Prezident Zəngəzur dəhlizindən danışdı: Yeni imkanlar...Dağlıq Qarabağ münaqişəsi bitib və həll edilib. Gələcəyə baxmalıyıq.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda keçirdiyi müzakirələr zamanı çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, 30 illik işğala və azad edilmiş torpaqlarda böyük miqyaslı dağıntılara və xarabalıqlara baxmayaraq, Azərbaycan gələcəyə baxmağa, inteqrasiya olunmuş Cənubi Qafqazın bir hissəsi kimi gələcəyi planlaşdırmağa hazırdır:

“Ümid edirik ki, Cənubi Qafqazdakı fəal əməkdaşlıq və inteqrasiya barədə danışa biləcəyimiz vaxt gələcək. Bu arada biz kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar bir sıra vacib təklif və təşəbbüslər irəli sürmüşük ki, bunlar da 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əks olunub. Deyə bilərəm ki, bu layihənin icrası üzərində iş artıq başlayıb. Azərbaycan artıq bunun üçün texniki və maliyyə resursları ayırıb. Zəngəzur dəhlizi açılanda o, bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq”

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu əməkdaşlığa, ortaq gələcəyi planlaşdırmağa hazırdır:

“Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik. Bu, asan deyil, emosiyalar var. Xüsusilə Azərbaycan vətəndaşları bu torpaqları ziyarət edəndə və dağıntıların miqyasını görəndə onların duyğularını təsəvvür edə bilərsiniz. Ancaq siyasətçilərin rolu öz gündəmlərini müdafiə etmək, bölgədə sabit inkişafa, sülhə və rifaha nail ola biləcəyimizi izah etməkdir”.

Səməd Səmədovun bacısı və baldızı koronadan vəfat etdiXalq artisti Səməd Səmədovun bacısı və baldızı koronavirusdan dünyasını dəyişib.

Kult.az xəbər verir ki, müğənni bu haqda "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, COVİD-19 ondan əzizlərini alıb:

"İndi-indi dirçəlməyə başlamışıq. Bacımı və baldızımı itirdim".

İfaçı pandemiya ərəfəsində avtomobilini satdığını söyləyib. O bildirib ki, təzə maşını sataraq, əvəzində köhnə və ucuzunu alıb.
Paşinyan yeni zərbələrin anonsunu verirElçin Mirzəbəyli
siyasi analitik


Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın hökumətin toplantısındakı çıxışının, yalnız Azərbaycanla imzalanması ehtimal olunan hansısa “sənəd” barədə hissəsini ayrıca şərh etmək, düşünürəm ki, yalnış qənaətlərə yol aça bilər. Bu baxımdan, öncədən daha detallı və kompleks təhlilin tərəfdarı olduğumu diqqətə çatdırmaq istəyirəm.
Öncə Paşinyanın “sənəd” adlandırdığı, ancaq razılaşdırılmadığı bəlli olan və bu səbəbdən də yalnız “layihə” adlandıra biləcəyimiz “kağız”, yaxud elektron fayl “parça”sından başlayaq.

Paşinyan deyir: “Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli müzakirələr aparılır. Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırdığımız həll 100% Ermənistanın maraqlarına uyğundur. Əgər Azərbaycan bu razılaşmalara, bizim müzakirə etdiyimiz şərtlər daxilində əməl edərsə, əlbətdə, mən bu “sənədi” imzalayacağam”.

