Daha 2 hərbçimizin nəşi tapıldıHərbi Prokurorluq itkin düşmüş daha iki hərbçinin nəşinin tapılması ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanmış və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi qələbəsi ilə nəticələnmişdir.

2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əmaliyyat-istintaq tədbirlərinin nəticəsində, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Bildirilib ki, birgə həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elvin Fəxrəddin oğlu Mustafayev və əsgər Orxan Allahverdi oğlu Yusubovun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.
ABŞ Avropa liderlərini necə izləyirmiş?İyunun 15-də keçiriləcək ABŞ-Avropa Birliyi sammiti öncəsi tərəflərin münasibətlərini zərbə altında qoyacaq yeni və çox ciddi bir qalmaqal başlayıb.

Danimarkanın DR teleradioşirkətinin Avropanın bir sıra başqa ölkələrinin media qurumları ilə birlikdə apardığı araşdırma nəticəsində bəlli olub ki, 2012-2014-cü illərdə ABŞ-ın xüsusi xidmət orqanları Avropanın siyasi xadimlərini izləyiblər. Özü də, bu məqsədlə Danimarka kəşfiyyatının imkanlarından istifadə olunub.

Hazırda Almaniya, Fransa, İsveç faktla bağlı Kopenhagendən izahat tələb edirlər, ABŞ isə susur. Bu fakt Co Baydenin Avropa liderlərilə görüşlərinə ciddi şəkildə kölgə sala bilər. Çünki həmin illərdə məhz o, Barak Obamanın komandasında vitse-prezident vəzifəsini tuturdu.

Araşdırma üzə çıxarıb ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (National Security Agency, NSA) Danimarkanın hərbi kəşfiyyat xidməti ilə sıx əməkdaşlıq şəraitində Almaniyanın Angela Merkel, Frank Valter-Ştaynmayer, Per Ştaynbryuk kimi siyasi və dövlət xadimlərini, həmçinin, Fransanın, Niderlandın, Norveçin, İsveçin müxtəlif səviyyəli məmurlarını izləyiblər. Bu məqsədlə Danimarka NSA-nın Kopenhagen yaxınlığındakı stansiyadan istifadə etməsinə tam şərait yaradıb.

İzlənmə prosesi Danimarkanın sualtı internet-kabellərinə qoşulma vasitəsilə həyata keçirilib. Həmin kabellərin vasitəsilə Amerika kəşfiyyatı onu maraqlandıran avropalı siyasətçilərin telefon danışıqlarına, mesajlarına, internet-trafikinə nəzarət imkanı qazanıb.

“Biz Danimarka və ABŞ-dan açıqlama gözləyirik. Müttəfiqlər arasında belə hərəkətlər yolverilməzdir. Avropalı müttəfiqimizdən isə belə hərəkəti heç gözləməzdik” – bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

Maraqlıdır ki, əsas qurban olmasına baxmayaraq, Almaniya özünü çox təmkinli aparır və hələ heç bir kəskin açıqlama verməyib.

NATO və Avropa Komissiyası məsələyə qarışmayacaqlarını rəsmən bəyan ediblər.

Azvision.az-ın məlumatına görə, vaxtilə ANB-nin insanları necə izlədiyini ifşa etmiş məşhur Edvard Snouden hadisəni şərh edərkən özünün “Tvitter” hesabında həm Kopenhagenin, həm də Vaşinqtonun məsələnin mahiyyəti üzrə təfərrüatlı açıqlama verməli olduqlarını bildirib.
ABŞ-la İran böyük ölçüdə razılaşıb, lakin...İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının tam bərpası ilə bağlı Vyana danışıqlarında yaxşı irəliləyiş əldə edilir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov deyib.

"ABŞ-ın İrana qarşı ləğv etməli olduğu sanksiyalara demək olar ki, aydınlıq gətirilib. İranın da nüvə öhdəliklərinə dair atacağı addımların siyahısı böyük ölçüdə razılaşdırılıb," - Ulyanov söyləyib.

Rusiyalı nümayəndə hələ də dəqiqləşdirilməsi vacib bir çox detal olduğunu, lakin ümumi sxemin olduqca aydın şəkil aldığını qeyd edib.
Azərbaycanda benzin bu halda ucuzlaşa bilər - RƏSMİ AÇIQLAMA"Azərbaycan gələcəkdə öz imkanları ilə Aİ-95 markalı benzinin qiymətini müəyyən edə bilər".

Avrasiya.net xəbər verir ki, bu fikri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Sputnik Azərbaycan"a açıqlmasında deyib.

Azərbaycanda Aİ-95 və Aİ-98 benzinin bahalaşmasına münasibət bildirən SOCAR rəsmisi bildirib ki, gələcəkdə Aİ-95 markalı benzinin istehsalı Azərbacanda da mümkün olacaq: "Hazırda Cənubi Qafqazın yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri davam edir. Modernizasiya layihəsi gələn il başa çatandan sonra bu zavodda həm də Aİ-95 markalı benzinin istehsalı mümkün olacaq. Beləliklə, biz artıq Aİ-95 markalı benzinin təchizatı baxımından idxaldan asılı olmayacağıq və belə hallarda Azərbaycan artıq öz imkanları ilə bu benzinin qiymətini müəyyən edə bilər".

