Millət vəkilinin daha bir statusu qalmaqal yaratdı, təhqir edildiMillət vəkili, təhsil eksperti Etibar Əliyevin növbəti statusu da qalmaqala səbəb olub.

Kult.az xəbər verir ki, E.Əliyev təhsil eksperti Elçin Əfəndinin Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla fotosunu paylaşaraq, onun təhsilə heç bir aidiyyəti olmadığını bildirib.

“Elçin Əfəndi təhsilin əlifbasını belə bilmir. İşi-peşəsi təhsil sahəsində böyük işlər görən adamları məqsədli şəkildə ləkələməkdir. Adam “kontent” anlayışını “kontingent” anlayışı ilə səhv salacaq qədər savadsızdır. Belə savadsız avantüristi rədd edin. Psixi problemi də var”, - millət vəkili yazıb.

O, həmçinin E.Əfəndinin bir neçə çıxışına baxdığını, onun kollec tələbəsi səviyyəsindən aşağı təəsurat yaratdığını bildirib və valideynlərə çağırış edərək, bu şəxsdən uzaq olmalarını istəyib.

E.Əliyevin paylaşdığı bu statusa isə geniş reaksiya verilib. Şərh yazanların böyük əksəriyyəti E.Əfəndinin yüksək səviyyəli mütəxəssi olduğunu bildirərək, millət vəkilini bu fikirlərinə görə təhqir etməkdən də çəkinməyib.

Qeyd edək ki, E.Əliyev bundan öncə statuslarını "layk" etməyənlərin dostluğundan çıxmasını istəmişdi və bu da müxtəlif reaksiyalara səbəb olmuşdu. Eyni zamanda, millət vəkili digər mütəxəssislərlə də bağlı münasibət bildirmiş, onları “savadsız” adlandırmışdı.
23 yaşlı oğlan intihara cəhd etdiAğdamda 23 yaşlı gənc zəhərli maddə içərək intihara cəhd edib.

Avrasiya.net xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Qəsəbə sakini Abdullayev Nurlan Mehman oğlu yaşadığı evdə gəmiriciləri məhv etmək üçün istifadə olunan məhlulu içib.

N.Abdullayev Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Başına 500 min qoyulan terrorçu məhv edildiBir müddət əvvəl Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən məhv edilən 7 terrorçudan birinin “Rızqar Koçer” kod adlı Sərhad Ericek olduğu müəyyənləşib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, adıçəkilən terrorçu Mardin vilayətinin Boqok bölgəsindən “məsuliyyətli” şəxs sayılıb.

Qeyd edək ki, S.Ericekin başına 500 min lirə pul mükafatı qoyulmuşdu.
Kanadanın bu qərarı qərəzlidir - İranUkraynaya məxsus təyyarənin Tehran səmasında vurulmasına dair Kanada məhkəməsinin qərarının heç bir əsası yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Kanada məhkəməsinin başqa dövlətin ərazisində baş verən hadisə ilə əlaqədar qərar verməyə ixtiyarı yoxdur. Bu qərar qərəzlidir və siyasi xarakter daşıyır.

Qeyd edək ki, 2020-ci ilin yanvarında Tehrandan Kiyevə uçan Boinq-737 tipli sərnişin təyyarəsi havaya qalxdıqdan iki dəqiqə sonra raket atəşi ilə vurulub. Nəticədə 176 nəfər həlak olub.

Ötən həftə Kanada məhkəməsi bu məsələni araşdıraraq qərar qəbul edib. Qərarda təyyarənin bilərəkdən vurulduğu və bu hadisənin terror aktı olduğu əksini tapıb.
Bu razılaşma ilə Ermənistan Qarabağdan tam çıxacaqPaşinyanın Azərbaycanla imzalayacağı sənədin bir neçə fəlakətli nəticəsi olacaq.

Axar.az xəbər verir ki, bunu əslən erməni olan rusiyalı ekspert Sergey Melkonyan deyib.

“Birincisi, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Ermənistan Qarabağı tam itirəcək. İkincisi, anklavları almaqla Azərbaycan Ermənistanın strateji nəqliyyat marşrutları üzərində nəzarəti əlinə alacaq. Üçüncüsü, kommunikasiyaların açılması əslində dəhlizin açılmasını nəzərdə tutur ki, bu da Zəngəzur və Geqarkunikdən erməni əhalisinin axınına səbəb olacaq. Sərhədlərin dəyişməsi halında erməni tərəfi yerdəki strateji təşəbbüsü itirəcək. Növbəti eskalasiya halında Azərbaycanın mövqeləri daha əlverişli olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bu açıqlamadan da Azərbaycanın haqqı olanları almaq istədiyi görünür. Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalda saxlanılan 8 kəndin qaytarılması mütləqdir.