Diqqət yetirsəniz, Paşinyanın 3 cümləlik fikirlərində bir neçə ziddiyyət var. Ola bilsin ki, bu tələm-tələsik verilən izahatdır və Nikol hökumət üzvlərinə və bu toplantı vasitəsilə rəqiblərinə “hesabat” verəndə bütün detalları düşünmək iqtidarında olmayıb. Yəni əgər üçtərəfli müzakirələr davam edirsə, bu o deməkdir ki, ortalıqda razılaşdırılmış hər hansı bir layihə yoxdur. Belə olduğu təqdirdə Azərbaycan hansı şərtlər daxilində, hansı razılaşmalara əməl etməlidir? Bu sual açıq qalır, çünki Paşinyanın özünün də dediyi kimi yekun razılaşma əldə olunmayıb, müzakirə gedir. Digər tərəfdən, “Ermənistanın maraqlarına 100% uyğun gələn həll” nə deməkdir? İndiki şərtlər, yəni kapitulyasiyanın diqtə etdiyi reallıqlar daxilində, Ermənistanın maraqları hətta sovet dövründə belə qamarladığı torpaqlardan geri çəkiməklə də “təmin edilə” bilər. Bu sadəcə, arxasında hər hansı real razılaşma dayanmayan, icrimai rəyə hesablanmış söz oyunundan başqa bir şey deyil.
Paşinyan daha sonra öz çıxışında yenə də hansısa münaqişədən söhbət açır və adətinə uyğun olaraq, “Fatma cijisindən” – Minsk Qrupu həmsədrlərinin ziddiyyətli, bir-biri ilə uzlaşmayan yanaşmalarından vahid mövqe kimi nümunə gətirir. Amma daha sonra, əsl mətləbə keçir:

“Bu çətin, ağrılı, problemli məsələlərin həlli uzunmüddətli perspektivdə müharibəyə yol verməmək, Ermənistanın və erməni xalqının dinc inkişafına nail olmaq üçün lazımdır”.

Nikol daha sonra deyir: “Bu yüngül olmayan, həddən artıq çətin işdir. Burada siyasi iradə, zərbələri qəbul etmək bacarığı, cəmiyyətlə açıq və vicdanlı dialoq vacibdir və biz bu yolla gedəcəyik”. Sonuncu sözlər baş nazir səlahiyyətlərini icra edən şəxsin yalnız və yalnız Ermənistanın qarşısında dayanan məsələlərlə bağlı mövqeyini ifadə edir. Paşinyan öz çıxışında etiraf edir ki, hətta uzunmüddətli perspektivdə müharibə ehtimalının qalması Ermənistan üçün daha böyük faciələrə səbəb ola bilər. Buna görə də siyasi iradə nümayiş etdirmək və zərbələri qəbul etməyə hazır olmaq lazımdır. Bu isə o deməkdir ki, nə vaxtsa imzalanacaq hər hansı bir sənəd Ermənistan üçün zərbə effekti verəcək. Paşinyan isə indidən, daha sonra cəmiyyəti bu zərbələrə hazırlamaq üçün səsləndirəcəyi mesajların anonsunu verir.

Yəni, bəzilərinin iddia etdiyi kimi, Nikol Paşinyanın hökumətin toplantısındakı çıxışı müzakirə edilən və yaxud nə zamansa imzalanması nəzərdə tutulan hansısa “sənəd”in anonsu deyil.

"Speys" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Avrasiya.net xəbər verir ki, bu vəzifəyə Azərbaycanın əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.

Qeyd edək ki, M.Hətəmov 2011–2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.

"DYP-nın icazəsiz şəkil çəkməsi və video çəkilişlər aparması yolverilməzdir"Avrasiya.net SİA-ya istinadən yazıçı-publisist İlham Əliyevin müsahibəsini təqdim edir:

- Son illərin ən çox danışılan mövzularından biri də sürücülərin polislər tərəfindən tez-tez cərimələnməsidir. Bu paradoksallığı nə ilə izah edərdiniz?

- Bütün dünyada olduğu kimi Azərbaycanda da qəbul edilən qanunlar insanların daha rahat yaşaması üçündür. Problemlər varsa, o problemlərin aradan qaldırılması üçün birgə səy göstərilməlidir. Hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməli, öz vicdanı ilə özünə sual verməlidir ki, dövlət mənim üçün bu işləri görüb, bəs mən dövlətimin inkişafı üçün nə etməliyəm? Bəzən insanlar qanunlardan öz iddialarını reallaşdırmaq üçün istifadə edirlər. Məsələn, polis haqqında qanun var. Eyni zamanda sürücülərin yol hərəkəti haqqında qanununda 32-ci maddəsində sürücülərin vəzifələri və onların üzərinə düşən vəzifələr var. Bütün bu qanunvericiliyin tələblərinə uyğun olaraq istər sürücü, istər polis bu vəzifələri yerinə yetirsə sürücü polis münasibətlərində normal inkişaf olar.

