Komitə sədrindən Ramazan bayramı TƏBRİKİSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Dəyərli dostlar, əziz həmvətənlər!

Sizi müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, uzun ömür, səadət, xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıram!
Xalqımızın milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri içərisində bu bayramın xüsusi yeri vardır.

Belə ki, çox əsrlərdir sonuncu səmavi din olan islam dinini qəbul edərək, bu dinə itaət edirik. Fəxr hissi ilə deyə bilərik ki, biz çox dəyanətli və əzimkar xalqıq, tarixin müxtəlif dövrlərində cürbəcür məhrumiyyətlərə məruz qalsaq da milli- mənəvi dəyərlərimizi, adət-ənənələrimizi unutmayaraq onu qoruyub saxlaya bilmişik. İnanıram ki, gələcək nəsillərimiz də var olan dəyərlərimizi şərəf və ləyaqətlə yaşadacaqlar.

Ramazan ayında oruc tutan hər kəs yenidən mənəviyyata qayıdır, mənəvi olaraq Uca Tanrıya yaxınlaşır, onu yenidən dərk etməyə çalışaraq daha da saflaşır və təmizlənirlər.

Eyni zamanda oruc tutan hər bir kəs daha da dözümlü, mətin və əzmkar olur.

Bu il xalqımız və dövlətimiz üçün xüsusi bir tarix kimi yadda qadı. Belə ki, bütün bayramlarda bir-birimizə arzuladığımız ən böyük, müqəddəs arzumuz həyata keçdi. 30 ildən artıq bir müddətdə erməni vandallarının işğalı altında olan torpaqlarımızı başda Ali Baş Komandan İlham Əliyev olmaqla müzəffər ordumuz və xalqımızın birliyi nəticəsində azad etdik. İgid əsgər və zabitlərimizin dözümlü, mətin və əzimkarlığı nəticəsində doğma Şuşamıza qovuşduq. 28 il əvvəl fəaliyyətini dayandırmış ənənəvi musiqi festivalını Şuşamızda bərpa etdik.

Sabah Şuşa məcsidində bayram namazı qılınacaq. Heç şübhəsiz ki, bütün bu sevindirici hadisələrdə, müstəqil dövlət kimi torpaqlarımızın hər bir qarışına sahib olmağımızda, işğal olunmuş ərazilərimizi mənfur düşməndən geri almağımızda məhz bu sadalanan xüsusiyyətlərin xüsusi önəmi olmuşdur.

Bu gün vətən üçün canını fəda etmiş bütün şəhid qardaşlarımızı da dərin ehtiramla anır, ulu Tanrıdan rəhmət diləyirəm!

Eyni zamanda onu da xatırladım ki, bu il də Ramazan ayını dünyanın böyük təhlükəsi olan COVİD-19 pandemiyası ilə mübarizə apardığı mürəkkəb bir şəraitdə başa vururuq. Amma bu problem ilahi inancları aşa bilmədi. Cənab prezidentimiz demişkən: ”Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaqdır.”

Dəyərli dostlar! Sizi bir daha bu müqəddəs Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!
Şuşada atəşfəşanlıq oldu - VideoArzular gerçəkləşir! Bütün Azərbaycan xalqını təbrik edirəm!

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram səhifəsində yazıb.

Mehriban Əliyeva Şuşada atəşfəşanlığın videogörüntüsünü də paylaşıb.
Şəkidə 20 yaşlı tələbə qız özünü asıbŞəki rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Aşağı Layısqı kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Mahizər Ramiz qızı Qasımova özünü yaşadığı evin həyətyanı sahəsində asıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə aparılıb.

Məlumata görə, intihar edən 20 yaşlı M.Qasımova tələbə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İlham Əliyev Şuşada jurnalistlərlə görüşdüMayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər.
Dövlətimizin başçısı festivalın açılışında çıxış etdi.



Konsertdən sonra jurnalistlərlə görüşən Prezident İlham Əliyev dedi: Sağ olun, siz ki, burada olmusunuz, ağır günlərdə. Salam Mirşahin.

Mirşahin: Eşq olsun Sizə cənab Prezident. Mən Sizi təbrik edirəm.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, mən də sizin hamınızı təbrik edirəm.



x x x

Dövlətimizin başçısı jurnalistlərlə xatirə şəkli çəkdirdi.

x x x

Prezident İlham Əliyev: Anar mənim yadıma saldı, siz mətbuat konfransında demişdiniz ki, gəlmək istəyirsiniz. Biz də xahişinizi yerinə yetirdik. Mən istəyirdim ki, birinci bizim jurnalistlər gəlsin, bu festivalı keçirək. Siz harada qalırsınız?

