"Neftçi" Azərbaycan çempionu oldu!Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu - XXVIII turunun 3 oyunu baş tutub.

Avrasiya.net xəbər verir ki, səfərdə "Səbail"i minimal hesabla məğlub edən "Sumqayıt" xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə bitirib. "Sumqayıt" 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

"Zirə" isə səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzub. Bu nəticə ilə 38 xalda qalan "Zirə" 4-cü olub. "Sabah" isə 29 xalla 5-ci pillədəki mövqeyini qoruyub.

Son tur autsayderin də adına aydınlıq gətirib. Evdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gələn "Keşlə" sonuncu pillədən xilas olub. "Səbail" mövsümü son sırada başa vurub.

Qeyd edək ki, Premyer Liqada cari mövsümə saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Dalğa Arena"dakı görüş çempionun adına aydınlıq gətirəcək.

***

Mövsümün son matçı başladı. Bu görüşdə "Qarabağ"a bərabərlik sərf edirsə, "Neftçi" mütləq matçdan qalib ayrılmalıdır ki, çempionluğu təmin etsin.

***

"Neftçi"nin hücumçusu Əhməd Əhmədov matçın 91-ci dəqiqəsində hesabı açdı: 1-0.

***

"Neftçi" "Qarabağ"a 1-0 qalib gələrək xallarının sayını 59-a çatdırdı və liderliyə yüksəlməklə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün çempionu oldu.

Ölkəmizdə terror təhlükəsi... - DTX məlumat yaydıAmerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda “COVİD-19” koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilmiş, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.

Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılmışdır.

Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir.

İran səfirliyinin Mədəniyyət Mərkəzinin Şərqşünaslıq İnstitutuna hədiyyə etdiyi kitabların təqdimatı olubİran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mayın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

İnstitutdan bildirilib ki, G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri barədə səfirə məlumat verərək, iranşünaslıq sahəsində aparılan tədqiqatlardan, görkəmli alimlərimizin elmimizə bu sahədə verdikləri böyük töhfələrdən ətraflı danışıb. Ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu deyən institutun direktoru bu cür görüşlərin hər iki tərəfin elmi əlaqələrinin genişlənməsinə böyük fayda verdiyini qeyd edib.

Seyid Abbas Musəvi Azərbaycan–İran münasibətlərindən danışaraq elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən Şərqşünaslıq İnstitutuna hədiyyə edilən kitabların təqdimatı olub. G.Baxşəliyeva səfir Seyid Abbas Musəviyə və Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcana təşəkkürünü bildirərək, bu kitabların iranşünas alimlərin tədqiqatları üçün faydalı olacağına əminliyini bildirib.
Nərimanov Rayon Ağsaqqallar Şurasının tədbiri keçirilibBu gün Nərimanov rayonunda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Ağsaqqallar Şurasının böyük məsləhətçisi Kamal Əliyev və rayon ağsaqalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasından, aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edib.

Ölkə ağsaqqallarının ictimai həyatda tutduqları mühüm mövqedən, o cümlədən yerli ağsaqqalların Nərimanov rayonunun həyatında oynadıqları əhəmiyyətli roldan söhbət açıb. Ağsaqqalların məsləhətinə həmişə ehtiyacın olması barədə danışan icra başçısı dövlət rəhbərinin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi sahəsində qarşıda duran vəzifələr barədə məlumat verərək qeyd edib ki, ağsaqqal sözü hər zaman böyük əhəmiyyət daşıyır. Daha sonra Abdin Fərzəliyev toplantı iştirakçılarını və bütün rayon ağsaqqallarını bir daha 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən böyük Zəfər münasibətilə təbrik edərək iclasın işinə müvəffəqiyyətlər arzulayıb.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verən Şuranın sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov qeyd edib ki, milli mentalitetimizdə, xalqımızın mənəvi dünyasında ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı hesab olunub. Bildirilib ki, ölkəmizin ictimai-siyasi həyatında hər zaman yaxından iştirak edən ağsaqqallar cəmiyyətimizin, xüsusilə də gənclərimizin vətənpərvərlik, milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi önəm verir, bu sahədə bilik və bacarıqlarını əsirgəmirlər.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara verdiyi yüksək dəyərdən söhbət açan Eldar İbrahimov qeyd edib ki, hal-hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli məclisin deputatı, professor Eldar Quliyevin başçılığı ilə təşkilat öz məhsuldar fəaliyyətini uğurla həyata keçirir. Natiq, həmçinin, öz çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, şanlı Ordumuzun şücaəti sayəsində 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini vurğulayıb.

