Avropa Parlamentinin “hərbi əsir”ə çevirdiyi terrorçular: “Erməni fitvası...”“Avropa Parlamenti Azərbaycana qarşı növbəti dəfə riyakar mövqe sərgilədi. Mayın 20-də Avropa Parlamentinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamənin başqa adı yoxdur”.

Avrasiya.net xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Onun sözlərinə görə, qətnaməni hazrılayanlar və qəbul edənlər növbəti dəfə Azərbaycana qarşı qərəzli və vicdansızlıq ediblər:

“Aşkar görünür ki, bu, erməni fitvası ilə hazırlanıb və qəbul olunub. Terrorçuluqla mübarizəni şüara çevirən Avropa erməni diversantlarını, terroçularını müdafiə edir. Azərbaycanın əleyhinə 607 səsələ qəbul edilən qətnamədə erməni ”hərbi əsirlər” və “mülki məhbuslar”ın heç bir şərt olmadan azadlığa buraxılması tələb edilir.

Hardadır o hərbi əsirlər? Avropa Parlamenti onu göstərə bilərmi? Azərbaycan tərəfi birmənalı şəkildə bəyan edib ki, bizdə heç bir hərbi əsir yoxdur. Müharibə zamanı əsir düşən hər bir erməni geriyə, öz ölkəsinə təhvil verilirb. Bəs onda Avropa Parlamenti kimləri hərbi əsir hesab edir? Terrorçuları! O terrorçuları ki, onlar müharibə bitdikdən, üçtərəfli razılaşma imzalandıqdan və bütün hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan ərazisinə keçərək terror törətmək istəyiblər.

Yaxud Avropa Parlamenti məlum qətnaməsində Ermənistanın suveren ərazisinin pozulması faktını qabardır və Azərbaycan tərəfini günahlandırmaqla avantüraya yol verir. Çünki Azərbaycan Ermənistanın süveren ərazisinə iddia etmir və heç bir pozulma faktı da ortada yoxdur. Bu dəfələrlə Azərbaycan rəsmiləri tərəfindən bəyan edilib. Ermənistandan tərəfindən Azərbaycan torpaqlarının 30 illik işğalına, yüzlərlə günahsız insanın qətlə yetirilməsinə, 20-ci əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırıman göz yuman Avropa Parlamentinin bizi ittiham etməyə haqqı çatırmı? 30 il Azərbaycan torpaqlarını Ermənistan işğal altında saxlayanda harda idilər?”.

Rəfail Becanov qeyd edib ki, ən gülməli tələblərdən biri Bakıdakı Hərbi Qənimətlər Parkının təxirə salınmadan bağlanması ilə bağlıdır:

“Bu park niyə bağlanmalıdır? Ermənistanda faşist Qaregin Njdenin ucaldılan heykəlini görmürlərmi? Avropa Parlamentinin bu tələbi faşist düşüncəsidir. Belə olmasaydı Azərbaycana bu şəkildə tələb qoyanda, heç olmasa Ermənistana da faşist təfəkküründən imtina ilə bağlı tövsiyə verilərdi. Təəssüf ki, Avropa Parlamenti ermənipərəst və qəzərli münasibətdən özünü sığortalaya bilmədi”.

Prezident heç zaman unudulmayacaq liderlik nümayiş etdirdi - PolitoloqAzərbaycanda həyata keçirilən islahatların tərkib hissəsi kimi, 2020-ci ilin ilk günlərindən başlayaraq ölkəmizin informasiya siyasətində köklü dəyişikliklərin baş verdiyi nəzərə çarpmağa başladı. Zaman keçdikcə bu prosesin konseptual əsaslara söykəndiyi və vahid strategiya əsasında həyata keçirildiyi, qlobal informasiya məkanının dəyişən temporitminə uyğun, çevik və dinamik bir şəkildə inkişaf etdiyi özünü daha qabarıq şəkildə büruzə verdi. Azərbaycan dövləti daxili və xarici siyasətinin mahiyyətinə, eləcə də çağdaş reallıqlara uyğun olaraq informasiya siyasətində də çoxgedişli hücum taktikasını inkişaf etdirməklə ənənəvi stereotipləri qırmağı bacardı.

Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib. Prezidentin həm müharibə dövründə, həm də müharibədən sonrakı yeni informasiya strategiyasından söz açan politoloq bildirib ki, dövlət başçısı milli maraqlarımızın müdafiə olunması müstəvisində də hələ uzun illər tədqiq ediləcək və heç zaman unudulmayacaq liderlik nümayiş etdirib:

“Qısa zaman ərzində Prezident İlham Əliyevin informasiya strategiyasının nə qədər mühüm və hətta həyati əhəmiyyət kəsb etdiyi COVID-19 pandemiyasına qarşı mübarizənin ilk mərhələsində və təbii ki, Vətən müharibəsinin aparıldığı günlərdə öz təsdiqini tapdı. Azərbaycan Prezidenti Ali Baş Komandan kimi döyüş əməliyyatlarına rəhbərlik etməklə yanaşı, qlobal informasiya məkanında ölkəmizə edilən hücumların qarşısının alınması, milli maraqlarımızın müdafiə olunması müstəvisində də hələ uzun illər tədqiq ediləcək və heç zaman unudulmayacaq liderlik nümayiş etdirdi, informasiya məkanında mübarizənin özünəməxsus nümunəsini yaratdı.

Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə yalnız informasiya sahəsində ölkəmizin maraqlarının qorunması istiqamətindəki fəaliyyətini göz önündən keçirsək, bütün bunların 44 günlük bir zaman çərçivəsinə sığışdırılması imkansız görünür: Dünyanın 26 aparıcı mediasına müsahibə, çoxsaylı çıxışlar, bəyanatlar, ən kəskin sualların qarşısında nümayiş etdirilən təmkin və qətiyyət, Ermənistanın, erməni lobbisinin və onlardan öz maraqları üçün istifadə edənlərin uzun illərdən bəri körüklədikləri yalan və böhtanların, daşlaşmış stereotiplərin tutarlı faktlarla, dəmir məntiqlə darmadağın edilməsi döyüş meydanındakı Zəfər yürüşünün informasiya məkanında inikası və təntənəsi idi.

Dövlətimizin başçısının mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlarla müzakirələrdə iştirakı və çoxsaylı suallara ətraflı cavab verməsi də bu prosesin, yəni Azərbaycan Prezidentinin yeni informasiya strategiyasının tərkib hissəsi olmaqla yanaşı, gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərin, görüləcək işlərin miqyasının müəyyənləşdirilməsinə də imkan yaradır.

Bu bağlamda bir məqama diqqət çəkmək istəyirəm. Məsələn, Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Deyvid Merkelin Asiyanı Avropa ilə birləşdirmək üçün logistik dəstək və Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilıə bağlı sualının cavabında ölkəmizin iştirak etdiyi bütün layihələrə qarşılıqlı faydalılıq prinsipi müstəvisindən yanaşdığını və məqsədin rəqabət deyil, əməkdaşlıq olduğunu çox incə detallarla diqqətə çatdırdı.

Sitat: “Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bizim Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantımız var. Bu önəmli layihənin bir hissəsi olmaq üçün biz öz infrastrukturumuzu, o cümlədən dəniz limanını, Xəzər hövzəsində ən böyük gəmi parkını və dəmir yolu imkanlarını təmin edirik. Beləliklə, biz bu layihəyə maliyyə və siyasi cəhətdən investisiya yatırmışıq. Ümid edirəm ki, bu iki mühüm sahə - enerji təhlükəsizliyi və nəqliyyat təhlükəsizliyi nəinki təkcə Azərbaycanın gələcək iqtisadi inkişafı üçün önəmli rol oynayacaq - çünki bu, əlavə gəlirlərin yaranmasına səbəb olacaq, - həm də regional sabitliyə ciddi şəkildə töhfə verəcək. Çünki ölkələr bir-birindən asılı olur, ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur”.

Cənab Prezidentin iqtibas gətirdiyim sonuncu cümləsi, qənaətimə görə, ölkəmizin baxış bucağını açıq şəkildə ifadə edir: Azərbaycan öz təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən bütün layihələrə qarşılıqlı faydalı əməkdaşlığa imkan yaradan, dövlətləri bir-birindən asılı etməklə rəqabətə yox, əməkdaşlığa sövq edən platforma - gəmi kimi yanaşır. “Bir gəminin üzvü olmaq” - əslində bütün dünyaya verilən mesajdır və bəşəriyyətin təhlükəsiz gələcəyinin yeganə çıxış yoludur.