Ermənistanın “mövqe itirəcək” deyə, işğaldan əl çəkməməsinə çağırış isə faktiki olaraq yeni gərginlik deməkdir.

Uğurların bol olsun, Azərbaycan!44 günlük müharibə, 30 illik əsarətə, həsrətə son qoyuldu. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə böyük Qələbə əldə etdik. Qəhrəman Ordumuzun şanlı qələbəsindən bəhs edərkən Cənab Prezidentimiz fikrini belə ifadə etmişdir: ”Biz öz dini , milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks –təqdirdə biz heç vaxt işğala son qoya bilməzdik”
“Bizim aslanlarımız ölümə gedirdilər. Çünki onların işi haqq işi idi, onlar öz torpaqları uğrunda vuruşurdular”
Bəli! Bu həqiqətən də torpağı uğrunda canından keçən qəhrəman Azərbaycan əsgərinin qanı ilə yazdığı igidlik dastanı idi. Bu yolda canından keçən qəhrəman şəhidlərimizin ruhları qarşısında baş əyirik.
Biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Biz bundan sonrada bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq. Daim Azərbaycan bayrağı yüksəklərdə olsun.

Bizə qarşı etnik təmizləmə həyata keçirən, torpaqlarımızı viran qoyan, ana təbiətə vəhşi münasibət bəsləyən, daş daş üstə qoymayan, qədim abidələrimizi saxtalaşdırmağa cəhd edən ermənilər bunlarla hələ də icmaiəti aldatmağa özünü qurban kimi göstərməyə çalışır.

Cənab Prezidentimiz İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ermənilər etdikləri ərazilərimizi itirdilər çünki o ərazilər onlara nə tarixi nöqtəyi nəzərdən, nədəki, beynəlxalq hüquq baximindan məxsus deyildir. İndi isə bu münaqişə ilk növbədə Azərbaycan tərəfdən 10 noyabr Bəyanat ilə artıq həll olunub.

Biz artıq işğaldan azad olunmuş torpaqlarımızda, bərpa, tikinti ,quruculuq işləri aparırıq. Dövlətimiz qardaş Türkiyə Cümhuriyyəti, Çin, İsrail, İtalia, Yaponiya bir çox dövlətlərlə, onların şirkətləri ilə Qarabağda yeni layihlərin həyata keçirilməsinə artıq başlayıblar.
Fizuli beynəlxalq hava limanı, Zəngilan hava limanı, Laçın hava limanı inşa edilməsi ilə bağlı layihələr artıq qəbul edilib. Tikinti quruculuq işlərinə start verilib. Ermənistanın minalanmış ərazilərin xəritəsinin verməməsində israrlı olmasına baxmayaraq, biz işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində böyük işlər görürük. Zəfər yolunun inşası tam sürətlə davam edir. İstər Qarabağda, istər Respublikamızın digər regionlarında quruculuq işləri böyük sürətlə həyata keçirilir. Möhtərəm Rrezidentimiz həm regionlara həm də işğaldan azad olunmuş bölgələrə səfərlər edir. Bu ilin aprel ayında Hacıqabul Azərsun Şamaxı Aqropark açılışında, Abşeron Qobustan kənd ərazisində Palçıq Vulkanı Turizm Kompleksinin təməlinin qoyulmasında Prezidentimiz iştirak etdi. Eyni zamanda işğaldan azad olunmuş Cəbrayıl, Zəngilan rayonlarına səfər etdi. Mövcud quruculuq işləri ilə yaxından tanış oldu. Təməl atma mərasimlərində iştirak etdi.7 May 2021 –ci il Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycan mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı.

Şuşa Azərbaycan Xalqının Milli sərvətidir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. O, unudulmaz gün yaddaşlarda əbədi olaraq qalacaqdır. 8 Noyabr, 2020-ci il !Prezidentimiz Ulu Öndərin məzarı önündə “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Əziz Şuşa sən azadsan. ”Bu sözləri söyləyərkən nə qədər qururlanmışdıq.

