“Məsuliyyətli Atalıq” təlimləri üçün qeydiyyat başlayıbGender Hub Azerbaijan sosial platforması tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “EU4Gender Equality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində keçiriləcək “Məsuliyyətli Atalıq” təlimləri üçün qeydiyyat başlamışdır.

Avrasiya.net-ə verilən məlumata görə, baş tutacaq təlimlər sessiyasının əsas məqsədi ataların gender bərabərliyində rolunu stimullandırmaq, məsuliyyətli atalıq konsepsiyasında gender stereotipləri haqqında məlumatlılığı artırmaq və qadınlara qarşı zorakılığın aradan qaldırılmasına töhfə verməkdir.

Təlimlər gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ailədəki ata və ananın davranışları, ailə münasibətlərində cinsi ayrı-seçkilyin mənfi təsiri mövzularına əsaslanaraq atalar və ata olmağa hazırlaşan şəxslərlə birgə müzakirə şəraitində baş tutacaqdır.

Təlimlər 4 gün ərzində 2 fərqli rayonda baş tutacaqdır:
Xaçmaz - 22 və 23 May 2021-ci il
İmişli - 5 və 6 İyun 2021-ci il

Nəzərinizə çatdırmaq istərdik ki, qeyd olunan günlərdən yalnız birində iştirak etmək mümkündür.

Qeydiyyat üçün link: https://cutt.ly/RbEhcs5

Qeydiyyat üçün son tarix:
Xaçmaz - 16 May 2021-ci il
İmişli - 20 May 2021-ci il

Qeyd 1: Təlimlər pandemiya şəraitinə uyğun olaraq 15 nəfərdən çox iştirakçı olmayaraq baş tutacaqdır.
Qeyd 2: 21-29 yaş arası şəxslərin iştirak üçün qeydiyyatdan keçməsi məqsədəuyğundur.

Məsuliyyətli atalıq konsepsiyası haqqında bölgələrdə apardığımız maarifləndirməyə dəstək olaraq daha çox insana çatmağımız üçün sizdən “Məsuliyyətli Atalıq” təlimləri haqqında məlumatı öz saytınızda paylaşmağınızı xahiş edirik!

Facebook: https://cutt.ly/ubEkrqN
Instagram: https://cutt.ly/ZbEkh3U
Elektron poçt ünvanı: [email protected]
Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilibBu gün Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, rayonumuzun mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında, inkişafında ağsaqqallarımız həmişə əhəmiyyətli rol oynayıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 gün ərzində qazandığı möhtəşəm Zəfərdən qürurla söz açan rayon rəhbəri qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsində Qaradağ rayonundan olan oğullarımız da böyük qəhrəmanlıqlar göstəriblər. Belə mərd oğulların yetişdirilməsində ağsaqqallarımızın əməyi danılmazdır. Sonda Süleyman Mikayılov Azərbaycanın milli-mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimov ilk öncə Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb. Sonra o, Azərbaycan Ağsaqqallar Şurası haqqında, yerli təşkilatların tərkibi, Əsasnaməsi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi dövründə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək, bütün dünyaya Azərbaycanın qüdrətini göstərdi. 30 illik münaqişəyə 44 gün ərzində son qoyulduğunu, düşmən üzərində qazanılan böyük Qələbənin hərb salnaməsinə qızıl hərflərlə həkk olunduğunu qeyd edən Eldar İbrahimov vurğulayıb ki, bu uğur, bu nailiyyət, bu tarixi hadisə müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin adı ilə bağlıdır. Daha sonra o bildirib ki, davam edən koronovirus pandemiyasına və bundan irəli gələn müəyyən çətinliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi ilə bu gün Azərbaycan yeni tərəqqi mərhələsinə qədəm qoyub. Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfə verdiyi, ölkəmizdə davam edən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Belə ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin başçılığı altında ağsaqqalların fəaliyyəti və nüfuzu günü-gündən daha da artır.

