Paşinyan Putindən hərbi yardım istədiErmənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə N. Paşinyan parlamentin iclasında deyib.

O bildirib ki, məktubunda Azərbaycanla həmsərhəd olan Zəngəzur (Sünik) vilayətindəki vəziyyətlə əlaqədar Rusiya dövlət başçısından hərbi yardım istəyib.
Fransızlar Makronu lağa qoydu: Azərbaycana ağıl öyrətmə!Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycanın öz qoşunlarını Ermənistan ərazisindən çıxarması ilə bağlı çağırışı fransız oxucular tərəfindən tənqidlə qarşılanıb.

Axar.az xəbər RİA Novosti-yə istinadla xəbər verir ki, Fransanın “Fiqaro” nəşrində dərc olunan məqaləyə çoxsaylı şərhlərində oxucular Makronu öz ölkəsinin işləri ilə məşğul olmağa çağrıblar.

“Beynəlxalq arenaya çıxmaq üçün əvvəlcə öz ölkəndə inam qazanmalısan, yoxsa bu, beynəlxalq ictimaiyyətin gülüşünə səbəb olur”, - oxucular yazıb.

“Fiqaro”nun tirajladığı oxucu reaksiyalarından bir neçəsi:

“Fransa olduqca uzaqdır. Makron Ermənistanı müdafiə etməsi üçün Rusiyadan xahiş etməlidir”.

“Əgər insan öz ölkəsinin sakinlərinin təhlükəsizliyini təmin edə bilmirsə, o, başqa ölkələrin işlərinə qarışmamalıdır. Bu, həqiqətən qeyri-etik görünür”.

“Makron şəhərətrafı rayonlarda narkotacirlərlə bacara bilmir, amma Azərbaycan xalqına ağıl öyrədir”.
Bakıda restoranda partlayış: yaralananlar varBakı şəhərinin Səbail rayonunda restorana aid həyətyanı ərazidə hər birinin tutumu 40 litr olan 3 ədəd məişət qaz balonundan biri partlayıb, digər iki balonun başlıq hissəsi, həmçinin taxta tullantıları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər (restoran işçisi) yanıq xəsarətləri alıb.

Xəsarət alanlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Putinlə Paşinyan nələr danışıb? - Kreml İrəvanı RÜSVAY ETDİBu gün səhər saatlarında Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığı ilə bağlı hər iki tərəfin yaydığı məlumat arasında fərqlər var.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, Ermənistan Baş nazirliyi N.Paşinyanın Putini Qaragöl ətrafındakı vəziyyət, İrəvanın KTMT-yə məsləhətləşmələr üçün müraciəti və s. barədə məlumatlandırıb. Paşinyan Azərbaycan Ordusunun bu addımını “Ermənistanın dövlət sərhədlərinə müdaxilə” kimi qiymətləndirdiyini də bildirib.

Bunun ardınca isə ən ciddi məqam gəlib. Belə ki, Ermənistan Başnazirliyindən yayılan açıqlamada qeyd edilib: “Ermənistan və Rusiya liderləri Azərbaycan silahlı birliklərinin bəlli mövqedən geri çəkilməli olduğu fikrini bölüşüblər”.

Bu məlumatdan bir neçə dəqiqə sonra Kremlin yaydığı rəsmi açıqlamada isə telefon danışığına aid bu hissə və Putinin Azərbaycan Ordusunun mövqelərdən geri çəkilmə məsələsində “həmfikirliyi” barədə heç bir söz yoxdur.

Putin yalnız eskalasiyanın yolverilməzliyini ifadə edib və 10 noyabr 2020-ci il bəyanatının tələblərinə əməl edilməsini istəyib, həmçinin qısa müddətdə situasiyanın stabilləşəcəyinə inandığını bildirib.

Göründüyü kimi, Ermənistan hər zaman olduğu kimi, bu dəfə də haqsız və ədalətsiz olsa da, şou yaradaraq, zəbt etdiyi ərazidən çıxmamaq üçün rəsmi səviyyədə informasiya manipulyasiyası edir.

Qeyd edək ki, Azərbaycan Ordusu 12 mayda sərhədlərin bərpası prosesi çərçivəsində xəritələrə uyğun olaraq Qaragöl istiqamətində irəliləyib. Bundan Ermənistan böyük bir şou düzəldib və saxtakarlıqla guya Azərbaycanın Ermənistanın sərhədlərinə müdaxilə etdiyi hay-küyünü qoparıb.