Sonra təşkilati məsələlər müzakirə edilib. Nərimanov Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul olunub. Şəhid atası Arif Hümbətov Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Arif Hümbətov ona və digər üzvlərə göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün daha böyük əzmkarlıqla fəaliyyət göstərəcəklərini bildirib.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər natiqlər Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıblar.
Bu klinikaların verdiyi COVİD-19 testi SAXTA ÇIXDIGəncə Hava Limanında Gəncə- Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta çıxıb.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları ciddi araşdırmalara başlayıb.

Məsələ ilə əlaqəli “Leyla Medical Center”in mətbuat xidməti Aytaç Kərimli bildirib ki, tibb müəssisələri tərəfindən kimsəyə saxta arayış verilə bilməz:

“Bu kimi halların qarşısını almaq üçün 4 aya yaxındır ki, tibbi arayışların üzərində QR kodlar yerləşdirilib. Hava limanında QR kodları yoxlamaq kifayət edir ki, həmin tibbi arayaşın saxta və ya real olduğu bilinsin. Adətən belə faktlar olur ki, pasiyent bazamızda adı olmayan şəxs müxtəlif proqramlar vasitəsilə nəticələrini saxtalaşdıraraq özlərinə tibbi arayış hazırlayır. Təbii ki, biz bu hala görə heç bir məsuliyyət daşımırıq”.

“Oksigen” klinikası isə məsələyə münasibət bildirməyib.
Cəzaçəkmə müəssisəsində 28 yaşlı məhbus öldüAzərbaycanda cəzaçəkmə müəssisəsində məhbus vəfat edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayon, Binə qəsəbəsi ərazisində yerləşən 17 Saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Belə ki, cəzaçəkmə müəssisəsində cəza çəkən, 1993-cü il təvəllüdlü Məmmədağa Əzimov qəfildən ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Ölkənin ilk gənc tarix elmləri doktoru olan professor…Kənardan soyuqqanlı görünsə də, əslində çox həssas insandır. Artıq söylənilən bir söz onda inciklik yarada bilər. Ehtiraslı və mühafizəkardır. Yiyələndiyi məlumatı fikrə çevirməyi və onu ustalıqla ifadə etməyi bacarır. Savadına əmindir. Mübahisəni xoşlamır, amma hər bir mübahisədən qələbə ilə çıxır. Haqqında yaradılan saxta mənzərəni pozmaqda, həqiqəti üzə çıxarmaqda qətiyyətli və kəskin ağıllıdır...

1957-ci ilin oktyabr ayının 28-də Yardımlı rayonunun Hamarkənd kəndində, səhəri “bismillah”la açıb, axşamı “əlhəmdulillah”la bitirən, təqvalı bir kişinin ailəsində dünyaya gəlib. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1979-cu ildə oranı fərqlənmə diplomu ilə başa vurub. Bir müddət təyinatla Yardımlı rayonunda müəllim işləyib. 1982-1985-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil alıb. Orada beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşıb. 29 yaşında namizədlik, 35 yaşında isə doktorluq dissertasiyasını müdafiə edərək ölkədə ən gənc tarix elmləri doktoru olub. 1986-1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışıb. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləyib...

...Ulu babası Şeyx Hüseyn olub, Alı xanın qızı Nigar xanımdan olan törəməsidir...

Yardımlı əsilli ilk AMEA-nın müxbir üzvüdür. AMEA Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli qərarı ilə Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsinə icra edən kimi təyin olunub. AMEA İctimai Elmlər bölməsinin 24 iyun tarixli iclasında isə səsvermə yolu ilə həmin institututa direktor seçilib və 29 iyun tarixində AMEA Rəyasət Heyətinin iclasında həmin qərar təsdiq edilib...