Bütövlükdə isə Prezidentin yeni informasiya strategiyası müharibə dövründə Azərbaycan xalqının, dövlətinin öz torpaqlarını işğaldan azad etməsi, Vətən müharibəsi ilə bağlı həqiqətlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmağa imkan verdiyi kimi, post-münaqişə dövründə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri haqqında gerçəkliklərin dünyaya dolğun şəkildə çatdırılmasına əlverişli zəmin yaradır”.
İsrail və İranın Bakıdakı səfirləri “atışdı”Eşitdim, özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və yalan danışmısan.

Avrasiya.net xəbər verir ki, bunu İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi öz Tvitter hesabında yazıb.

“Yəqin ki, hələ İran və Azərbaycan qeyrətindən və təəssübkeşliyindən məlumatsızsan. Bil ki, biz ətlə dırnaq kimi vahid və ayrılmazıq, irin və çirkin dırnağın altında yuva qurmasına icazə vermərik!" - deyə səfir qeyd edib.

Qeyd edək ki, daha öncə İsrailin Azərbaycandakı səfiri Azərbaycan xalqına video müraciət ünvanlayaraq, İranı “dünyanın bir nömrəli terroru maliyyələşdirən dövləti” adlandırmışdı.
Məhkəmə “Azəriqaz”ın baş direktoru barəsindəki qərarı ləğv etdiXəzər Rayon Məhkəməsi “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunmuş inzibati qərarı ləğv edib.

Bu barədə “Azəriqaz” İB-dən Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Vəkil Fərid Məmmədlinin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Azəriqaz” İB-nin Metrologiya Departamentinin “Sayğacların müayinəsi laboratoriyası”nın 6-cı dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsinə işə götürülmüş Tural Səfərovun işdən qanunsuz azad edilməsi ilə əlaqədar 26 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Ruslan Əliyev İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə) ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati qaydada cərimə edilib.

Vəkil qeyd edib ki, həmin qərar qəbul edilərkən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının pozulmasına yol verilib:

“Bununla əlaqədar tərəfimizdən məhkəməyə verilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilmiş və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilib”.

Azərbaycanda polis güllələndiAzərbaycanda polis əməkdaşı güllələnib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, hadisə Qax rayonunun Çüdüllü kəndi ərazisində baş verib. Məlumata görə, polis əməkdaşı ov tüfəngi ilə vurulub.

Nəticədə o, əlindən yaralanıb. Hazırda həmin ərazidə əməliyyat keçirilir.

Bildirilib ki, hadisə polislə qarşı tərəf arasında şəxsi münasibətlər zəmnində baş verib.
Azərbaycan Ordusu daha 1,5 km irəli getdi – Erməni KİVÖtən gün Azərbaycan Ordusu Zəngəzurun (Gorus rayonu) Xəznəvar (Xoznavar) kəndi istiqamətində mövqelərini daha 1,5 km irəli çəkib.

Avrasiya.net xəbər verir ki, belə bir iddianı erməni mediası Xəznəvar kəndinin başçısı Varo Qriqoryana istinadla yayıb.

Qriqoryanın sözlərinə görə, hazırda kəndlə Azərbaycan hərcçilərinin arasında 2,5 km-lik məsafə var.

Qeyd edək ki, Azərbaycan Ordusu 44 günlük müharibədən sonra Ermənistanla sərhəd rayonlarımızı işğaldan azad edib. Hazırda isə işğal vaxtı ermənilərin müdaxilə və zəbt etdiyi sərhəd ərazilərini bərpa edir. Bərpa zamanı əsasən 1974-cü il xəritələrindən, o cümlədən GPS-dən istifadə edilir.
Deputat həbsdə olan bələdiyyə sədrinin müdafiəsinə qalxdıDeputat Sabir Rüstəmxanlı jurnalist Niyaz Niftiyevlə bağlı Milli Məclisdə məsələ qaldırdı.

