Dünya liderləri Prezidenti təbrik edirBöyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

"Zati aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və Zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm".

***

Çin Xalq Respublikasının sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünlanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Çin Xalq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Hazırda Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunur. Ölkələrimiz hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləyir. “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar, dost Azərbaycana və onun xalqına firavanlıq, xoşbəxtlik arzu edirəm".

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məıktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik".

Eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudd da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əs-səlami əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm".

***

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

***

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər gələcək illərdə daha da güclənəcək, xalqlarımızın dostluğu və əməkdaşlığı daha da dərinləşəcək.

Zati-alinizə möhkəm cansağlığı və bütün işlərinizdə davamlı uğurlar, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

***

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın sosial-iqtisadi inkişafında və beynəlxalq arenada nüfuzunun artırılmasında Sizin rəhbərliyinizi və önəmli töhfələrinizi qeyd edərək, ölkənizin daha yüksək zirvələrə çatdırılması istiqamətindəki fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında ümumi mənəvi dəyərlərə və dostluğa, həmçinin strateji tərəfdaşlığa söykənən hərtərəfli qarşılıqlı faydalı əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli işinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq diləyirəm".

***

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Biz azərbaycanlı tərəfdaşlarımızın sosial-iqtisadi inkişafda qazandığı böyük uğurlara, xalqın rifahının yüksəldilməsinə, habelə ölkənizin dünya arenasında nüfuzunun artmasına görə səmimi qəlbdən sevinirik.

Bu gün Azərbaycan ilə əməkdaşlıq Tacikistanın xarici siyasət prioritetlərində mühüm yer tutur. Biz Tacikistan ilə Azərbaycan arasında səmimi və məzmunlu dostluq münasibətlərinin davamlı olaraq möhkəmlənməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, biz ümumi səylərimizlə ölkələrimizin bunun üçün mövcud olan potensial imkanlarını tam reallaşdıra biləcəyik, xalqlarımızın dinc və xoşbəxt gələcəyi naminə qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq.

Əziz İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük tərəqqi arzu edirəm.

***

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Cənab Prezident.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və həmvətənlərim adından səmimi təbriklərimi çatdırıram.

Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir. Ötən il baş vermiş hərbi toqquşmalardan sonra Qarabağ bölgəsindəki münaqişənin davamlı həlli istiqamətində siyasi və diplomatik irəliləyişlərin olacağına ümid edirəm. Əmin ola bilərsiniz ki, Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun üzvü kimi bunun üçün əlindən gələni əsirgəməyəcək.

Ümidvaram ki, ölkənizlə hərtərəfli münasibətlərimiz imkan yaranan kimi keçiriləcək yeni şəxsi görüşlər və səfərlər vasitəsilə davam etdiriləcək.

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza sülh, azadlıq və rifah dolu gələcək arzulayıram".

***

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Biz Azərbaycanı qədim və zəngin mədəni irsə malik olan ölkə, Sizin hərtərəfli düşünülmüş və uzaqgörən siyasətiniz sayəsində bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının səmərəli müdafiəsində və tarixi ədalətin bərpa edilməsində böyük uğurlar qazanmış dövlət hesab edirik, bundan sonra da sizi hərtərəfli dəstəkləməyə hazır olduğumuzu bildiririk.

Tam əminəm ki, bizim qardaş xalqlarımız arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan çoxəsrlik dostluq və strateji tərəfdaşlıq telləri birgə səylərimiz və yüksək səviyyədə səmərəli dialoq sayəsində daha da möhkəmlənəcək və bütün prioritet istiqamətlərdə tamamilə yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzulayıram".

***

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlatıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək dünyanı çağırışlarla üz-üzə qoyan belə bir zamanda Sizə şəxsi əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcək dolu ən gözəl arzularımı çatdırıram”.