Üç çağırış Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib. Hazırda Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavinidir. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub. Bundan əlavə bir sıra medallara layiq görülüb...

Çox maraqlı adamdır, dərin hisslərə malikdir. Hadisələri düzgün təhlil etməyi, doğru qərar verməyi bacarır. Bunun sayəsində ünsiyyətdə olduğu insanı tez öyrənir və anlayır. Qarşısına qoyduğu məqsədə asanlıqla nail olur. Dostluqda, yoldaşlıqda necə olduğunu bilmirəm, amma nadir hallarda kiminləsə dostluq edir. Təsadüfi adamlara onun qəlbində yer yoxdur...

Deyir ki,- “Bu il müqəddəs Ramazan bayramını işğaldan azad edilmiş ərazilərimizdə də qeyd etdik. Azan səsi eşidildi, bayram namazı qılındı. Bu günü bizə nəsib edən Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında millətimizin bağrından çıxan qəhrəman ordumuz, əbədiyyən yaşayacaq şəhidlərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin! Uca Yaradan Azan səsini millətimizin dilindən əksik eləməsin, qürur mənbəyimiz olan dövlət bayrağımızı isə göylərin üzündən endirməsin! Gün o gün olsun ki, Zəngəzurda, İrəvanda və digər tarixi ərazilərimizdə də Azan səsi eşidilsin və bayrağımız dalğalansın.”

İradəli insandır, gərgin iş rejimində çalışa bilir. Hissləri güclü olduğundan hadisələri əvvəlcədən görür və necə hərəkət edəciyini yaxşı bilir. Əsəblərini cilovlamağı və əsas enerjisini fövqaladə vəziyyət üçün saxlamağı bacarır. Heç kimdən asılı olmaq və köməksiz görünməyi xoşlamır. Riyakarlardan zəhləsi gedir. Sözü üzə deyir. Kimsənin arxasınca danışmır. Qeybətdən uzaq, mövqeyi aydın və konkret insandır...

Yardımlı təbii sərvətləri, zəngin imkanları ilə məşhur olmasa da, parlaq düşüncəli aydınları ilə tanınır. Onlardan biri də haqqında söhbət açdığım professor Musa Qasımlıdır. Zarafat deyil, 20 ölkədə kitab və məqalələri işıq üzü görüb. Dünya alimləri əsərlərinə istinad edir. Bir sözlə, onun yiyələndiyi nailiyyətlər, imza atdığı ilklər doğulub, ərsəyə çatdığı Yardımlıya baş ucalığıdır. Bəli, ölkədə ilk ən gənc tarix elmləri doktoru, Yardımlıdan ilk AMEA-nın müxbir üzvü olmaq məhz onun taleyinə yazılıb...

Elman Eldaroğlu
Şəhid bulağında araq içən qorxaq millət vəkili...Nə yaxşı ki, ötən gün Güləbird kəndində tədbir təşkil olunub, o tədbirlə bağlı qalmaqal yaranıb və deputat Mahir Abbaszadənin də adı o qalmaqalda hallanıb. Yoxsa and olsun Əbülfəzl-Abbasın qələm düşən qollarına ki, bu adlı deputatımızın mövcudluğundan xəbərim yox idi.

Ona görə əvvəlcə başladım Mahir Abbaszadənin özünü aramağa: 46 yaşı olacaq bu il, Laçındandır, Güləbird kəndindən. Peşəkar iqtisadçıdır, “Zaminbank”da aşağıdan yuxarıya qədər xeyli karyera keçib.

Yəni adam iqtisadiyyatdan siyasətə gəlib. “Gəlib” deyəndə, dünənki açıqlaması sübut elədi ki, hələ gəlib çıxmayıb, tərəddüd edir...

Bəs nədir dünənki qalmaqal və bu qalmaqala verilən açıqlamada bizi qane etməyən?

Dövlət kanalı da daxil olmaqla, bir neçə televiziya nümayəndəsinin və qazi-veteranların iştirakı ilə cənab deputat Laçının işğal olunduğu gün – 18 mayda artıq Azad Laçına gedib, Güləbird kəndində çəkilişlər edib və əlbəttə ki, orda yemək yeyiblər... Bəzi media qurumları da yazıb ki, deputatın da olduğu heyət yeyib-içib, apardıqları arağı da şəhid adına olan bulağın suyu altına qoyub soyudublar və s.

