Deputatlar da Şuşaya getmək istəyirTəklif edirəm ki, Milli Məclisin deputatlarının kiçik qruplar halında Şuşa şəhərinə səfərləri təşkil edilsin.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, son günlər ziyalıların, media nümayəndələrinin Şuşa şəhərinə səfərləri olur:

“Hesab edirəm ki, deputatların Şuşaya səfərinin təşkil edilməsi orada görülən işlərin görməsi baxımdan əhəmiyyətlidir”.

Spiker Sahibə Qafarova deyib ki, bir sıra deputatlar Şuşa şəhərinə səfər edib:

“Xarici onaqlarla gediblər, digər tədbirlərdə iştirak ediblər. Hər halda Aydın müəllimin təklifi stenaqrama düşəcək”.
Əlilliyi olan şəxslər TƏBİB-in binası qarşısında etiraz edibBir neçə əlilliyi olan şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) binası qarşısında etiraz nümayiş etdirirlər.

“Report” xəbər verir ki, onların əsas narazılığı əlillik təyinatları ilə bağlı olub.

TƏBİB-dən “Report”a bildirilib ki, narazı vətəndaşlar qurumun nümayəndələri tərəfindən qəbul edilib və şikayətləri dinlənilir.

Vətəndaşlara məlumat verilib ki, əlillik və pensiya təyinatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən aparılmır:

“Tİbb müəssisələri yalnız həkim rəyinin əks olunduğu Forma-88 arayışı təqdim edir. Əgər vətəndaş həkim rəyini düzgün hesab etmirsə, o zaman həmin şəxsin müraciətinə fərdi qaydada baxıla bilər”.
İcra başçısının vətəndaşlarla KOBUD DAVRANIŞI - VİDEOTərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranıb.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə vətəndaşların icra başçısının onların problemləri ilə maraqlanmadığına görə narahat olduqları əks olunub.

Bu zaman bir neçə vətəndaş M.Məmmədovla görüşü lentə almaq istəsə də, o, telefonların yığışdırılması barədə göstəriş verir.
Hüseynbala Mirələmov: "Səhvlərimdən dərs almışam""Deyə bilmərəm ki, həyatım başdan-başa elə uğurlardan ibarətdir. Uğursuzluqlarım da çox olub. Hamı kimi xeyli yanlışlıqlara da yol vermişəm. Amma bir şey var ki, bu yanlışlıqları heç vaxt görməzdən gəlməmişəm. Onlardan nəticə çıxarmağa çalışmışam. Səhvlərimdən dərs almışam bacardıqca..."

"Ölkə.az"ın məlumatına görə, bu sözləri sabiq deputat Hüseynbala Mirələmov deyib. O bildirib ki, vicdan dəyərindən heç vaxt vaz keçməyib:

"Biz sovet ideologiyasının təsiri altında yetişmiş insanlarıq. Sovetlərin bir çox dəyərlərini özümüz üçün müqəddəsləşdirmişdik. Bu dəyərlərin çoxu puç oldu, bir anlamı qalmadı. İmtina etdik çoxundan. Bir dəyərdən isə heç vaxt vaz keçmədim. O dəyərin adı vicdandır... Müəllimlərimizin də, valideynlərimizin də bizə ən çox aşıladıqları o idi"

"Ötüb-keçən illər mənə kifayət qədər həyat təcrübəsi qazandırıb. İndi də düşünürəm ki, vicdan bir insan üçün ən mühüm keyfiyyətdir. Əslində, o, bir insana gərək olan bütün mənəvi-əxlaqi keyfiyyətlərin məcmusudur.

İnsan savadsız ola bilər, hansısa peşəkar qabiliyyətlərində axsaya bilər, yarıtmaz ola bilər, bunları düzəltmək mümkündü. Amma əgər insan vicdansızdırsa, onunla yola getmək çox çətin olacaq", - deyə sabiq deputat əlavə edib.

Xatırladaq ki, sabiq deputat Hüseynbala Mirəlimovun işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik davranışını əks etdirən videosu yayılmışdı. Həmin videoya görə H. Mirələmov YAP-dakı bütün vəzifələrindən azad edilmişdi.
Penitensiar xidmətin əsgəri özünü güllələdiƏdliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

"Ölkə.Az" xəbər verir ki, Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.
Kürdəmirdə 15 yaşlı qız intihar etdi15 yaşlı Kürdəmir sakini asaraq intihar edib.

Hadisə Çöhranlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2006-cı il təvəllüdlü Mərdanova Yavər Ülfət qızı özünü yaşadığı evin həyətindəki damında asaraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Sabirabadda kürəkən qayınata və qayınanasını bıçaqladıSabirabadda ər və arvad kürəkənləri tərəfindən bıçaqlanıb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Axıska kənd sakinləri - Əliyev İlqar Ağakişi oğlu və onun həyat yoldaşı Əliyeva Ziyafət Səməd qızı kürəkənləri ilə aralarında yaranan mübahisə zamanı çoxsaylı bıçaq zərbəsi alıblar.

Hər iki yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Şimali Koreya liderindən 24 gündür xəbər yoxdurKoreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen In 24 gündür ictimaiyyət arasında görünmür.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə üzrə Nazirliyinin (Şimali Koreya ilə birləşmə məsələlərini kurasiya edir) sözçüsü mayın 31-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, dövlət başçısı sonuncu dəfə mayın 7-də ölkə paytaxtı Pxenyanda keçirilən konsertdə iştirak edib. Həmin gündən sonra o, xalq arasına çıxmayıb: “Kim Çen Inın ictimaiyyət arasında görünməməsi bu il ən uzun dövr sayılır”.

Cənubi Koreya rəsmisi Şimali Koreya liderinin ictimaiyyət arasında görünməməsinin səbəbini açıqlamayıb. O deyib ki, indiki şəraitdə bu barədə dəyərləndirmə aparmaq yersiz hərəkət olar.

Qeyd edək ki, 2020-ci ilin mayında Kim Çen Inın ciddi xəstəliyi və ya ölümü barədə xəbərlər yayılmışdı. O, yalnız 20 gün sonra ictimaiyyət arasında görünmüşdü.

Şimali Koreya lideri 2011-ci ildə atası Kim Çen İr öldükdən sonra hakimiyyətə gəlib.
Hakim həyat yoldaşını güllələdiSabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub.

Avrasiya.net xəbər verir ki, bu barədə ictimai fəal Samir Zeynalov məlumat yayıb.

O, hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyinin məlum olmadığını qeyd edib.

Hüquq-mühafizə orqanlarından olayla bağlı sorğumuza verilən cavabı təqdim edəcəyik.