***

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik mətbubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-alinizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi İslam dəyərlərinin birgə təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İƏT üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək qardaş ölkələrimizi bir-birinə bağlayan dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndirdiyimi bildirir, qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə bu əlaqələrin bütün səviyyələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğumu vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm".

***

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Gürcü və Azərbaycan xalqları öz dövlətçiliklərini bərpa etmək üçün bir çox çətinlik və faciələrdən keçiblər, lakin bu gün ölkələrimiz qürurla güclü və azad dövlət qurmaqda davam edirlər.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfəmi verməyə hazır olduğumu bir daha bildirirəm. Ümid edirəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qarşılayacağam və strateji tərəfdaşlığımızın daha da dərinləşməsi yollarını birlikdə müəyyənləşdirəcəyik.

Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı izhar edir, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq, cansağlığı və firavanlıq diləyirəm".

***

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Sizi Respublika Günü münasibətilə təbrik edir və Azərbaycan xalqına ən xoş rifah arzularımı çatdırıram.

Bu bayramı qeyd etdiyimiz ərəfədə COVID-19 pandemiyasının hamımız üçün misli görünməmiş bir problem olduğunu etiraf etməliyəm. COVID-19 virusuna qarşı mübarizə istiqamətində birgə səylərimizi davam etdirməklə yanaşı, həm Sizə, həm hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, cəsarət və cansağlığı diləyirəm".

***

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed ən-Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və tərəqqi arzulayıram”.

***

Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və inkişaf arzu edirəm”.

***

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı firavanlıq və tərəqqi arzu edirəm”.
Bələdiyyə üzvü qanun dəyişikliyi ilə əlaqədar Milli Məclisə müraciət ünvanlayıbAbşeron rayonu Hökməli bələdiyyəsinin üzvü, bələdiyyə məsələri üzrə ekspert Fərman Salmanlı qanun dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinə müraciət ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, müraciətdə Azərbaycan Respublikasının Torpaq islahatı haqqında qanununun 7-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqların bələdiyyə mülkiyyətinə verilməsi və həmin maddəyə əsasən fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqların bələdiyyə torpaqları kimi qəbul edilməsi əsas tutularaq hüquqi şəxslərin əmlak və torpaq vergilərinin bələdiyyə büdcəsinə ödənilməsinə görə Azərbaycan Respublikaının Vergi Məcəlləsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında təkliflər öz əksini tapıb.

Torpaq islahatı haqqında qanuna əsasən, torpaqlar bələdiyyələrin torpaq fondunun balansına verilsə də, torpaq və əmlak vergilərinin ödənilməsində bu müddəa ilə ziddiyyət təşkil edən məsələlər var. Belə ki, AR Vergilər Məcəlləsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikasının qanununa əsasən fiziki şəxslər torpaq və əmlak vergisini yerli vergi qismində bələdiyyə büdcəsinə ödəsələr də hüquqi şəxslər eyni torpaq üçün torpaq və ya əmlak vergisini dövlət vergisi qismində dövlət büdcəsinə ödəyirlər. Halbuki hüquqi şəxslərin torpaq və əmlak vergisini dövlət vergisi qismində dövlət büdcəsinə ödədikləri torpaq sahələri bələdiyyə torpaqlarıdır və həmin torpaq sahələrinə görə ödənilən torpaq və əmlak vergiləri yerli vergilər qismində bələdiyyə büdcələrinə ödənilməldir.

Bunu əsas tutaraq ekspert tərəfindən təklif edilir ki, Azərbabaycan Respublikasının Vergi Məcəlləsinin dövlət vergilərini müəyyənləşdirən 6-cı maddəsindən aşağıdakı 6.1.5 və 6.1.6 bəndləri çıxarılsın:

Maddə 6. Dövlət vergiləri:

6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir:
6.1.1. fiziki şəxslərin gəlir vergisi;
6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və
təşkilatlardan başqa);
6.1.3. əlavə dəyər vergisi;
6.1.4. aksizlər;
6.1.5. hüquqi şəxslərin əmlak vergisi;
6.1.6. hüquqi şəxslərin torpaq vergisi;
6.1.7. yol vergisi;
6.1.8. mədən vergisi;
6.1.9. sadələşdirilmiş vergi;

Vergilər Məcəlləsinin Yerli vergilərin tərkibini müəyyənləşdirən 8-ci maddəsinə aşağıda qeyd edilən əlavə bəndlər daxil edilsin:

Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri):

• hüquqi şəxslərin əmlak vergisi;
• hüquqi şəxslərin torpaq vergisi;
8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır:
8.1.1. fiziki şəxslərin torpaq vergisi;
8.1.2. fiziki şəxslərin əmlak vergisi;
8.1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və
bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.

Yenə “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə aşağıdakı əlavə bəndlər daxil edilsin:

Maddə 8. Yerli vergilərin tərkibi:

• hüquqi şəxslərin əmlak vergisi;
• hüquqi şəxslərin torpaq vergisi;

8.0. Yerli vergilərə aşağıdakılar aiddir:
8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
8.0.2. fiziki şəxslərdən əmlak vergisi;
8.0.3. yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi;
8.0.4. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.

Ekspertin fikrincə Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikası qanuna əlavələr və dəyişikliklər edilməklə Azərbaycan Respublikası “Torpaq islahatı” haqqında qanunu ilə Azərbaycan Respublikasının “Torpaq Məcəlləsi və “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının qanunu arasında ziddiyyət aradan qalxacaq və sözügedən qanunvericilik aktları arasında uyğunluq eyni zamanda hüquqi şəxslərin xüsusi mülkiyyətlərində olan bələdiyyə torpaqlarına görə torpaq və əmlak vergilərinin bələdiyyə büdcəsinə ödənilməsi Azərbaycanda bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə, torpaq üzərində bələdiyyələrin mülkiyyət hüquqlarının tam təmin edilməsinə, Azərbaycanda yerli özünü idarəetmə orqanlarının vergi standartlarının Avropa yerli özünü idarəetmə orqanlarının vergi standartlarına uyğunlaşdırılmasına, bələdiyyələrin bir çoxunun maliyyə vəsaitlərinin formalaşmasına, yerli büdcələrə əlavə maliyyənin daxil olmasına və bələdiyyələrin inkişafına öz dəyərli töhfəsini vermiş olacaq.


İran Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi"Cənab Prezident, əvvəla bizi qəbul etdiyiniz üçün çox sağ olun. İkincisi, mən Zati-alinizə Prezident Ruhaninin salamlarını çatdırıram. O, Sizə və Azərbaycan xalqına böyük hörmət bəsləyir. Biz administrasiyamızın dövründə Azərbaycanla münasibətlərin ən yaxşı dövrünü yaşadığımız üçün xoşbəxtik. Hakimiyyətdə olduğumuz dövr başa çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoyaraq getdiyimizə görə çox şadıq".

Avrasiya.net xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

"Mən Sizi və Azərbaycan xalqını milli bayramınız münasibətilə əvvəlcədən təbrik etmək və Azərbaycana, bu regiona gətirməyə müvəffəq olduğunuz inkişafa dərindən heyran olduğumuzu ifadə etmək istəyirəm. Əməkdaşlığın səviyyəsi bizi məmnun edir və hesab edirik ki, Zati-alinizin, Prezident Ruhaninin və İran rəhbərliyinin ifadə etdiyi arzusuna çatmaq üçün biz hətta daha da artığını edə bilərik.

Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq.

Cənab Prezident, məni və nümayəndə heyətimi qəbul etdiyinizə, səmimi qonaqpərvərliyinizə görə bir daha çox sağ olun" - nazir əlavə edib.
“Torpaqlarımızın işğaldan azad olunması iqtisadi potensialımızı daha da artıracaq”“44 günlük müharibədə əldə etdiyimiz qələbə həm də Azərbaycan iqtisadiyyatının inkişafına ciddi şəkildə təsir edəcək”.

