Azərbaycan bu imtahandan kifayət qədər yüksək nəticələrlə çıxdı” - QHT rəhbəri“Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında yüksək səviyyəli qonaq qismində çıxış etməsi Prezident İlham Əliyevin beynəlxalq səviyyədə təşəbbüslər irəli sürməsi və beynəlxalq səviyyədə nüfuzundan irəli gəlir.

Ölkə başçısı bu çıxışında Azərbaycanın pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün atdığı addımlardan tutmuş, ölkəmizin pandemiya dövründə də beynəlxalq təşəbbüslərlə çıxış etməsi kimi bir çox vacib məqamlara diqqət çəkdi”.

Bunu Cebhe.info-ya açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

O qeyd edib ki, pandemiya dövrü böyük sınaq və dövlətlərin fövqəladə vəziyyətlərə hazırlığı baxımdan bir imtahan kimi qiymətləndirilə bilər:

“Bu dövr vəziyyətin düzgün qiymətləndirilməsini və çevik idarəetmə tələb edir. Azərbaycan isə bu imtahandan kifayət qədər yüksək nəticələrlə çıxdı.

Prezident İlham Əliyev çıxışında da qeyd etdiyi kimi, Azərbaycan COVID-ın mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə edib.

Bu paket çərçivəsində ötən ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü, 5-ci və 6-cı dəfə birdəfəlik ödəmələr verilib. Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 450 milyon manat vəsait sərf olunub”.

Onun sözlərinə görə, Azərbaycan nadir ölkələrdəndir ki, pandemiya ilə mübarizə tədbirləri paralel və vəhdət şəkilində aparılıb:

“Misal üçün qeyd etmək olar ki, birdəfəlik yardım mexanizmi ilə paralel 96 285 nəfər ödənişli işlə təmin edilib, 12 000 nəfər özünüməşğulluq proqramına cəlb edilib, 9 655nəfərə kiçik biznes yaradılıb, 1 014 nəfər peşə hazırlığı kursuna cəlb edilib, 1 292 nəfərə işsizlikdən sığorta təyin edilib. Həmçinin 85 min ailənin 350 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Eyni zamanda, 100 minədək tənha yaşlı, əlilliyi olan şəxs, aztəminatlı ailə ərzaq yardımı ilə təminatı həyata keçirilib.

Həmçinin dövlət və özəl sektorda muzdla çalışan 1,7 milyon işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib”.

Onun sözlərinə görə, Azərbaycanın pandemiya ilə mübarizədə əsas uğurlarından biri də vaksinasiya siyasətinin düzgün qurulmasıdır:

“COVID-19 əleyhinə peyvəndin hazırlanması istiqamətinə işlərə start verildiyi andan Prezident İlham Əliyevin tapşırığı və nəzarəti altında həmin vaksinlərin əldə olunası üçün çoxtərəfli danışıqlara başlanılmışdır. Bunun nəticəsi olaraq, Azərbaycan vaksinləri əldə edən ilk ölkələr sırasında olmuş və vaksinasiya prosesi də uğurla davam etməkdədir. Bu günə kimi 2 milyon 300 mindən artıq ölkə vətəndaşı vaksinasiya üçün müraciət edib.

Nümunə kimi qeyd etmək olar ki, Azərbaycan vaksin istehsal edən Rusiyadan peyvəndin 1-ci mərhələsi və ümumi peyvəndləmə statistikasına görə irəlidədir. Peyvənd istehsal edəndən öndə olmaq isə vaksinə əlçatanlığın təmin edilməsi və peyvəndləmə prosesinin yaxşı təşkil olunması üçün əsas göstəricidir.

Azərbaycanın pandemiya dövründə göstərdiyi humanitar mövqe, Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə irəli sürdüyü bərabərlik mesajları zaman keçdikcə bəlkə də dünyada yeni hərəkatın yaranması üçün bir əsas olacaq.

İlham Əliyev dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunması məsələsində yüksək həssaslıq göstərməsi ideyasını irəli sürən lider oldu.

