Siyəzəndə 27 yaşlı gəlin intihar etdiSiyəzəndə 27 yaşlı gəlin özünü asıb.

Hadisə Siyəzənin Böyük Həmyə kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Nuranə Şıxəli qızı Səfərəliyeva yaşadığı evin zirzəmisində özünü asaraq intihar edib.

Hadisə yerinə Siyəzən rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları gəlib. Hadisə yeri müayinə olunub.

Bildirilir ki, mərhumun 1 azyaşlı qızı var.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma başlanılıb.

Gənc gəlinin özünü öldürmə səbəbi hələlik məlum deyil./Modern.az
Kiyevdə polis 5 azərbaycanlını döydü – TəfərrüatMayın 29-də Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlıların hücuma məruz qalmasının təfərrüatı məlum olub.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, hadisə zamanı ümumilikdə 5 azərbaycanlı döyülüb.

Bunlar Kiyevin Dneprovski rayonu, Almatinski 54 ünvanında çadırda xırda ticarətlə məşğul olan Əlverdi və Fikrət Məmmədov qardaşları, onların həmkəndlisi Xəzər Cabbarov, Elman Mənsimov və Saday Cabbarov olub.

Bildirilib ki, onlara xəsarət yetirən Kiyev vilayət polisinin mülki geyimli əməkdaşları olub. Hadisəyə səbəb bir neçə maddə üzrə təqsirli bilinərək saxlanılmış, 1973-cü il təvəllüdlü azərbaycanlı Əfsər Məmmədovun mayın 28-də İrpen Şəhər Məhkəməsindən iclas fasiləsi zamanı qaçması olub. Belə ki, Əfsər sözügedən Məmmədov qardaşlarının əmisi olub və qaçdıqdan sonra onlarla əlaqə saxlayıb. Mülki geyimli polis əməkdaşları Ə.Məmmədovun qaçdıqdan sonra qohumları ilə əlaqə yaratdığı və onların işlədiyi yerə gəldiyi barədə məlumata malik olduqlarını bildiriblər. Daha sonra onlardan Əfsərin yerini tələb ediblər. Qohumları inkar etdikdə isə polislər onlara güc tətbiq edərək xəsarət yetiriblər.

Hazırda Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti nəzarətə götürüb və hadisə ilə bağlı ölçü götürülməsi üçün Respublika Baş Prokurorluğuna müraciət edib.

Ukraynada Azərbaycan diasporunun hüquqşünası isə xəstəxanada xəsarət alan azərbaycanlılarla görüşərək onların müraciətini yazılı şəkildə alaraq Ukrayna Dövlət İstintaq Bürosuna təqdim edib. Azərbaycan DİN-in Ukrayna səfirliyindənki nümayəndəsi, diaspor rəhbəri xəstəxanada zərərçəkən azərbaycanlılara baş çəkiblər. Hadisə nəzarətdə saxlanılır.

Qeyd edək ki, Ə.Məmmədov ötən gün saxlanılaraq istintaqa təhvil verilib.
Arvadını öldürən hakim həbs edildi - RəsmiMayın 30-da paytaxt sakini Pərvanə Süleyman qızı Əhmədovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ilkin istintaqla zərərçəkmişin əri Fəqan Rövşən oğlu Əhmədovun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində iş üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirilir.
Sabiq nazir müavini 1 milyon 800 min rüşvət alıb - İttihamBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxs ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb.

Daha sonra R.Bayramov elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilib.

Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, Mədəniyyət nazirinin müavini Rafiq Yasin oğlu Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir İmran oğlu Sultanovun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Zakir Sultanovun cinayət işi ayrıca icraata ayrılıb.
"Artıq Kiprdə federal əsasda bir razılaşma ola bilməz""Görürəm ki, artıq Kiprdə federal əsasda bir razılaşma ola bilməz. Dediklərimiz bu seçkilərin nəticələri ilə bir daha təsdiqləndi".

Avrasiya.net xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Cənubi Kiprdə keçirilən parlament seçkilərində iqrçi Milli Xalq Cəbhəsinin (ELAM) səslərinin artdığına münasibət bildirərkən deyib.

Prezident Tatar radikal sağçı, irqçi mövqeyi ilə tanınan ELAM-ın səslərini ikiqat artırdığı parlament seçkiləri ilə əlaqədar "Anadolu" Agentliyinə müsahibə verib.
Kiprin yunan tərəfində millətçilik və ekstremist düşüncələrin artdığını ifadə edən Tatar, bunun Kiprdə ədalətli, qalıcı və davamlı bir razılaşma üçün müsbət bir inkişaf olmadığını qeyd edib.

Ersin Tatar deyib ki, bu nəticələr adanın yunan tərəfində millətçi və radikal düşüncələrin getdikcə artdığını göstərir: "Həm yunan tərəfindəki təhsil sistemində radikal millətçi ünsürlərin fəaliyyəti, həm də idman zallarında cərəyan edən proseslər seçkilərin nəticəsində özünü biruzə verib.

Seçkiləri hazırda yunan tərəfində türklərə qarşı nifrət aşılayan faşist ELAM tipli partiyalara qarşı tədbirin görülməməsinin nəticəsi kimi dəyərləndirmək olar. “Üstəlik yunan Ortodoks Kilsəsinin də bunlara dəstək verməsi ELAM-ın səslərinin artmasının ən böyük səbəbidir”.