- Bəzən mütəmadi şəkildə polislərin özləri də qanunu pozur. Bu barədə nə deyərdiniz?

- Konstitusiyanın 32-ci maddəsinə görə hər bir şəxsin toxunulmazlıq hüququ var. Yəni, onun icazəsi olmadan hər hansı bir şəkil və video çəkilişlər aparmaq yolverilməzdir. Amma bəzən bu çəkilişlər polis xidməti vəzifəsindədir. Bu zaman hər hansı bir çəkiliş aparılması polisə şəxsi zəmində problem yaratmamalıdır. Çünki bu onun şəxsi işi deyil, xidməti vəzifəsidir.

- Pulsuz parkinq yerlərində hətta zolaqlar çəkilib ki, burada pulsuz şəkildə maşın saxlayıb istirahət etmək olar. Amma baxırıq ki, burada qanunsuz şəkildə pul yığılır. Bütün bunlar niyə baş verir?

- Avropanın bir sıra şəhərlərində hər hansı bir maşın saxlanılmasına görə cərimələr yazılmır və insanlar yolun sağ tərəfində, bəzən də sol tərəfində də maşınlarını saxlayıb işinin dalınca gedə bilər. Azərbaycanda, deyək ki, Bakıda avtomobillərin saxlanılmasına görə kimdənsə rüsum tələb etməsi qeyri-qanunidir, kobud da olsa talançılıqdır.

- Ölkəmizdə taksi fəaliyyətini necə dəyərləndirirsiniz?

- Taksi fəaliyyəti ilə məşğul olmaq müəyyən qurumun öhdəlikləridir, yəni, lisenziya alıb taksi fəaliyyəti ilə məşğul olmaq olar. Çox təəssüflər olsun ki, Bakı şəhərində bu gün elə insanlar var ki, ya işsizdir, ya da işi var və gecə hansısa işdən sonra taksi fəaliyyəti ilə məşğul olmağa meyl göstərir. Bəzən taksi sürücüləri idarə etməni kobud şəkildə həyata keçirirlər. Sərnişinlərə təhlükə yaratmağa çalışırlar. Bu da yolverilməzdir.



Azərbaycanda məktəb direktoruna cinayət işi açılıb"Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət alması ilə bağlı məlumatlar dərc olunub".

Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

"Bununla bağlı bildiririk ki, Abşeron rayon prokurorluğuna daxil olan müraciət əsasında aparılmış ilkin yoxlama zamanı müəyyən edilib ki, 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq edilib.

Qeyd edilən fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi təmin ediləcək", - Prokurorluğun açıqlamasında bildirilib.
İran və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığa dair saziş imzalayıblarİran və Azərbaycan arasında magistral avtomobil yollarında sərnişin və yükdaşımalar sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Təbrizdə İran və Azərbaycan arasında magistral yollarda yük və sərnişin daşımalarına dair iclas keçirilib.

İclasın sonunda iki ölkə arasında magistral yollarda sərnişin və yük daşımaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Sazişə əsasən, Novruz bayramı günlərində, Məhərrəmlik ayında və yay fəslində səfərlərin sayının artması fonunda sərhəd-keçid məntəqələrindən sərnişinlərin gediş-gəlişi asanlaşdırılacaq.

Azərbaycan tərəfi həmçinin təklif edib ki, Bakı, Naxçıvan və əks istiqamətə davamlı sərnişin avtobus xətti səhiyyə protokollarına əməl edilərək yenidən bərpa olunsun.

İran tərəfi, öz növbəsində, elan edib ki, koronavirus şəraitinə görə aidiyyəti qurumlarla Azərbaycan vətəndaşlarının İrana gediş-gəlişi üçün imkanın yaradılmasına dair danışıqlar aparılıb, Azərbaycan tərəfinə bu haqda məlumat veriləcək.

