Deputat Qələbə bayramını müharibə veteranları ilə birgə qeyd edib - FotolarMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu gün 9 May qələbə bayramını Siyəzən rayonunun Böyükhəmyə kəndinin sakini Məmmədov Əmrah dayının 100 illik yubleyini qeyd etməklə keçirib.

Millət vəkili sosial səhifəsində yazıb ki, əslində Əmrah dayının yaşı 20 yanvar tarixində olsa da, onun ən böyük arzusu 100 yaşını həyatında ən dəyərli gün olan faşizmi üzərində qələbənin qeyd edildiyi gün keçirmək idi.

Tanrının böyük hədiyyəsi o oldu ki, Əmrah dayının bu yubiley yaşı iki qat qələbə ilə qeyd olundu. Erməni faşizmi üzərində qələbə onun yubleyinə ən böyük hədiyyə olduğunu vurğulayan Əmrah dayının ən böyük arzusu Şuşada zəfər qazanmış əsgərlərlə bir yerdə olmaq və xatirə şəkli çəkdirməkdir.

Sadiq Qurbanov 9 May qələbə bayramını daha bir ağsaqqallımızı - Şabran rayonu, Ağalıq kəndinin sakini Sosialist Əməyi Qəhrəmanı, H.Əliyev təqaüdçüsü Qərib Orucovun evində qeyd edib:

"Bir ayağını itirməyinə baxmayaraq, 86 yaşlı Qərib dayının ruh yüksəkliyi bizi valeh etdi. Özünün şərəfli həyat yolundan danışan ağsaqqalımız dövlətçiliyə, İ.Əliyevin siyasətinə xidmət etməyin ən doğru yol olduğunu vurğulayaraq, Qarabağın azad olunmasını İ.Əliyevin şah əsəri adlandırdı və onun siyasətinin əleyhinə çıxanlarla qətiyyətli mübarizə aparmağı bizə tövsiyə etdi. H.Əliyev və İ.Əliyevlə görüşlərindən olan xatirə şəkillərini bizə qürur hissi ilə göstərdi".