Avrasiya.net xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı tanınmış jurnalist Niyaz Niftiyevin həbsdə saxlanmasına etiraz edib:

"Niyaz Niftiyev tanınmış jurnalistdir. Dəfələrlə mükafatlandırılıb. Prezident tərəfindən təltif edilib. Sonradan səhv edib, bələdiyyə üzvü, daha sonra bələdiyyə sədri seçilib. Qısa müddət keçdi, rüşvət aldığı iddia edilib.

O jurnalist 1 il 3 aydır həbsdədir, xəstə anası var. Hökm verilməyibsə, onu niyə həbsdə saxlayırsınız?".

Xatırladaq ki, Binəqədi qəsəbə bələdiyyəsinin keçmiş sədri, jurnalist Niyaz Niftiyev 2020-ci ildə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar verməkdə təqsirləndirilir.

Jurnalistə Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Niyaz Niftiyev cinayət işi üzrə artıq məhkəmə iclası keçirib. Onunla bərabər bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Amma təqsirləndirilənlərdən yalnız N.Niftiyev həbsdədir. Digər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

N.Niftiyev ittihamları qəbul etmir. O bildirir ki, verilən saxta arayışlarda onun imzası olmayıb. NNiftiyev deyir ki, aprelin əvvəlindən sədr kimi işə başlayıb, amma arayışlar martın 31-də verilib və imzalanıb.

Qeyd edək ki, N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.
Bu əlillərin pensiyası ləğv ediləcək - Nazirlik araşdırmalara başladıAzərbaycanda əlilliyin ümumi göstəricisi əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, pensiya sistemində bu 30 faiz təşkil edir.

Avrasiya.net-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, bu digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəm təşkil edir:

"Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib. Bu işlər mütəmadi olaraq aparılır və aparılacaq. Bizim istiqamətimiz bundan ibarətdir. Bu, sosial sahədə aparılan islahatların bir növüdür. Biz istəyirik ki, kimin haqqıdırsa, onların əlillik təyinatı aparılsın, Sui-istifadə halları aradan götürülsün”.
Azay Quliyev Avropa Parlamentinin növbəti riyakarlığından YAZDIDünən, mayın 20-də Avropa Parlamenti Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamə qəbul edib. Qətnamə ilə yaxından tanış oldum.

Avropa Parlamentinin bundan əvvəl də Azərbaycanla bağlı heç bir əsası olmayan, qərəzli və yalan üzərində qurulan qətnamələri olubdur.

Lakin bu dəfə ki, qətnamə onu hazırlayanların ölkəmizə qarşı təkcə açıq düşmənçiliyi və qərəzli mövqeyi ilə seçilmədi, eyni zamanda bu əhəmiyyətsiz və heç nəyə yaramayan kağız parçasını qəbul edənlərin siyasi baxımdan nə qədər qeyri-ciddi və riyakar olduqlarını nümayiş etdirdi.

Mən qətnamədə erməni terrorçularının və cinayətkarlarının sözdə hərbi əsir kimi təqdim edilməsinə, mətndə yer alan digər bu kimi erməni yalanlarına vaxt ayırmağa lüzum görmürəm. Ancaq Avropa Parlamentinin və bu sənədi hazırlayıb qəbul edənlərin nə qədər riyakar və reallıqdan uzaq olduqlarını sübut edən bir neçə məqama diqqətinizi cəlb etmək istərdim.

Qətnamənin 17-ci bəndində ATƏT-in Minsk Qrupunun keçmiş münaqişənin həlli ilə bağlı 2009-cu ildə hazırladığı baza prinsiplərinin müddəaları sadalanır və bu prinsiplərə əməl olunmasının vacibliyi bildirilir. Adam gör nə qədər qeyri-ciddi və qərəzli olmalıdır ki, yeni yaranmış reallığı başa düşməsin, bir tərəfdən postmünaqişədən danışın, digər tərəfdən isə köhnəlmiş və heç bir aktuallığı qalmayan, hətta Ermənistanın belə dilə gətirməyə cəsarət etmədiyi baza prinsiplərini qətnaməyə daxil edəsən və bundan sonrakı danışıqların bu çərçivədə aparılmasını tələb edəsən.

Azərbaycanın Prezidenti cənab İlham Əliyev dəfələrlə, o cümlədən dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkil etdiyi konfransda münaqişənin həll olunduğunu bildirdi və postmünaqişə dövründə Cənubu Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın bərqərar olması üçün atılması vacib olan addımları sadaladı və bu istiqamətdə bir yol xəritəsi təqdim etdi.

