Bu gün Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai Birliyinin (AOPE) təşəbbüsü və KOB Azərbaycan / SMB Azerbaijan dəstəyi və təşkilatçılığı ilə Orqanik məhsul istehsalı üzrə mövcud vəziyyətin öyrənilməsi üzrə onlayn platformada sahəvi görüş baş tutdu.

Görüşdə 90-dək dövlət orqanları nümayəndələri və sahibkarlar iştirak edirdilər. 2,5 saat davam edən görüşdə kifayət qədər maraqlı fikirlər və təkliflər səsləndirildi və hər bir təklif KOBİA-nın əməkdaşları tərəfindən həssaslıqla qeydə alındı.

Ümid edirik ki, bu cür təşəbbüslərin müntəzəm baş tutması gələcəkdə ölkəmizin orqanik brendlər üzrə məhsul istehsalını daha da artıracaqdır.

Tədbirdə məruzə ilə çıxış edən AOPE-nin təsisçisi Emin Əliyev bu sahənin institutsional və sahəvi problemləri barədə məlumat verdi. Daha sonra görüş müzakirələr şəklində davam etdi.
Orqanik məhsul istehsalı üzrə mövcud vəziyyət müzakirə edilib
Vitse spiker Sənan Nəcəfovu təltif edibVətən müharibəsi dövründə sosial şəbəkə və mediada aktivlik göstərən bir qrup mütəxəssis təltif edilib.

Avrasiya.net xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev bu gün Vətən müharibəsi dövründə sosial şəbəkə və mediada aktivlik göstərən bir qrup mütəxəssisi qəbul edib, onlara xoş sözlər deyib.

Adil Əliyev Cənab Prezidentin yürütdüyü siyasət, Dövlətimizin gördüyü işlər haqda danışıb.

Görüşdə qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov da təltif edilib. Sənan Nəcəfov çıxış edərək böyük Norveç yazıçısı Knut Hamsunun Nobel nitqindən misal çəkib. “K. Hamsun çıxışında deyirdi ki, "Tanrının bu gününə şükür ki, sizlərin qarşısında çıxış etmək mənə qismət oldu". Adam öz əməyinə görə Nobel aldığını deyil, qarşı tərəfin diqqətini çəkdiyi üçün minnətdarlıq edir.

Bizim də bura yığışmağımızın, dəvət olunmağımızın bir səbəbi var - o da Azərbaycanın qələbəsi, bir müəllifi var - o da Ali Baş Komandan və onun igid əsgərləri. Həmin sözü təkrarlayaraq deyirəm ki, Tanrının bu gününə şükür ki, biz belə gözəl məqsəd üçün buradayıq".

Dmanisidə tərəflər arasında barışıq əldə edildi - TəciliDmanisidə iki gündür davam edən qarşıdurma sona çatıb.

Axar.az xəbər verir ki, daxili işlər naziri, digər hökumət nümayəndələri və din xadimlərinin birbaşa iştirakı ilə tərəflər arasında barışıq əldə edilib.

Tərəflər Dmanisi rayon İcra Hakimiyyət binasında bir araya gələrək, problemi dialoq yolu ilə həll etmək qərarı veriblər.

Qeyd edək ki, dünən bir qrup svan əsilli ekomiqrant etnik azərbaycanlılara məxsus mağazaya hücum edərək oradakı insanlara qarşı fiziki şiddət tətbiq ediblər. Buna səbəb isə mağazadan aldıqları məhsulun pulunu vermək istəməmələri olub.

Bu gün isə rayon mərkəzinə toplaşan yerli azərbaycanlı icmasının nümayəndələri günahkarların dərhal cəzəlandırılmasını tələb ediblər.

Daha sonra isə insident böyüyb və tərəflər arasında Dmanisi küçələrində qarşıdurmalar yaşanıb.
"Azəriqaz" ın "əməkdaş"ı iş başında yaxalandı - VİDEOSon günlər “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinə özünü Birliyin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs barədə müraciətlər daxil olub.

Bu barədə Avrasiya.net-ə "Azəriqaz" İB-dən məlumat verilib.

"Saxta xidməti vəsiqə ilə mənzillərə və fərdi yaşayış evlərinə yaxınlaşaraq abonentlərə qaz sayğacı və ya sayğacın kartının vaxtının bitməsini bildirib. Onların yenilənməsi üçün vətəndaşlardan 10, 20 və 30 manat məbləğində pul alıb.

Birliyin “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək deyir ki, həmin şəxs ötən il də buna oxşar əməllər törədib. Daxil olan müraciət və şikayətlərdən sonra polisə xəbər verilərək o, saxlanılıb. Rəfail Əsgərov törətdiyi əməldən nəticə çıxarmayaraq yenidən bu yola əl atıb. Birliyin xidmət sahəsinin əməkdaşları tərəfindən Rəfail Əsgərov üzərində Röyal Əsgərov adı yazılan saxta xidməti vəsiqəsi ilə dələduzluq edərkən iş başında saxlanılıb və polisə təhvil verilib. O, əsasən paytaxtın Nizami və Nəsimi rayonlarında abonentlərin aldadılması ilə məşğul olub.

“Azəriqaz” İB olaraq abonentlərdən bu cür dələduzluq halları ilə qarşılaşdıqları zaman diqqətli olmaları, “Azəriqaz” İstehsalat Birliyinin 104/185 saylı “Çağrı Mərkəzi”nə və polis orqanlarına məlumat vermələri xahiş olunur", - deyə "Azəriqaz"dan bildirilib.
İqtisad Universitetində tələbə təşəbbüslərini dəstəkləmək məqsədilə yeni layihəyə start verilibAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə təşəbbüslərini dəstəkləmək, bu yöndə modern təcrübəni tətbiq etmək məqsədilə yeni layihəyə start verilib.

Avrasiya.net xəbər verir ki, layihənin təşkilatçıları UNEC Karyera Mərkəzi və Rəqəmsal İqtisadiyyat fakültəsinin İnformasiya texnologiyaları ixtisası nəzdində fəaliyyət göstərən “UNEC Future Club”dur.

Layihə çərçivəsində informasiya texnologiyaları ixtisasında təhsil alan tələbələrə beynəlxalq İT şirkətləri ilə kommunikasiya qurmaq və təcrübə mübadiləsi aparmaq imkanları yaradılacaq.

Layihə tərkibində nəzərdə tutulan fəaliyyətlərdən biri də İT sahəsində karyera qurmağı bacarmış, beynəlxalq şirkətlərdə çalışan Azərbaycanlılarla vebinarların təşkilidir. Bu yöndə ilk tədbir artıq gerçəkləşdirilib. İT ixtisası üzrə təhsil alan tələbələrlə İT sahəsi üzrə mütəxəssis Vüsal Dadalovun onlayn görüşü keçirilib. Vebinarda “UNEC Future Club”un koordinatoru Murad Ələsgərli layihə barədə məlumat verib. Bildirib ki, layihənin ilkin mərhələsində tələbələrin İT sahəsində uğurlu karyera quran, beynəlxalq şirkətlərdə çalışan şəxslərlə görüşləri keçiriləcək, növbəti mərhələlərdə isə beynəlxalq İT şirkətləri ilə təcrübə mübadilələri təşkil olunacaq.

Sonra Vüsal Dadalov çalışdığı şirkətlərin və qurucusu olduğu beynəlxalq “İOMETE” şirkətinin iş təcrübəsi barədə məlumat verib.

Vebinarda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Bakı Baş Gömrük İdarəsində ƏMƏLİYYAT: Saxlanılanlar varBakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Qubada iki qardaş çaya düşdü, biri öldüFövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.

FHN-dən Avrasiya.net-ə verilən məlumata görə, nazirliyin nin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.
Səfirlikdən svanların hücumu ilə bağlı açıqlamaAzərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi hadisələri ilə bağlı bəyanat yayıb.

Səfirlikdən bildirilib ki, 16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə səfirlik tərəfindən dərhal reaksiya göstərilib: “Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkmiş, vəziyyətlə tanış olub və Gürcüstan hüquq-mühafizə orqanlarının, eləcə də yerli hakimiyyətin nümayəndələri ilə əlaqə yaradıblar. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir”.

Qeyd olunub ki, baş vermiş xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. Səfirlik soydaşları hər hansı təxribatlara uymamağa, siyasi yetkinliyi və məsuliyyəti nümayiş etdirməyə çağırır.

“Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Bu xoşagəlməz hadisənin hər hansı mənfi fəsadlarının qarşısını almaq məqsədilə, səfirlik tərəfindən Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcəkdir”, - bəyanatda deyilir.

Rəfail Becanov: “Gürcülər də, svanlar da unutmasın ki, Azərbaycan ən çətin anlarda Gürcüstanı himayə edib”“Gürcüstanda soydaşlarımıza qarşı təşkil olunan hücum təxribatdır.

Ən pisi odur ki, bu hadisə birinci dəfə deyil. Yerli sakinlərin dediyinə görə, 15 ildir bu kimi hadisələr lokal formada olsa da təkrarlanır. Biz ikinci bir Göyçə, Zəngəzur yaşamalıyıqmı?”

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov Gürcüstanda baş verən son olaylara münasibətində deyib.

O bildirib ki, Gürcüstan hökuməti birmənlı olaraq, yaranan insidenti detallarına qədər araşdırmalı və günahkarları ən sərt formada cəzalandırmalıdır:

“Azərbaycan hökuməti isə məsələni ciddi şəkildə nəzarətdə saxlamalıdır. Problemin qarşısı indiki durumda alınmasa, regionda ciddi qarşıdurma yarana bilər.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsini qəbul edə bilməyən bütün qüvvələr fəaliyyətdədir. Ona görə də müxtəlif formada bizə zərbə vurmağa çalışırlar. Haradan mümkündürsə, oradan təxribata cəhd edirlər. Bu da növbəti təxribat cəhdidir- qarşıdurma yaratmaq və Azərbaycanın başını bu hadisəyə qatmaq. Bu məsələdə maraqları üst-üstə düşən qüvvələr çoxdur. Gürcüstan hökuməti də ya bilərəkdən, ya da zəiflikdən buna rəvac verir”.

R.Becanov qeyd edib ki, problemin böyüməməsi üçün məsuliyyəti Gürcüstan hakimiyyəti daşıyır:

“Bu məsuliyyəti dərk etmək və nəticə çıxarmaq üçün Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı və ona nota təqdim edilməlidir.

Gürcülər də, svanlar da unutmamalıdır ki, Azərbaycan ən çətin anlarda Gürcüstanı da, gürcüləri də, svanları da- orada yaşayan bütün xalqları himayə edib. Elə indi də. Gürcüstanın dövlət büdcəsinin bir hissəsi turizmdən formalaşır və Gürcüstanın turizm sənayesinin inkişafında ən böyük pay sahibi azərbaycanlılardır.

Bütün məsələlər bu qədər aydın olduğu halda indi nə baş verir? Təşəkkür borcu budurmu? O torpağın əzəli və əbədi sahibləri olan azərbaycanlılara qarşı hücum təşkil etmək və "sizə burada yer yoxdur” kimi hədə-qorxu gəlmək?

Ötən əsrin 90-cı illərində də eyni vəziyyət hökm sürürdü. Azərbaycanlıları güclə, təxribatla qədim Borçalı mahalından qovmağa çalışırdılar. O zaman xatırladığım və iştirakçısı olduğum bir hadisədə "Qeyrət" Xalq Hərəkatının necə fədakarlıq edərək, soydaşlarımızı qorumağa çalışdığının şahidi olmuşam.

Borçalı Azərbaycandır!”

“Qaribaşvil bu gün Ermənistan səfərindən qayıtdıqdan sonra bir sıra problemlər üzə çıxdı"Bu gün məsələ ilə yaxından tanış olmaq üçün Dmanisə getmək istəsək də, polislər yolu bağlamışdı, çıxışa icazə verisə də, şəhərə girişə icazə verilmədiyinə görə bir qədər gec getdik.

Bu sözləri Axar.az-a Vahid Milli Hərəkat Partiyasının üzvü, Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanov Gürcüstanın Dmanisi rayonunda svanların azərbaycanlılara hücum etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, baş verənlər bugünün konflikti deyil:

“Bu gün açıq-aydın görünür ki, bu konfliktin aradan qaldırılmasında dövlət maraqlı deyil. Ən azından axşamdan bu əraziyə xüsusi təyanatlı ordu yerləşdirilə bilərdi və bu da öz növbəsində hər iki tərəfi konfliktdən uzaq tutardı. Lakin bugünün kadrlarından açıq görünür ki, polislər “bitərəf” idi. Svanlar tərəfindən armaturlarla, beysbol dəyənəkləri ilə dalaşır, hətta qadınları da küçəyə çıxıb azərbaycanlıları daşa tuturdu. Və bütün bunların fonunda ərazidə cəmisi 50-60 polis əməkdaşı var idi. Lakin bir neçə ay bundan öncə partiyamızın sədrini tutmaq üçün Gürcüstanın bütün polisləri gəlmişdi”.

A.Süleymanovun sözlərinə görə, bu gün istər Gürcüstan hakimiyyətində, istər parlamentində çoxsaylı ermənipərəstlərin olduğu açıq-aydın görünür:

“Qaribaşvil bu gün Ermənistan səfərindən qayıtdıqdan sonra bir sıra problemlər üzə çıxdı. İki gün öncə Marnueli rayonunda, azərbaycanlıların kompakt yaşadığı yerdə xaç asılmışdı, bir ay öncə də bu baş vermişdi və xaç sındırıldı. Yerində böyük bir mitinq təşkil olundu. Təəssüflər olsun ki, o xaçı sındıranların kimliyini müəyyən etmək mümkün olmadı. Bir gün öncə də bu məsələ oldu və bütün Gürcüstan mediası ayağa qalxdı ki, Marnuelidə – azərbaycanlıların kompakt yaşadığı bir yerdə gürcülərə, xristianlara məxsus olan xaçı sökürlər. Əlbəttə, biz də bu şəxslərin kimliyinin aydınlaşdırılmasının tərəfdarıydıq, çünki heç bir azərbaycanlı pravoslavların dəyərinə, xaçına toxunmaz. Bunu elə özləri edib, özləri də problem yaradırlar. Bu gün isə görünür ki, bu baş verənlərdə iki dövlət, millət arasında problem yaratmaq istəyən üçüncü bir qüvvənin də əli ola bilər. Lakin sözün düzü, mən hazırkı hakimiyyətdən nəsə gözləmirəm”.

A.Süleymanov qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar heç vaxt iki dost xalq arasında hansısa qrupların problem yaratmasına imkan verməyəcək:

“Bacardığımız qədər bu konflikti sülh yolu ilə həll etməliyik. Bura bizim torpağımızdır, bura haradansa gəlməmişik, biz bu torpağın aborigenləriyik. Bizim bu torpaqlarda yüzillərə dayanan tariximiz var. Gürcüstan dövlətinin hər problemində gürcü xalqının yanında olmuşuq və heç zaman vətənimiz üçün problem yaratmamışıq”.