Biləsuvarda 24 yaşlı qadın intihar edibBiləsuvar rayonunda intihar hadisəsi baş verib.

Avrasiya.net "Report"a istinadın xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1997-cı il təvəllüdlü Astanlı Aytac Dilavər qızı yaşadığı evin həyətində olan tövlədə özünü asıb.

Mərhum ailəli olub, bir övladı var.

Faktla bağlı araşdırma aparılır.
Prezident Şuşada “Qarabağ Azərbaycandır!” dedi - VideoPrezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" deyib.

Avrasiya.net xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində mayın 12-də start verilən “Xarıbülbül” musiqi festivalı bu gün qala-konsertlə davam edib.

Konsertin sonunda Azərbaycan Prezidenti səhnəyə gedərək sənətçilərlə görüşüb və onlarla birgə "Qarabağ Azərbaycandır" deyib.

Həmin görüntüləri təqdim edirik:
Mingəçevirdə kütləvi dava: saxlanılanlar varMayın 12-də Mingəçevirdə baş vermiş dava-dalaş nəticəsində şəhər sakini Məhəmməd Eyyubovun bıçaqlanması, Ağdam rayon sakini Bürhan Əsədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, zərərçəkmişlərin və şahidlərin izahatı alınıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq əməlini törətməkdə şübhəli bilinən qardaşlar - Hüseyn və Akşin Hüseynovlar, eləcə də Məhəmməd Alıyev saxlanılıb.

Onlar ifadələrində mübahisənin söyüşə görə baş verdiyini bildiriblər.

Fələstində ölənlərin sayı artdıİsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 83-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda İsrailin mayın 10-dan bəri Qəzzanın müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 17 uşaq və 7 qadın olmaqla 83 fələstinlinin öldüyü və yaralananların sayının isə 388-ə yüksəldiyi qeyd edilib.
Prezident Yuxarı Gövhərağa məscidində olubAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlərlə bağlı məlumat verildi.




Şuşada Heydər Əliyev, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana heykəl qoyulsun - TƏKLİFMilli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şuşa şəhərində Heydər Əliyev, İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana heykəl qoyulmasını təklif edir.

“Təklif edirəm ki, 28 illik işğaldan sonra azad olunmuş Şuşada - Azərbaycanın müqəddəs qala-şəhərində Ulu öndər Heydər Əliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyev və misilsiz qardaş dəstəyilə 44 günlük müharibədə Böyük Qələbəmizin memarlarından biri olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana heykəl ucaldılsın. Düşünürəm ki, bu təklif bütün xalqımızın ürəyindən olar. Azərbaycan xalqı qədirbilən xalqdır”, - deputat “AzPolitika”-ya açıqlanmasında deyib.

“Ola bilsin, kimlərsə hesab edir ki, sağlığında siyasətçilərə, böyük şəxsiyyətlərə heykəl ucaltmaq düz deyil. Əlbəttə, bu üç böyük şəxsiyyət onsuz da xalqımızın qəlbində ömürlük taxt qurublar. Amma mən hesab edirəm ki, insanlara elə sağlığında layiq olduqları qiyməti vermək lazımdır. Ona görə də, Şuşanın ən uca zirvəsində, ola bilsin ki, elə “Xarıbülbül” musiqi festivalının keçirildiyi yerdə bu üç Böyük Türk Oğluna, Türk Sərkərdəsinə möhtəşəm abidələr ucaldılmalıdır!”, - S.Qurbanov fikrini belə əsaslandırıb.
Ermənistan Təhlükəsizlik Şurası təcili TOPLANIR – Ordu döyüşə hazır vəziyyətə gətirilibErmənistan Təhlükəsizlik Şurasının təcili iclası keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclas İşıqlı Qaragöllə bağlı keçirilir.

Baş nazir Nikol Paşinyanın başçılığı ilə keçirilən iclasda İşıqlı Qaragölə nəzarəti Azərbaycan Ordusunun tam bərpa etməsi müzakirə olunacaq.

Paralel olaraq, Ermənistan Ordusunun 1-ci və 5-ci ordu korpuslarının döyüşə hazır vəziyyətə gətirildiyi də xəbər verilir.
İsrail Rusiyanın təklifini rədd etdiRusiyanın Fələstinlə atəşkəs təklifinə İsrail rədd cavabı verib.

Axar.az xəbər verir ki, bu barədə “Yediot Aharonot” qəzetində yazılıb.

Xəbərdə İsrail Baş naziri Benyamin Netanyahunun dünən axşam keçirilən Təhlükəsizlik Şurasının iclasında Moskvanın atəşkəs təklifini rədd etdiyini kabinet üzvlərinə bildirdiyi qeyd edilib.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin rəsmi Moskvanın İsrail və Fələstin arasındakı sülh prosesi səylərini sürətləndirməyə hazır olduğunu bildirmişdi.
Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılır - KİVQarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırıla bilər.

Axar.az xəbər verir ki, belə bir iddia ilə Ermənistanın “Hraparak” qəzeti çıxış edib.

Nəşrin məlumatına görə, Muradovu bu vəzifədə Cənub Hərb Dairəsinin komandir müavini general-leytenant Aleksey Avdeyev əvəz edəcək.

Qəzet onu da qeyd edib ki, Avdeyev bu gün Xankədi şəhərinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri aparılacaq.
İran prezidentliyinə namizəddən Qarabağ AÇIQLAMASI“Azərbaycan və Ermənistan da daxil olmaqla bölgə ölkələrində təhlükəsizlik İran üçün strateji əhəmiyyətə malikdir”.

Avrasiya.net xəbər verir ki, bu barədə İran İslam Respublikasının (İİR) prezidentliyə namizədi Ramin Mehmanparast mətbuata açıqlamasında deyib. O keçmiş sovet respublikaları, o cümlədən Rusiya Federasiyası ilə münasibətlərdən danışıb.

Həmçinin Qarabağ məsələsinə toxunaraq, qeyd edib ki, İran güclü regional oyunçudur.

“Azərbaycan və Ermənistan daxil olmaqla bütün qonşu ölkələrdə təhlükəsizlik bizim üçün vacibdir və bu məsələ strateji xarakter daşıyır. İran mütləq regional mübahisələrin və münaqişələrin həllində iştirak etməlidir. Bundan sonra da inanırıq ki, əməkdaşlığımız davam edəcək”.