Azərbaycan Prezidenti bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini açıq şəkildə pisləyib.

“Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik təbii ki, digər dövlətlər tərəfindən haqlı narahatlıq doğurur. Azərbaycan Prezidenti bu məsələni dəfələrlə qaldırıb.

Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında da bu mövzuya diqqəti cəlb edərək qlobal həmrəyliyin vacibliyini, ölkələr arasında vaksinlərin ədalətli bölünməsinin təmin edilməsi üçün səylərin artırlmasını “peyvənd millətçiliyinin” yolverilməzliyini diqqətə çatdırıb”.
Hərbçilərimizin meyitləri Ermənistanda saxlanılır? - Videoİyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətə uyğun olmayan fikirlər səsləndirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.

"Bununla bağlı bildiririk ki, Ermənistan Səhiyyə Nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyən edilmişdir.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində Azərbaycan Respublikası Baş Prokurorluğunun, Respublika Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin peşəkar əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən intensiv iş aparılır", - birgə məlumatda qeyd edilib.


İranın BMT-də səsvermə hüququ əlindən alındıİran və Mərkəzi Afrika Respublikası BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum olublar.

Axar.az xəbər verir ki, bu barədə məlumat BMT Baş katibi Antonio Quterreşin BMT Baş Assambleyanın sədri Volkan Bozkıra yazdığı məktubda yer alıb.

İranın təşkilata 16,2 milyon dollar, Mərkəzi Afrika Respublikasının 29395 dollar borclu olduğu vurğulanıb.

Prezident “Binəqədi” yarımstansiyasının açılışındaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışında iştirak edib.

Avrasiya.net xəbər verir ki, Azərenerji ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.

Bildirildi ki, 1952-ci ildə inşa edilən “Binəqədi” yarımstansiyası istismar müddətini iki dəfə keçmişdi. Bu isə texnoloji itkilərin çoxalmasına, müxtəlif qəza hallarının, qısaqapanmaların baş verməsinə, istehlakçıların enerji təchizatında fasilələrin yaranmasına səbəb olurdu. İndi bu yarımstansiya müasir avtomatika sistemləri ilə təchiz edilərək tam yenidən qurulub. Burada görülən işlər çərçivəsində yeni avadanlıqla komplektləşdirilmiş, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri ilə təchiz olunmuş yeni İdarəetmə Mərkəzi tikilib və yerli mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

Qeyd edək ki, “Binəqədi” yarımstansiyasının yenidən qurulması həm də ona görə əhəmiyyətlidir ki, o, paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır.

Diqqətə çatdırılıb ki, Abşeron Regional Elektrik Şəbəkəsinin bu ərazidə yerləşən inzibati binası da yenidən qurulub. Şəbəkənin köhnə inzibati binası genişləndirilərək əsaslı təmir olunub, heyətin fasiləsiz iş rejimində çalışması üçün zəruri şərait yaradılıb. Bununla yanaşı, Azərenerji ASC-nin xüsusi təyinatlı maşın-mexanizmləri üçün nəqliyyat sahəsi və onlara təmir xidməti göstərəcək sahələr yaradılıb. Müxtəlif relyeflərdə, ağır şəraitdə işləyə biləcək xüsusi təyinatlı maşınlar alınıb. Ərazidə transformatorların təmir sahəsi qurulub, xüsusi layihə əsasında abadlıq işləri görülüb, geniş yaşıllıq sahələri salınıb.

Prezident İlham Əliyev “Binəqədi” yarımstansiyasını işə salıb.

Dövlətimizin başçısına işğaldan azad edilən Suqovuşan qəsəbəsində yenidən qurulması tam başa çatan, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında görülən işlər barədə də məlumat verilib.
Daha 9 nəfərin əlilliyi ləğv edildiÖtən illərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddəti bitən və əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş daha 21 şəxsin komissiya tərəfindən əyani müayinəsi aparılıb.

Avrasiya.net xəbər verir ki, müayinələr zamanı 9 nəfərin diaqnoz və sağlamlıq durumunun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Bu dəfəki müayinədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni və Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli iştirak ediblər.

Əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi və saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.
Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı münasibətilə sizə və eləcə də bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh, firavanlıq və tərəqqi arzularımı ünvanlayıram.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü yaxınlaşdıqca möhkəm və uzun müddət davam edən ikitərəfli münasibətlərimiz xeyli gücləndi. Cari il yanvarın 14-də son telefon danışığımız zamanı ikitərəfli münasibətlərimizə yeni bir nəfəs vermək istədik. Məhz eyni açıqlıq və səmimi ruhda cari il yanvarın 25-də Bakıya səfər etmiş Dövlət katibi Jan-Batist Lömuanı qəbul etdiniz.

Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatdan altı ay sonra yerlərdə davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır. Bu, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrini nəzərdə tutur. Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESKO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm.

İkitərəfli münasibətlərimizin keyfiyyətinə şəxsi bağlılığınızı bilirəm. Sizinlə bunu bölüşür və arzu edirəm ki, birlikdə, xüsusən iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində böyük inkişaf potensialından istifadə edə bilək. Azərbaycan-Fransız Universitetinin timsalında və ya son dövrlərdə müsbət inkişaf əldə edən Fransa İnkişaf Agentliyi ilə ikitərəfli layihələrimiz dostluğumuzu gündəlik möhkəmləndirməyə və gələcəyə inamla baxmağa imkan verən nailiyyətlərdir. Biz bu ambisiyanı davam etdirməliyik.

Sonda sizi əmin edirəm ki, Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və ölkənizlə Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər.

Cənab Prezident, sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".Makron İlham Əliyevə məktub ünvanlayıb
Ukrayna: Nüvə statusumuzu bərpa etməyi düşünmürükUkraynanın nüvə statusunun bərpası hələlik Kiyevin gündəmində dayanmır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.

“Nüvə gücü statusunun bərpasına gəlincə burada mən alman dostlarımızı rahatlatmaq istərdim. Hazırkı mərhələdə bu mövzu bizim gündəmimizdə deyil. Bununla belə ukraynalıların əksəriyyəti düşünür ki, nüvə silahından zamanında imtina böyük səhv idi. Bu gün əllərimiz boş qalıb. Ona görə ki, Rusiya dünyanın ən güclü nüvə ölkəsi kimi hərbi güc hesabına Ukraynanın ərazisinin 7%-ni işğal edib”, – deyə o bildirib.
Ramiz Əzizbəyli infarkt keçirdi, vəziyyəti ağırdırAzərbaycanın xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a sənətçinin ailəsindən məlumat verilib.

Xalq artisti hazırda xəstəxanada müalicə olunur:

“Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti sabit-ağırdır”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.
Saxlanılan daha 12 erməni terrorçunun adı açıqlandıÖlkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi icraata verilib.

Avrasiya.net xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Bu iş üzrə 14 erməni terrorçusu ittiham olunur. Onlardan yalnız ikisinin - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin adları məlum idi. Digərləri isə Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçlərdir.

Xatırladaq ki, 10 noyabr 2020-ci ildə tarixdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
Keçmiş deputat Ədliyyə Nazirliyini məhkəməyə verdiKeçmiş deputat, iqtisadçı alim Nazim Bəydəmirli Ədliyyə Nazirliyini məhkəməyə verib.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazim Bəydəmirlinin özü məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyini məhkəməyə verməsinin səbəbi "Bəydəmirli Xeyriyyə Fondu"nun dövlət qeydiyyatına alınmamasıdır.

“Baxaq görək hakimlərin və məhkəmələrin asılı olduğu bir quruma qarşı iddiamızı təmin etməyə bir cürəti olan hakim tapılacaqmı? Ədliyyə Nazirliyi hüququ qorumalı halda hüquqları özü pozmaqla məşğuldur və onun belə idarə edilməsi Azərbaycana ancaq utanc gətirir, dəyişdirilməlidir”, - deyə keçmiş deputat bildirib.