II Qaregin Xankəndiyə gəldiBütün ermənilərin katolikosu II Qaregin Qarabağa gəlib.

Axar.az xəbər verir ki, bu məlumatı onun mətbuat xidməti yayıb. Xankəndidə II Qaregin separatçı-terrorçu Araik Arutyunyanla görüşüb.

Qeyd edək ki, bu, II Qareginin Xankəndiyə müharibədən sonra ilk gəlişidir.
Kəlbəcərdə həlak olmuş media işçiləri şəhid sayılacaqHəmkarlarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AZTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək həlak olması hamımızı sarsıtdı. Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır.

Avrasiya.net xəbər verir ki, bunu Əmək və Əhalini Sosial Müdafiəsi nazirliyinin sözçüsü Fazil Talıbov bildirib.

O qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir:

"Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək.

Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!"
Baş Prokurorluq Kəlbəcərdəki mina partlayışı ilə bağlı məlumat yaydıBaş Prokurorluq və Daxili İşlər Nazirliyi jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

Avrasiya.net daxil olan məlumatda deyilir:

"Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

Belə ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilmişlər.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir".
Nostrifikasiya üçün dövlət rüsumu 3 dəfə artdıXaricdə təhsil alan azərbaycanlı tələbələr diplomlarının ölkəmizdə nostrifikasiyası zamanı dövlət rüsumunun 3 dəfə qalxmasından şikayət edirlər.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Avrasiya.net-ə dövlət rüsumunun birdən-birə bu qədər qalxmasının səbəbini açıqlayıb.

“Dövlət rüsumunun artması Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarına əsasən müəyyən edilib.“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği” haqqında qərara əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı müəyyən edilmişdir”, - açıqlamada qeyd edilib.
ALDP həlak olan media nümayəndələrimizlə bağlı bəyanat qəbul edibAzərbaycan Liberal Demokrat Partiyası (ALDP) Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmaları ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

ALDP Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan vətəndaşları və hərbçilərinin erməni faşistlərinin qoyduğu minalara düşərək həyatlarını itirməsini pisləyir.

Azərbaycan tərəfin tələbinə baxmayaraq Ermənistan hökuməti işğaldan azad edilmiş ərazilərdə minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, bu isə Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olub. Ermənistan bu dəfə də beynəlxalq öhdəlikləri kobud şəkildə pozur.

ALDP hesab edir ki, Kəlbəcər rayonunda baş verən son faciədən sonra, Ermənistanla olan sərhədləri, o cümlədə Laçın dəhlizini, bağlıyaraq anti-terror əməliyyatlara başlamaq lazımdır.

ALDP hesab edir ki, indiki vəziyyətdə Ermənistanla bütün danışıqları dayandırmaq və Rusiya sülhməramlıların Azərbaycan ərazisindən çıxmaq məsələsini qaldırmaq lazımdır.

ALDP hesab edir ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.
ALDP həlak olan jurnalistlərin ailələr dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyir!
Kəlbəcərdə 3 nəfər jurnalist minaya düşərək YARALANDIBu gün Kəlbəcərin Susuzluq kəndində baş verən bədbəxt hadisə zamanı Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini isə yaralanıblar.

Bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edək ki, hadisə zamanı Azərbaycan Televiziyasının və “Azərtac”ın işğaldan azad olunmuş bölgələrimizdə çəkiliş aparan qrupunun içərisində olduğu avtobus bu gün minaya düşüb. Nəticədə AzTV-nin teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov həyatlarını itiriblər.

Allah rəhmət eləsin!
Əlillik almaq ŞƏRTLƏRİ SƏRTLƏŞDİRİLİR - YENİ QAYDALARƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.

Nazirlikdən Avrasiya.net-ə verilən məluamta görə, gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq.

Yəni, I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.

Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.

Qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq, o cümlədən "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi olan şəxslər" sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.