Mayın 12 -də Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub. Prezident və ailə üzvləri Şuşa Rəsmi Qaleriyasında görülən işlərlərlə tanış olublar. Şuşada xüsusi nümanyəndəliyin yerləşəcəyi binada olublar. Qələbəmizi, zəfərimizi təmsil edən 8 noyabr simgəsini əks etdirən 11 və 8 simvollu məscidin təməli qoyulub. ”Xarı Bülbül” otelinin yenidən qurmadan sonra açılışı olub. Şuşada 110/35/10 kilovatlıq yarımstansiya istifadəyə verilib. Mayın 13 –də Şuşada Cıdır düzündə ”Xarıbülbül ” müsiqi festifalı olub. Festivalda Prezidentimiz, ailə üzvləri ölkəmizin incəsənət, medya nümayəndələri, siyasi xadimləri iştirak ediblər. Xüsusəndə burada Ulu Öndərin səs yazısı dinləndirilərkən Möhtərəm Prezidentimizin kövrəlməsi, üzündəki Qürur hissi diqqətlərdən yayınmadı. Bu qürur hissi Ata vəsiyyətini yerinə yetirən oğlun haqlı qüruru idi. Mayın 15 –də Prezidentimiz, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Qəbələniin Mic kəndində Müqəddəs Məryəm Ana Alban kilsəsində olmuşdur. Həm azad olunmuş bölgələrə, həmdə regionlarda səfər zamanı Prezidentimiz gələcək planlardan uğurlardan quruculuq işlərindən, uğurlarından bəhs edir. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan bütün xalqlar dostluq, həmrəylik şəraitində yaşayıqr və bu 44 günlük müharibə bir daha onu göstərdiki ölkəmizdə milli birlik milli həmrəylik vardır.

Biz bu günlər üçün qəhrəman hərbçilərimizə borcluyuq. Xalqın həmrəyliyi, bir yumruq kimi birləşməsi qələbəmizi təmin etdi. Prezidentimizin də dediyi kimi bu Qələbəni Azərbaycan xalqı qazandı. Hörmətli Prezidentimizin Naxçıvan Muxtar Respublikasına səfəri olub.Naxçlvan Qarnizon Mərkizi Hospitalının açılışında, Azərxalça ASC –nin Naxçıvan filialının açılışında iştirak edən Prezident İlham Əliyev Naxçıvan şəhidlərinin məzarlarını ziyarət edib.
Prezident İlham Əliyev xüsusilə onuda vurğulayıb ki, Ordubad dəniz yolu stansiyasının böyük rəmzi mənası var. Şərqi Zəngəzur bölgəsində yerşələn Zəngilan bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə, Naxçıvanla və Türkiyə ilə Birləşməklə biz növbəti nailliyyət qazanmış olacayıq.
Mayın 20 –də Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin İştirakı İlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz : Regional inkşaf əməkdaşlıq prespektivləri ” adlı vidio formatlar müzkirələr olub.

Prezident ABŞ ilə münasibətlərimizdə, İsrail ilə olan dostluğumuzdan söhbət açıb. Bildirib ki, İsraildə çox fəal Azərbaycan Diasporu var. Həmçinin Azərbaycanda da çox fəal İsrail Diasporu var.Diaspor münasibətlərinin ikitərəfli inkişafı münasibətlərimizə mühüm töhfəsini verib.İşgaldan azad olmuş ərazilərimizdə kənd təsərrüfatı sahəsində İsrail ilə əməkdaşlıq münasibətlərimiz mövcuddur.

Biz bütün dövlətlərlə əməkdaşlıq, dostluq münasibətləri qururuq. Ermənistanın təcavüzkar siyasəti onu bir çox İqtisadi layihələrdən kənarda qoyub. Əslində günahkar olan Ermənistanın özüdür. Onu təcavüzkar vandal siyasətidir. İğaldan azad olunan torpaqlarımızdakı mənzərə bir daha Ermənilərin vəhşiliyini ,vandalizm siyasətini əks etdirir. Ermənistan üçün bu son şansdır.Müstəqil Dövlət kimi fəaliyyətini davam etdirsin.

Biz Azərbaycan Respublikası olaraq Böyük Britaniya ilə ABŞ-la, Çinlə bir yerdə azad olunmuş torpaqlarımızin inkişafı ilə əlaqədar yaxından əməkdaşlıq edirik. Britaniya azad olunmuş bölgələrə ağıllı texnologiyaları gətirməkdə iddialıdır. Biz çox dövlətlərlə dinc quruculuq işləri ilə əlaqədar müqavilələr imzalayır sadəcə inkişafı, quruculuğu, sabitliyi, dinc yanaşı yaşamağı düşünürük. Bədnam qonşumuz isə həm işğal əhval ruhiyyəsindən əl çəkmir, bizə qarşı dövlətləri qarşı qoymağa çalışır, xalqın mənafeyini deyil hakimiyyəti ələ keçirməyin yollarını axtarırlar. Budur bizim fərqimiz. Biz sülh ölkəsiyik, qurub yaradan xalqıq. Mədəniyyəti dərin kökləri olan bir ölkəyik. Vəhşilik, vandalizm bizim təbiətimizə zidd xüsusiyyətdir. Nə yazıq ki, belə bir xarateristik xüsusiyyətə malik insanlarla qonşuyuq.Biz uğurlarımız, inkişafımız, qələbəmiz üçün Ali Baş Komandanımız, Müzəffər Ordumuza minnətdarıq.
Həm daxili həm xarici siyasətimizdə həmişə Prezidentimizin yanındayıq. Xalqımız həmişə sizinlədi Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

Rəşad Rəhmanov
YAP Siyəzən rayon təşkilatının sədr müavini
Azərbaycanda yoluxma yenidən AZALDI – 12 nəfər vəfat etdiAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 720 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 332235 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 319991 nəfər müalicə olunaraq sağalıb, 4851 nəfər vəfat edib, aktiv xəstə sayı 7393 nəfərdir.

