Şuşada bayram namazı qılındı - Videoİşğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada 29 ildən sonra Ramazan bayramı namazı qılınır.

Avrasiya.net xəbər verir ki, Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı saat 09:00-da başlayıb.

Bayram namazından əvvəl Quran tilavət olunub. Bayram namazı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Qeyd edək ki, Şuşa işğaldan azad ediləndən sonra sonra Yuxarı Gövhərağa məscidi təmir edilib.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram səhifəsində Ramazan bayramı ilə bağlı paylaşım edib.

Avrasiya.net paylaşımı təqdim edir:

"Əziz həmvətənlər!

Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!

Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Onların doğma və yaxınlarına səbir diləyirəm. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

Bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, Allahdan onların dua və oruclarının qəbul olunmasını diləyirəm.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN".

«Beynəlmiləlçi Döyüşçülər»dən Ramazan bayramı TƏBRİKİ Əziz Azərbaycanlı xalqım, baci və qardaşlarım və dəyərli dostlarım!

Öz milli və dini dəyərlərinə, tarixi adət-ənənələrinə həmişə sadiq qalmış Azərbaycan xalqı da bütün dünya Müsəlmanları ilə həmrəylik göstərərək 12 ayın sultanı sayılan RAMAZAN bayramını böyük məhəbbətlə qeyd edir.

İnanıram ki, müsəlman bacı və qardaşlarımız sülh, əmin-amanlıq, bərabərlik rəmzi olan RAMAZAN bayramı günlərində mehribanlıq və qardaşlıq tellərinin möhkəmləndirilməsi yolunda daha böyük əzmkarlıq nümayiş etdirərək bir-birlərini yad edərək, daha mehribanlaşacaqlar.

Azərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər» Fondunun Himayəçilik Şurasının adından, Azərbaycan Respublikasi Veteranlar Təşkilatıın Rusiya Federasiyası üzrə numayəndəliyi adından və şəxsən öz adımdan ilk öncə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsini bu əziz günündə yad edərək, onların hamısına Allahdan rəhmət diləyirəm. Daha sonra, şaxtada–soyuqda doğma vətənimizin keşiyində duran əskər və zabitlərimizi və Sizi bu gözəl ruzibərəkətli olan RAMAZAN bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, hər birinizə uzun ömür, cansağlığı və xöşbəxt həyat yaşamağınızı diləyirəm.

Arzu edirəmki, Allahtala Sizin evləinizdən ruzi bərəkətinizi əskik etməsin.

Qoy bu Müqəddəs RAMAZAN Bayramı süfrənizi bol-bol ruzi bərəkərlə bol etsin, qəlbinizi isə xoş hisslərlə doldursun, Sağlamlığınız möhkəm, arzularınız sonsuz, bütün ümüdləriniz gerçək olsun!
Əzizlərim RAMAZAN Bayramınız mübarək olsun.

Hörmətlə,
Azərbaycan Respublikası «Beynəlmiləlçi Döyüşçülər»
Fondunun Prezidenti, Azərbaycan Respublikasi Veteranlar Təşkilatıın Rusiya Federasiyası üzrə numayəndəsi SƏRRAF ORUC

Moskva şəhəri 13 may 2021-ci il


Zərif Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqladıİran Suriyanın Hələb şəhərində Baş Konsulluq açacaq.

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, bu barədə qərar Suriya prezidenti Bəşər Əsəd və Suriya Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq qəbul edilib: "İranın Suriyadakı Baş Konsulluğunun açılmasının iki ölkə arasında iqtisadi, mədəni və ticarət əməkdaşlığını genişləndirəcəyinə ümid edirəm".
Bakıda intihara cəhd edən şəxs son anda XİLAS EDİLDİFövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Avrasiya.net FHN-ə istinadla xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.
Qüds üçün mübarizə aparacağıq - AltunSon nəfəsimizə qədər Qüdsün şərəfini, izzətini və heysiyyətini qorumaq üçün mübarizə aparacağıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun bildirib.

"Rəbbim bizi bu yoldan ayırmasın", - o bildirib.
Ordumuz sərhədi bərpa edir - Nikol təcili TŞ-ni topladıNikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir. İclasın gündəliyi açıqlanmasa da, Zəngəzurda (Sünik) baş verənlərin - Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etmək məqsədilə Gorus istiqamətində 3 kilometrə qədər irəliləməsi məsələsinin müzakirə edildiyi şübhəsizdir.

Erməni mediası yerli mənbələrə istinadən Azərbaycan Ordusunun irəli çəkdiyi mövqelərdən geri çəkilmədiyini yazır. Danışıqlar nəticə verməyib, sabah yenidən cəhd edəcəklər.

Ermənistan xarici işlər naziri vəzifələrini icra edən Ara Ayvazyan rusiyalı həmkarı Lavrovla danışıb və Azərbaycanın əvvəlki mövqeyə qaytarılmasını xahiş edib. Ardınca Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vaqraşak Arutyunyan arasında telefon söhbəti olub. Rəsmi məlumata görə, tərəflər Qarabağdakı rus sülhməramlıların fəaliyyətini müzakirə ediblər. Lakin Laçın-Gorus sərhədində baş verənlərin müzakirə edildiyi də istisna deyil.

Mümkündür ki, Ermənistan telefon trafikində ruslardan istədikləri dəstəyi almayıblar. Çünki məsələ dövlət sərhədinin bərpasından gedir və bu məsələnin başa çatdırılması ilə bağlı Moskvanın vasitəçiliyi ilə şifahi razılaşmalar var. Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi də bununla bağlıdır və iclasda daha çox bu hadisədən sonra Zəngəzurda yarana biləcək gərginliyin qarşısını almaq məsələsi müzakirə oluna bilər.

Asif Nərimanlı
Bu gün Ramazan bayramıdırBu gün Azərbaycanda Ramazan bayramıdır.

Avrasiya.net xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fitvasına əsasən, Eydül Fitr - Ramazan bayramı şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edir.

Koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah məscidlərdə bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.

İslama görə Ramazan ayının orucu bütün həddi-büluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

QMİ-nin fitvasında deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Qeyd edək ki, Ramazan ayı aprelin 14-də başlamışdı.