Bakıda polis sevgilisini öldürdü, özü isə intihara cəhd etdiDaxili İşklər Nazirliyi Bakıda polis əməkdaşının qətl törətməsilə bağlı məlumat yayıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
Ərdoğan Akşənəri məhkəməyə verdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyasının sədri Maral Akşənəri məhkəməyə verib.

Axar.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan “şəxsi hüquqlarının pozulması, təhqir” iddiası ilə Akşənərdən 250 min TL (30 min ABŞ dolları) təzminat tələb edib.

Qeyd edək ki, İYİ Partiyasının sədri Maral Akşənər 18 may tarixində TBMM toplantısında Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı İsrail Baş naziri Binyamin Netanyahuya bənzətmişdi.
Paşinyan bu torpaqları da geri qaytarır - DETALLARErmənistanın Vatikandakı keçmiş səfiri, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sərt tənqidçisi Mikael Minasyan artıq neçənci dəfədir ki, Paşinyanın Azərbaycanla yeni saziş imzalamağa hazırlaşdığını bildirir. Minasyan Paşinyanı növbəti dəfə satqınlıqda ittiham edərək yeni sazişin bütövlüklə Azərbaycanın maraqlarına xidmət etdiyini deyib. O bildirib ki, Paşinyan Azərbaycana növbəti “torpaq güzəşti” edəcək. Söhbət Qazaxın 7, Naxçıvanın 1 kəndinin geri qaytarılmasından gedir.

Avrasiya.net xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, Minasyan haqqında danışdığı sənədin surətinin bir hissəsini yaydıqdan sonra axşam saatlarında bir qrup erməni etirazçı Nazirlər Kabinetinin binası qarşısında toplaşıb:

“Həmin erməniləri Azərbaycan hərbçilərinin erməni hərbçiləri sərhəddən uzaqlaşdıran görüntüləri qəzəbləndirib. Paşinyana müxalif olanlar Mikael Minasyanın boş danışmadığına inanırlar. Çünki Minasyan ötən ilin noyabr ayında da Paşinyanın Azərbaycan qarşısında kapitulyasiyaya hazırlaşdığını bildirmişdi. Bir neçə gün sonra Paşinyan həqiqətən Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Belə çıxır ki, hökumət içərisində və Paşinyana yaxın fiqurlardan biri Minasyana işləyir, ona məxfi məlumatları ötürür. Əslində, bu, ilk növbədə Paşinyanı narahat etməlidir. Minasyanın son açıqlamasına gəldikdə isə, Paşinyan maraqlı etiraf edib: “Biz Azərbaycanla yeni saziş imzalamağa hazırlaşırıq, üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) danışıqlar əsasında sənəd üzərində iş gedir. Yeni sənəd Ermənistanın maraqlarına cavab verir. Minasyan isə Azərbaycanın maraqları üçün çalışır və sənədlə bağlı təhrif olunmuş məlumatlar yayır. Əgər Azərbaycan razılıq verərsə, həmin sənədi imzalayacağam”.

Minasyan haqlı imiş. Görəsən söhbət hansı razılaşmadan gedə bilər? Bu, sülh sazişidirmi? Bizim maraqlarımız bəllidir və onlar təmin edilməlidir: 1. Qarabağdakı ermənilər tam tərk-silah olunmalı, Ermənistandan Azərbaycan torpaqlarına “hərbi xidmətə” kimsə göndərilməməlidir; 2. Qazaxın 7, Naxçıvanın 1 kəndi geri qaytarılmalıdır; 3. Zəngəzur üzərindən dəhliz açılmalıdır. Qalan məsələlər – Laçın dəhlizinin, Qarabağın tamamının nəzarət altına alınması və Ermənistanla sərhəddin müəyyənləşdirilməsi özümüzə aiddir, bunları İrəvanla müzakirə etməyin anlamı yoxdur”.