Qaradağ rayonundan seçilmiş deputat Aydın Hüseynov tədbirdə çıxış edərək bildirib ki, rayonumuzun mərd övladları qəhrəmanlıqları ilə Azərbaycanın Vətən müharibəsindəki Qələbə tarixinə öz adlarını yazıblar. Bu Zəfərin qazanılmasında ağsaqqalların da böyük rolu olub. Ağsaqqallarımız həmişə gənclərə örnək olmaqla yanaşı, ictimai-siyasi işlərdə də fəal iştirak edirlər. Onlar rayonun bütün tədbirlərində diqqqət mərkəzində saxlanılır və qayğı ilə əhatə olunurlar. Milli-mənəvi dəyərlərimiz sayılan ağsaqqallara sağlam ömür arzulayan millət vəkili bildirib ki, həmişə ağsaqqal sözünün hikmətinin böyüklüyünə yüksək qiymət verən, onları cəmiyyətin ən nüfuzlu üzvləri kimi qəbul edən ulu öndər Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğı hal-hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Sonra təşkilati məsələlər müzakirə olunub. Qaradağ Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Ramin Məmmədov Şuranın sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və digər natiqlər Qaradağ Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar.
DGK-nın həbs edilən əməkdaşları - SiyahıBaş Prokurorluq və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, birgə məlumatda deyilir:

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılan əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunan malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Toplanan sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir"
Ağsaqqallar dövlətimizin qayğısı ilə əhatə olunubMayın 18-də Beyləqan rayonu Ağsaqqallar Şurasının konfransı keçirilib.

Avrasiya.net xəbər verir ki, konfransdan əvvəl iştirakçılar tərəfindən Ümumilli Lider Heydər Əliyevin heykəli qarşısına gül dəstələri qoyulub.

Beyləqan rayonu Ağsaqqallar Şurasının konfransı Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilib.

Konfransı giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev açdı. Əvvəlcə Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad olunub.

Sonra çıxış üçün söz Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanova verilib. Akademik Əhliman Əmiraslanov ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Respublika Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini Əhliman Əmiraslanov həmçinin cənab Prezident İlham Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığını, daim onlara qayğı göstərdiyindən danışmış, onun Ulu Öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulayıb.

Konfransda Rayon Ağsaqqallar Şurasının yeni tərkibi elan olunub. Sədr İmanov Etibar Rəşid oğlu seçilib.
Komitə sədri bərpa olunan enerji mənbələrinə dair qanun layihəsindən danışdı““Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadə haqqında” qanun layihəsi bugünkü dövrün tələblərinə uyğun hazırlanıb".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov sabah komitədə müzakirə olunacaq qanun layihəsi barədə danışarkən deyib.

Komitə sədri bildirib ki, bərpa olunan enerji sektorunun, yaşıl iqtisadiyyatın inkişafı ölkəmizin rəhbərliyi tərəfindən müəyyən olunmuş əsas prioritetlərdən biridir:

"Demək olar ki, birincisidir. Qarabağ torpaqları azad olunduqdan sonra həmin ərazilərin “yaşıl zona” elan edilməsi qəbul olunacaq qanunun əhəmiyyətini daha da artırır.

Nəzərə alsaq ki, 2030-cu ilə qədər ölkə üzrə ümumi elektrik enerjisi istehsalında yaşıl enerji payının 30%-ə çatdırıması düşünülüb, yenə də bu qanunun əhəmiyyətini anlamaq çətin olmaz.

Bu qanunda dövlətin götürdüyü vəzifələr, sözügedən sahə ilə məşğul olan şəxslərin hüquq və vəzifələri müəyyən edilib. Qısa bir müddətdə qanun qüvvəyə minərsə, hesab edirəm ki, Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmasında mühüm əhəmiyyətə malik olacaq".

Sadiq Qurbanov qanun layihəsinin 5 fəsildən ibarət olduğunu da qeyd edib:

"Fəsillərin hər birinin özünəməxsus rolu var. Hər fəsil özünün fəaliyyət istiqamətini açıqlayıb.

Birinci fəsil ümumi müddəalardır. Bu fəsildə Azərbaycan Respublikasının Qanunvericiliyində bunun necə təsbit olunduğu, dövlət tənzimləməsi prinsipləri müzakirə olunacaq.

İkinci fəsil “Enerji mənbələrindən istifadəyə dəstək” adlanır. Burada dəstək mexanizmi öz əksini tapır.

Üçüncü fəsil “Elektrik enerji istehsalında bərpa olunan enerji mənbələrində istifadə sahəsində texniki və təşkilat tələblər və məlumatlandırma” adlandırılır. Bu fəsildə isə innovasiya sistemlərinin istehsalına icazənin verilməsi, elektrik şəbəkəsinə qoşulma və başqa məsələlər nəzərdə tutulur.

Dördüncü fəsildə “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hüquq və vəzifələr” adlanır.

Sonuncu beşinci maddə isə “Bu qanunun pozulmasına görə məsuliyyət” adlanır".
Güləşçimiz ermənini məğlub etdiAzərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

Avrasiya.net xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib.

Güləşçi 0:3 hesabı ilə geridə olsa da, əmzkar qələbə qazanıb - 6:3.

Qalayev 1/8 final mərhələsində Aleksi Jorjolianidən (Gürcüstan) güclü olub.

Qeyd edək ki, Avropa çempionatına mayın 23-də yekun vurulacaq.

Belarusun müdafiə naziri: "Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir""Yüksək səviyyədə səfərlər mübadiləsi həmişə onu göstərir ki, bizim qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız yaxşıdır və gözəldir. Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb. Prezidentin dediyi kimi, bizim parlaq əməkdaşlığımız var. Deyə bilərəm ki, o, buna görə çox fəxr edir".

"Report" xəbər verir ki, bu fikirləri Belarusun müdafiə naziri Viktor Xrenin Prezident İlham Əliyevin bugünkü qəbulunda çıxışı zamanı deyib.

"Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir, həm regional, həm də beynəlxalq siyasi aləmdə həmişə mühüm rol oynayıb. Dünya miqyasında bizi dəstəklədiyinizə, bizə siyasi dəstək verdiyinizə görə Sizə şəxsən öz adımızdan, Belarus Respublikası adından təşəkkürümü bildirmək istərdim. Dağlıq Qarabağ zonasında hərbi əməliyyatların dayandırılması üçün əldə etdiyiniz razılaşmaları da alqışlayırıq. Biz, sadəcə, əminik ki, müdrik rəhbərliyinizlə bu, həmin regionun daha da inkişaf etməsi və diyarda sülhün möhkəmlənməsi üçün yaxşı təməl olacaq", - nazir əlavə edib.
“Space”də ETİRAZ: “Vaqif Mustafayevin əmlakı satılsın, maaşlar ödənilsin!”“Space” telekanalının ətrafında gedən söz-söhbətlər səngimək bilmir. Ən əsası beş gün öz vəzifəsini icra edən Ülviyyə Mikayılovanın qəflətən istefa verməsi isə elə bil bu oda bir az da benzin səpdi. Ondan sonra diqqətlər televiziyanın yaradıcılıq böhranına deyil, maliyyə məsələlərinə yönəldi.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, işçilərin bir çoxu kanaldan aylarla maaşlarını ala bilmədikləri üçün ümumiyyətlə işə gəlib, öz səlahiyyətlərini yerinə yetirmir.

Bu barədə onlara irad bildirdikdə isə “Nə vaxt maaş olar, onda gələrik” deyə cavab verirlər. Kanalın əməkdaşlarının bir qismi isə sentyabra qədər maaşlarının bütöv ödənilməsini gözləyib, kanalı tərk edəcəklərini bildirirlər.