Bu fikirləri iqtisadçı ekspert Hacı Ələsgərov səsləndirib.

O, bildirib ki, Qarabağ bölgəsi Azərbaycanın ən məhsuldar, bərəkətli torpaqları hesab olunur: “Qarabağ ərazisində qızıl və müxtəlif faydalı qazıntı yataqları var. Eyni zamanda burada əkinçilik və maldarlıq üçün əlverişli imkanlar mövcuddur. Bir faktı nəzərinizə çatdırım ki, Ermənistan işğal dönəmində illik ümumilikdə 190 min ton taxıl istehsal edirdi ki, bunun da 90 min tonu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin payına düşürdü.

Bu fakt onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimiz Azərbaycanın təkcə aqrar sektorunun inkişafına necə təsir edəcək. Eyni zamanda sənaye və turizm sahəsində ciddi perspektiv imkanları var. Bütün bunlar onu deməyə əsas verir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi iqtisadi potensialımızı daha da artıracaq...”.
Azərbaycanlı milyarderin 105 milyonluq yaxtası - FotoAzərbaycanlı milyarder, "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərovun "Galactica Super Nova" yaxtası 2021-ci ildə ən aktiv istifadə olunan yaxtalar onluğuna daxil olub.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, bu barədə məşhur "Forbes" jurnalı məlumat yayıb.

Belə ki, 70 metrlik yaxta yanvar-mart ayları arasında 11 900 dəniz mili səyahət edib.

Bildirilir ki, Vahid Ələkbərov 2016-cı ilin fevralında aldığı 19,5 milyon avroluq "Galactica" yaxtası ilə gündəmə gəlmişdi. Ondan bir ay sonra iş adamı "Galactica Super Nova" yaxtasını sifariş verib. Sözügedən dəniz nəqliyyatı 41 aya hazırlanıb. O, milyarderin özünə məxsus olan Hollandiyanın "Heesen" gəmiqayırma zavodunda tikilib. Yaxtanın təxmin edilən dəyəri 105 milyon dollardır.

Qeyd edək ki, "Lukoil"in əsas səhmdarı olan Rusiya neft maqnatı Vahid Ələkbərov "Forbes" nəşrinin "Rusiyanın ən zəngin 200 iş adamı"nın reytinqində 24.9 milyard dollar sərvəti ilə 4-cü yerdə qərarlaşıb.
“Bizim daha çox İsraildə səfirlik açmağımıza ehtiyac  var”Qüdrət Həsənquliyev: “İsraildə səfirlik açmamağımız Azərbaycanın milli maraqlarına söykənən cəsarətli xarici siyasətimizə kölgə salır, dost olmayan ölkələri ürəkləndirir və bizə münasibətdə daha da ədalətsiz davranışa rəvac verir”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bu gün (mayın 25-də) Milli Məclisin plenar iclasında qəbul edilən Azərbaycan Respublikasının Bosniya və Hersoqovinada səfirliyinin təsis edilməsi barədə Qanun layihəsi ilə bağlı partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb.

BAXCP sədri deyib:

“Yəqin ki, diqqətinizi cəlb etmiş olar, bir qrup millət vəkili parlamentdə dəfələrlə məsələ qaldırıb ki, İsraildə səfirliyimiz açılsın, amma təəssüf ki, bu edilmir. Mən növbəti dəfə bu məsələni qaldıracaq və səfirliyin açılmamasının səbəblərini soruşacaqdım. Baxın, İran rəsmən İslam Respublikası adlanır, bizimlə eyni təriqətə mənsubdur, o ölkədə öz ata-baba torpaqlarında 30 milyon azərbaycanlı türk yaşayır, amma onların da milli heysiyyatına toxunaraq bir milyon müsəlmanı ev-eşiyindən didərgin salmış, yurdlarını dağıtmış - yeri gəlmişkən qeyd edim ki, həmin evlərin böyük əksəriyyəti sökülərək tikinti materialları kimi İrana satılıb - islam abidələrini dağıtmış, məscidləri donuzxanaya çevirmiş Ermənistanla diplomatik əlaqələr qurub, orada səfirlik açıb, bütün istiqamətlr üzrə ciddi əməkdaşlıq etməkdədir. Hətta bəzən ermənilərə xoş gəlməkdən ötrü bu ölkənin bəzi rəsmiləri məsələyə aidiyyatı olmayan yersiz açıqlamalar verməkdən çəkinmir, abır-həya etmirlər. Amma biz, Azərbaycana işğala son qoymaq üçün müasir silahlar satan, bizi beynəlxalq arenada müdafiə edən İsraildə səfirlik açmırıq. Türkiyə və bir çox ərəb ölkələrinin İsraildə səfirliyi var və ərəb ölkələri səfiliklər açmaqda davam edirlər. İsraillə Həmas arasında vasitəçiliyi də Misir edir. Həm də səfirliyin açılması o demək deyil ki, sən həmin dövlətin siyasətini bütün istiqamətlərdə dəstəkləyirsən. Bu gün Azərbaycanı ərazi bütövlüyü ilə təhdid edən, bizə qarşı ən iyrənc siyasət yürüdüb dünya birliyini üstümüzə qaldırmağa çalışan Fransada bizim səfirliyimiz var və onu bağlamağa da hazırlaşmırıq. Ona görə də deyəcəkdim ki, Bosniya və Hersoqovinada səfirliyimizin açılmasının əleyhinə olmasam da, bizim daha çox İsraildə səfirlik açmağımıza ehtiyac var. İsraildə səfirlik açmamağımız Azərbaycanın milli maraqlarına söykənən cəsarətli xarici siyasətimizə kölgə salır, dost olmayan ölkələri ürəkləndirir və bizə münasibətdə daha da ədalətsiz davranışa rəvac verir.

Niyə çıxışa imkan verilmədi məsələsinə gəldikdə isə, diqqətli jurnalistlər yəqin müşahidə edirlər, Milli Məclisdə 4-5 deputat var ki, özləri ya təsadüfən danışırlar, ya da ümumiyyətlə heç bir məsələ barədə çıxış etmirlər. Onları kimsə danışmağa məcbur da edə bilməz, susmaq onların hüququdur. Amma təəssüf doğuran məqam odur ki, onlar daima susmurlar, yerdən hay-küy salmaqla Sədrə təzyiq edir, ya bu halda olduğu kimi çıxışlara tamamilə imkan verilmədən məsələnin səsə qoyulmasını, ya da müzakirələrin tez yekunlaşdırılmasını tələb edirlər. Ümid edirəm ki, zamanla bu kimi məsələlər də öz həllini tapacaqdır.

Qeyd edək ki, Qüdrət Həsənquliyev və daha bir neçə millət vəkili çıxışa yazılsa da, sözügedən Azərbaycan Respublikasının Bosniya və Hersoqovinada səfirliyinin təsis edilməsi barədə Qanun layihəsi müzakirə edilmədən səsə qoyulub və qəbul olunub.
“Azəriqaz”ın əməkdaşlarına hücum edildi - VideoAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin 4 əməkdaşı Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində, 12-ci Mədən ərazisində xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb.

Bu barədə “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, onların arasında qrup rəhbəri kimi çalışan İlkin Əzizov daha çox xəsarət alıb. Abonentə onun evinin yanından keçən yeraltı qaz xəttində qurumun vəsaiti hesabına təmir işləri aparılacağı bildirilib. Bundan başqa, həmin həyətdən keçən qaz xəttində qanunsuz birləşmə aşkarlanıb. Görüləcək işlərə mane olan Elnur Əliyev adlı şəxs Birliyin əməkdaşlarına hücum edib. Baş verənlərlə bağlı cinayət işi açılıb.
Komitə sədri qanun layihəsi ilə bağlı çıxış edibMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi ilə bağlı çıxış edib.