Jurnalist: Birbaşa buraya gəldik.

Prezident İlham Əliyev: Hə, birbaşa.

Anar Ələkbərov: Bu gün qalacaqlar.

Prezident İlham Əliyev: İndi burada qalmaq üçün imkan var. Xarici jurnalsitləri də dəvət edək gəlsinlər və görsünlər.

Jurnalist: Cənab Prezident, diqqətinizə görə təşəkkür edirik. Həmişə dəstəyinizi hiss edirik, çox sağ olun.

Prezident İlham Əliyev: Bəli, sizi həmişə dəstəkləmişəm. Sizə təşəkkür edirəm ki, belə çox aktual mövzuları qabardırsınız. Bir çox hallarda ölkədə gedən prosesləri mən sizdən eşidirəm, sizdən görürəm. Bu, özlüyündə artıq icra orqanlarını daha da məsuliyyətli olmağa sövq edir.

Jurnalist: Müharibədən sonra Sizinlə birinci görüşümüzdür.

Prezident İlham Əliyev: Elədir.

Jurnalist: Mən də icazənizlə istəyirdim deyim ki, 40 ildir dünyanın müharibələrini görmüşəm. Bu, birinci müharibə idi ki, bir nəfər həm hərbi istiqamətdə işi, həm siyasi, həm də informasiya işini aparırdı.

Prezident İlham Əliyev: Çünki əgər siz bu müharibə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmasaydınız, ümumiyyətlə, məsələ ilə bağlı fikir elə təhrif edilmiş kimi qalacaqdı. Siz yaxşı xatırlayırsınız, o vaxt dünya mediasına bizim çıxışımız yox idi. Tək siz gəlmişdiniz, siz də foto çəkirdiniz. Amma ermənilər bütün imkanlardan istifadə edib bütün ölkələrdə olmazın yalanları yayırdılar. İndi isə artıq müharibə ilə bağlı həqiqətləri siz çatdırmısınız, mən çatdırmışam. Qəhrəman hərbçilərimiz də bax, o qayalara dırmaşaraq düşməni buradan qovub. Mirşahin sən çoxdan olmusan da burada, işğala qədər. Bəziləri heç olmayıb yəqin ki, ilk dəfədir.

Mirşahin: İşğala qədər də olmuşam.

Prezident İlham Əliyev: İndi ilk dəfə gələn burada görür ki, Şuşanı azad etmək ümumiyyətlə mümkünsüz hesab olunurdu. Özü də hələ piyada qalxmaq çətindir, bir də ki, əlində avtomat, yuxarıda düşmən, özü də düşmənin tankı, topu, mövqeyi. Doğrudan da misli görünməmiş qəhrəmanlıq dastanıdır.

Jurnalist: Əfqanıstan dağlarında da müharibələri görmüşəm. Buna inanmırdım. Azad ediləndən sonra gəldim, gedib baxdım, izlədim. Özüm də 1992-ci ildə buradan ayaqla çıxmışdım, bura bağlı idi, maşın gələ bilmirdi.

Prezident İlham Əliyev: Siz hansı yolla çıxdınız?

Jurnalist: Elə buradan, Daşaltıdan gəldim. Buraya kimi 4 saat piyada yol gəldim, 3 dəfə də snayperlər atdılar, amma, vura bilmədilər.

Prezident İlham Əliyev: Bu yaxınlarda o şəkli siz paylaşdınız, gördüm mən. O vaxt Azərbaycan əsgəri necə vəziyyətdə idi? Nə forması var idi, nə silahı var idi, nə də bir idarəetmə imkanları. İndi aslan kimi əsgərlərdir, aslan kimi. Onlar möcüzə yaradıblar.

Jurnalist: Burada demək olar ki, yaşayış yox idi.

Prezident İlham Əliyev: Yox idi.

Jurnalist: Ancaq şəhərin girəcəyində, o da çox az.

Mirşahin: Amma mən Zəngəzurda evlərin birində oldum.

Prezident İlham Əliyev: Bəli, bəli, Şurnuxu kəndində.

Mirşahin: O kişi də yaxşı təkziblər verirdi, Ermənistan hakimiyyəti barədə. Yaxşı oldu, çox yaxşı oldu. Beş dənə punkt üzrə öz ölkəsini təkzib etdi. Pensiyasının azlığından da danışdı. Dedi ki, Qarabağ Azərbaycanındır

Prezident İlham Əliyev: Özü də dedi ki, azərbaycanlının evinə girib.

Mirşahin: Bəli, çox vacib bəyanatlar verdi.

Jurnalist: Cənab Prezident, Şuşa qələbəsinə görə Sizə xüsusi təşəkkür edirik. Doğrudan da bu, çox möcüzəvi bir qələbədir. Bu, doğrudan da çox böyük qələbədir. Siz Azərbaycan xalqına sanki bir həyat qaytardınız. Siz bizə nəfəs verdiniz. İnanın ki, bir il bundan əvvəl yatsaq yuxumuza girməzdi ki, biz Cıdır düzündə ola bilərik, burada konsertdə iştirak edə bilərik. Çox böyük bir möcüzədir, cənab Prezident. Allah Sizi qorusun, Ordumuzu qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Jurnalist: Cənab Prezident, səmimi qəlbdən deyirəm, dünyada belə ölkə başçısı yoxdur.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Bir il bundan əvvəl burada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi. O hərəkətlərə görə, bütün cinayətlərə görə düşmən öz layiqli payını aldı. Bundan sonra burada ancaq Azərbaycan musiqisi, Azərbaycanda yaşayan xalqların musiqisi səslənəcək. Doğrudan da böyük tarixi nailiyyətdir. Hər dəfə buraya gələndə xüsusi hisslər keçirirəm. Əminəm ki, siz də bu hissləri keçirirsiniz. Çünki Şuşanı yenidən görmək bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir. Əlbəttə, bir daha görürük ki, Şuşa əsl Azərbaycan şəhəridir. Çünki burada Azərbaycan ruhu hiss olunur. Memarlıq abidələri, bulaqlar, - baxmayaraq ki, ermənilər o bulaqların naxışlarını dəyişmişdilər, yazıları da silmişdilər,- amma yenə də burada hər tərəf, necə deyərlər, Azərbaycan mədəniyyəti ilə qaynayır. Biz əbədi qayıtmışıq, burada əbədi yaşayacağıq. Demişəm ki, Şuşa dünyanın ən gözəl şəhərinə çevriləcək. Təkcə Şuşa yox, azad edilmiş bütün başqa şəhərlər.

Jurnalist: Mən altı aydır Qarabağı gəzirəm, özüm də mühəndis memaram. Doğrudan deyirəm, mən dünyada bu cür gözəl yer görməmişəm. Doğrudan da Şuşanın, Kəlbəcərin gözəlliyi dünyada təkdir.

Prezident İlham Əliyev: Burada az da olsa yaşayıblar. Bizdə olan məlumata görə, - sonra bu məlumatı biz dəqiqləşdirdik, - burada 1600-ə yaxın erməni yaşayıb, onların da çoxu hərbçiləri idi, onların ailə üzvləri idi. Yəni burada erməni əhalisi heç vaxt olmayıb. İndi görürsünüz, işğal dövründə nə gündə idi. İndi biz əl gəzdirmişik, 6 aydır ki təmizləyirik, necə deyərlər, səliqə-sahman yaradırıq. Bütün binalar belə dağıdılmış idi, yarımçıq tikili idi. Yeni bina yoxdur, bir neçə dənə villa tikdirmişdilər özləri üçün, onları da yəqin ki, görmüsünüz. Tarixi binalar sökülüb, şəhər infrastrukturu yoxdur. Baxın, o dirəklər yox idi, hamısı belə köhnədən qalan idi. Deyirdilər ki, erməni şəhəridir, erməni şəhəridirsə, niyə bu günə qoymusan onu? Niyə yaşamamısan, niyə qurmamısan, niyə dağıtmısan?

Jurnalist: Heç kəs öz evini yandırmaz gedəndə.

Prezident İlham Əliyev: Əlbəttə.

Jurnalist: Onlar yandırdılar, yəni öz evləri deyildi.

Prezident İlham Əliyev: Bizim azad edilmiş digər yerlərdə, torpaqlarda siz də olmusunuz, orada təbiət toxunulmaz kimidir, o ağacların rəngi, səmanın rəngi. Belə bir rənglər mən görməmişəm.

Jurnalist: Ağdam, ümumiyyətlə, viran qoyulub. Bu mənzərəni görəndə düşünürsən ki, söhbət ancaq yaddaşı silməkdən gedə bilər. Axı qəbirlə insanın nə işi ola bilər? Məhz onlar tarixi silmək, yaddaşı silmək istəyiblər. Məncə məqsədləri yalnız bu olub.

Prezident İlham Əliyev: Əlbəttə, elədir, tarixi silmək istəyiblər ki, biz heç vaxt qayıtmayaq. Hesab edirdilər ki, Azərbaycan heç vaxt ayağa qalxmayacaq. İnanmırdılar ki, biz ayağa dura bilərik. İnanmırdılar ki, bizdə həm güc, həm də iradə ola bilər. Ona görə deyirdilər ki, hər şeyi dağıdaq, daha heç vaxt bunlar qayıtmasın, tarixi də silək, abidələri, qəbirləri də dağıdaq. Sabah deyək ki, bura erməni torpağı olub və elə də deyirdilər. Şahbulağı yalandan “Tigranakert” adlandırmışdılar. Belə saxtakarlıq olmaz. Deyirdilər ki, Şuşa erməni şəhəridir. Axı bu şəhərin təməlini Pənahəli xan qoyub, hamımız yaxşı bilirik, adını da verib - Pənahabad. Necə erməni şəhəri olub, əgər 275 il bundan əvvəl Pənahəli xan Ağdamdan buraya gəlib.

Jurnalist: Özü də təzə daşlar atıb ora, cənab Prezident, mən getdim özüm baxdım.

Prezident İlham Əliyev: Bəli.

Jurnalist: Guya dırnaqarası “Tigranakert” olub.

Prezident İlham Əliyev: Hə, orada?

Jurnalist: Bəli, Şahbulağın düz yanında.

Jurnalist: Mən Kəlbəcərdə neçə kilsə gördüm, çox qədim kilsələr imiş, amma ermənilər onlara təzə daşlar qoyublar. Elə qoyublar ki, dərhal bilinir. Mən özüm görəndə tez dedim ki, bunlar hamısı saxta daşlardır, adamlardan soruşdum, bildirdilər ki, bu daşları buraya 10-15 ildir gətiriblər.

Hərbçi: Cənab Ali Baş Komandan, icazə versəydiniz xüsusi təyinatlılar Sizinlə xatirə şəkli çəkdirərdilər.

Prezident İlham Əliyev: Bəli, mütləq.
Şuşadan qalxan muğam sədasına Xankəndidə də qulaq asacaqlarElməddin Behbud

Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı və bütövlükdə Qafqazın konservatoriyası olan Şuşada erməni işğalı səbəbindən yaranan uzun fasilədən sonra bu gün "Xarıbülbül" musiqi festivalı yenidən başlayıb. Bu, Lələtəpədən Arazboyu uzanan vətən torpaqlarına boylanmağı tutya sayan xalq, 28 il dünyasını dəyişən yaxınlarının məzar yeri kimi doğma yurdunu vəsiyyət etdiyi insanlar üçün sözlə ifadə olunmayacaq dərəcədə böyük xoşbəxtlikdir. İndi nəinki azərbaycanlılar, cəmi 200 il öncə başqasının torpağında məskunlaşdırılan və sonra özgənin torpağını özününküləşdirməyə çalışan ermənilər də yaxşı dərk edir ki, bu, musiqi hadisəsindən çox tarixi hadisədir. Cəmi bir il öncə etdiyi səfehliyin özünə və idarə etdiyi topluma nələrə başa gələcəyini hesablaya bilməyən dumanlı başlardan ötürülən impulsiv əmrlə murdar ayaqların rəqs hərəkətləri etdiyi Cıdır düzündə bu gün yenidən "Xarıbülbül" musiqi festivalının keçirilməsi həm də tarix yaradan hadisədir...

Bəli, tarixi yaradanların hadisəsi! Biz hazırda necə dəyərlər yaralarımızı sarıyıb qaldığımız yerdən davam edirik... Dünyaya yeni gözlə baxmağa, firavan həyatımıza, xoşbəxt yaşayışımıza, bütün varlığımızla, ruhən sevinməyimizə və həm də Şuşalı günlərimizə...

Musiqi festivalının başlaması xəbərini alan kimi bilirsiniz ilk olaraq nəyi xatırladım? Ötən il noyabrın 10-da Ermənistan dövləti adından kapitulyasiya sənədini imzalayan Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 2019-cu ilin dekabrın 4-də İrəvanda "Qadınların sülh təsbit etməkdə rolu: imkanlar və çağırışlar" adlı konfransdakı erməni həyasızlığının və əxlaqsızlığının hüdudsuzluğunu göstərən sərsəmləməsini...

Anna Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xitabən bildirmişdi ki, onun Cıdır düzündə yenidən muğama qulaq asmaq "arzusuna çatmağın yeganə yolu var": "Bu yol sülh, Arsaxla xoş qonşuluq münasibətləri və qonaq kimi qarşılıqlı səfərlərdir".

Bu qarabasmadan cəmi 296 gün sonra Anna və Nikol başda olmaqla ermənilərin qulağı yalnız bir səs eşitməyə başladı: "Harop" və "Bayraqdar"ın səsini!

Bu gün müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin misilsiz siyasi iradəsi, nəticəyə son dərəcə dəqiq hesablanmış strategiyası və Azərbaycanın qəhrəman Ordusunun (Şəhidlərimizin ruhu qarşısında baş əyirəm!) fövqəladə igidliyi sayəsində Cıdır düzündə Azərbaycan muğamı səslənir. İndi Şuşada təbiətin gözəlliyi Azərbaycan mədəniyyətinin bu təkrarsız nümunəsinin sədaları ilə həmahənglik təşkil edir. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başda olmaqla yüzlərlə soydaşımız "Xarıbülbül" musiqi festivalında bir-birindən əsrarəngiz muğam ifaları dinləyir.

Və güman ki, muğamımızın sədaları erməni vətəndaşlarımızın yaşadığı Xankəndidə də eşidiləcək. Bəli, muğam səsi... Əgər onlar nə zamansa muğam səsi dinləmək istəməsələr anlamalıdırlar ki, eşidəcəkləri səs muğam qədər estetik olmayacaq... "Harop"un və "Bayraqdar"ın səsi kimi!
"Şuşada təməli qoyulan məscid İlham Əliyevin adını daşısın"Qüdrət Həsənquliyev: "İlham Əliyev bu haqqı əldə edib'

Məlum olduğu kimi Şuşa şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev burada yeni məscidin təməlini qoyub.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev BayMedia-nın sorğusuna cavabında Şuşada yeni məscidin inşa edilməsini alqışladığıni bildirib və təməli qoyulan məscidlə bağlı təşəbbüslə çıxış edib. BAXCP sədri deyib: "İlham Əliyev o haqqı əldə edib ki, Şuşada təməlini qoyduğu məscid onun adını daşısın.
Ümid edirəm Qafqaz Müsəlmanları İdarəsi,Respublika Ağsaqqallar Şurası, siyasi və ictimai təşkilatlar bu ideyanı dəstəkləyəcək".
Rusiya ABŞ-ın daha bir diplomatını qovduABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Rebekka Ross arzuolunmaz şəxs elan edilib.

Axar.az xəbər verir ki, o, Rusiyanın ölkədən çıxarmaq istədiyi 10 ABŞ diplomatının siyahısına daxil edilib.

Buna səbəb isə Rusiyanın ABŞ-a adekvat cavab vermək istəyidir. Bildirilib ki, ABŞ uzun müddətdir Rusiyanın Vaşinqtondakı səfirliyinin yeni mətbuat katibinə ölkəyə gəlməyə izn vermir və bunun səbəbini də göstərmir.

“Amerikalılar özlərini qəribə aparırlar. Söhbət buna qədər Rusiyanın iki ölkədəki səfirliyində çalışan peşəkar diplomatdan gedir. ABŞ onun viza müraciətini geri qaytarıb və imtinanın səbəbini də açıqlamayıb. Rusiya yalnız cavab tədbiri görüb”, - Rusiya XİN-in açıqlamasında bildirilib.
“Hərbçilərimiz əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi” - Ali Baş Komandan“44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir”.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən “Xarıbülbül” festivalının açılışında deyib.
Ölkə başçısı bildirib ki, 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi:

“Hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik”.
Göyçayda polis serjantına zor tətbiq edildiMayın 11-də saat 20 radələrində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, izahatının alınmasından ötrü Goranboy RPŞ-nə dəvət olunmuş Sərxan Quliyev ünvanına gələn əməliyyat qrupunun əməkdaşlarının tələbinə məhəl qoymayaraq xidməti vəzifələrini yerinə yetirən növbətçi hissəsinin sürücüsü polis serjantı Orxan Vəliyevə zor tətbiq etməklə müqavimət göstərib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm - PrezidentƏminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsiniz. Mən artıq 3-cü dəfədir Şuşadayam və demişəm ki, hər dəfə bura gələndə burada qalmaq istəyirəm, buradan ayrılmaq istəmirəm. Şuşanın özünəməxsus aurası var.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalının açılışında çıxış edərkən deyib.

"Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün sözün əsl mənasında musiqi bayramıdır. Bəli biz 8 noyabrda Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışıq. Ancaq bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.

Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib və sabah orada bayram namazı qılınacaq".