Mahir Abbaszadə bunları dərhal təkzib edərək, hamını inandırmağa çalışır ki, orda içki-filan olmayıb, Humay bulağı da şəhidin adına deyil.

Siyasətçi daha peşəkar, açıq və cəsarətli açıqlama verməliydi, “düzə zaval yoxdur” əqidəsinə hər yerdə sadiq qalmaq lazımdır.

Mahir Abbaszadə qalxıb demir ki, qardaş, yasa getmişik? 29 ildir ölüb-dirilirdik 18 mayda! Bu il 29 ildən sonra ilk dəfədir ki, 18 may bizim üçün bayramdır, şərəfdir; bu qara günü ağ günə çevirən əsgərlərimizə qurban olum!

Bayramı qeyd edərlər də - Laçının işğal gününün üstündən qalın bir xətt çəkilib, bayrama, azadlığa çevrilməsini bəs necə qutlamalısan? O da qala Bakıdan bir xeyli qonaq sənin öz doğma kəndinə gələ - Güləbirdə. Sən nə kişisən ki, onlara qonaqlıq verməyəsən? Sən nə adamsan ki, onlarla bir əlli qram içməyəsən?

Adam durub cəsarətlə bunu demək əvəzinə, “o məclisdə araq olmayıb” deyib, and-aman edir və... əllərində badə olan foto ilə fakt qarşısında qalır. Niyə özünü pis vəziyyətə salırsan? Hansı suç işləmisən? Erməni ilə yallı getmisən? Yoxsa erməni və ya rus xüsusi xidmət orqanlarının agentləri siyahısında adın çıxıb ki, utanıb xəcalət çəkəsən?

O ki qaldı şəhid adına olan bulaqda araq soyutmağa... Bu niyə şəhidin ruhuna təhqir olsun ki! Onda şəhidin adını daşıyan küçədə də restoran, kafe fəaliyyət göstərməməlidir!

Şəhidlər and yerimizdir, qürurumuzdur; Şəhidlər ona görə can vermədi ki, onların doğmaları, bu millət öz torpaqlarına qayıdıb yas içində yaşasın, üzü gülməsin, sevinməsin! Əksinə, milləti yasdan çıxarmaq, üzünü güldürmək, qəddini düzəltmək və qürurunu qaytarmaq üçün öldülər!

Bu, həm də ona görə təhlükəli tendensiyadır ki, bundan sonra şəhidlərin adını bulaqlara verəndə ehtiyat edəcəklər və yaxud səfalı yerlərə şəhid adını verməyəcəklər. Halbuki hər bulağımız şəhidlərimizin adına olmalıdır; qoy o bulaqların başında dincələnlər şəhidin adını görüb, bu rahatlıqlarına, istirahətlərinə, qayıtdıqları torpaqlara görə kimə borclu olduqlarını bir daha anlasınlar, şəhidlərin adına, şərəfinə layiq yaşasınlar, məclislərində də, mərasimlərində də, toylarında da, yaslarında da şəhidlərimizin adını zikr etsinlər!

Bunu cəsarətlə demək olardı – olmadı və bu cəsarətsizliyin nəticəsidir ki, Mahir Abdullayev Laçınla bağlı çəkilişlər üçün Güləbirdə qədər – Laçın şəhərinin 36 kilometrliyinə qədər gedib. Daha cəsarətli olmalı, Laçına girməli, Laçın koridoruna daxil olmalı, orda müsahibə verməli idi. Sən bu rayonun millət vəkilisən, get, rus sülhməramlıları ilə düz-qoş, gir o koridora, çəkiliş apar, belə yığ başına rus əsgərlərini də, onları da Laçının şərəfinə içirt, onlara da sağlıq dedirt, çəkdir kameralara və yay da! Nədən çəkinirsən?

Bəlkə Laçına da gedib – yəni adamın haqqına girməyək. Ancaq yayılan məlumatda onun Güləbirdə qədər getdiyi görünür və ümumiyyətlə, təəssüf ki, Azad Laçından bu çəkilişlərdən, mərasimdən qabaq boş, mənasız və heç kimə lazım olmayan hay-küy gördük.