Mənbə bildirir ki, işçilərə maaşlar 2-3 aydan bir ödənilir. Belə ki, dekabr ayında iyunun maaşını alanlar yanvar, fevral və mart ayında məvacib almayıb. Daha sonra aprel ayında maaş alarkən işçilərə keçən ilin avqust ayı üçün əməkhaqqı ödənilib. Hazırda işçilərə ödənilən son məvacibin avqust ayı üçün nəzərdə tutulduğunu hesablasaq, kanalın əməkdaşları doqquz aylıq əldə edə bilmədikləri pullarını gözləyirlər. Mənbənin sözlərinə görə, zamanında maaş ala bilməyən əməkdaşlar bu vəziyyətə etiraz etdikdə, V.Mustafayev tərəfindən dərhal kanaldan uzaqlaşdırılırdı.

Mənbənin verdiyi məlumata görə, heç nəyə baxmayaraq, bəzi sadiq işçilər kanalda proseslərin yaxşılığa doğru dəyişəcəyinə ümid edir.

Kanalın bəzi işçiləri isə maaşlarını kanalın keçmiş rəhbəri Vaqif Mustafayevdən və proqram departamentinin direktoru olmuş Tamara Məmmədovadan tələb edir. Mənbə bildirir ki, kollektiv arasında “Vaqif müəllimin sağ əli” kimi tanınan “Toma” ləqəbli bu xanım son zamanlar kanalın bütün müqəddəratını həll edirdi.

Ağzı “süddən yanan”, aylarla maaş üzünə həsrət qalan kollektiv isə bu şəxslərdən halal zəhmətlərini, haqlarını tələb edir:

“Vaqif Mustafayev “Space”in pulları ilə özünə nə qədər evlər, obyektlər aldı. “Toma”sına da nə qədər ev, obyekt alıb. Burada bir yol var, bu əmlaklar onlardan müsadirə edilib satışa çıxarılmalıdır ki, biz əməkhaqlarımızı alaq və kanal borc bataqlığından qurtulsun. Yoxsa bunun başqa yolu yoxdur”, - deyə əməkdaşlar etiraz edirlər.

Xatırladaq ki, 2006-cı ildən kanalın rəhbəri olmuş Vaqif Mustafayev 2021-ci il fevralın 5-də vəzifəsindən azad edilib.

Onu kanalda müvəqqəti olaraq Kamil Şahverdiyev əvəz edib. Daha sonra isə may ayının 5-də rəsmi olaraq bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb. Lakin beş gündən sonra o, qəfildən ərizə yazaraq istefa verib. Buna səbəb kimi isə kanalın borcunun həddən artıq çox olması göstərilib. Hazırda kanalı yenə müvəqqəti olaraq Kamil Şahverdiyev idarə edir.
Sabiq deputat ağır xəstəliyə tutulubMilli Şuranın üzvü, keçmiş deputat İbrahim İbrahimli ağır xəstəliyə tutulub.

Bu barədə AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib.

Onun sözlərinə görə, İbrahim İbrahimli MRT müayinəsindən keçib. Ona qoyulan diaqnozdan məlum olub ki, İbrahim İbrahimlinin beynində şiş əmələ gəlib və bunun nəticəsində beyin qan dövranının pozulub. Bu həm də İbrahim bəyin hərəkət etməsini çətinləşdirib.

Sabiq deputat İbrahim İbrahimli uzun illər Müsavat Partiyasının ən nüfuzlu şəxslərindən biri olub. O, 2015-ci ildə Müsavatdan istefa verəndən sonra Milli Şuranın üzvü kimi siyasi fəaliyyət göstərir.
Azərbaycanda qayınana onu zorlayan kürəkəni ilə barışdı - ŞOK TƏFƏRRÜAT2019-cu ilin iyul ayında Quba rayonunun Rustov kəndində 1984-cü il təvəllüdlü Emin Rəsulovun (şərti) qayınanasını zorlaması faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bəzi faktlar üzə çıxıb. Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə təqsirləndirilən Eminin hadisədən əvvəl spirtli içki qəbul etdiyi məlum olub.

