Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI: Güllə başından dəyib ağzından çıxıb - FOTONovosibirsk yaxınlığında yol polisininin güllələdiyi azərbaycanlı gənc Vəkil Abdullayevin xəstəxanada dünyasını dəyişməsi bu hadisəyə diqqəti artırıb. Novosibirsk vilayətinin Səhiyyə Nazirliyi Moşkovo qəsəbəsində baş verən hadisədə yaralanmış Vəkil Abdullayevin ölümünü təsdiqləyib. Həkimlər oğlanın həyatı üçün iki gün mübarizə aparıblar. Amma güllə başın arxasına dəyib ağızdan çıxdığı üçün gəncin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə mayın 28-də Sibir yolunda baş verib. Rəsmi məlumatda qeyd edilir ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisinin dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman 19 yaşlı gənc Vəkil müdaxilə etməyə başlayıb və bu hadisə baş verib.

Hadisənin səbəbkarı 38 yaşlı polisə qarşı “Rəsmi səlahiyyətləri aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi) və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” ( Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi) maddələri ilə cinayət işi açılıb. Polis məmurunu 10 ilədək həbs cəzası gözləyir.

Rusiyanın “Komsomolskaya Pravda”nəşri hadisə ilə bağlı öz araşdırmasını aparıb. Bildirilir ki, mayın 28-də Vəkil iki dostu ilə birlikdə Tomskdan qayıdırmış. Tomska getmələrinə səbəb maşın üçün sifariş etdikləri ehtiyat hissələri almaq olub. Xarici avtomobili sahibi 19 yaşlı Vəkil idarə edirmiş. Onlara evə qayıdarkən tamamilə ayıq olublar.

Novosibirsk bölgəsində "Toyota" yol polisi əməkdaşı tərəfindən təqibə alınıb. Bunun səbəbi ilə bağlı iki fərqli versiya var. Yol polisi iddia edirlər ki, “Toyota” “saxla” əmrinə tabe olmayıb və bu səbəbdən avtomobili təqibə alıb. Gənclər isə iddia edir ki, yol polisinin onları saxlamaq istəməsini, hətta onları miqalka ilə təqib etdiyini görməyiblər. Maşını isə bir kafenin qarşısında özləri saxlayıblar ki, tualetə girsinlər. Avtomobildə isə Vəkildən başqa qardaşı İlkin və Ruslan adları dostları olub.

İlkin deyib ki, onlar qayıdanda görüblər ki, yol polisi Ruslanın əl-qolunu buraraq zorla avtomobilə soxmağa çalışır. “Biz onların yanına qaçdıq. Müfəttiş avtomobilimizin şüşəsini yumruqlamağa başlayanda hirsləndik. Polis bu dəfə Vəkilə qarşı zor tətbiq etməyə başladı. Ruslan isə telefonunu çıxarıb bütün bu baş verənləri çəkməyə çalışdı. Onun mobil telefonunu aldı, sonra isə mən baş verənləri çəkməyə başladım” deyə, o bildirib.

“Bu video artıq demək olar ki, bütün ölkə tərəfindən izlənilib. Kadrlarda gənclər yol polisinə müqavimət göstərir, patrul avtomobilinə minmək istəmirlər. Hər ikisi də ana söyüşü edirlər. Sonra çəkiliş kəsilir. Və kadrlarda gənc sürücü Vəkilin avtomobilin kapotundan necə süründüyü, ağzından qan axdığı görünür. Onun başı üzərində həyəcanlı yol polisi dayanıb, əlində tapança ...” deyə, Rusiya nəşri yazır.

Qardaşı deyib ki, polis əlində tapança ilə Vəkili maşının kapotuna sıxanda hər şeyin ciddi olduğunu başa düşüb. “Müdaxilə etmək üçün ani telefonu söndürdüm və bu zaman atəş səsi eşidildi. Mən o anı çəkmədim. Qanı gördükdə əvvəlcə şok oldum, ancaq telefonumu yenidən çıxarıb çəkməyə başladım ” deyə, o bildirib. İlkin və hadisənin digər şahidi deyib ki, yol polisindən kəskin spirt iyi hiss ediblər.

Müstəntiqlərin versiyasına görə də yol polisi əməkdaşı səlahiyyət hədddini aşaraq 19 yaşlı oğlanı yumruq və təpiklə vuraraq ona zor tətbiq edib. Bundan sonra, "PM" tipli xidməti tapançasını çıxararaq, atəşə hazır vəziyyətə gətirib, sonra isə tətiyi çəkib.