Yeni "Əlilliyin müəyyən olunması meyarları"nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni komanda yığılır - İcraçı direktordan ilk AÇIQLAMAAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni rəhbərliyi hazırda qurumda təhvil-təslim, əməkdaşların təyinatı ilə bağlı işlər həyata keçirir.

Modern.az-a daxil olan nəlumata görə, keçmiş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında formalaşan Agentlik əvvəlki icra katibliyinin bütün əməkdaşlarını buraxıb və hazırda yeni komanda yığılır.

Bu haqda Modern.az-a qısa açıqlama verən Dövlət Agentliyinin yeni təyin olunmuş icraçı direktoru Fuad Dərgahlı qeyd edib ki, hələ ki, geniş danışa bilməz:

“Təyinatım bu yaxınlarda olduğu üçün hələlik geniş açıqlama verə bilmərəm. Hazırda Agentlikdə rəsmiləşmə işləri gedir. Yaxın günlərdə mətbuata agentlikdə olacaq yeniliklər barədə məlumat veriləcək”.
Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olacaq - Pakistan PrezidentiPakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb.

Avrasiya.net-in məlumatına görə, bunu Pakistan Prezidenti Arif Alvi Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Pakistan Prezidenti Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, qardaş ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi Pakistanda böyük sevinc hissi ilə qarşılanıb. Pakistan həmişə Azərbaycanın haqq işində onun yanında olub və bundan sonra da belə olacaq.
AP Bakıya qarşı Yunus və Hüseynovu alət etdiAvropa Parlamentinin daha iki üzvü Cənubi Qafqazda “sülhün bərqərar olunması yollarını müzakirə etmək” adı altında Azərbaycana qarşı növbəti dəfə təbliğat kampaniyası təşkil ediblər. Almaniyadan olan AP üzvü Viola Fon Kramon və Finlandiyadan AP üzvü və AP-nin vitse-prezidenti Heydi Hautala “Dağlıq Qarabağda sülhə aparan yol və Avropa İttifaqının rolu” adlı vebinar təşkil ediblər.

Azərbaycan Parlamentinə və onun Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsi üzvlərinə keçirəcəkləri tədbir haqqında heç bir məlumat verməyi belə lazım bilməyən muzdlu erməni təbliğatçıları guya Azərbaycanın bir hissəsində sülh yaratma yollarını aramaq üçün Azərbaycana qarşı ermənilərlə əlbir işləyən, vaxtilə məhkum olunmuş Leyla Yunus və Emin Hüseynovu tədbirə dəvət edərək, Azərbaycan əleyhinə fikirlər səsləndirmək üçün söz də veriblər. Bu AP üzvləri və hətta vitse-prezidenti səviyyəsində sülh adı altında bölgədə münaqişəni qızışdırmağa yönəlmiş pozuculuq fəaliyyətidir. Sözsüz ki, vebinar erməni siyasi dairələrinin və diasporunun təşkilatçılığı ilə baş tutub və AP üzvləri də növbəti dəfə Azərbaycan əleyhinə təbliğata ev sahibliyi etmək vəzifəsini öz üzərinə götürdükləri üçün lazımi miqdarda mükafatlandırılıb.

Həm Viola Fon Kramon, həm də Heydi Hautala AP üzvləri olduqları bütün müddət ərzində Brüsseldəki erməni diasporuna lobbiçilik xidməti göstərən deputatlar kimi tanınırlar. Azərbaycanı “dost ölkə” hesab etdiyini təkrarlamaqdan yorulmayan Heydi Hautala əslində Azərbaycan əleyhinə aparılan qara təbliğatın ən fəal üzvlərindən biridir.