İçkili kürəkənin ehtirası

Araşdırmalar zamanı məlum olub ki, Emin R. 2006-cı ildə ailə qurduğu həyat yoldaşını dəfələrlə döyüb, bəzi hallarda isə araya girən qayınanasına da əl qaldırıb. Buna görə də Eminin qayınanası Ramilə Sədiyeva ilə (şərti) münasibəti yaxşı olmayıb və onlar 2 il müddətinə küsülü olublar. 2019-cu ilin iyun ayında isə Eminlə qayınanası barışıb. İyul ayında isə Emin həyat yoldaşına telefon almaq istədiyini və bunun üçün onun anasının adına kredit götürməli olduqlarını deyib. Lakin qadın kürəkəninin istəyi ilə razılaşmayıb. Həmin gün, yəni 3 iyul 2019-cu il saat 14 radələrində Rustov kəndində işlədiyi kafeyə gəlib 2 bokal pivə içən Emin daha sonra su çəlləklərini götürərək içməli su aparmaq üçün qayınanasının evinə gedb.

Qudası qadının dediklərinə inanmadı

Evə gəldikdə qayınanasının mənzildə tək olduğunu görən şəxs onunla cinsi əlaqədə olmaq fikrinə düşüb. Bu məqsədlə o, qadını arxadan qucaqlayıb. Kürəkəninin niyyətini başa düşən qadın qaçaraq pəncərədən özünü həyətə atmaq istəyib. Lakin Emin Ramilənin pəncərədən özünü atmasına imkan verməyərək onu tutub və sürüyərək çarpayıya aparıb. Qadına fiziki şiddət göstərərk ona müxtəlif dərəcəli xəsarətlər yetirən şəxs onun müqavimətini zəiflədərək zorla cinsi əlaqədə olub. Daha sonra o, mənzili tərk edib.

R.S ifadəsində bildirib ki, hadisədən dərhal sonra Eminin atası – qudası Əlikişiyə (şərti) zəng edərək kürəkəninin ona sataşmasını - təcavüz etməsini bildirib. Lakin qudası qadının dediklərinə inanmayaraq məhəl qoymayıb. Bir neçə dəfə qızı ilə danışan qadın övladına onun həyat yoldaşı tərəfindən zorlanması barədə deməyə cəsarət etməyib. Hər dəfə təzyiqinin olmasını, ağrıdığını bildirib.

2 günlük tərəddüddən sonra qızına danışdı

Məhkəmədə ifadə verən zərərçəkmişin qızı da anasının ona söz demək istədiyini hiss etdiyini, onun sözlü adama oxşadığını, lakin 2 gün müddətinə heç nə demədiyini deyib. Nəhayət iyulun 5-də qadın qızını evinə çağıraraq Eminin törətdiyi əməl barəsində deyib və bədənindəki izləri göstərib. Bundan sonra onlar 102-yə zəng edərək hadisə barədə məlumat veriblər. Həyat yoldaşı Eminin niyə anasına təcavüz etdiyini soruşduqda isə o, "yaxşı eləmişəm, deyə, cavab verib. Bundan sonra qadın ekspertizadan keçirilib və cinsi təcavüzə məruz qalması təsdiqlənib. Həmçinin polis Emini saxlayıb, onun barəsində “ev dustaqlığı” həbs-qətimkan tədbiri seçilib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs hərəkətindən peşman olduğunu, utandığını deyib. Qayınanası da artıq Emini bağışladığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirib.

Məhkəmə qərar verdi

Eyni zamanda məhkəmədə təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olması, yaşadığı yerdə müsbət xarakterizə olunmasını və qayınanasının onu bağışladığı bildirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda E.R barəsindəki “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalındaca həbs edilərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.