Fələstində Ramazan bayramı qeyd edilməyəcək - Prezidenti göstəriş verdiFələstin Prezidenti Mahmud Abbas Ramazan bayramının qeyd edilməməsi barədə göstəriş verib.

Avrasiya.net xəbər verir ki, buna səbəb İsrailin Qəzzaya hücumu zamanı xeyli sayda şəhidin olmasıdır.

Fələstin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, M.Abbasın verdiyi qərara uyğun olaraq, ölkədə dini ibadətdən başqa heç bir bayram şənliyi olmayacaq və yas səbəbiylə bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya etdiyi hücumda 9-u uşaq olmaqla 20 fələstinlinin şəhid olduğunu və yaralı sayının 95-ə yüksəldiyini açıqlayıb.
Prezident bu dəfə Naxçıvandan elan etdi - 5 şərtAzərbaycan Prezidenti İlham Əliyevin müharibədən sonra müxtəlif açılışlara qatılarkən və bölgələrə səfərləri zamanı Dövlət Televiziyasına müsahibələri təsadüfi deyil. İlham Əliyev bu müsahibələr vasitəsilə müxtəlif dövlətlərə mesajlar göndərməyi lazım bilir.

Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Prezidentin Naxçıvana səfəri zamanı da müxtəlif dövlətlərə gərəkli mesajlar verildi:

“Birincisi, İlham Əliyev bir daha təkrarladı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi artıq yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq doğru deyil”.

İlham Əliyev bunu ona görə dedi ki, bəzi dövlətlər münaqişənin həll olunmasıyla bağlı açıqlamalar verirlər. İlham Əliyevin isə məntiqi belədir ki, əgər münaqişə həll olunmayıbsa, onda noyabrın 10-da imzalanmış bəyanatın mənası nədir?

İkincisi, İlham Əliyev dedi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın 10 noyabrda qəbul etdiyi bəyanat münaqişənin həlliylə bağlı sənəddir. Çünki bəziləri 10 noyabr bəyanatını atəşkəs sazişi kimi qiymətləndirir. İlham Əliyev bununla razı deyil. Çünki atəşkəs bəyanatında cəmi bir bənd olur. 10 noyabr bəyanatında isə bir neçə bənd var. İlham Əliyev məntiqi sual da səsləndirir: “Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər?”

Üçüncüsü, İlham Əliyev Kanadanın və Fransanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək hər iki ölkənin siyasətini sərt tənqid etdi. Azərbaycanın Kanada ilə sıx əlaqələri yoxdur. Ancaq Azərbaycanın Fransa ilə sıx əlaqələri var idi. Emmanuel Makron Fransa prezidenti seçildikdən sonra bərətərfli qaydada Ermənistanı müdafiə etdi. O, İrəvana getdi, Bakıya gəlmədi. Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir neçə dəfə Parisə səfər etmişdi. Qarşılıqlı səfərlərdə məqsəd ikitərəfli əməkdaşlığı genişləndirmək idi. Başqa sözlə Makrona qədər Fransa-Azərbaycan münasibətlərində gərginlik yox idi. Makronun yanlış siyasəti nəticəsində iki ölkə arasında münasibətlər faktiki pozulub.

Dördüncüsü, İlham Əliyev Ermənistana mesaj yolladı: “Əgər Ermənistan Azərbaycana qarşı təxribat edərsə, onları heç kim müdafiə edə bilməyəcək, biz yenə də onları məğlub edəcəyik”. İlham Əliyev Dağlıq Qarabağa heç bir status verilməyəcəyini bir daha təkrarladı. Bu İlham Əliyevin həmsədr dövlətlərə - ABŞ, Rusiya və Fransaya mesajı idi. İlham Əliyevin Naxçıvana getdiyi gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldi. Beləliklə, İlham Əliyev Lavrovla statusu müzakirə etməyəcəyini Naxçıvandan elan etmiş oldu.

Beşincisi, İlham Əliyev Zəngəzur üzərindən dəmir yolunun çəkiləcəyini bir daha xatılatdı. Bu dəmir yolu Zəngilanı Naxçıvanla birləşdirəcək. Dəmir yolunun 44 kilometri Ermənistan ərazisindən – Zəngəzurdan keçəcək. İlham Əliyev Ermənistan dəmir yolunun Rusiyaya məxsus olduğunu və bu məsələnin Moskva ilə həll olunduğunu vurğuladı”.

