İran donanmasının ən böyük gəmisi yandı: 33 yaralıFars körfəzində təlim zamanı İran Hərbi Dəniz Qüvvələrinin gəmilərindən birində yanğın baş verib.

Avrasiya.net xəbər verir ki, bu məlumatı “Fars” agentliyi yayıb.

Körfəzdə yanan gəminin İran donanmasının ən böyük tonajlı gəmisi olduğu məlum olub.

"Hark" gəmisinin yanması nəticəsində ekipaj üzvlərinin 33-ü yaralanıb. Onlar təcili xəstəxanaya qaldırılıb.
Kut sakini Nikolla görüşdə ərazi qalmaqalını ifşa etdi – Şok videoÖtən həftə Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Kut kəndinə səfəri zamanı yaşananlar sosial şəbəkələrin erməni seqmentində hələ də müzakirə edilir.

Axar.az xəbər verir ki, vətəndaşlarla görüş zamanı Paşinyan yerli sakin ilə dialoqa giri və ondan Kut kəndindən olub-olmadığını soruşur. Sakinin cavabı isə Ermənistanın sərhəd siyasətini ifşa edir:

“Mən Kutda 33 ildir yaşayıram. Biz buraya gəlib türkləri (azərbaycanlıları) buradan qovmuşuq”.

Sakin bu sözləri dediyi zaman Paşinyan əli ilə onun əlinə toxunur və kameraya baxaraq vətəndaşı susdurmağa çalışır. Və bütün bunlar Feysbukun canlı efirindən yayımlanır.

Bu fakt bir daha Ermənistanın Qaragöl yaxınlığında yaratdığı gərginlik, bu ərazilərin 1988-ci ilə - Ermənistanın Qarabağda separatizm hərəkatına başladığı və azərbaycanlıların Ermənistandan qovulmasına qədər kimə məxsus olmasına aydınlıq gətirir.

Məsələ bundadır ki, hazırda Ermənistanın gərginlik yaratdığı yerlərdən biri də Kut kəndi yaxınlığındakı ərazidir. Ermənistan bu kənd yaxınlığındakı yüksəkliklərdəki mövqelərə yerləşən Ordumuzun guya Ermənistan ərazisinə girdiyini iddia edir. Bu videodan isə tam şəkildə bir daha aydın olur ki, Kut kəndinə - Basarkeçər rayonunun Zərzibil kəndinə 33 il öncə yerləşiblər və kəndin ətrafındakı yüksəkliklərdə Kəlbəcər rayonunun ərazilərini ələ keçiriblər.

Bunu sözügedən sakin də görüşdə açıq şəkildə bildirir.
Türkiyə ordusu 3 PKK-çını məhv etdiTürkiyə ordusu İraqın şimalında terrorçuların mövqeyinə zərbə endirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında yazıb.

“İraqın şimalındakı Metina bölgələsində keçirilən “Pəncə-Şimşək” əməliyyatı nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib”, - məlumatda bildirilib.
Bakıda özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMABu gün Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində özünü Qarabağ əlili kimi təqdim edən şəxsin özünü yandırmağa cəhd etməsilə bağlı paylaşımlar edilib.

Bununla bağlı mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətindən bildirilib ki, qəsəbə ərazisində piyadaların hərəkət hissəsində yolu zəbt edərək, qanunsuz quraşdırılan küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib. Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb:

"Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib".
Hava limanında vəzifəli şəxslər arasında dava olduGəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib.

A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir. İnsidentə polis müdaxilə edib.

Hazırda fakt araşdırılır.
Sensasiya: Putin və Bayden dünyanı belə böləcəkPutinlə Baydenin görüşü tet-a-tet formatında keçirilməlidir, çünki orada iki lider dünyanı bölüşdürəcək. Tərcüməçilər istisna olmaqla, hər kəsin otaqdan çıxarılması gərəkəcək. Danışıqlar bitəndən və nüfuz zonalarının bölüşdürülməsindən sonra tərcüməçilər güllələnməlidir ki, heç kəs iki liderin nədən danışdığını bilməsin.

Axar.az xəbər verir ki, bu barədə "Rossiya-1" telekanalında "Vladimir Solovyovla axşam" verilişinin efirində Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, görüş zamanı liderlər dünyanı təsir zonalarına bölməli olacaqlar:

“Yaxın və Uzaq Şərqdə hər şey aydındır. Amma Moldovanın bir hissəsinin Rusiya, digərinin isə Rumıniyanın təsiri altına keçəcəyi ilə bağlı mübahisə aparmaq lazım gələcək. Həm də Ukraynanın 6 qərb bölgəsini vermək məcburiyyətində qalacağıq. Burada Lvov paytaxt olacaq. Ukraynanın bütün qalan hissəsi isə Rusiyaya keçəcək. Belarus tam olaraq Rusiyanın nəzarətində olacaq. Bu sözsüzdür. Baltikyani ölkələrdə sərhədlər dəqiqləşdiriləcək. Tallinə köhnə adını - “Revel”i qaytaracağıq, Tartu isə onsuz da Rusiya şəhəri kimi tanınırdı. Cənubi Latviya ruslara, Vilnüs diyarı isə Belarusa qaytarılacaq. Onlara isə Kaunas (Litva) qalacaq.

Bu, sadəcə sözlər deyil. İllər əvvəl mən Yaxın Şərqin xəritəsini çəkmişdim. İndi orada hər şey mən dediyim kimidir”, - deyə Jirinovski qeyd edib.
COVID-19 pasportu olmayanlar məscidə buraxılmayacaqQafqaz Müsəlmanları İdarəsi COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.

Avrasiya.net xəbər verir ki, məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır.

Bundan əlavə, Hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.

İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır.

İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.
Azərbaycan Ermənistana növbəti dəfə xəbərdarlıq edib"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür".

Avrasiya.net xəbər verir ki, bu fikirlər Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin yaydığı birgə məlumatda bildirilib.

"Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti Kəlbəcərdə Azərbaycan sərhədini pozan erməni hərbçilərinin ərazidən çıxarılması ilə bağlı məlumat yayıb.
Makron ermənilərin əsirinə çevrilibFransa prezidenti Makron orada yaşayan ermənilərin əlində əsirə çevrilib. Makronu erməni separatçıları idarə edir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Mirsamir Məmmədov dünən Ermənistan baş nazirinin vəzifəsini icra edən Paşinyanın Fransaya səfəri çərçivəsində Makron tərəfindən isti qarşılanmasına münasibətində deyib.

Politoloqun fikrincə, ümumiyyətlə, Fransa daima ermənipərəst siyasət yürüdüb: "Makron digər Fransa prezidentləridən fərqli olaraq işğalçılara daha geniş qucaq açıb, onların cinayətlərinə göz yumub. Makron seçkiqabağı erməni separatçılarına verdiyi vədləri yerinə yetirdi. Açıq şəkildə Qarabağ münaqişəsində Ermənistanın maraqlarını, mənafeyini müdafiə etdi".

M.Məmmədov qeyd edib ki, Makron yürütdüyü siyasətlə bütün müsəlman dünyasında nifrət qazanıb.
Belə ki, Makronun İslamın əleyhinə fikirləri onun əsl antiislamçı olduğunu ifşa etdi: "Fransa Prezidentinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi həm onun erməni lobbisinin təsiri altında olması, həm də İslam aləminə nifrəti ilə birbaşa əlaqəlidir".

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ötən il "İslam radikalizmi ilə mübarizə" adı altında xalqa müraciətində İslam dinini hədəfə alan sözlər söyləyib. O, bu gün İslamın dünyanın hər yerində böhran yaşayan bir din olduğunu qeyd edib.

Makronun İslamı hədəf alan bəyanatı bu ölkədə dini-ayrı seçkiliyə rəvac verərək radikal sağçı qrupları müsəlmanlara qarşı fəallaşdırıb.

Statistikaya görə, 70 milyonluq Fransanın təxminən 7,5 milyon nəfərini müsəlman əhali təşkil edir, təqribən 8,9 faiz! Amma özünü “demokrat”, “tolerant” adlandıran bu ölkədə İslam Peyğəmbərinin təhqir olunması az qala adi hala çevrilib. İnsanların heysiyyətinə toxunan, inancını təhqir edənləri necə himayə etmək olar, bu, psixoloji pozğunluğun əlaməti deyilmi?

Politoloq qeyd edib ki, Əlcəzirdə, Ruandada minlərlə insanı öldürənlər bu gün öz ərazilərini terrorçulardan, narkotik və silah qaçaqmalçılarından təmizləyən Azərbaycanı ittiham edir: "Makronun bu kimi məsələlərdə ölkəmizi ittiham etməsinə haqqı çatmır. Yaxşısı budur, Fransanın tarixdə müsəlmanlara qarşı törətdiyi soyqırımlara baxsın. Makron demokratiya, insan haqları, humanizm kimi prinsipləri ölkəsində yaşayan yarım milyon erməniyə qurban verməklə iyrənc və satılmış prezident kimi yadda qalacaq".
İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

Azərbaycan Respublikasının silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb.

Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir.