Moldova KİV-də azad Şuşa barədə məqalə dərc olunubMoldova KİV-də Azərbaycanın mədəniyyət paytaxtı olan azad Şuşa barədə məqalə dərc olunub.

Məqalədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun 29 ildə birinci dəfə Şuşa şəhərinin işğal tarixini azad qeyd etdiyi barədə dedikləri qeyd olunur. Diplomat vurğulayır ki, 1992-ci ilin may ayının 8-də erməni hərbi birləşmələri Azərbaycanın qədim şəhəri Şuşanı işğal edib, uzun 28 il ərzində əsarətdə saxlamışdılar, lakin müdrik Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər azərbaycan ordusu Şuşanı işğaldan azad etdi, Azərbaycan xalqına qaytardı.
Bundan əlavə, məqalədə Qarabağda, o cümlədən Şüşada azərbaycan əhaləsinə qarşı işğalçılar tərəfindən aparılan etnik təmizləmə siyasəti, Azərbaycanın bu bölgədə mədəni-tarixi irsinin məhv olunması, dini abidələrin dağıdılması barədə bəhs olunur.

Səfirin sözlərinə istinadən bildirilir ki, bütün bu vandallıq aktları bütün dünya ictimaiyyətinin gözü önündə törədilib, lakin erməni vandallarını dayandırmaq və cəzalandırmaq, onları beynəlxalq səviyyədə tanınan Azərbaycan torpaqlarını qaytarmağa məcbur etmək əvəzinə beynəlxalq ictimaiyyət susub. «28 il ərzində hər bir azərbaycanlı Şuşaya qayıtmaq arzusu ilə yaşayırdı, 8 noyabr 2020 –ci ildə bu arzu gərçəkləşdi. Şuşanın işğaldan azad olunması günü Prezident İlham Əliyev tərəfindən Qələbə günü elan olundu» - Qüdsi Osmanov qeyd edib.

Həmçinin məqalədə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması, Şuşada tikinti-bərpa işlərinin aparılması, bu il Şuşada Vaqif poeziyası günləri və «Xarı bülbül» festivalının keçirilməsi barədə bəhs olunur.

Məqalələr ilə ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür.

https://noi.md/ru/v-mire/shusha-vpervye-za-29-let-vstrechaet-godovshhinu-svoej-okkupacii-svobodnoj

https://ava.md/2021/05/08/godovschina-okkupacii-shushi-zhemchuzhiny/

İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyiİran yük avtomobilləri Qarabağa yük daşımır.

Bu barədə Avrasiya.net-ə ranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

İran səfirliyi qeyd edir ki, İran öz yük avtomobillərinin Laçın dəhlizi vasitəsi ilə Qarabağa yük daşınmasını təkzib edir.

İran səfirliyi bildirir ki, İran rəsmilərinin apardıqları araşdırmalara əsasən sosial şəbəkədə yayılan kadrlar həqiqəti əks etdirmir.

Səfirlik əlavə edir ki, iki dost və qardaş ölkənin münasibətlərinin inkişaf etdiyi bir vaxtda, belə əsassız və yalan məlumatlar iki ölkə münasibətlərinin inkişaf etməsini istəməyən qruplar tərəfindən yayımlanır.

Qeyd edək ki, sosial şəbəkələrdə İran yük avtobillərinin Laçın dəhlizi vasitəsi ilə Xankəndinə yük daşımaları ilə əlaqədar kadrlar yayımlanıb.
“Azərbaycan onun adı ilə bağlıdır” - İordaniya mediasındaAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyevin İordaniyanın nüfuzlu http://www.nayrouz.com saytında ümummili lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı yazısı çap edilib.

“Azərbaycan onun adı ilə bağlıdır” başlıqlı yazıda müəllif Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti tarixində yeri və rolundan bəhs edib.

C. Şahverdiyev yazıda qeyd edib ki, ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, ölkəmizi parçalanmadan, məhv olmaq təhlükəsindən qorudu.

Yazıda 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ümummili liderin Azərbaycanı bədbinlikdən çıxardığı, əhalinin sosial rifahının ildən-ilə yaxşılaşdığı, təhlükəsizliyinin təmin edildiyi, ölkə iqtisadiyyatının inkişaf etdiyi vurğulanıb.

Daha sonra Azərbaycanda deyil, həm də dünyanın neft strategiyası və siyasətinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi" nin imzalanması qeyd edilib. Bu gün güclü iqtisadiyyata malik olan Azərbaycan dünyanın ən güclü ölkələrindən birinə çevrilib. Dünyada güclü bir ordusu var və bu gün dünyanın qabaqcıl ölkələri Azərbaycanla hesablaşır. Azərbaycan bir sıra böyük beynəlxalq iqtisadi layihələrin müəllifinə çevrilib. Dünyanın enerji təchizatçısıdır. Zəngin və firavan bir ölkəyə çevrilən Azərbaycan Cənubi Qafqazda liderdir. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın adı fəxrlə çəkilir.

Beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycanın dünya ölkələrinin yollarını özündə birləşdirdiyini qeyd edən müəllif vurğulayıb ki, Azərbaycan deyildikdə Heydər Əliyev yada düşür. Müasir və güclü Azərbaycan onun adı ilə bağlıdır. Hər bir uğurumuzda onun izi görünür. Nə qədər ki, Azərbaycan tarixdə var, Heydər Əliyev hər bir azərbaycanlının qəlbində yaşayacaqdır. Xalqımız bu gün Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatda hiss edir, onunla yaşayır və mirasından bəhrələnir.

C. Şahverdiyev yazının sonunda qeyd edib ki, bu siyasətin icraçısı ulu öndərimizin böyük siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam edir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurunun əsasını təşkil edir və gələcəyə yönəlmişdir. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq.

Yazının ərəb dilində tam mətni aşağıdakı linkdə:
https://nayrouz.com/article/204403#.YJKDvdu0sC0
Rufiz Qonaqov: "Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməyə məcburdur"“Vətən müharibəsindən qalib çıxmış bir ölkə olaraq növbəti vəzifəmiz işğaldan azad olunmuş ərazilərimizi bərpa etmək və məcburi qaçqın və köçkünlərimizin öz doğma yurd-yuvasına qayıtmaqdır. Bunula bərabər, beynəlxalq nəqliyyat dəhlizinin parcası olacaq “Zəngəzur dəhlizi”nin açılması bölgə üçün çox mühüm əhəmiyyət kəsb edir".

Bu sözləri "İki sahil" açıqlamasında politoloq Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri açıqlamalarında da bildirmişdilər ki, Ermənistan özünün həm Azərbaycana, həm də Türkiyəyə qarşı olan işğalçılıq və terrorçuluq siyasətindən əl çəkərsə, bölgədə altılıq formatında yeni əməkdaşlıq format yarana bilər. Bu da yeni konfiqurasiyanın yaranması deməkdir:

“Əgər, Ermənistan siyasətini dəyişməsə, bundan da ağır günlər yaşamalı olacaq.”

Politoloq qeyd edib ki, bu gün Azərbaycan bölgədə sülh yaradan, sülh istəyən, eyni zamanda, praqmatik və realist siyasət həyata keçirən ölkə kimi çıxış edir:

“Ermənistan isə hələ də reallığa uygun siyasət həyata keçirmir. Hazırda Ermənistanda gedən son proseslər də göstərir ki, bu ölkə öz faciəsini daha da dərinləşdiririr. Amma fakt budur ki, regionda yeni reallıq yaranıb və kommunikasiyaların bərpası, nəqliyyat dəhlizlərinin açılması labüddür. Ermənistan kapitulasiya bəyanatına imza atarkən üzərinə öhdəliklər götürüb və onlara əməl etməyə məcburdur".

R.Qonaqovun sözlərinə görə, Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq və bir dövlət kimi mövcud olmaq istəyirsə, Türkiyə və Azərbaycanla normal münasibətlər qurmalıdır:

“Azərbaycan Ermənistan üzərində çox möhtəşəm qələbə qazandı və Ermənistanın ordusu darmadağın edildi. Ermənistanın tək çıxış yolu Azərbaycan və Türkiyədir. Ermənistanın regionda yaranan yeni reallığı dəyişməyə nə gücü, nə də resursu var".
Tanınmış hüquqşünasdan QHT.az-a dəstəkQHT sektorunun ruporuna çevrilən QHT.az saytına olan kiber hücumu pisləyir, müstəqil fikirli ziyalı Cəsarət Hüseynzadə ilə birlikdə olduğumuzu bildiririk.

Huquq mühafizə orqanları məsələni ciddi araşdırıb ictimaiyyıtə məlumat verməlidir.

Xatırladaq ki, gün ərzində QHT.az saytına haker hücumları olub və saytın bütün xəbərləri bazadan silinib.

Qeyd edək ki, 2015-ci ildə yaradılan QHT.az saytı ixtisaslaşmış media orqanıdır və vətəndaş cəmiyyətinin inkişafına dəstək verməyi hədəfləyib.

Səməd Vəkilov
Müvəkkil Hüquq Mərkəzinin sədri
"QHT.az" saytına haker hücumu olubGün ərzində QHT.az saytına haker hücumları olub və saytın bütün xəbərləri bazadan silinib.

Bu barədə QHT.az saytının rəhbəri, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.

“Məndə olan məlumata görə, bu hücumlar Azərbaycan ərazisində olan İP-dən həyata keçirilib və hazırda da davam etməkdədir. Buna görə saytı bağlamışıq. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi planlaşdırırıq.”

Qeyd edək ki, 2015-ci ildə yaradılan QHT.az saytı ixtisaslaşmış media orqanıdır və vətəndaş cəmiyyətinin inkişafına dəstək verməyi hədəfləyib.
Prezidentdən Şuşada yeni məktəbin tikintisi ilə bağlı SƏRƏNCAMAzərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Metroda 1 sərnişin 97 qəpiyə daşınacaq - Rəsmi2021-ci il üçün Bakı metrosunda sərnişindaşıma planı gediş haqqını ödəyən sərnişinlər üçün 194,2 milyon nəfər həddində proqnozlaşdırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a Bakı Metropoliteni QSC-dən bildirilib.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının qərarlarına əsasən, metro nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti 1 iyun 2021-ci il tarixinədək dayandırılıb. Qeyd edilən tarixdən sərnişindaşıma fəaliyyəti bərpa olunarsa, hesabat dövrü üçün gözlənilən 132,6 milyon nəfərlik sərnişindaşıma həcminə uyğun olaraq, bir sərnişinin daşınma xərcinin 0,97 manat təşkil etməsi gözlənilir”, - deyə açıqlamada qeyd edilir.

Qeyd edək ki, normal iş rejimində 1 gün ərzində Bakı metrosu 600 mindən çox sərnişin daşıyır. Tarif (Qiymət) Şurasının tənzimlədiyi qiymətlərə görə, bir sərnişinin daşınma haqqı 30 qəpikdir. Amma “Bakı Metropoliteni”nin açıqladığı rəsmi məlumata görə, bir sərnişinin daşınması quruma 2018-ci ildə 0,52 manata, 2019-cu ildə 0,51 manata, 2020-ci ildə isə 1,54 manata başa gəlib.

1967-ci ildə əsası qoyulan Bakı metrosunun hazırda xətlərinin sayı 3-ə (yaşıl, qırmızı və bənövşəyi), xətlərinin uzunluğu təxminən 40 km-ə, sayı isə hələ istismar edilməyən “8 Noyabr” stansiyası da daxil olmaqla, 26-ya çatır.
Rumların əsas məqsədi Kıbrısın yunan adası olmasına nail olmaqdır"Mən milliyyətçi məktəbinin yetişdirməsi olan bir siyasətçiyəm. Kıbrısdta iki ayrı dövlətin ancaq bərabərhüquqlu əməkdaşlıq nəticəsində bir araya gələ biləcəyi qənaətindəyəm. Federasiya və birləşmiş bir Kıbrıs fikrinin heç bir gələcəyi yoxdur".

Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar İzmir Ege Universitetinin Cenevrədə 5+1 (5+BM) formatında keçirilən qeyri-rəsmi toplantısı ilə bağlı təşkil etdiyi onlayn konfransda bildirib.

KKTC Cümhurbaşqanı Rum tərəfinin Avropa Birliyi (AB) üzvlüyünü cox istismar etdiyini deyib.

Dos. Dr. Altuğ Günalın moderatorluğu ilə keçirilən konfransa Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, həmçinin prorektorlar – Prof. Dr. Hakan Atılgan, Prof. Dr. Mehmet Ersan, çox sayda müəllim və tələbələr qatılıb.

Annan planına Kıbrısın türk kəsiminin dəstək verdiyi, rum kəsimin isə “yox” dediyini xatırladan E.Tatar bununla belə AB üzvlüyünə rumların qəbul edliməsini haqsız addım kimi dəyərləndirib: “O günden etibarən onsuz da qarışıq olan Kıbrıs məsələsi daha da qarışıq bir vəziyyətə gəldi. Rumlar verilen AB üzvlüyünü cox istismar etdi”.

KKTC Cümhurbaşqanı həmin dövrdrə Kıbrısa gələn Yunanıstan Baş nazirinin “əsas hədəflərinə – yəni Kıbrısın Yunanıstana birləşdiriləməsinə, əslində AB üzvlüyü vasitəsilə nail olduqlarını” söylədiyini xatırladıb. Qeyd olunub ki, rumların əsas məqsədi Kıbrısın yunan adası olmasına nail olmaqdır.
Məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək - RƏSMİ"Summativ testlərin əyani formada keçirilməsi planlaşdırılır. Pandemiya ilə bağlı vəziyyət obyektiv qiymətləndiriləcək və çalışacağıq ki, proses məktəb çərçivəsində həyata keçirilsin".

Avrasiya.net xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək: “İlin sonunda şagirdlərə daha az yük düşmək şərti ilə bir dəfə qiymətləndirilmə keçiriləcək. Nəticə olaraq yarım il qiymətinin çıxarılması planlaşdırılır".