Ölkədə son sutka ərzində 10841, hazırkı dövrədək isə 3446033 test aparılıb.
Lukaşenko Əliyevə zəng etdiMayın 22-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçıları hər iki ölkədəki vəziyyəti müzakirə edib, aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.

Aleksandr Lukaşenko həmkarına Belarusun dəstəklənməsinə və bu ölkəyə karbohidrogen xammalı göndərilməsinə görə təşəkkürünü bildirib. Dövlət başçıları ölkələr arasında ticarət dövriyyəsinin artmasını və ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu məmnuniyyətlə qeyd ediblər.

Azərbaycan Prezidenti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib, bu yaxınlarda baş vermiş məlum hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini çatdırıb.

Aleksandr Lukaşenko ölkəsinin bu vəziyyətin yaxın günlərdə nizamlanacağına ümidvar olduğunu qeyd edib.

Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyinə gəldikdə, dövlət başçıları əməkdaşlıq istiqamətlərini və Belarus Prezidentinin Azərbaycana səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsini geniş müzakirə ediblər. Bildirilib ki, yaxın vaxtlarda Azərbaycanın şəhərsalma mütəxəssislərindən ibarət nümayəndə heyəti Belarusa səfər edəcək, belaruslu həmkarları ilə birlikdə regionda tikinti işlərinin başlanmasına dair planı işləyib hazırlayacaqlar.

Bundan əlavə, Azərbaycandan kənd təsərrüfatı üzrə nümayəndə heyətinin səfəri də gözlənilir. Bu sahədə də Belarus təcrübəsinə ciddi maraq müşahidə edilir.

Bütövlükdə qarşıdakı görüşlər çərçivəsində belaruslu inşaatçıların və digər mütəxəssislərin Azərbaycanda görəcəyi işlərin konkret planları hazırlanacaq.
Gürcüstanda azərbaycanlı gənci polislər döydü - VİDEOGürcüstanın Kaspi rayonunun Ferma kəndində komendant saatını pozan azərbaycanlı gənci polislər döyüb.

Publika.az bu ölkənin mətbuatına istinadla xəbər verir ki, bu barədə "Mtavari Arxi" kanalı görüntülər yayımlayıb.

Kanalın məlumatına əsasən, gənc oğlana şiddət göstərən polislər İqoeti polis bölməsinin əməkdaşları Zurab Kelaptrişvili və Giorgi Şarikaşvilidir. Kanal, polislərin görüntülər yayıldıqdan sonra döyülən gəncin evinə getdiyini və onlardan üzr istədiklərini bildirib.

Döyülən gəncin anasının verdiyi məlumata əsasən, polislər kənd sakinlərini fahişə adlandırıb və bundan sonra onu döyüblər: "Oğlum polislərə salam verib, onlar da "sənin salamın bizə lazım deyil" deyib. Oğlum "niyə?" soruşanda polis ona "sizin kəndiniz fahişədir" deyib". Bundan sonra onlar arasındakı mübahisə davaya çevrilib.

Gəncin ailəsi polisləri bağışlamadıqlarını və ona şiddət göstərənlərin cəzalandırılmasını istədiklərini bildirirlər.
İran generalları İrəvana buna görə gəlib: 160 əsirlə “alver”İranda təxminən 160 erməni hərbçi saxlanılır.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, məhz İranın yüksək vəzifəli hərbçilərinin bir müddət əvvəl Ermənistana səfəri erməni əsgələrinin ölkəyə geri qaytarılması ilə əlaqədar olub:

“Bizə dedilər ki, erməni əsgərlər müharibənin (44 günlük müharibə nəzərdə tutulur – red.) ağır günlərində İranın dövlət sərhədini keçiblər və o vaxtdan orada qalırlar. Bizə həmçinin dedilər ki, İran erməni əsgərlərin geri qaytarılması ilə əlaqədar erməni tərəfinə hansısa ön şərt irəli sürüb.

İran əlində əsirlərin olmasından istifadə etməyə cəhd edir”.