənbələrinə istinadən yayıb.

Hücumu gerçəkləşdirən dronların İranda istehsal edildiyi müəyyən edilib.

Məlumatda qeyd edilib ki, Ərbildəki MKİ bazasına 14 apreldə gerçəkləşdirilən hücumun arxasında da bu qüvvələr dayanıb.
Prezident və xanımı jurnalistlərin ailəsinə başsağlığı verdiPrezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iyunun 4-də saat 11 radələrində işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə və yaxınlarına başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısının başsağlığını şəhid media işçilərinin yaxınlarına Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çatdırıb.
Mərkəzi Bankdan kredit faizlərinin yüksək olması iddialarına REAKSİYAZaman-zaman Azərbaycanda kredit faizlərinin yüksək olması ilə bağlı məsələ qaldırılır. Hətta parlamentin sonuncu iclasında da bir neçə deputat kommersiya banklarında əhaliyə verilən kreditlərin faizlərinin yüksək olmasına etirazını bildirib.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən monetar şəraitin həm kəmiyyət, həm də dəyər baxımından yumşaldılması faiz dərəcələrinə azaldıcı təsir göstərməkdədir:

“Məlum olduğu kimi 2018-ci ilin əvvəlindən uçot dərəcəsi azaldılaraq mərhələlərlə 15%-dən 6.25%-ə endirilib. Bu dövrdə pul kütləsinin artımının davam etməsi də monetar şəraiti əhəmiyyətli yumşaldıb. Monetar şəraitin yumşalması yeni kreditlər üzrə orta faizlərin azalmasına müəyyən qədər transmissiya olunub. Belə ki, 2018-2020-ci illərdə hüquqi şəxslərə yeni kreditlər üzrə orta faiz dərəcəsi 4.7 faiz bəndi, fiziki şəxslərə yeni kreditlər üzrə orta faizlər 1.9 faiz bəndi azalıb. Dövlət qiymətli kağızlarının gəlirliyi də bu dövrdə Mərkəzi Bankın faiz dəhlizinə paralel şəkildə azalıb”.

Qeyd edilib ki, Mərkəzi Bankın uçot faiz dərəcəsi bank faizlərinə təsir göstərən faktorlardan yalnız biridir:
“Digər faktorlara kredit riskləri, iqtisadiyyatın durumu, gözləntilər, maliyyə resurslarının maya dəyəri (əsasən depozit faizləri) və s. aiddir”.
Sabiq bələdiyyə sədrinə cinayət işi AÇILDISabirabad rayonu Minbaşı bələdiyyəsinin sabiq sədri Qocayev Urufulla Yadulla oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu cinayət başında yaxalanaraq barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumatda bildirib.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Urufulla Qocayevin kəndin ərazisində yerləşən 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 29 il müddətinə icarəyə verilməsi, 0,12 hektar torpaq sahəsinin satılmasının təmin edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsinə ümumi himayədarlıq göstərilməsinə görə 12 min manat məbləğində pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Urfulla Qocayev 03 iyun 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.