O bildirib ki, "Premium" və "Super" markalı benzinlərin qiyməti artıb: "Bu artım isə dünya bazarlarında neft və neft məhsullarının qiymətinin dəyişilməsi ilə bağlıdır. Çünki "Premium" və "Super" markalı benzinlər Azərbaycanda istehsal olunmur, bu benzin növləri xaricdən idxal edilir. Bu benzinlər xaricdən idxal edildiyinə görə, bu, onu istehsal edən zavod və şirkətlərin müəyyən etdiyi qiymətlərdən asılıdır. Keçmiş dövrdə dünya bazarlarında neftin qiyməti xeyli azalmışdı və pandemiya dövründə bu benzin növlərinin qiyməti Azərbaycanda aşağı düşmüşdü. Belə ki, məsələn, pandemiyadan əvvəl Aİ-95-in qiyməti 1 manat 50 qəpik idisə, pandemiya dövründə hətta 1 manat 10 qəpiyədək düşmüşdü. Bu da bir müddət neft və neft məhsullarının qiymətinin kəskin düşməsi ilə bağlı olub. Daha sonra isə bu benzin növlərinin qiyməti artıb və hazırda dünyada neft və neft məhsullarının qiyməti artmaqdadır. Neftin qiyməti artıq pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Və buna görə də bu benzin növlərinin qiyməti digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yüksəlib".

"Gələcəkdə başqa ölkələrdə bunların qiyməti aşağı düşərsə, Azərbaycanda da aşağı düşə bilər. Artacaqsa, Azərbaycanda da arta bilər. Lakin bu benzin növləri Azərbaycanda o qədər də çox istehlak edilmir. Ölkə daxilində əsas istehlak olunan yanacaq növləri dizel və Aİ-92 markalı benzindir ki, bunlar ölkə daxilində istehsal olunur. Və ölkə daxilində istehsal olunduğuna görə, onların qiymətini dövlət tənzimləyə bilir. Tarif Şurası bunların qiymətini müəyyən edir və ona görə də bu gün onların qiyməti artmayıb, amma Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti artıb", - deyə SOCAR rəsmisi əlavə edib.

Qeyd edək ki, Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiyməti qalxıb. Belə ki, Aİ-95-in qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98-in qiyməti isə 1,40 manatdan 1,55 manata çatıb.

Xatırladaq ki, Aİ-92 markalı benzinin qiymətini isə Tarif Şurası müəyyən edir. Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə bu ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması və bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.

Ana və iki oğlu yanaraq öldüSabirabad rayonunun Zəngənə kəndində evin yanması nəticəsində ana və iki oğlu yanaraq ölüb.

Avrasiya.net Apa-ya istinadən məlumat verir ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır.

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.
İsraildə hökumət koalisiyası formalaşdıİsrailin müxalif “Yeş Atid” partiyasının rəhbəri Yair Lapid hökumət koalisiyası formalaşdırmağı bacarıb.

Bu barədə o, prezident Reuven Rivlinə müraciətində deyib.

Məlumatı İsrail prezidentinin mətbuat xidməti də təsdiqləyib:

"Lapid prezidentlə telefonda danışdı və hökumətin “Yeş Atid, Kaxol-Lavan”, “Yamina”, “Avoda”, “Bizim Evimiz - İsrail, “Tikva Xadaşa”, “Meretz” və RAAM partiyalarına dəstək verəcəyini bildirdi"
Lənkəranda ağır qəza: bir ailənin 5 üzvü yaralandıLənkəranda avtomobil qəzasında biri uşaq olmaqla, beş nəfər xəsarət alıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Aşağı Nüvədi qəsəbəsi ərazisində baş verib. Belə ki, rayonun Osaküçə kənd sakini, 1967-ci il təvəllüdlü Rasif Cəfər oğlu Qənbərova məxsus VAZ-2104 markalı 90 FB 281 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı maneəyə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı sükan arxasında avtomobil sahibinin kürəkəni, 1999-cu il təvəllüdlü Yusif Mais oğlu Nəhmətov olub. Ailə üzvləri istirahətdən qayıdarkən sürücü, 1967-ci il təvəllüdlü Rasif Qənbərov sərxoş olduğundan avtomobili idarə etməyi Y.Nəhmətova həvalə edib. Qəza zamanı sürücü özü xəsarət almasa da, qayınatası R.Qənbərov, 1975-ci il təvəllüdlü Naibə Balağa qızı Qənbərova, 1977-ci il təvəllüdlü Sahibə Balağa qızı Həsənova, 2003-cü il təvəllüdlü İlqanə İbrahim qızı Həsənova və 2013-cü il təvəllüdlü Asim Rasim oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və ilkin zəruri tibbi yardımlardan sonra travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha bir hərbçimizin nəşi tapıldıVətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, 1999-cu il təvəllüdlü MAXE əsgər Eldəniz Rabil oğlu Verdiyevin nəşi Murovdağ istiqamətində tapılıb.

Şəhidimiz Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.

Allah rəhmət eləsin!