Cənab Prezident xüsusi olaraq vurğuladı ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır, lakin bunun üçün Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra bölgəyə qalıcı sülh və əmin-amanlıq gələ bilər. Əgər Avropa Parlamentinin deputatları bundan xəbərsizdirlərsə - buna inanmaq çox çətindir - o zaman qoy onların Bakıda akreditə olunmuş səfirilikləri Azərbaycanın mövqeyi və ümumiyyətlə, bölgədə yaranmış yeni reallıqlar barədə onları maarifləndirsinlər. Yoxsa, artıq ikrah hissi doğuran status məsələsini qaldırmaqla özlərini gülünc vəziyyətinə salmasınlar.

İkinci, qətnamədə təəssüf hissi ilə qeyd olunur ki, Minsk qrupunda iştirak edən Avropa Birliyinin üzv dövlətləri 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın hazırlanmasında və imzalanmasında iştirak etmədi, Avropa İttifaqı Şərq tərəfdaşlıq proqramının iki üzv ölkəsini danışıqlar masasında bir araya gətirə bilmədi.

Sual olunur, Azərbaycana qarşı açıq addımlar atan və birtərəfli şəkildə Ermənistanı və onun işğalçılıq siyasətini dəstəkləyən Avropa Ittifaqının aparıcı ölkəsi və Minsk qrupunun həmsədri Fransa ona olan etimadın üstündən xətt çəkdikdən sonra necə tərəfləri bir araya gətirə bilərdi? Fransanın bu kimi qanunsuz hərəkətlərinə göz yuman Avropa Parlamentinin indi bu məsələni bu formada qeyd etməsi siyasi riyakarlıq deyilmi? Cavab aydındır.

Üçüncü, Avropa Parlamenti qətnamədə Azərbaycanın faşist ideologiyasının daşıyıcısı olan işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsini özündə ehtiva edən Hərbi Qənimətlər Parknın dərhal bağlanmasını tələb edir. Avropa Parlamentinin üzvləri deyir ki, bu parkda nümayiş olunan düşmən qiyafəsində olan manikenlər və kaskalar Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadı zədələyir və düşmənçilik meyllərini artırır.

Əvvəla, yenə də sual olunur, Avropa parlamenti 30 illik işğalçılıq və soyqırımı siyasətilə bu inamı və etimadı məhv edən Ermənistana niyə indiyə kimi bir dəfə də olsun çağırış edib onun bu əməllərindən çəkindirməyib?!

İkincisi, müharibələr zamanı öldürdükləri ordu komandirlərinin kəllə skletlərini hərb muzeylərində nümayiş etdirən Fransa və Niderland indi bizim muzeydə nümayiş olunan düşmən kaskalarına irad bildirirlər? Bu təkcə paradoks deyil, açıq şəkildə ikiüzlülük və riyakarlıqdır.

Nəhayət, Avropa Parlamentinin digər siyasi riyakarlığı ondan ibarətdir ki, qətnamənin preambula hissəsində minalanmış ərazilərin xəritəsi haqqında çox səthi şəkildə danışılsa da, qətnamənin qərar və çağırış hissəsində bu barədə heç nə deyilmir və Ermənistanın törətdiyi bu hərbi cinayətin üstündən sükutla keçilir. Münaqişə başa çatdıqdan sonra mina partlamsı nəticəsində 21 nəfər azərbaycanlının həlak olması, 100-dən çoxunun ağır yaralanması məsələsinə əhəmiyyət verilmir.

Bax, budur Avropa Parlamentinin və bu qətnaməni qəbul edənlərin əsl siması.


Azay Quliyev,
Milli Məclisin üzvü
Deputat məhkəmələrlə bağlı islahatları dərinləşdirməyə çağırdı"Məhkəmə-hüquq sahəsində böyük işlər görülüb, amma bu proses dərinləşdirilməlidir".

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. O qeyd edib ki, hakimlər qanunu tətbiq edən şəxslər kimi boşluqları daha yaxşı görürlər:

"Ona görə onlar bu məsələdə təşəbbüslə çıxış etməlidirlər. Hakimlər töhfə verməlidirlər ki, ölkədə qanunvericilik təkmilləşdirilsin".