Bu həmin Heydi Hautaladır ki, 2015-ci ildə Azərbaycan Milli Məclisi AP ilə bütün əlaqələrini dayandırmaq haqqında qərar qəbul etdikdən bir il sonra Azərbaycana səfər etmiş AP nümayəndə heyətinin tərkibinə qatılmışdı və parlamentlər arası münasibətlər bərpa olunduqdan sonra da Azərbyacanla və Ermənistanla bağlı bütün tədbirlərdə iştirak edərək hər vəchlə bölgədə status-kvonun dəyişdirilməsinin qarşısını almağa və erməni işğalının davam etdirilməsinə çalışırdı. Hələ o zamanlar münaqişənin həllinə və sülhyaratma cəhdlərinə yönəlik Azərbaycan tərəfindən irəli sürülən bütün təşəbbüslərin qarşısını almaqla məşğul olurdu. Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 2018-ci ildə Azərbaycanda keçirilmiş XV iclasının Yekin Qətnaməsində Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində apardığı qeyri-qanuni məskunlaşdırma siyasətini pisləyən bəndin yer almasına özünün vitse-prezident vəzifəsindən sui-istifadə etməklə mane olmuşdu. Səsvermədə iştirak etmiş AP deputatları bizimlə sonrakı görüşlərində məhz Heydi Hautala tərəfindən Ermənistanın qeyri-qanuni addımlarını pisləyən bəndin əleyhinə səs verilməsinin tələb olunduğunu bildirmişdilər. O, həmçinin 2017-ci ildə Azərbaycan və Ermənistan QHT-ləri tərəfindən birgə irəli sürülmüş Sülh Platformasının AP-də təqdimatının keçirilməsinə mane olmuşdu.

Xatırlatmaq yerinə düşər ki, sözügedən Sülh Platforması Azərbaycan cəmiyyəti və dövləti tərəfindən müsbət qarşılansa da, Ermənistan hakimiyyəti bu ideyanı qətiyyətlə rədd edirdi və Sülh Platformasının Ermənistandan olan üzvlərinə qarşı repressiv tədbirlər həyata keçirirdi. O zaman Sülh Platforması ideyasını AP-yə yaxın buraxmayan Heydi Hautalanın bu gün Azərbaycanın iştirakı olmadan Avropa Parlamentində guya Azərbaycanda sülh yollarını aramağa çalışması finlandiyalı deputatın AP-də məhz erməni gündəliyinə xidmət etməsini aşkara çıxarır. Cəmi bir neçə il öncə Sülh Platforması üzvləri olan Azərbaycan və Ermənistan QHT fəallarını dinləmək belə istəməyən AP üzvlərinin bu gün özlərini “sülh göyərçini” kimi təqdim etmək cəhdləri absurd və gülünc görünür.

Deputat Hautalanın Azərbaycanla bağlı təşkil etdiyi vebinara azərbaycanlı həmkarlarını deyil, məhz birbaşa erməni diasporu ilə əməkdaşlıq edən Leyla Yunusu və Emin Hüseynovu dəvət etməsi və Azərbaycanın siyasəti və mövqeyi barədə məhz onların fikirlərinin AP-də səsləndirilməsini təmin etməsi Hautalanın Ermənistanın təcavüzkar siyasətinə xidmət etməsinə şübhə yeri qoymur.

30 il ərzində işğal faktına son qoya bilməyən bütövlükdə dünya siyasi sistemi və ayrılıqda AP indi Azərbaycan ərazisində yaşayan və işğalçı erməni siyasətinin qurbanına və hadisələrin girovuna çevrilmiş 20-30 min erməni əsilli sakinlərlə Azərbaycan arasında sülh yollarını araması əslində bölgədə sülhün qarşısının alınmasına xidmət edir. Azərbaycan dövlətinin və xalqının bu kimi şübhəli fəaliyyətlərdə bulunan AP üzvləri tərəfindən bölgədə sülh yaramaq cəhdlərinə ehtiyacı yoxdur. Öz torpaqlarını işğaldan öz gücünə azad etmiş Azərbaycan öz ərazisində və yerləşdiyi bölgədə sülh yaratmağa Avropadan daha çox qadirdir.

Cavanşir Feyziyev