Deputatın tənqid olunası addımları qalıb bir qıraqda, yapışıblar araq içməkdən...

Şeyx Teymur

https://axar.az/news/kult/559732.html
İmişlidədə Ağsaqqallar Şurası toplandıMayın 19-da İmişli rayonu Ağsaqqallar Şurasının konfransı keçirilib.

Avrasiya.net xəbər verir ki, konfrans İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.

İclasda Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və bir qrup rayon ağsaqqalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra iclas öz işinə başlayıb.

İclasın aparılması üçün sədr və katib seçilərək gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb. İclasın sədri gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb və Rayon Ağsaqqallar Şurasının üzvləri səsvermə üsulu ilə müəyyən olunub. Sonra Əmirov Ramiz Cahangir oğlu İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov Azərbaycan ağsaqqallarının xalqımızın həmrəy olmasında vacib bir rolunun olduğunu və gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu bildirib. Xalqımızın mənəvi dünyasında ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub və hər zaman onların xeyir-duasının alınmasının, ağsaqqal məsləhətinə, tövsiyəsinə böyük önəm verilməsini diqqətə çatdırıb.

İmişli rayon Ağsaqqallar Şurasının yeni sədri Ramiz Əmirov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.
Gürcüstanda azərbaycanlılara hücumları ermənilər qızışdırır16 may 2021-ci il tarixində Gürcüstanın Dmanisi rayonunda svan millətindən olan bir qrup şəxs azərbaycanlı sahibkarın mağazasının qarşısına gələrək, soydaşlarımıza hücum edib. Bu da kütləvi qarşıdurmaya səbəb olub. Hadisə zamanı bir neçə nəfərin xəsarət alıb.

Gürcüstan Tələbə Parlamentinin Diaspor və Qafqaz məsələləri komitəsinin sədri Elvin Tağıyev Modern.az-a deyib ki, bu insident anidən anlaşılmaz və gərgin bir şəkildə baş verdi:

“Münaqişə Gürcüstanın Kvemo- Kartli bölgəsində yerləşən Dmanisi rayonunda baş verdi. Olay soydaşlarımızla gürcü əsilli svanlar arasında yaşandı. Svanlar haqqında onu deyə bilərəm ki, onlar əqli düşüncə cəhətdən çox geridirlər. Türklər demiş bir qədər “gerizəkalıdırlar”. Bunu ictimai söhbətlərə və fikirlərə əsaslanaraq deyə bilirəm.

Deyilənə görə, həmin şəxslər Dmanisdə soydaşımızın mağazasına daxil olaraq ondan içki istəyib, pulunu da ödəməyəcəyini bildiriblər.Vətəndaş etiraz edəndə sonra bu, aralarında münaqişəyə səbəb olub. Onlar həmin dükanı tərk ediblər. Daha sonra özləri ilə 30 nəfərə yaxın şəxs gətirərək münaqişə yaradıblar. Həmin vaxt təsadüfən marketin qarşısında 7-8 nəfər azərbaycanlı gənc dayanıbmış. Orada olan gənclər də mağazanın sahibinə dəstək olmağa çalışıblar. Bu zamanlar svanlar onlara yaxınlaşaraq fiziki qzor tətbiq ediblər. Təbii ki, 30 nəfər 8 nəfəri üstələmişdi”.

E.Tağıyev son 2 gündə Gürcüstanda aranın qarışdığını və bütün Kvemo-Kartli bölgəsindəki soydaşlarımızın ayağa qalxdığını söyləyib:

“Svanlar yaşayan kəndlərə yürüş, aksiya keçirildi.. Onlarla yenidən qarşıdurma yatrandı.

Bu olayların təxribat olması haqqında fikirlər, ehtimallar irəli sürülür. Münaqişənin də arxasında dayananlar burada yaşayan ermənilər ola bilər. Bizim Qarabağ müharibəsindəki qələbəmizdən sonra onlar artıq gürcü cəmiyyətində müəyyən təxribatlar yaradırlar ki, kütləvi qarşıdurmaya səbəb olsun. Və Gürcüstan-Azərbaycan münasibətlərinə hər hansı bir xələl gətirilsin”.