Avrasiya.net millət vəkilinin çıxışını təqdim edir:

Dəyərli Sahibə xanım, hörmətli deputatlar !

Öncə qeyd edək ki, müzakirəyə çıxarılan Qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında cənab Prezident tərəfindən Milli Məclisə təqdim olunmuş, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 19 may tarixdə keçirilmiş iclasında baxılaraq birinci oxunuş üçün Parlamentin plenar iclasının müzakirısinə tövsiyyə edilmişdir.

BOEM müasir dünyamızda rolunu və əhəmiyyətini nəzərə alaraq, bu sahə ilə bağlı həm dünyada , həm də Azərbaycanda olan mövcud vəziyyətlə sizi məlumatlandırmaq istərdim.

Hal-hazırda bir çox inkişaf etmiş ölkələr enerji mənbələrinin idxalından asılılığı azaltmaq, daxili təbii və bərpa olunan resurslardan istifadə etmək, karbon emissiyalarının yaratdığı qlobal istiləşmə probleminin aradan qaldırlmasına töhfə vermək məqsədilə müasir çağırışlara uyğun ekoloji siyasət həyata keçirirlər.

Beynəlxalq təşkilatların hesabatlarına əsasən demək olar ki, bərpa olunan enerji mənbələrindən enerji məqsədli istifadəyə hər il təqribən 300 milyard ABŞ dolları investisiya yatırılır. 2010-2019-cu illərdə bu sahəyə yatırılmış investisiya 2.7 trilyon ABŞ dollarından çox olmuşdur. Hal-hazırda dünyada 161 ölkə bu sahədə müəyyənləşdirilmiş siyasətə malikdir və 61 ölkənin elektrik enerjisini tam şəkildə BOEM-dən qarşılamaqla bağlı hədəfi mövcuddur, 1 ölkə isə (Danimarka) bütün enerji istehlakını BOEM-dən əldə etməyi hədəfləyir.
Artıq dünya üzrə qoyuluş gücünün üçdə biri, istehsal edilən elektrik enerjisinin 27%-i bərpa olunan enerji mənbələrinin payına düşür. 2025-ci ilə qədər bərpa olunan enerjinin kömürü keçərək elektrik enerjisi istehsalında birinci yeri tutması gözlənilir.

İndi isə Azərbaycanda bu sahədəki vəziyyət haqqında danışmaq istəyirəm.

Dünyada hasil edilən elektrik enerjisinin 75 faizi İstilik Elektrik stansiyalarının (İES), 16 faizi isə Atom Elektrik stansiyalarının (AES) payına düşür. Azərbaycanda isə istehsal olunan elektrik enerjisinin 90 faizini İES təmin edir. Respublikamızın hazırda elektrik tələbatını əsasən 13 İES və 6 SES ödəyir.

Elektrik enerjisi istehsalında İES-lərin böyük yer tutması, dünyanın ayrı-ayrı yerlərində yanacağın çox olması və asanlıqla nəql edilməsi ilə əlaqədardır. Amma onların ekologiyaya vurduğu zərərlər bu gün insanları düşündürməyə sövq edir. Buna görə də Prezident İlham Əliyev yenə də bütün sahələrdə olduğu kimi, enerji sahəsində də dünyanın “nəbzini” tutaraq 2019-cu ilin 5 dekabrında “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalamışdır.

Hal-hazırda Azərbaycanda elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı (iri su elektrik stansiyaları da daxil olmaqla) 17%-dir. İri su elektrik stansiyaları daxil edilmədiyi təqdirdə isə bu pay 2.3%-dir. İstehsalı isə iri SES- lə birlikdə 5,8%, BOEM payı isə 1,5%-dır.