Azərbaycanın tanınmış futbolçusunu avtomobil vurub öldürdü“Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarov vəfat edib.

Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O bildirib ki, 66 yaşlı futbol veteranını avtomobil vurub. Hadisə bu gün Həsən Əliyev küçəsindəki evinin yaxınlığında baş verib. Şıxlarov hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Şıxlarov 1974, 1977-80, 1982-84-cü illərdə “Neftçi”nin formasını geyinib. O, həmçinin Sumqayıt “Xəzər”i, Mingəçevir “Avtomobilçi”si, Kiyev OİK-i, Gəncə “Kəpəz”i və Siyəzən “Çıraqqala”sında forma geyinib. 1982-ci ildə SSRİ Olimpiya yığmasında da cəlb olunan Şıxlarov karyerasının sonlarında “Neftçi”nin futzal komandasında da oynayıb.
Almaniyadan deportasiya ediləcək azərbaycanlı özünə xəsarət yetiribAlmaniyadan deportasiya ediləcək şəxs özünə xəsarət yetirib.

“Report”un Avropa bürosunun məlumatına görə, Azərbaycan Respublikasının vətəndaşı İlkin Ələkbərov onu aparmağa gələn miqrasiya idarəsi və polis əməkdaşlarının gözü önündə özünə xəsarət yetirib.

O, deportasiyaya etiraz edərək, ülgüclə qol damarlarını kəsib. Hadisə yerinə təcil yardım çağırılıb, yaralı xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, İ.Ələkbərovun vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, növbəti günlərdə də Almaniyadan azərbaycanlıların kütləvi deportasiyayı nəzərdə tutulur. Bu məqsədlə Almaniyada sığınacaq istəyi rədd edilən və barəsində deportasiya qərarı çıxarılan şəxslər polis və miqrasiya idarəsinin müşayiəti ilə Düsseldorf və Münhen hava limanlarının yaxınlığındakı xüsusi mərkəzlərə gətirilirlər.

Azərbaycanda 15 yaşlı qız ana olduAğcabədi rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub.

Avrasiya.net-in Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hamilə vəziyyətdə rayon Mərkəzi Xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü S.İ-nin övladı dünyaya gəlib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir.
Mehriban Əliyevadan uşaqlarla bağlı PAYLAŞIMBirinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib.

Avrasiya.net-in məlumatına görə, paylaşımda deyilir:

Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu nurlu, gözəl gün münasibətilə bütün balaları səmimi-qəlbdən təbrik edirəm! Yer üzündəki hər bir uşağa möhkəm cansağlığı, sevgi, xoş günlər, qayğısız uşaqlıq və xoşbəxt həyat arzulayıram! Uca Tanrı uşaqları bütün qada-baladan qorusun!


Komitə sədri uşaqları TƏBRİK edib - Daima sağlam və gülərüz olasınız!Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Əziz, gözəl və sevimli uşaqlar!

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Bu xoşbəxt gününüz münasibəti ilə sizi ürəkdən təbrik edirəm! Daima sağlam və gülərüz olasınız!

1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb və Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu tarix xüsusi olaraq qeyd edilir. Hər bir cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlı­ca sosial məsuliyyətidir.

Ölkəmizdə uşaqlara qayğının təcəssümü olan bu məsuliyyətin dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi, məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət göstərərək deyirdi: “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”.

Siz çox xoşbəxtsiniz ki, müstəqil Azərbaycan dövlətinin uşaqlarısınız! O dövlətin ki, dünyanın güclü dövlətləri siyahısında özünə məxsus yeri var. Məhz cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqillik dövrünün uşaqları böyüyərək torpaqlarımızı 30 illik erməni işğalından cəmi 44 gün ərzində azad etdi. Bizim dövlətimiz çox güclüdür. İnanıram ki, sizlərdə böyüyüb dövlətimizi daha güclü, daha müasir edəcəksiniz.
İlham Əliyevin apardığı siyasətin əsasını sizin hərtərəfli şəxsiyyət və ölkə­mizin layiqli vətəndaşı olaraq formalaşmağınız üçün gördüyü işlət təşkil edir.
Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan dövlət başçısı demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir".

Dövlətimiz bütün sağlam uşaqlarla yanaşı, xüsusi qayğıya ehtiyacı olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların da cəmiyyətə inteqrasiyasını daima diqqət mərkəzində saxlayır. Belə ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Eyni zamanda Mehriban xanımın təşəbbüsü ilə əlilliyi olan uşaqların tam sağalaraq cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilir.

Mən bilirəm ki, siz çox güclüsünüz!
Biz də çox xoşbəxtik ki,siz müstəqil Azərbaycanın gələcəyisiniz!

Həm də ona görə xoşbəxtik ki,siz bizim arzularımızın ümid yerisiniz!

Biz böyüklər, həm də gözəl bilirik ki, gələcəyimizi, yəni sizləri nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Hamınızı bir daha təbrik edirəm! Xoşbəxt olun!!!
Tanrı Sizləri və Sizi sevənləri qorusun!! Amin!