Yol polisi dərhal həbs edilib. Onun saxlanıldığı müvəqqəti təcridxananı OMON nəzarətə alıb. “Mitinq keçirmirik, amma təbii ki, qəzəblənmişik. Bu dəhşətli hadisədən xəbər tutan Vəkilin tanışları, dostları və qohumları Moşkovoya gəliblər. Atası Gürcüstandan qayıdır. Rusiyada belə bir məsələyə görə adama atəş açıla biləcəyini ağlımıza sığışdıra bilmirik. Sabah bu cür polislər sizə, övladlarınıza hücum edəcəklər və bu qorxuncdur” deyə, Vekilin dayısı Asif Yusubov nəşrə bildirib. / Musavat.com
Bayden-Putin görüşü möcüzəvi olmayacaq - İran nəşriNeçə vaxtdır formalaşan mənfi atmosfer, əlbəttə ki, yox olmayacaq. Vaşinqtonun bütün ittihamlarından sonra Moskvanın şübhəsiz ki, hansısa cavab addımları atmağa mənəvi haqqı var idi. Rusiya Prezidenti Vladimir Putin xüsusi sərəncamla hökumətə Rusiyaya qarşı "dost olmayan" ölkələrin siyahısının hazırlanmasını tapşırması belə addımlardan biridir. Həmin siyahının birincisi artıq özünü bəlli edib.

Axar.az xəbər verir ki, bu barədə İranın "Axarin Xabar" qəzeti məqalə dərc edib.

"Putinlə Baydenin gələn ay baş tutacaq görüşü möcüzəvi olmacayaq. Beynəlxalq ictimaiyyət görüşün nəticələrini deyil, iki fövqəldövlətin liderlərini yanaşı görmək istəyir. Əsas məqam həmin mənzərəni izləmiş olmaqdır. Üstəlik, hər iki tərəfin başa düşdüyünə görə, görüşün yekunlarına dair mətbuat konfransı da çətin ki, baş tutsun", - məqalədə vurğulanır.
Günlük yoluxma sayı 469 mini ötdü - ÜSTDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 469 mindən çox artıb.

Avrasiya.net TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 469 996 nəfər yeni koronavirusa yoluxub, 11 311 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 169 597 415, ölənlərin isə 3 530 582 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 32 916 501 nəfər. Siyahıda daha sonra Hindistan (27 894 800), Braziliya (16 391 930), Fransa (5 557 673), Rusiya (5 063 442), Böyük Britaniya (4 480 949), İtaliya (4 213 055), Argentina (3 702 422), İspaniya (3 663 176) və Almaniya (3 679 148) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Xəbərdarlıq: Göndərilən linkləri açmayın!Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, bu barədə texnobloger, "Tavuş Bot"un yaradıcısı Fərid Pərdəşünas paylaşım edib.

"Bu, hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin linkləri və kodları sosial mediada, yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin, ya da görməzdən gəlin", - deyə mütəxəssis xəbərdarlıq edib.

Qeyd edək ki, oxşar kampaniya hazırda Vatsap mesajlaşma tərbiqində sürətlə yayılır.

Sosial media istifadəçilərinə göndərilən linkləri açmamağı və ya paylaşmamağı məsləhət görürük.
Bu gündən Bakı metrosu açılırBu gündən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir.

Avrasiya.net xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, 2021-ci il 31 may saat 06:00-dan Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması nəzərdə tutulub.

Azərbaycan Respublikasının ərazisində AVRO-2020-nin oyunlarının keçiriləcəyi günlər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə icazə verilib. AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək. Uels – İsveçrə oyununun keçiriləcəyi 12 iyun şənbə, Türkiyə - İsveçrə oyununun keçiriləcəyi 20 iyun bazar günlərinə təsadüf edir. Başqa sözlə, 12 iyun ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə qadağa nəzərdə tutulmayıb. 20 iyunda isə bu qadağa səhər saat 06.00-dək dövrü əhatə edir və tamaşaçılar həmin gün saat 20.00-da keçiriləcək Türkiyə - İsveçrə oyunu ilə əlaqədar avtobus və metrodan istifadə edə biləcəklər.
Bu gündən açıq havada maska taxılması ləğv edilirBu gündən Azərbaycanda xüsusi karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılır.

Avrasiya.net xəbər verir ki, bunlardan biri saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbinin ləğv olunmasıdır.

Məlumat üçün ki, qapalı məkanlarda maska istifadəsi mütləqdir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.