Qeyd edək ki, Azərbaycan bərpa olunan enerji mənbələri potensialı ilə zəngin ölkələrdən biridir, günəş enerjisi potensialı 23000 MVt, külək enerjisi potensialı 3000 MVt həcmində qiymətləndirilir. Külək və günəş enerjisi üzrə istismar edilən stansiyaların ümumi gücü isə təqribən 106 MVt-dır. Rəqəmlərdən də göründüyü kimi potensialdan istifadə lazımi səviyyədə deyildir.
Lakin uzaqgörən dövlət başçımız, cənab İlham Əliyev tərəfindən bu sahə iqtisadiyyatın prioritet istiqamətlərindən biri olaraq müəyyən edilib və 2030-cu ilə qədər BOEM-in payının 30%-ə çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib. Bu isə 2030-cu ilə qədər 1500 MVt yeni gücün istifadəyə verilməsi deməkdir.

Eyni zamanda dövlət başçısının tapşırığı əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasına da başlanılmışdır. Bu məqsədlə Energetika Nazirliynə müvafiq sərəncamla vəsait ayrılmış və Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə işlərə başlanılmışdır.

Bunlarla yanaşı müvafiq sərəncama uyğun olaraq, özəl investisiya hesabına pilot layihələrin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, Abşeron, Xızı və Qaradağ rayonu ərazilərində 240 və 200 meqavatlıq külək və günəş enerjisi stansiyalarının inşasına start verilmişdir. Hazırda növbəti layihələr üzərində işlərə başlanılmışdır. Məsələn 230 MVt gücündə günəş elektrik stansiyasının, 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı investorlarla investisiya müqaviləsi imzalanmışdır.

İki layihənin icrası nəticəsində il ərzində 1.5 milyard kilovattsaat elektrik enerjisinin istehsalı, illik təqribən 330 milyon kubmetr təbii qaza qənaət, il ərzində təqribən 600 min ton karbon emissiyasının atılmasının qarşısının alınması nəzərdə tutulur. Layihələr üzrə ümumi investisiya qoyuluşu təqribən 810-850 milyon manatdır ($480-500 mln.).

Hörmətli Millət Vəkilləri!

Təqdim olunan qanun layihəsi Energetika Nazirliyi tərəfindən Beynəlxalq təcrübə ətraflı şəkildə təhlil edilərək və beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanmışdır. Qanun layihəsi hazırlanarkən beynəlxalq maliyyə qurumları, ölkəmizə bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşunda maraqlı olan beynəlxalq investisiya şirkətləri və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirilmiş, onların rəy və təklifləri öyrənilmişdir.
Qanun layihəsi preambuladan, beş fəsildən, 20 maddədən ibarətdir və enerji istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi məqsədi ilə dəstək mexanizmlərini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qanunun qəbulu ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mühüm nəticələrin əldə edilməsinə, investisiyaların cəlbinə, ənənəvi enerji resurslarına qənaət edilməsinə və nəticədə ixrac potensialının artırılmasına, ətraf mühitə atılan tullantıların azaldılmasına, dövlət vəsaitlərinə qənaət edilməsinə və yeni iş yerlərinin yaradılmasına imkan yaradacaqdır.

Qanun layihəsinə 1-ci oxunuşda səs verməyinizi xahiş edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.
Hansı qadağalar ləğv olundu? - Tam siyahıNazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açlıqadı.

Avrasiya.net xəbər verir ki, növbəti həftədən yumşaldılma tədbirinin görülməsinə qərarı verilib.

Bunlar aşağıdakılardır:

- 31 maydan etibarən açıq havada maskasız gəzməyə icazə verilir;

- 31 maydan metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir;

- 31 maydan bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir;

- 10 iyundan məscidlər açılır;

- 10 iyundan iri ticarət mərkəzləri açılır;

- 10 iyundan çimərliklər açılır, ötənilki qaydalarla tənzimlənəcək;

- 10 iyundan idman zallarının fəaliyyəti bərpa edilir, lakin COVİD pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.

- Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.

İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq.