Tanınmış azərbaycanlı teleaparıcı vəfat etdiMəşhur azərbaycanlı teleaparıcı Şamil Familli vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə ARB telekanalı məlumat yayıb.

Qeyd edək ki, Ş.Famillinin ölüm səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Ş.Familli 1990-cı illərdən bəri televiziyada çalışıb. Son illərdə ARB televiziyasında “Bazar Düzü” proqramının aparıcısı idi.
Son 10 ildə baş vermiş münaqişələrdə 2 milyondan çox uşaq ölübDünyada hər gün 10 minə yaxın uşaq kimsəsiz və ya yetim qalır. Üstəlik, bu uşaqların çoxu aclıqla mübarizə aparır.

Xarici KİV bildirir ki, dünya üzrə ümumilikdə 690 milyon insan aclıq çəkir. Hər il 931 milyon ton qida isə israf olunur.

Təbii fəlakət, pandemiya, münaqişə, müharibə və köç böhranları səbəbindən dünyada hər gün təxminən 10 min uşaq ana və ya atasını itirir.

UNICEF-in də aralarında olduğu çox sayda beynəlxalq qurumun hazırladığı hesabatlara görə, dünyada qeydiyyata alınan yetim və kimsəsiz sayı 140 milyonu ötüb.

Dünyanın müxtəlif bölgələrində doğumu qeydiyyata alınmamış, ya da valideyni öləndə bir qohumunun sahib çıxdığı üçün yetim olaraq qeyd olunmamış çox sayda uşaq var.

Son 10 ildə yaşanan münaqişələrdə 2 milyondan çox uşaq həyatını itirib. Bunların çoxu yetim və kimsəsiz uşaqlar olub. Bu uşaqlar həm də aclıqla mübarizə aparırlar.

Avropada casusuluq qalmaqalı böyüyür: liderlər cavab gözləyirlərAlmaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Danimarka və ABŞ-ı casusluq qalmaqalına aydınlıq gətirməyə çağırıblar.

"Ölkə.az" xarici KİV-ə istinadən xəbər verir ki, Fransa lideri və Almaniya hökumətinin başçısı müttəfiqlərə casusluq edilmənin yolverilməzliyini bildirib.

Rəsmi Kopenhagen artıq casusluqla əlaqəsi olmadığını bəyan edib.

Danimarka Müdafiə Naziri Trine Bramsen yaxın müttəfiqlərin sistematik şəkildə vurulmasının qəbuledilməz olduğunu deyib.

Yayılan xəbərlərə görə, Danimarka kəşfiyyatı NSA-ya (ABŞ Milli Kəşfiyyat Agentliyi) Almaniyadakı siyasətçiləri dinləməyə icazə verib.

Danimarka Yayım Korporasiyası (DR) tərəfindən yayımlanan hesabatda bildirib ki, 2012-2014-cü illər arasında İsveç, Norveç və Fransanın yüksək səviyyəli siyasətçilərinin, habelə Almaniya kansleri Angela Merkelin telefonları müxtəlif sualtı kabellərlə ölkələrin rabitə sistemlərinə daxil olaraq dinlənilib.
Millimiz bu gün Belarusla qarşılaşacaqBu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.

Avrasiya.net-in məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığmasının qonağı olacaq. "Dimamo" Milli Olimpiya Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Bu, iki komanda arasında dördüncü oyun kimi tarixə düşəcək. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal hesabla qalib gəlibsə, daha bir qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

Hazırda Belarus FIFA reytinqində 89-cu, Azərbaycan 110-cu yerdə gedir.

Azərbaycan millisi daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub. Növbəti yoldaşlıq görüşü iyunun 6-da Kişineuda Moldovaya qarşı olacaq. Belarus isə ilk belə oyununa çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçularından Bəhlul Mustafazadə və Elvin Bədəlov hazır olmadıqları üçün Belarusa qarşı oynamayacaqlar.

2 iyun
Yoldaşlıq görüşü
20:00. Belarus - Azərbaycan
Minsk, "Dinamo" Milli Olimpiya Stadionu.
Ərdoğan Baydenlə müzakirə edəcəyi mövzunu açıqladıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində ABŞ Prezidenti Cozef Baydenlə müzakirəsini planlaşdırdığı mövzunu açıqlayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, amerikalı həmkarı ilə ABŞ və Türkiyənin münasibətlərindəki gərginliyi müzakirə etməyi planlaşdırır.

"Soruşacam ki, bizim münasibətlərimiz niyə belə gərgin oldu?", - Türkiyə rəhbəri jurnalistlərə açıqlamasında deyib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın zamanında Ankara və Vaşinqtonun münasibətləri gərginliyin bu həddinə çatmayıb. Türkiyə rəhbərinin sözlərinə görə, belə gərginlik Amerikanın əvvəlki demokrat prezidentlərinin zamanında da mövcud olmayıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Baydenlə görüşü iyunun 14-də NATO sammiti çərçivəsində baş tutacaq./ Report
Bu ölkədə “lokdaun” elan edildiMalayziyada son günlərdə koronavirusa yoluxmanın qarşını almaq məqsədilə “lokdaun” elan edilib.

“Anadolu” agentliyi xəbər verir ki, qadağalar iyunun 14-dək davam edəcək.

Vətəndaşların təməl ehtiyaclar və fövqəladə hallar xaricində yaşadıqları yerdən 10 kilometrdən artıq uzaqlaşması qadağandır.

Müəssisələrdə işçi sayı azaıdılıb, təhsil tamamilə onlayn sistemə keçib.

Əsas ehtiyac məhsulları satılan mağazalar xaricində, əvvəllər açıq olan alış-veriş mərkəzləri bağlanıb.
Xalq artisti Ramiz Əzizbəyli reanimasiyaya yerləşdirildiXalq artisti Ramiz Əzizbəylinin səhhəti pisləşib.

Avrasiya.net xəbər verir ki, bu barədə xalq artistinin qızı Cəlalə Əzizbəyli Teleqraf.com-a açıqlamasında deyib:

"Atam üç gündür ki, reanimasiyaya yerləşdirilib. Səhhəti ağırdır".

Qeyd edək ki, Ramiz Əzizbəyli Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib.
Paşinyan Parisdə etirazlarla qarşılandı – FOTOFransada rəsmi səfərdə olan Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu ölkədə yaşayan ermənilərin kütləvi etirazları ilə qarşılaşıb.

Erməni KİV-də yayılan məlumata görə, Fransa erməniləri Parisdəki Ermənistan səfirliyi binası qarşısına toplaşıblar.

Onlar “Nikol, satqın” şüarlarını səsləndiriblər və “Təslimçi”, “Satqın” sözlərinin yazıldığı plakatlar qaldırıblar.

Etirazçılardan biri Paşinyanın “it kimi gəbərməsini” arzulayıb və “bu, Fransaya dövlət büdcəsi hesabına axırıncı dəfə gəlməyindir”, - deyə qışqırıb.
Azərbaycanda bu markalı benzinin qiyməti qalxdıAzərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.

Bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.

Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.