E.Şahinoğlu vurğulayıb ki, İlham Əliyevin sonuncu cümləsi Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın seçkiqabağı mövqeyini gücləndirən amilə çevrilə bilər. Çünki Ermənistanın dəmir yollarını Rusiyaya keçmiş prezident və hazırda Paşinyanın əsas rəqibi Robert Köçəryan satıb:

“Görünür, Köçəryanın ağlına da gəlməzdi ki, Azərbaycan nə vaxtsa Zəngilana qədər torpaqları azad edəcək və onun arxalandığı Moskva Zəngəzur üzərindən dəmir yolunun bərpasına yaşıl işıq yandıracaq. Halbuki Köçəryan dəmir yolunu Rusiyaya satmasaydı, Nikol Paşinyan bu gün qətiyyətlə Zəngəzur üzərindən dəmir yolunun açılmayacağını bildirə bilərdi. Paşinyan bunu deyə bilmir, çünki dəmir yolları Ermənistana məxsus deyil. Odur ki, Köçəryana qarşı mübarizədə Paşinyan vacib arqumentə malikdir”.
ABŞ-İran gəmiləri üz-üzə: 30 atış açıldı...İran İnqilab Keşikçiləri Donanmasına aid 13 ədəd sürət qayığı Hörmüz boğazında hərəkət edən ABŞ döyüş gəmilərinə 130 metr yaxınlaşmaqla təxribat törədib.

Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.

O bildirib ki, İran donanması bu hərəkətlə beynəlxalq hüquq normalarına zidd hərəkət edib:

“ABŞ Donanmasına aid döyüş gəmisi tərəfindən havaya 30 dəfə xəbərdarlıq atəşi açıldıqdan sonra İran qayıqları bölgədən uzaqlaşmağa başladı”.

Sözçü qeyd edib ki, bir neçə gün əvvəl ABŞ döyüş gəmisi patrul missiyası sırasında içərisində RPG-lər, Rusiya istehsalı olan tank əleyhinə raketlərlə dolu gəmini ələ keçirib.
Sizinlə yüz faiz həmrəyəm ki..  - LavrovBir məqamı xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk.

Avrasiya.net xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

O qeyd edib ki, vaxtilə uzadılmış münaqişədən çıxmağın iqtisadi aspektləri üzərində diqqətin cəmləşdirilməsi üçün birgə işlər bundan ötrü optimal çərçivələr yaradır:

“Əlbəttə ki, bu sözlər müharibənin humanitar nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərə də aiddir. Siz hərbi əsirləri, tarixi irs ilə, dini irs ilə bağlı hər hansı sui-istifadə hallarına yol verilməməsini xatırlatdınız. Biz bütün bu məsələlərin maksimum konstruktiv şəkildə həllinə kömək etməyi çox istəyirik. Beynəlxalq mədəni irsin qorunub saxlanmasına cavabdeh olan təşkilat kimi UNESCO da bu səylərdə iştirak etməkdə maraqlıdır.

Biz bunu mümkün edəcək şəraitin yaradılmasına kömək etməyə hazırıq. Kömək etməyə hazır olan başqa beynəlxalq təşkilatlar da var. Təbii ki, biz bununla əlaqədar razılaşmalarda maraqlı tərəflərin mövqeyini nəzərə almalıyıq. Münasibətlərin ümumi kontekstini əsas götürsək, Sizinlə tamamilə razıyam ki, indi bu mərhələdə, yəqin, hər hansı başqa münaqişəli şəraitdə, münaqişədən sonrakı vəziyyətdə olduğu kimi baş verən bütün hadisələrin daxili siyasi prosesə proyeksiyası ilə bağlı aspektlər var.

Lakin, hörmətli İlham Heydər oğlu, Sizinlə yüz faiz həmrəyəm ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin”.
Bizdə olan bütün hərbi əsirləri vermişik - ƏliyevAzərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdə bildirib.

"Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub. Bildiyiniz kimi, biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistan Respublikasının işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. Bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür. Bildiyiniz kimi, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən uzun müddət, mənim fikrimcə, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur. Bunları sadalamaqla vaxtınızı çox almaq istəmirəm. Sadəcə, demək istərdim ki, biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin", - İ.Əliyev vurğulayıb.