"Azərbaycan öz böyük hədəflərinin realizasiyası mərhələsinə daxil olub"Azərbaycan hazırda özünün Böyük Oyanış və Dirçəliş mərhələsini yaşayır. Biz bu günlərdə ən mühüm tarixi hadisələrin baş verməsinə şahidlik edirik. Dövlət başçısının mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bir sıra önəmli mesaylar verməsindən sonra, onun Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə mədəniyyət paytaxtımız Şuşaya səfər etməsi, açılış və təməlqoyma mərasimlərində, festivalda iştirak etməsi çox böyük bir geosiyasi və mədəni-iqtisadi strategiyanı gerçəkləşdirməyimizin tərkib hissələridir. Prezident İlham Əliyevin hazırda həyata keçirdiyi siyasət planlı siyasət, sistemli və məqsədyönlü siyasət olması ilə diqqəti cəlb edir. Azərbaycan öz böyük hədəflərinin realizasiyası mərhələsinə daxil olub.

Biz indi 30 il davam edən işğalın ağır sıxıntılarından, ağrı-acılarından sonra tariximizin ən gözəl günlərini yaşayırıq. Bu ilki Ramazan bayramımız Qarabağlı ilk Ramazanımız oldu. Və nə xoş təsadüf ki, bayram bayrama qarışdı. Şuşa şəhərində müqəddəs Ramazan bayramı qeyd olundu, bayram namazı qılındı, "Xarıbülbül" festivalı keçirildi. "Xarıbülbül" festivalında Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar və ölkəmizin hər yerindən Şuşaya gələn yaradıcı kollektivlərin ifaları həm ermənilərə dağ çəkdi, həm də Azərbaycanın mədəni potensialını, multikultural yaşam tərzini bir daha bütün dünyaya göstərdi. Hamımız möhtəşəm festival görüntülərini və Şuşadakı atəşfəşanlığı xüsusi qürur hissilə izlədik. Əlbəttə, bütün bunlar hamısı möhtəşəm tarixi anlardır.

Xalqımıza böyük sevinc və qürur hissi yaşadan bu bayram törənlərinin təşkil edilməsində heç şübhəsiz ki, Birinci vitse-prezidentin rolu və əməyi ayrıca qeyd edilməlidir. Belə ki, Heydər Əliyev Fondunun məhz Mehriban Əliyevanın rəhbərliyi ilə təşkil etdiyi festival konsertinin proqramı sadəcə zövqlərimizi oxşamadı. Prezidentin çıxışı və möhtəşəm “Bayatı-Şiraz” muğamı ilə açılan “Xarı bülbül” festivalı Nikol Paşinyan-Anna Akopyan kimi miskin və uğursuz cütlüyün idarə etdiyi işğalçı ölkəyə Azərbaycanın ən layiqli cavabı oldu. Eləcə də Şuşanın ən gözəgəlimli yerində rəmzi əhəmiyyət daşıyan məscidin Prezident tərəfindən təməlinin qoyulması da işğal dönəmində Qarabağın müxtəlif guşələrində 63 məscidimizi dağıtmış erməni vandallarına və onları himayə edən Fransa, Kanada kimi islamofob ölkələrə cavab xarakteri daşıyır. Bu məscid həm də Şuşamızın milli-mənəvi koloritini daha da zənginləşdirəcək və bu şəhərin müsəlman dünyasının mədəni mərkəzlərindən birinə çevrilməsinə bir növ körpü olacaq.

Bütün Türk-İslam dünyasının mədəniyyət paytaxtı statusunu daşımaq imkanlarına malik olan Şuşanın parlaq gələcəyinin təməli məhz bizim günlərdə cənab Prezident tərəfindən qoyulur. Şuşa özündə bütün Qarabağımızın müsbət aurasını, kosmoenerjisini birləşdirir. Bu şəhərin tam fərqli aurası var. Bunu cənab Prezident Şuşada jurnalistlərlə söhbətində qeyd etdi. Şuşa bütün Qarabağın lokomotivi rolunu oynayır. Şuşa dirçəlirsə, bu bütün Qarabağın dirçəlişi deməkdir. Şuşanın bərpası və yenidənqurulmasının Ermənistanın hakimiyyət və müxalifət dairələrini, revanşist qüvvələrini qıcıqlandırması da məhz bundan irəli gəlir. Düşmən Şuşanın işğaldan azad edilməsi faktı ilə heç cürə barışa bilmir. Lakin Ali Baş Komandanımız Hadrutu, Şuşanı yenidən ələ keçirmək çağırışları ilə çıxış edən düşmən ölkənin revanşist qüvvələrinə növbəti dəfə qəti xəbərdarlığını etdi, “Dəmir yumruğ”umuzun yerində olduğunu bildirdi.

Bundan sonra Şuşada yalnız yeni nəfəs, yeni həyat, sülh, və əmin-amanlıq hökm sürəcək. Mədəniyyət paytaxtımızda yerli və beynəlxalq miqyaslı bayramlar, festivallar, mədəniyyət tədbirləri keçiriləcək. Cıdır düzünə bir daha heç vaxt işğalçıların ayağı dəyməyəcək. Prezident də festivaldakı çıxışında dedi ki, “Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”. Bu sözlər sıradan bir söz deyil. Bu sözlər Şuşanın hansı ölkəyə, hansı xalqa mənsubluğunu təsdiqləyən sözlərdir. Ermənistanda olan bəzi siyasi qüvvələrin seçkiqabağı dönəmdə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini yenidən işğal etməyin mümkünlüyü barədə bəyanatlarla çıxış etməsi ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir. Erməni siyasətçilərində ağıl varsa, Şuşada “Xarıbülbül” festivalının keçirilməsini və bayram namazının qılınmasını tarixi ədalətin qalib gəlməsi kimi qiymətləndirməlidirlər. Bütün işğalların sonu işğalçıların məğlubiyyəti ilə bitir. Erməni xalqı və erməni siyasətçiləri bundan ciddi nəticə çıxarmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
İsrail Misirin vasitəçiliyini rədd etdiMisir İsrailə Fələstinlə 1 illik atəşkəs müqaviləsi imzalaması üçün təklif etsə də, Təl Əviv bunu rədd edib.

Bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

İsrailin təklifi rədd etməsindən sonra Misirin bəzi sahələrdə əməkdaşlığı dondurduğu da iddia olunur.

Təklifdə İsrailin məskunlaşma planlarının dayandırması və Qəzzadakı HƏMAS liderlərini hədəf alan hücumları saxlaması yer alıb.

Qarşılığında isə Qahirə fələstinlilərin atəşkəsə əməl edəcəyinə dair zəmanət verib. Ancaq İsrail HƏMAS-ın silahlı qolunun tamamilə yox edilənə qədər atəşkəs olmayacağını bildirərək təklifi rədd edib.
Seçkiqabağı Paşinyanın reytinqi aşağı düşüb“Robert Köçəryan və Serj Sarkisyan Levon Ter-Petrosyanın üç eks-prezidentin blok tərkibində seçkilərdə iştirak etmək təklifini rədd etsə də, Ermənistanın birinci prezidentinin seçki kampaniyasında iştirakı onun maraqlarından irəli gəlir.

Beləliklə, Levon Ter-Petrosyan seçkilərdə hakimiyyətə və özündən əvvəlkilərə alternativ olur. Xüsusilə üçüncü qüvvə üçün çox sayda iddiaçı var. Levon Ter-Petrosyan seçkilərdə iştirak etməsə, bu yeri “Parlaq Ermənistan”, “Sasna Tsrer”, hətta Arman Babacanyan və Aram Sarkisyan tuta bilər”.

Cebhe.info-nun məlumatına görə, Ermənistanın “Hraparak” qəzeti belə yazıb.

“Nəticələri açıqlanmamış müstəqil rəy sorğuları ilə bağlı əldə etdiyimiz məlumata görə, Sünikdəki salamlaşmalardan sonra Nikol Paşinyanın reytinqi 4 pillə geriləyib.

Lakin bu, pis deyilənləri mexaniki şəkildə artırmayıb. Digər narazı vətəndaşlar ordusu bir qayda olaraq, seçkilərdə iştirak etmək niyyətində olmayan seçicilərə qoşulur.

İştirak payı nə qədər az olsa, hakimiyyətin seçkilərdə qazanma ehtimalı bir o qədər yüksək olur. Seçkilərə qatılmayanlar isə onsuz da 60 faizdən çoxdur” -adıçəkilən qəzet belə yazır.
Şuşanın icra başçısı “Xarıbülbül” festivalında yatdı (FOTO)Şuşanın icra başçısı Bayram Səfərov Cıdır düzündə keçirilən "Xarıbülbül” musiqi festivalı zamanı yuxuya gedib.

Avrasiya.net xəbər verir ki, bu barədə unikal.org saytı məlumat yayıb.

Bildirilib ki, ictimai-siyasi şəxslərin iştirak etdiyi tədbirdə Bayram Səfərovun yatması qonaqlar tərəfindən müsbət qarşılanmayıb.


HƏMAS İsraildə kimya zavodunu vurduHƏMAS-ın “İzəddin əl-Kassam briqadası" İsraildə yerləşən kimya zavoduna zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, Nir-Oz rayonunda yerləşən zavoda PUA vasitəsilə hücum edilib.

Bununla yanaşı, İsrail ordusundan bildirilib ki, bu gün Dəmir Qübbə sistemi tərəfindən Qəzza zolağından uçan PUA ələ keçirilib.
Bakıda 32 yaşlı oğlan özünü binadan atdıBakı şəhərində intihar hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb.

1989-cuil təvəllüdlü Əhmədov Vəfail Mirməhərrəm oğlu yaşadığı binanın 17-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri araşdırılır. (milli.az)